Məhkəmə qərarları › İş №2(102)-4551/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4551/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4551/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)171/2020 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı ləğv prosesində olan QSC “Bank Standar” KB tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova, iş № 2(001)-7384/2017) ilkin iddia üzrə iddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nın iddiası qismən təmin edilərək C avabdeh1 və “xxxxxxxxxxxxx” MMC-dən 55.063,60 ABŞ dolları əsas borc, 9301,22 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə, cəmi 65.364,82 ABŞ dolları borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 55 manatın iddiaçı QSC “xxxxxxxxxxxxx” KB-nın xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzilə yönəldilmiş, həmin əmlakın açıq hərracdan satılması və mənzilin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzin də həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və X1 çıxarılması, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-na qarşı müqavilə şərtlərinin dəyişdirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov, iş № 2(103)7854/2018) ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən-cərimə borcu tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva, Q.Ə.Əsgərov və Ə.Ə.Şadiyev, iş № 2(102)8050/2018) ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020- ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) ilki iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi “Cavabdeh1 və “xxxx xxxxxxxxx” MMC-dən 1000 ABŞ dolları cərimə borcunun “xxxxxxxxxxxxx” QSC-nin xeyrinə tutulması hissəsində ləğv olunmuş, “xxxxxxxxxxxxx” QSC-nin iddia tələbi cavabdehlərdən cərimə borcunun tutulması hissəsində təmin edilməmiş, qətnamə “Cavabdeh1 və “xxxxxxxxxxxxx” MMC-dən 55.063,60 ABŞ dolları əsas, 9301,22 ABŞ dolları faiz borcunun “xxxxxxxxxxxxx” QSC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmiş və əsas borc 54.968,89 ABŞ dolları, faiz borcu 493,39 ABŞ dolları məbləğində müəyyənləşdirilərək, qətnamə hazırkı apelyasiya baxışının predmeti olan mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: QSC “xxxxxxxxxxxxx” KB ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank borc alana illik 19% ödəmək şərti ilə, 36 ay müddə tinə 65.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan həmin krediti qəbul etməyi, istifadə etməyi, kredit və hesablanmış faizləri müqavilənin şərtlərinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən kreditin təminatı olaraq Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 46,73.m yaşayış, 18,4 kv.m. yardımçı sahəsindən ibarət 3 otaqlı, 50 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin Bank ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən MMC borcalan ilə birlikdə bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 2017-ci ilin mart ayında ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB cavabdehlər Cavabdeh1, X2 və “xxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 72.387,36 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin və 61 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ilə bağlı Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək QSC “xxxxxxxxxxxxx” KB ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli 160/00/394/15 saylı kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi, müqavilənin 2.2-ci bəndinə “kredit müqavilə si bağlandığı zaman qüvvədə olmuş məzənnəyə uyğun” ifadəsinin əlavə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə iddiaçı ləğv prosesində olan QSC “Bank Standar” KB qətnamədən kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilərək apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul ediməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasını iclasında iddiaçının vəkil i kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 vəkili isə kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Bank ilə borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalan Cavabdeh1 illik 19% ödəmək şərti ilə, 36 ay müddətinə 65.000 ABŞ dolları məbləğində kredit vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank, iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Bank tərəfindən təqdim edilmiş “Maliyyə arayışından” görünür ki, xx.xx.2017-ci il tarixə cavabdehin Banka olan əsas kredit borcu 55.063,60 ABŞ dolları, faiz borcu 9301,22 ABŞ dolları, cərimə borcu üzrə 8022,54 ABŞ dolları, ümumilikdə 72.387,36 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sonuncu xx xxxxxx 2019-cu il tarixli rəydən isə görünür ki, Cavabdeh1 əsas kr edit borcu 54.968,89 ABŞ dolları, faiz borcu 493,39 ABŞ dolları təşkil edir. Rəydə hesablanma mexanizmi və metodikası göstərildiyindən və ekspertin rəyini şübhə altına ala biləcək sübutlar məhkəməyə təqdim edilmədiyindən apelyasiya instansiyası məhkəməsi rəyi mötəbər sübut kimi qəbul etmiş və cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxx” MMC-dən müştərək qaydada bankın xeyrinə tutulmalı olan əsas və faiz borcunu ekspert rəyində göstərilən məbləğdə müəyyən etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər devalvasiya hadisəsini öhdəliyin icra edilməməsinə görə məsuliyyəti aradan qaldıran hal kimi kredit müqaviləsinin 9-cu bəndində müəyyənləşdirmiş, həmin hadisənin öhdəliyin icrasına maneə yaradan hal kimi bəyan olunmasından sonrakı dövr üçün cavabdehlərdən hər hans ı pul vəsaiti tələb oluna və öhdəliyin pozulmasına görə məsuliyyət daşımayan şəxsdən cərimə tutula bilməz. Apelyasiya instansiyası məhkəməsi həmin normalarının müddəalarına əsaslanaraq bankın iddia tələbini qismən təmin etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar