Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4551/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMc-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4551/21 (Açar sözlər: kredit borcunun tutulması) Bakı şəhəri, 31 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “X4 Azərbaycan” QSC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4029/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsində n Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 27 iyul 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “X4 Azərbaycan” QSC cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə cavabdehlərdən 38301,55 manat əsas, 11935,85 manat hesablanmış faiz, 9671,11 manat hər gecikdirilmiş günə görə cərimə və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 59938,84 manat məbləğində borcun QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışd ır ki, bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan MMC kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcu ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Xuraman Məhərrəmova) 12 sentyabr 2018-ci il tarixli 2(004)-1410/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada “X4 Azərbaycan” QSCnin xeyrinə 14 yanvar 2016-cı il tarixli 23943/01 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 38301,55 manat, faiz borcu qismində 10269,74 manat və dəbbə pulu 700 manat, cəmi 49271,29 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14.01.2016-cı il tarixdə kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 18% hesablanmaqla 18 ay müddətinə 50000 manat məbləğində kredit verilmiş, İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən isə zamin borclunun kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Cavabdeh X2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə banka ödənilməmiş 38.301,55 manat əsa s borc, 10.269,74 manat faiz borcu yaranmışdır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tələb edilən 9.671,44 manat məbləğində cərimə tənasübsüz yüksək məbləğ sayılmalı,həmin məbləğ azaldılaraq cavabdehlərdən iddiaçının xeyrinə cərimə qismində 700 manat məbləğində pul vəsaiti tutulmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 427.3, 442, 445.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, məhkəmə-mühasibatlıq ekspertiza sı keçirilərək alınmış ekspert rəyinə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada 38301,55 manat məbləğində əsas borc, müqavilə müddəti üçün 5964,35 manat faiz borcu, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanan 1302,22 manat faiz borcu, 200 manat dəbbə pulu olmaqla, cəmi 45768,12 manat kredit borcu və 30 manat məbləğ ində dövlət rüsumunun “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, borc alan tərəfindən kredit müqaviləsi üzrə müqavilə müddəti daxilində sonuncu ödəniş 10.08.2016-ci il tarixdə edilmişdir. Həmin vaxta əsas borc məbləği olan 39941,78 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 19,97089 manat (39941,78x18%/360=19,97089), həmin faizlərin hesablanmalı olduğu müddət isə 337 gün, yəni müqavilə müddəti daxilində sonuncu ödənişin edildiyi 10.08.2016-ci il tarixdən müqavilə müddətinin bitdiyi 12.07.2017-ci il tarixə qədə r olduğu müəyyən edilir ki, bu da 6730,18 manat (19,97089x337) təşkil edir. Göründüyü kimi müqavilə müddətinin sonuna (12.07.2017-ci il tarixə) 6730,18 manat faiz borcu olmuşdur. Borcalan tərəfindən 23.08.2017-ci il tarixdə edilmiş 3000 manat ödənişin 765,83 manatı faiz borcuna silinmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərdən tutulmalı olan faiz borcu 5964,35 manat (6730,18-765,83) məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün faiz borcu illik 5 faizlə hesablanmalıdır. Göründüyü kimi, müqavilə müddəti 12.07.2017-ci il tarixdə bitmiş, bundan sonra borclu tərəfindən sonuncu ödəniş 23.08.2017-ci il tarixdə edilmişdir. Belə olan halda sonuncu ödənişin edildiyi 23.08.201 7-ci il tarixədək olan əsas qalıq borcunun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizləri 5,547 manat (39941,78x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 42 gün, yəni müqavilə müddəti bitdiyi 12.07.2017ci il tarixdən sonuncu ödənişin edildiyi 23.08.2017-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 232,99 manat təşkil edir (5,547x42). 23.08.2017-ci il tarixdə borclu tərəfindən 3000 manat ödəniş edilmiş, onun 1640,23 manatı əsas borc məbləğindən silinmiş və 38301,55 manat əsas borc qalmışdır. Həmin vaxta əsas qalıq borcunun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizləri 5,3196 manat (38301,55x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 201 gün, yəni sonuncu ödənişin edildiyi 23.08.2017-ci il tarixdən sonuncu maliyyə arayışının t əqdim edildiyi 12.03.2018-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 1069,23 manat təşkil edir (5,3196x201). Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün faiz borcu illik 5 faizlə hesablanmaqla 1302,22 (232,99+1069,23) manat məbləğində müəyyən edilməlidir. İddiaçı “X4 Azərbaycan” QSC kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Aqil Abbasov, Elşad Şamayev) 2 5 fevral 2021ci il tarixli, 2(102)-684/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2020-ci il tarixli, 2(103)-4029/2020 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilən faiz borcu ilə bağlı hissəni kifayət qədər əsaslandırmış, müqavilə müddəti bitəndən sonra müqavilə şərtləri ilə müəyyən edilmiş faiz borcunun hesablanmasının yolverilməz olması səbəbindən haqlı olaraq həmin müddətdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək 5 faiz pulun tutulmasını qət etmişdir. Dəbbə pulu hissədə isə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək dəbbə pulunun azaldılması maddi hüquq normasının tələbinə uyğun olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən verilmiş apelyasiya şikayətində ödədiyi məbləğlə iddia tələbi arasında kəskin fərq olduğu üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi istənilsə də, ekspertiza keçirilməmişdir. Belə ki, ödənilmiş 3000 manat ödəniş iddiaçı tərəfindən əsas borcdan silinməli olduğu halda, həmin məbləğdən yalnız 1640 manat əsas borcdan silinmişdir. Məhkəməmühasibatlıq ekspertizası təyin edilməli olduğu halda, məhjkəmə bu barədə heç bir addım atmamışdır. Apelyasiya məhkəməsi iddiaçının irəli sürdüyü tələblərlə bağlı tam, hərtərəfli və əsaslı araşdırma aparmadan iş üzrə əsassız qətnamə qəbul etmi şdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2, vəkili Vəkil və digər cavabdeh "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X4 Azərbaycan” QSC-nin vəkili Yavərzdə Yavər Elçin oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəlikl ərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdır ma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətin də qətnamə iş üzrə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, cavabdeh kasasiya şikayətini ekspertiza təyin edilməməsini vurğulamaqla, apelyasiya kollegiyası tərəfindən iddia tələbinin tam, hərtərəfli və əsaslı araşdırılmadığını istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, borcalan tərəfindən 23.08.2017-ci il tarixdə edilmiş 3000 manat ödənişin 765,83 manatı faiz borcuna silinmiş və belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərdən tutulmalı olan faiz borcu 5964,35 manat (6730,18-765,83) məbləğində müəyyən edilməlidir. Bu hal işə bundan əvvəl baxmış kasasiya kollegiyasında iddiaçının kasasiya şikayəti üzrə qəbul etdiyi qərarda öz təsdiqini tapmışdır. Bu xüsusatın özü də iddiaçının 3000 ödənişin cəmi 1645 manat hissəsinin əsas borcdan çıxılması barədə istinadını inkar etmiş olur. Bu əsasla da iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesa b edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4029/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.