Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4552/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh Umudəli oğlunun və onun vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov, iş № 2(011)-xx/18) İddiaçı Cavabdeh qarş ı “istifadə hüququnun tanınması”tələbinə dairiddiası təmin edilərək, İddiaçı ünvan 1 ünvanda yerləşən 80 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyevvə E.Şamayev, iş № 2(103)xx/19) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Umudəli oğluna qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən 80 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh və vəkili R.Musayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi mə sələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Cavabdeh və vəkili R.Musayevin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 29 yanvar 2019-cu il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 27.02.2015-ci il tarixli 57 saylı sərəncamı ilə Cavabdeh «Radioquraşdırma» X1 İttifaqı Komitəsinin 29.12.1998-ci il tarixli 42 saylı və 12.04.2009-cu il tarixli 93 saylı qərarına əsasən iş yeri üzrə növbəlik əsasında ayrılmış Bakı şəhəri, ev1 daimi yaşayış hüququ verilmişdir. İddiaçı cavabdehin oğlu X3 ilə xx xxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş və həmin mənzilə köçüb orada yaşamağa başlamışdır. Onlar arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçının tələbi mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququnun tanınması barədədir. İddiaçı bildirmişdir ki, o, nikaha daxil olandan sonra cavabdehin təklifi və razılığı ilə bütün cehiz əşyalarını da qeyd olunan mənzilə gətirərək orada yaşamağa başlamışdır. X3 ilə ilk günlər münasibətləri normal olsa da, sonradan münasibətlər gərginlə şmiş və X3 yaşadıqları mənzili tərk edərək valideynlərinin yaşadığı evə qayıtmışdır. Sonradan isə ona qarşı nikahın pozulması barədə iddia qaldırmışdır. O, nikahın pozulmasını istəməsə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəflərə vaxt verəndən sonra işə baxaraq nikahın pozulması barədə qətnamə qəbul etmişdir. İddiaçı hazırda mübahisəli mənzildə yaşayır, nikah zamanı gətirdiyi cehiz və şəxsi əşyaları həmin mənzildədir, mənzilin xərclərini ödəyir və təsərrüfatını idarə edir. Cavabdeh bildirmişdir ki, oğlu A onların razılığı olmadan iddiaçı ilə 2016-cı ilin iyun ayında nikaha daxil olmaqla ailə qurmuş, həmçinin onların razılığı olmadan mübahisəli mənzilə köçmüşdür. Ər-arvad qısa müddət yaşamış, iddiaçı münaqişə yaradaraq onları mənzildən qovmuş, onlar məcburiyyət qarşısında Hövsən qəsəbəs ində kirayədə yaşamalı olmuşlar. Bir neçə aydan sonra əri A mənzildən çıxarmış, bir ilə yaxın ayrı-ayrı ünvanlarda kirayədə yaşamış, aralarındakı nikah pozulduqdan sonra onların kirayədə yaşadığı mənzilə sığınmışdır. İddiaçı onun ailə üzvü deyildir, onunla yaşamamış və onunla birgə təsərrüfat aparmamışdır. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx xxx 2016-cı il tarixdə mübahisəli mənzilə köçmüşdür. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində isə təsbit olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və işin hallarını, yəni mübahisəli mənzilin dövlət mənzil fonduna aid olduğunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli evdə istifadə hüququnun yaranıb-yaranmaması Mənzil Məcəlləsinin 68-ci maddəsinin qaydalarına uyğun araşdırılmalıdır. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində isə təsbit olunmuşdur ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd olunan maddi hüquq normaların mənasından aydın olur ki, yaşayış sahəsinin kirayəçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız əri (arvadı), habelə onun uşaqları və v alideynləri yaşayış sahəsindən kirayəçi ilə bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə onların yaşayış sahəsinin kirayəçisi tərəfindən yaşayış sahəsinə köçürülmələri və yaşayış sahəsinin kirayəçisi ilə birgə təsərrüfat aparmaları tələb olunur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmışdır. Belə ki, iddiaçı mübahisəli evə cavabdeh tərəfindən köçürülmüş, onunla birgə təsərrüfat aparmış və bərabər hüquqlar, o cümlədən istifadə etmək hüququ əldə etmişdir. Belə ki, həqiqətən də İddiaçı cavabdehin razılığı olmadan, məcburi qaydada həmin mənzilə köçürülsəydi, cavabdeh ən azı buna etiraz edər və iddiaçıya qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəs i ilə məhkəməyə müraciət edərdi. Hazırkı işdə isə belə bir hal mövcud deyildir. Onların birgə yaşayıb ümumi təsərrüfat aparmamaq barədə dəlillər də əsassızdır. Belə ki, apellyasiya şikayətində etiraf olunmuşdu ki, onlar birgə yaşamışlar, sonradan cavabdeh mənzili tərk etməyə məcbur olmuşdur. İddiaçı hazırda cavabdehin ailə üzvü olub-olmamasının isə mübahisənin həllinə heç bir təsiri yoxdur. Çünki, o, cavabdehin gəlini kimi mənzilə köçürülmüş və onunla birgə yaşayıb ümumi təsərrüfat aparmışdır. Mənzil Məcəlləsinin yuxarıda istinad olunan maddələrinə əsasən isə belə olan halda onun mübahisəli mənzilə istifadə hüququ yaranıb və hazırda iddiaçı ilə cavabdehin oğlu arasındakı nikahın pozulması həmin hüququn xitamına səbəb olmur. Çünki Mənzil Məcəlləsinin 30-cu maddəsindən fərqli olaraq 68-ci ma ddədə bu hal nəzərdə tutulmamışdır. Bütün bunlara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsininin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-XX/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4552/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4552/2019
11.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver