Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4551/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası qismən təmin edilərək, Cavabdeh 23500 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə manatla və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, ilk iddia qalan hissədə və Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) Xəzər rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək ş ikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia verərək, cavabdehdən 53500 ABŞ dollarının və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı 49000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq gəldiyi nəticəni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 2005-ci ildə cavabdeh iddiaçıya müraciət edərək, torpaq sahəsi almaq istədiyini bildirmiş, sonuncu Buzovna Bələdiyyəsi ərazisindən torpaq almasına görə cavabdehdən 8500 ABŞ dolları pul almış və ona Buzovna-Maştağa yolunun sol tərəfində 0,10 sahəsi olan torpaq sahəsini təklif etmişdir. Həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olmamış, tərəflər arasında torpağa görə alqı-satqı müqaviləsi bağlanmamışdır. Qeyd edilən razılıq əldə edildikdən sonra Bakı şəhəri Əzizbəyov rayon Buzovna Bələdiyyəsinin sədrinin 31 oktyabr 2005-ci il tarixli sərəncamı ilə cavabdehin ərizəsi əsasında Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun sol tərəfində 1000 kv.m torpaq sahəsi bağ evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə satılmışdır. 2011-ci ildə cavabdeh torpaq sahəsinin neft şirkətinin ərazisinə düşdüyünü, hasarının və orada tikdirdiyi e vinin söküldüyünü bildirərək iddiaçıdan torpağa görə verdiyi pulunu və dəymiş ziyanı tələb etmişdir. İddiaçı bildirir ki, cavabdeh torpaq sahəsinə görə ödədiyi 8500 ABŞ dollarını və evinə dəymiş zərərin əvəzi olaraq 15000 ABŞ dollarını ondan tələb etməyə, ondan müxtəlif yerlərə əsassız şikayətlər etməyə başlamışdır. Cavabdehin mütəmadi olaraq onu narahat etməsi və təhdid etməsinə görə ilk öncə 8500 ABŞ dolları, sonra isə tələb etdiyi 15000 ABŞ dollarını ödəmişdir. Bundan sonra cavabdeh həmin torpaq sahəsinə dair 21 fevral 2012-ci il tarixli 50 il müddətinə etibarnamə vermiş və dəymiş zərərin əvəzini tam ödəməsi barədə ərizə yazmışdır. Lakin bir neçə aydan sonra cavabdeh yenidən ondan polisə şikayət etmiş və nəticədə belə qərarlaşdırmışlar ki, həmin vaxta qədər vermiş olduğu 23500 ABŞ dolla rından əlavə 30000 ABŞ dolları da verəcək və o, bir daha onu narahat etməyəcəkdir. Qeyd olunan məbləği cavabdehə tam ödədikdən sonra həmin torpaq sahəsini özünə götürmüş və ümumilikdə torpaq sahəsinə və üzərindəki tikiliyə görə cavabdehə 53500 ABŞ dolları ödəmişdir. Bununla bağlı cavabdeh tərəfindən edilmiş şikayətə əsasən Bakı şəhəri Xəzər RPİ 2-ci PB-də aparılmış araşdırma nəticəsində 24 avqust 2012-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinə dair onun adına vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. Bunun səbəbini soruşduqda isə cavabdeh müxtəlif bəhanələr gətirərək, yenidən etibarnamə vermək barədə təkliflərini rədd etmişdir. Cavabdeh iddiaya etiraz ed ir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, iddiaçıya 8500 ABŞ dolları ödəməklə 0.10 ha torpaq sahəsini aldıqdan sonra torpaq üçün verilən sənədin saxta olduğunu bilmişdir. Buna görə də, iddiaçıdan ödədiyi 8500 ABŞ dollarını geri qaytarmasını xahiş etmişdir. Lakin iddiaçı aldığı pulu qaytarmaqdan imtina etdiyindən, məcburiyyət qarşısında qalaraq fərdi ev tikmək üçün tikinti işlərinə başlamışdır. Aldığı torpaq sahəsində tikinti işləri aparan zaman SOCAR tərəfindən tikinti işləri saxlanılaraq yarımçıq qalmış və tikdiyi sahə sökülmüşdür. Səbəbi isə torpaq sahəsinə görə verilmiş sənədlərin tikinti aparılan əraziyə uyğun gəlməməsi olmuşdur. Bundan sonra bir daha iddiaçıdan 8500 ABŞ dollarını geri qaytarmasını istəmişdir. İddiaçı təxminən 2014-cü ilin yay aylarında 8500 ABŞ dollarını qay tarmışdır. Torpaq sahəsi onun istifadəsində olarkən həmin sahədə 99 kv.metr sahəsi 3 daşın üzərində kürsülü ev tikmiş, lakin həmin ev SOCAR tərəfindən sökülərək yararsız hala salınmışdır. Ona 70000 ABŞ dolları məbləğində ziyanın dəyməsini iddiaçıya bildirmiş, lakin o, cəmi 12500 ABŞ dolları ödəmişdir. Məcburiyyət qarşısında qalıb şikayət ərizəsi yazaraq cavabdehin əməllərinə hüquqi qiymət verilməsi üçün Xəzər RPİ 2-ci PB-nə müraciət etmişdir. Cavabdeh haqqında cinayət işi başlanmasın deyə, aldığı pul barədə qəbz yazmışdır. Halbuki, ona dəyən maddi ziyandan 49000 ABŞ dolları ödənilməmiş qalmışdır. İşin hallarına görə tərəflər torpaq sahəsinin alqı-satqısı üzrə şifahi razılaşmış və cavabdeh buna görə iddiaçıya 8500 ABŞ dolları ödəmişdir. İş materiallarından görünür ki, cavabdeh 8500 ABŞ doll arı məbləğində pul vəsaitini faktiki olaraq etibarsız əqd üzrə iddiaçıya ödəmiş və iddiaçının da həmin pulu almaq səlahiyyəti olmamışdır. Çünki torpaq sahəsinin alqı-satqısı üzrə notariat qaydada bağlanmış hər hansı alqı-satqı müqaviləsi olmamışdır. Bununla belə tərəflərin razılaşmasının nəticəsində 0,10 ha torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayon Buzovna Bələdiyyəsinin 31 oktyabr 2005-ci il tarixli sərəncamı ilə rəsmi olaraq cavabdehin adına keçmiş və hal-hazırda da həmin sərəncam cavabdehin adınadır. Bundan sonra cavabdehin tələbi ilə iddiaçı 8500 ABŞ dollarını pul vəsaitini cavabdehə geri qaytarmış və əlavə olaraq cavabdehin evinə dəymiş zərərin əvəzi olaraq 15000 ABŞ dolları ödəmişdir. Sonuncu məbləğin cavabdehin bildirdiyi kimi 12500 ABŞ dolları deyil, məhz 15000 ABŞ dolları olması i sə cavabdehin özünün vəsatəti əsasında dindirilmiş şahid X1 (cavabdehin qardaşı) ifadəsi ilə təsdiq olunur. Belə ki, həmin şahid öz ifadəsində göstərmişdir ki, qardaşı Cavabdeh 2006-cı il tarixdə 8500 ABŞ dolları verərək qonşuluqda yaşayan İddiaçı 0,10 ha torpaq sahəsi almışdır. Sonradan Cavabdehlə İddiaçı arasında narazılıq olmuş, Cavabdeh onun iştirakı ilə İddiaçı 8500 ABŞ dolları və 15000 ABŞ dolları pul almışdır. Bundan sonra cavabdeh torpaq sahəsini iddiaçının adına rəsmiləşdirilməsi məqsədi ilə 21 fevral 2012-ci il tarixdə Bakı şəhəri 25 saylı Notariat Kontorunda ona 50 il müddətinə etibarnamə verərək həmin torpaq sahəsini sənədləşdirməyi, çıxarış almağı, gələcəkdə sərəncam verməyi, satmağı və s. hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar hərəkətləri etməyi 21 fevral 2062-ci il tar ixədək iddiaçıya etibar etmişdir. Lakin 25 iyul 2018-ci tarixdə cavabdeh həmin etibarnaməni ləğv etdirmişdir. Nəticədə isə həm mübahisəli torpaq sahəsi cavabdehin adına rəsmiləşdirildiyi qaydada qalmış, həm o, bunun üçün iddiaçıya verdiyi 8500 ABŞ dollarını geri almış, həm də əlavə olaraq 15000 ABŞ dollarını iddiaçıdan almışdır. Göründüyü kimi cavabdehin iddiaçının hesabına 8500 ABŞ dolları məbləğində əsassız varlanması aşkardır. Çünki belə olan halda cavabdeh həm torpaq sahəsi üçün iddiaçıya ödədiyi 8500 ABŞ dolları pulu iddiaçıdan geri almış olur və həm də sərəncamla öz adına torpaq sahəsi əldə etmiş olur. 15000 ABŞ dolları məbləğinə dair hissədə isə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin evinin sökülməsi müəyyən olunmur. Cavabde h özü də bildirir ki, onun evi Dövlət Neft şirkətinin (SOCAR) əməkdaşları tərəfindən sökülmüşdür. Ona görə də, cavabdeh tərəfindən məhz evinin söküntüsünə görə dəymiş zərərin əvəzi olaraq iddiaçıdan 15000 ABŞ dolları məbləğində pul vəsaitinin alınmasının heç bir hüquqi əsası olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh iddiaçının hesabına həm 8500 ABŞ dolları və həm də 15000 ABŞ dolları məbləğində əsassız varlanmışdır. Ona görə də, həmin pul vəsaitləri cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır Qarşılıqlı iddia tələbləri isə əsassızdır və məhkəmə düzgün olaraq həmili tələblərin rədd edilməsi nəticəsinə gəlmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zər ər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4551/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4551/2019
09.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver