Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4552/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə pulun ödənilməsi, müqavilənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərindən irəli gələn pulun ödənilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1910/2022 nömrəli, 15 aprel 2 022-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nin icraatında olan material ilə bağlı Cavabdeh ilə nümayəndə İddiaçı arasında 17 dekabr 2016-cı il tarixdə müqavilə bağlanıb. Müqaviləyə əsasən təyin olunmuş qonorarın məbləği 500 manat, axırıncı hesab 1500 manat kimi qeyd edilmiş, müqavilə tərəflərin imzaları ilə təsdiq edilmişdir.
2. Bakı şəhəri 5 saylı notariat konturunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-14904 nömrəsi ilə qeyd edilmiş 12 dekabr 2016-cı il tarixli etibarnaməyə əsasən Cavabdeh onu bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası or qanlarında və digər dövlət və qeyri-dövlət strukturlarında, prokurorluqlarda, Təhqiqat, istintaq orqanlarında, qeydiyyat şöbəsində, Notariat kontorunda təmsil etməyi, Azərbaycan Respublikası MM-nin 362-ci maddəsinin tələblərinə uyğun olaraq, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqları, Azərbaycan Respublikası CPM-nin 102-ci, 106-cı maddələrində təsbit edilmiş hüquqları, o cümlədən cinayət işləri üzrə şahidin və zərərçəkmiş nümayəndəsi qismində, Azərbaycan Respublikası İXM-nin 375.4-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalamağı, iddia tələblərin tam və ya qismən etiraf etmək və ya onlardan imtina edilmək hüququ ilə, iddianın təmin edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq s azişi bağlanması, məhkəmə aktlarından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, o cümlədən, bütün dövlət, qeyri-dövlət və hüquq mühafizə orqanlarında ərizələrin verilməsi, zəruri sənədləri alınması ilə bağlı təmsilçiliyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər bütün hərəkətləri etməyi, o cümlədən hüquqlarının müdafiə edilməsini İddiaçı etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmiş, etibarnamənin 12 dekabr 2021-ci il tarixədək qüvvədə olma müddəti müəyyən edilmişdir.
3. Tərəflər arşındakı 17 dekabr 2016-cı il tarixli müqavilə məzmunda bağlanıb. “Biz, vəkil İddiaçı və müştəri Cavabdeh 17 dekabr 2016-cı il tarixdə şahid X2 iştirakı ilə bu müqaviləni bağlayaraq onu təsdiq edirik ki, mən İddiaçı ona vəsiyyət olunmuş, 24 may 2016-cı ildə vəf at etmiş X1 mərhuma məxsus Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı öz üzərimə götürürəm. İşin müsbət nəticələndiyi təqdirdə müştəri Cavabdeh mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni mənə ödəməyi öhdəsinə götürür. Məbləğ iş qurtardıqdan sonra, yəni S.N.Qladilinanın mənzili satıldıqdan sonra ödənilməlidir. Müqaviləyə dəyişiklik və əlavələr yoxdur. Düzgün yazılmış və ucadan oxunmuşdur, imza ilə təsdiq edirik.”
4. Cavabdeh 31 iyul 2018-ci il tarixli ərizəsi əsasında İddiaçı verilmiş etibarnamə xitam olunmuşdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(004)7306/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh X12 iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) çıxarılması qət edilmişdir.
6. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 23 avqust 2019-cu il tarixli Akta əsasən icra məmurları X13 və X7, 27-ci Polis Bölməsinin sahə rəisi X9, hal şahidi X17, icra sənədi üzrə cavabdeh X14 və icra sənədi üzrə tələbkarın nümayəndəsi İddiaçı iştirakları ilə, sözügedən akt ondan ötrü tərtib edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018- ci il tarixli, 2(004)7306/2018 saylı icra sənədində göstərilən borclu X14 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən çıxarılmışdır. İcra sənədinin icrasını təmin edərkən borclu X10pını açmamışdır, buna görə də icra məmuru, sahə rəisi və hal şahidinin müşahidəsi altında qapı məcburi şəkildə açılmışdır və ev cavabdehin nümayəndəsi və tələbkarın özünə təhvil verilmişdir. Sözügedən akt tərtib edildikdən sonra icra məmuru K.Ş.Quliyev, 27-ci PB-nin sahə rəisi F.Ş.İsgəndərov, icra məmuru B.N.Babayev, hal şahidləri Ş.Ş.Babayev və R.Ş.Babayev, icra sənədi üzrə cavabdeh L.V.Feliksoviç, icra sənədi üzrə tələbkarın nümayəndəsi İddiaçı və icra sənədi üzrə tələbkar K.V.Viktorovna tərəfindən imzalanmışdır.
7. Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair vərəsəliklə bağlı məhkəmə və polis orqanlarının icraatında olan bütün işlər Cavabdeh xeyrinə nəticələnmişdir.
8. İddiaçı Cavabdeh müqavilə üzrə borcunu ödəməmə si əsası ilə polisə müraciət etmiş, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin 19 aprel 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə Cavabdeh (bundan sonra “cavabdeh”) ilə bağladığı 17 dekabr 2017-ci il tarixli müqavilə şərtlərindən irəli gələn, cavabdehin Bakı şəhəri, İnşaatçılar pr.31, mənzil 65-də yerləşən evinin satılaraq, ona çatacaq satış məbləğinin 50%-nin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılıb ki, 17 dekabr 2016-cı il tarixdə cavabdeh iddiaçının işlədiyi ünvan 1 ünvanında yerləşən ofisə gəlmişdir. Cavabdeh Bakı şəhəri Yasamal rayonu 27-ci PB-də onun barəsində olan materialların yoxlanılması ilə bağlı hüquqi yardım etməsini iddiaçıdan xahiş etmişdir. İddiaçı elə həmin tarixdə cavabdehlə edəcəyi hüquqi yardım barəsində müqavilə bağlamışdır. Müqavilənin şərtinə görə, cavabdeh edəcəyi hüquqi yardım müqabilində iddiaçıya 1.500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin olaraq 500 manat ödəmək imkanının olduğunu bildirmiş və iddiaçı cavabdehlə razılaşmışdır. İddiaçı cavabdeh barəsində 27-ci PB-də olan materialların və hadisənin yoxlanılmasında iştirak edərək hüquqlarının qanun müstəvisində müdafiəsini təmin etmişdir. Cavabdehin hüquqlarının müdafiəsini iddiaçı etibarnamə ə sasında həyata keçirmişdir. 27 PB-də işi bitdikdən sonra iddiaçı cavabdehdən qalan 1.000 manat qalıq borcunu istədikdə, cavabdeh özünün digər mülki mübahisələri ilə əlaqədar işlərində də hüquqi yardım etməyini iddiaçıdan xahiş etmiş, lakin ödəniş etməyə pulunun olmamasını, 1.000 manatı da ödəyə bilməyəcəyini, onun məhkəmə və sair işlərində ona yardım etdiyi təqdirdə X5 tərəfindən vəsiyyətnamə əsasında verilən ünvan 3-i sataraq, satışdan əldə edilən pulun 50%-ni iddiaçıya ödəyəcəyini demişdir. İddiaçı cavabdehin səmimiyyətinə inanaraq, 17 dekabr 2016-cı tarixdə iddiaçı ilə müqavilə tərtib edib imzalamışdır.
11. İddiaçı bağladığı müqavilə şərtlərinə sadiq qalaraq 4 il yarım müddətində cavabdehin hüquqlarını qanuna müvafiq qaydada müdafiə edib, bütün məhkəmə və icra orqanlarında öz işini müvə ffəqiyyətlə başa vurmuşdur. Lakin cavabdeh əldə olunan bu qələbəni bəsit, anlamsız bir hal kimi qəbul edərək iddiaçının uzun və çətin əməyinə qiymət belə vermədən, özünün qələbəsi kimi qəbul edib, müqavilənin sonrakı əsas şərti olan evin satılması və iddiaçının 50%-lik əmək haqqının ödənilməsinə müxtəlif bəhanələr gətirərək boyun qaçırmışdır.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 397.1-ci maddəsinə istinad etmikşdir.
13. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iddiaçı arasında bağlanmış 17 dekabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 12 dekabr 2016-cı il tarixli müqavilə onun ağır vəziyyətə düşməyi və digər tərəfin bundan istifadə etməsi nəticəsində bağlanmışdır. Belə ki, cavabdeh iddiaçını ilk dəfə 2016-cı ilin dekabrında tanımışdır. Həmin dövrdə Yasamal rayon 27-ci Polis Bölməsində olan materialın araşdırılması zamanı hüquqlarının müdafiə edilməsi üçün müqavilə imzalanmışdır. Həmin müqavilənin dəyəri 500 manat olmuşdur və cavabdeh həmin vəsaiti dost-tanışlarından borc-xərc edərək ödəmişdir. Həmin iş yekunlaşdıqdan sonra onun digər mülki məsələ ilə bağlı probleminin olduğunu, həmin məsələdə ona hüquqi yardım göstərilməsi üçün köməklik lazım olduğunu bildirdikdə, iddiaçı cavabdehə həmin məsələnin çox uzun müddət çəkəcəyini, həmin işin birinci instansiya, apellyasiya və Ali Məhkəmədə baxılacağını bildirirək hər instansiya üçün cavabdehdən 1000 manat pul vəsaiti tə ləb etmişdir. İddiaçı cavabdehin pulu ödəməyəcəyindən narahat olduğunu, bu narahatçılığı aradan qaldırmaq üçün aralarında formal olaraq müqavilə bağlanmasını, həmin formal müqavilənin şərtlərinə görə onun həmin mənzilin 50%-ni adına keçirməyini təklif etmişdir. Cavabdeh hüquqi savadı və maddi imkanı olmadığından, məhkəmələrdə özünü müdafiə edə bilməyəcəyi üçün məcbur qalıb həmin tərtib edilmiş müqaviləyə imza atmışdır. İşlər yekunlaşdıqdan sonra iddiaçı bildirmişdir ki, hər instansiya üçün 1000 manat deyil, mənzilin 50%-ni onun adına keçirməlidir. Cavabdeh isə iddiaçıya əslində başqa cür razılaşdıqlarını, müqavilə şərtlərində qeyd edilənlərin sadəcə hər instansiya üçün 1000 manat xidmət haqqının ödənilməsini təmin etmək üçün olduğunu bildirdikdə, iddiaçı ona yazılı müqavilədə bağlanan nədi rsə, onu da alacağını bildirmişdir.
15. Cavabdeh 31 iyul 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda iddiaçının adına verdiyi etibarnaməni ərizə verərək ləğv etdirmişdir. Yəni, qeyd edilən tarixdən sonra iddiaçının onun adından hər hansı iş və xidmətlərin göstərməsi səlahiyyəti olmamışdır. Etibarnaməni ləğv etdikdən sonra vərəsəlik işi ilə əlaqədar olaraq məhkəmə mübahisəsinə Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılmış və etibarnaməni ləğv etdirdiyi üçün iddiaçı cavabdehin onun adından hər hansı işi aparmaq və həmin işin aparılmasını kiməsə həvalə etmək səlahiyyətinə malik olmamışdır. Həmin işlərin aparılması ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə cavabdehi təmsil etmək üçün vəkillərlə müqaviləni də şəxsən cavabdeh özü imzalamışdır. Göründüyü kimi, qeyd edilən müqaviləni cavabdeh hüquqi savadı və maddi imkanı olmadığından ağır şərtlər altında bağlamağa məcbur olmuşdur.
16. Cavabdeh qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 337.2, 339.1 və 339.5-ci maddələrinə istinad etmişdir.
17. İddiaçı qarşılıqlı iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - əvvəla, iddiaçı cavabdehlə 2 dəfə, 12 və 17 dekabr 2016-cı il tarixlərində müqavilə bağlamışdır. Müqavilə cavabdehin iradəsi ilə özü tərəfindən yazılıb. belə Bir anlaşmaya imza etməsinə görə iddiaçı tərəfindən cavabdehə heç bir təsir və təzyiq olmayıb. Məsələnin uzun və ya qısa müddətə həll ediləcəyinə gəldikdə isə iddiaçı bu barədə heç bir proqnoz verə bilməzdi. Bu da cavabdehin bir yalanıdır; - bundan başqa, onların aralarında heç bir zaman 1000 manat söhbəti olmamışdır. Onlar 1 dəfə müqavilə bağlamışlar və bu xüsusda ona veriləcək məbləğ 1 dəfə müəyyənləşdirilib. İddiaçının işlədiyi 2016-cı ildən 2021-ci ilin aprelin 6-dək olan müddət ərzində iddiaçı cavabdehdən heç bir vaxt pul istəməmiş, cavabdeh də pul verməmişdir. Aralarında 1000 manat pul söhbəti olubsa, onu hər hansı bir sübut növü ilə cavabdeh sübut etməlidir. Belə bir şərt olmuş olsaydı iddiaçı hər instansiya üçün elə həmin vaxta pul alar və işlərini icra edərdi. Lakin cavabdeh pulunun olmadığını və ancaq bu şəkildə ödəniş edəcəyini bildirmiş və onlar razılaşmışlar; - 2018-ci ilin 31 iyulunda cavabdeh artıq İnşaatçılar prospekti 31, mənzil 65 ünvanındakı evinə çıxarış aldıqdan sonra, tez-tez rus səfirliyinə gedib-gəlməyə başlamışdır. Bu, iddiaçını şübhələndirmişdir. Bu səbəbdən iddiaçı evin çıxa rışını ona verməsini cavabdehdən tələb etmişdir. Onların məhkəmə işləri müəyyən mərhələdə bitdiyindən, cavabdehin evi sataraq Bakıdan çıxıb getməsindən narahat olmuşdur. Cavabdeh çıxarışı iddiaçıya verdikdən sonra iddiaçıdan xəbərsiz, dostlarının məsləhəti ilə etibarnaməni ləğv etdirmişdir. Lakin sonradan gəlib üzr istəyərək, işləri davam etdirməyini iddiaçıdan xahiş etmişdir. İddiaçı da qaldıqları yerdən işini davam etdirmişdir. Bundan sonra iddiaçı Yasamal və Nizami rayon məhkəmələrində proseslər zamanı söz alaraq, işin bütün faktiki hallarına aydınlıq gətirib, sübut əhəmiyyətli sənədləri təqdim edərək işin müdafiəsini həyata keçirmişdir. Apellyasiya və kassasiya şikayətlərini də iddiaçı özü tərtib etmişdir. Ali Məhkəmənin prosesində iddiaçı iştirak etməsə də, vəkilləri özü tutaraq onl arı 4 illik materiallarla tanış edib, kassasiya şikayətini tərtib edərək onları müdafiəyə hazırlamışdır; - iddiaçı 2021-ci ilin aprel ayında cavabdehin onu aldatdığını hiss etdikdən sonra onun barəsində Yasamal RPİ-nin 27 PB-nə şikayət ərizəsilə müraciət etmişdir. Polis bölməsinə dəvət olunan cavabdeh verdiyi izahatda tamamilə fərqli arqumentlər göstərərək onunla aralarında bağlanan müqavilələrin, barəsində olan bütün məhkəmə, polis və icra orqanlarında aparılan işlərin onun tərəfindən aparıldığını, iş bitdikdən sonra isə onunla birlikdə evi sataraq 50% olmaqla pulu bölüşdürəcəklərinin doğruluğunu təsdiq edərək, yalnız onun V.Lapinin 6 ay müddətində Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ olduğundan onların bu müddəti gözləmək məcburiyyətində olduqlarını bildirmişdir. Göründüyü kimi cavabdeh özünün cinayətkar mövqeyini gizlətmək məqsədilə polisə bir cür, məhkəmədə isə başqa məzmunda iddia tələbi ilə çıxış edərək, məhkəmə və polis orqanlarının diqqətini yayındırıb cinayət və mülki məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır; - iddiaçının cavabehin işlərini sona qədər apardığına dair sənəd, sübut və şahidləri var. Lakin cavabdehin qarşılıqlı iddiası heç bir mötəbər sübutla təsdiq olunmur, əksinə polisdə verdiyi izahatı ilə tam şəkildə təkzib edilir.
18. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, iddiaçının böyük bacısıdır. Cavabdeh dörd il yarıma yaxın müddət ərzində demək olar ki, onların evinin sakininə çevrilmişdir. İddiaçı cavabdehin işini həll etmək üçün heç kimin edə bilməyəcəyi çətinlik lərə sinə gərib ona kömək edib, işi cavabdehin xeyrinə qazanmışdır. Bir gün cavabdeh onlara gəlmiş, əlində müəyyən qədər həkim sənədləri olmuş, soruşduqda isə ayağının ağrımasını, iddiaçının cavabdehi həkimə aparmasını ondan xahiş etmişdir. Cavabdeh sənədləri onlarda qoyub getmiş, iddiaçı onlara gələndə iddiaçıdan xahiş etmişdir ki, cavabdehi həkimə aparsın. Bundan sonra iddiaçı cavabdehlə birgə həkimə getmişlər. Həkimdən qayıdıb onlara gəlmiş, iddiaçı cavabdehə “çox narahat olma, evi satıb pulu böldükdən sonra müalicə edib, oğlanlarının yanına gedərsən” dedikdə, cavabdeh uca səslə evi satıb heç kimə pul verməyəcəyini demişdir. Cavabdehin bu sözlərindən sonra iddiaçı cavabdehə onunla məhkəmədə görüşəcəyini demiş, sonuncu isə “sən mənə heç nə edə bilməzsən” deyə cavab vermişdir.
19. Bakı şə həri Nizami Rayon Məhkəməsinin 2(007)-2645/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir (hakim Qumru Əliyeva).
20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 31 saylı evin 65 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) X3 məxsus olmuş, 23 may 2016-cı il tarixdə səhhəti pisləşdiyi üçün S.N.Qladilina həmin mənzili Cavabdeh vəsiyyət etmiş, 24 may 2016- cı il tarixdə isə S.N.Qladilina vəfat etmişdir. Bundan sonra, K.V.Viktorovnanın ərizəsi əsasında 24 may 2016-cı il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda 24 iyul 2016-cı il tarixdə V/k -295/2016 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik işi açılmışdır. 20 oktyabr 2016-cı il tarixdə S.N.Qladilinanın oğlu X14 Cavabdeh barəsində şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bununla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı 10 dekabr 2016-cı il tarixli qərarında, araşdırmanın nəticəsində anası vəfat etdikdən sonra mülkiyyətində olan evi uzun müddət xəstəliyi ilə əlaqədar ona qulluq etmiş rəfiqəsi Cavabdeh vəsiyyət etməsindən sonra X12 Cavabdeh barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyə başlaması sübuta yetirildiyindən, V.F.Lapinin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması barədə qərar qəbul etmişdir. Bund an sonra, Cavabdeh qeyd olunan mənzilə dair vərəsəliklə bağlı işlərdə ona hüquqi yardım göstərməsi üçün İddiaçı müraciət etmiş, 12 dekabr 2016-cı il tarixdə Cavabdeh onu bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanlarında və digər dövlət və qeyri-dövlət strukturlarında, prokurorluq, təhqiqat, istintaq orqanlarında, qeydiyyat şöbəsində, Notariat kontorunda təmsil etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər bütün hərəkətləri etməyi, o cümlədən hüquqlarının müdafiə edilməsi barədə İddiaçı etibarnamə vermiş, həmin etibarnamə Bakı şəhəri 5 saylı notariat konturunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-14904 nömrəsi ilə qeyd edilmişdir. 17 dekabr 2016-cı il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin icraatında olan material ilə bağlı Cavabdeh ilə nümayəndə İddiaçı arasında müqavilə bağlanmışdır, təyin olunmuş qonorarın məbləği 500 manat, axırıncı hesab 1500 manat kimi qeyd edilmiş, tərəflər müqaviləni imzaları ilə təsdiq etmişlər. Bununla yanaşı, həmin tarixdə, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən İddiaçı, Cavabdeh 24 may 2016-cı ildə vəfat etmiş X5 tərəfindən vəsiyyət olunmuş Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan bütün işləri qurtarana kimi aparmağı öz üzərinə götürmüş, işin müsbət nəticələndiyi təqdirdə Cavabdeh mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni ona ödəməyi öhdəsinə götürmüş, tərəflər məbləğin iş qurtardıqdan yəni, S.N.Qladilinanın mənzili satıldıqdan ödənilməli olması barədə razılaşaraq, müqaviləni imzaları ilə təsdiq etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1350/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə X4 vəsiyyət edilmiş əmlak üzərində vərəsəlik hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin verilməsinin 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna həvalə edilməsi, X12 Cavabdeh və Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna qarşı “vəsiyyətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli, 2(103)-11457/2017 saylı qətnaməsi ilə X12 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. 08 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzili (Yeni qaydalarla: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) tam payda xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmış, bu barədə Cavabdeh çıxarış verilmişdir. Bundan sonra, Cavabdeh ərizəsinə əsasən onun 12 dekabr 2016-cı il tarixdə, saat 15:00-da Bakı şəhəri 5 saylı notariat ofisində İddiaçı verdiyi etibarnaməyə 31 iyul 2018-ci il tarixdə, saat 10:55:48-də xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(004)-7306/2018 saylı icra vərəqəsinə əsasən, X12 Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, e v 31, 65 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) çıxarılması qət edilmiş, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 23 avqust 2019-cu il tarixli akta əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli icra sənədində göstərilən borclu X14 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən çıxarılmış, sözügedən akt tərtib edildikdən sonra, icra məmuru K.Ş.Quliyev, 27-ci PB-nin sahə rəisi F.Ş.İsgəndərov, icra məmuru B.N.Babayev, hal şahidləri Ş.Ş.Babayev və R.Ş.Babayev, icra sənədi üzrə cavabdeh L.Feliksoviç, icra sənədi üzrə tələbkarın nümayəndəsi İddiaçı və icra sənədi üzrə tələbkar K.Viktorovna tərəfindən imzalanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(004)-5443/2019 saylı qətnaməsinə əsasən, iddiaçı V.Lapinin Cavabdeh qarşı “məcburi pay hüququnun tanınması və miras şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(007)-3163/2019 saylı qətnaməsinə əsasən iddiaçı V.Lapinin Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X11 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 aprel 2021-ci il tarixli qərara əsasən, İddiaçı ərizəsi əsasında to planmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır
21. Birinci instansiya məhkəməsi Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər özləri 17 dekabr 2016-cı il tarixli müqavilənin məzmununu müəyyənləşdirmişlər, şərtlərini razılaşdırmışlar, qanunla müəyyən edilmiş müddətdə müqavilə mübahisələndirilməmişdir. Buna görə də, həmin müqavilə Cavabdeh göstərdiyi formada ağır şərtlər altında bağlanmış müqavilə hesab edilə bilməz, çünki müqavilədə İddiaçı işləri görməsinin hansı qaydada, hansı nəticə ilə başa çatmalı olduğu, yəni mənzilin satılaraq dəyərinin 50%-nin Cavabdeh tərəfindən ona verilməli olduğu aydın yazılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, mü qavilənin etibarsız sayılması üçün hüquqi əsaslar yoxdur və qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
22. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 390.1-ci maddəsinin tələbi baxımından ilk olaraq qeyd edib ki, tərəflər öz azad iradələri ilə 17 dekabr 2016-cı il tarixli müqavilə bağlamışlar, hansı ki, həmin müqavilədə iddiaçı 24 may 2016-cı ildə vəfat etmiş X1 cavabdehə vəsiyyət olunmuş, Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı, cavabdeh isə işin müsbət nəticələndiyi təqdirdə mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni iddiaçıya ödəməyi öhdəsinə götürməklə, o cümlədən S.N.Qladilinanın mənzili satıldıqdan sonra məbləğin ödənilməsini q eyd etməklə tərəflərin özləri müqavilənin məzmununu müəyyənləşdirmişlər
23. Birinci instansiya məhkəməsi göstərib ki, tərəflər tapşırıq müqaviləsini yazılı formadan istifadə etməklə, yəni 12 dekabr 2016-cı il tarixdə cavavdeh onu bütün məhkəmə və polis orqanlarında təmsil etməsi barədə iddiaçıya notarial qaydada etibarnamə verdikdən sonra 17 dekabr 2016-cı il tarixdə bağlamışlar, bununla da iddiaçı faktiki olaraq tapşırığı qəbul etmişdir. Lakin, iddiaçı hazırkı iş üzrə məhkəmə iclaslarında verdiyi izahatlarında 17 dekabr 2016-cı il tarixli müqavilə üzrə bütün öhdəliklərini, yəni cavabdehi vərəsəliklə bağlı polis orqanları və bütün məhkəmə instansiyalarında təmsil edərək cavabdehin xeyrinə bütün işləri müsbət nəticələndirməklə öz öhdəliyini yerinə yetirdiyini bildirsə də, mübahisəli məhkəmə işlərini sonadək çatdırmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, hansı ki, qarşılıqlı iddia ərizəsində cavabdehin özü apellyasiya və kassasiya baxışlarında iddiaçının iştirak etmədiyini, hazırkı məhkəmə iclasında isə cavabdehin vəkili Vəkil iddiaçının 2018-ci ilin iyul ayından cavabdehi təmsil etməyi üçün heç bir rəsmi sənəd və icazəsinin olmadığını bildirmişdir.
24. Birinci instansiya məhkəməsi vurğulayıb ki, 17 dekabr 2016-cı il tarixli müqavilənin mövcudluğunu tərəflər mübahisələndirmir. Burada mübahisə doğuran məqam ondan ibarətdir ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş qaydada öz öhdəliklərini bütün polis və məhkəmə instansiyalarında işini tam başa vurmaqla yerinə yetirdiyini iddia edir, ilkin cavabdeh bunun əksinə olaraq, 12 dekabr 2016-cı il tarixdə onu təmsil etməsi üçün iddiaçıya verdiyi etibarnaməni 2018-ci il tarixdə ləğv etdirdiyini, həmin vaxtadək sonuncunun onun təmsil etdiyini inkar etmədiyini, bununla belə həmin dövrdən sonra apellyasiya və kassasiya instansiyalarında iddiaçının öz öhdəliyini yerinə yetirmədiyini iddia edir.
25. Cavabdehin 31 iyul 2018-ci il tarixdən etibarən iddiaçının onu apellyasiya və kassasiya baxışlarında təmsil etməməsi barədə göstərdiklərinə münasibətdə iddiaçının qarşılıqlı iddiaya etirazının əsası kimi istinad etdiyi 65 vərəqədən ibarət sübut qismində sənədləri qəbul etməyən birinci instansiya məhkəməsi qeyd edib ki, 31 iyul 2018-ci il tarixdən sonrakı dövrü əhatə edən həmin məhkəmə qətnamələrinə və qərarlarına nəzər yetirdikdə də müəyyən olunur ki, həmin məhkəmə proseslərində ya cavabdehin özü, ya da ki sonuncunun vəkilləri iştirak etmişdir, həmin məhkəmə aktlarının heç birində iddiaçının cavabdehi məhkəmə proseslərində təmsil etməsini təsdiq edən hər hansı dəlilə rast gəlinməmişdir.
26. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı tapşırılan işi natamam yerinə yetirmişdir, çünki müqavilə şərtləri və etibarnamə üzrə səlahiyyətlər imkan vermirdi ki, iddiaçı tapşırılan işi başqasına həvalə etsin və ya etibarnamə üzrə səlahiyyəti üçüncü şəxsə ötürsün. Qarşılıqlı iddiadan, o cümlədən məhkəmə araşdırması nəticəsində müəyyən olunmuş işin faktiki hallarından isə görünür ki, nə vaxt ki, cavabdeh sözügedən etibarnaməni ləğv etmişdir (31 iyul 2018-ci il tarixdə), həmin vaxtadək iddiaçı proseslərdə iştirak etmiş, həmin vaxtdan sonra cavabdehin özünün müqavilə bağladığı vəkillər işt irak etmişdir. Buradan da görünür ki, iddiaçı müqavilə şərtlərinə tam əməl etməmişdir. Həmçinin iddiaçı vəkil deyil, onun müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlaması və ya xidmətlər göstərməsi barədə sübutlar olmalıdır, müstəqil peşə fəaliyyəti ilə məşğul olması üçün isə dövlət qeydiyyatından keçməli, ödənişlər etməlidir. Nümayəndəlik müstəqil peşə fəaliyyəti ilə məşğul olma kimi sayıla bilməz. Digər tərəfdən, 31 oktyabr 2017-ci il tarixli 853-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Prosessual Məcəlləyə yeni məzmunda 69.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin mənasına görə, davam edən məhkəmə mübahisələri istisna olmaqla, yeni başlanan proseslərdə iddiaçının cavabdehi təmsil etmək səlahiyyəti olmamışdır.
27. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152-ci maddəsinin tələbi baxımından onu da nəzərə alıb ki, müqavilənin bağlandığı tarixdə sözügedən mənzil cavabdehin xüsusi mülkiyyətində olmadığından onun həmin mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin mənzilə dair müqavilə bağlamaq hüququ olmamışdır.
28. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və yuxarıda göstərilənləri ümumiləşdirərək belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə iddiaçının ərizəsinin əsasını məhz cavabdeh ilə onun arasında bağlanan 17 dekabr 2016-cı il tarixli müqavilə şərtlərindən irəli gələn, Bakı şəhəri, İnşaatçılar prospekti, 31 saylı evin 65 saylı mənzilinin satılaraq, ona çatacaq satış məbləğinin 50%-nin ödənilməsi təşkil edir, həmin iddianın da əsaslı olub-olmamasını həmin müqaviləyə nəzər yetirməkl ə müəyyən etmək olar. Belə ki, müqavilənin məzmunundan da açıq-aşkar müəyyən olunur ki, ilkin iddia üzrə cavabdeh mübahisə predmeti olan mənzilin yarı dəyərinin o halda iddiaçıya verilməsini öhdəsinə götürmüşdür ki, sonuncu bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı öz üzərinə götürsün. İddiaçı ona tapşırılan işi öz üzərinə götürdüyü halda, başqasına həvalə etdiyini, səlahiyyəti üçüncü şəxsə ötürdüyünü, lakin bütün bunlarda özünün əməyinin olduğunu bildirərək, iddiasının təmin olunmasını xahiş edir. Bir halda ki, iddiaçının peşəkar vəkillik fəaliyyəti ilə məşğul olmadığı nəzərə alındıqda, sonuncunun mütləq vəkil iştirakı tələb edilən kassasiya instansiyasında müqavilə üzrə öhdəliyini yerinə yetirməsinə nail olması və bunu öz əməyi ilə əlaqələndirməsi artıq məhz bu yerdə müqavilənin şərtinin onun tərəfindən pozulduğuna dəlalət edir və müəyyən olunur ki, o, həm özü öhdəsinə götürdüyü formada bütün instansiyalarda cavabdehin adından şəxsən iştirak etməmiş, həm də tapşırığı tam şəkildə başa çatdırmadığı halda sözügedən mənzilin 50 % dəyərini tələb etmişdir. Nəzərə alınsa ki, həmin dövrdə qüvvədə olan etibarnamə əsasında müqavilə bağlanmışdır, cavabdeh tərəfindən etibarnamə 31 iyul 2018-ci il tarixdə ləğv edildikdən sonra, nəticədə qüvvədə olmayan etibarnamənin mövcudluğu iddiaçıya məlum olduğu halda qanunvericiliyin tələbinin əksinə olaraq etibarnamə olmadan cavabdehi təmsil etdiyini iddia etməsinin özü iddia tələbinin əsassız olmasını sübuta yetirir.
29. Birinci instansiya məhkəməsi iddia tələbinin əsasını təşkil edən müh üm sübut kimi 31 iyul 2018-ci il tarixdə cavabdehin etibarnaməni ləğv etdiyi halda, 23 avqust 2019cu il tarixdə icra məmurunun akt tərtib edərək mənzilin tələbkara təhvil verilməsində cavabdehlə birlikdə iddiaçının özünün də tələbkarın nümayəndəsi qismində iştirak edib aktı imzalaması, bununla da işini tam şəkildə başa çatdırması barədə iddiaçının dəlilinə münasibətdə bildirib ki, 12 dekabr 2016-cı il tarixli etibarnamədə iddiaçının cavabdehin məhkəmə qərarlarının icrası orqanlarında təmsil etmək hüququ olmuşdur, lakin həmin etibarnamənin 2018-ci il tarixdə ləğv edilməsi iddiaçıya da məlum olmuşdur, iddiaçının hazırkı iddia ərizəsinə də 12 dekabr 2012-ci il tarixli etibarnamənin surətini əlavə etməsi nəzərə alınmaqla həmin etibarnamənin surətlərinin onda mövcud olması və icra məmuruna ləğv edildiyi halda həmin etibarnamənin surətini təqdim etməsi və akt tərtib edilən zaman tələbkarın nümayəndəsi qismində iştirakına icazə verilməsi istisna olunur. Bununla da həmin akt tərtib edilən zaman iddiaçının özünü tələbkarın nümayəndəsi qismində təqdim etməklə aktı imzalaması onun müqavilə üzrə öz öhdəliklərinə tam əməl etməklə bütün instansiyalarda cavabdehi təmsil etməsinin tam başa vurulması kimi qəbul edilib, qiymətləndirilə bilməz.
30. Birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə bağlı qeyd edib ki, həmin şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar nəinki ilkin iddia tələbinin əsaslı olub-olmamasını müəyyən etməyə imkan vermir, o cümlədən şahidlərdən A.M.Məmmədovanın iddiaçının doğma bacısı olması, S.Quliyeva nın isə ilkin iddia üzrə iddiaçı ilə 20 ildən artıq müddət ərzində ailəvi münasibətdə olmaqla sonuncunun ailə həkimi olması nəzərə alınmaqla, həmin şahid ifadələri iş üzrə mühüm əhəmiyyət kəsb edən sübut qismində qəbul edilə bilməz.
31. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər özləri 17 dekabr 2016-cı il tarixli müqavilənin məzmununu müəyyənləşdirmişlər, şərtlərini razılaşdırmışlar, qanunla müəyyən edilmiş müddətdə müqaviləni mübahisələndirilməmişlər. Buna görə də, həmin müqavilə cavabdehin (qarşılıqlı iddiaçının) göstərdiyi formada ağır şərtlər altında bağlanmış müqavilə hesab edilə bilməz, çünki müqavilədə İddiaçı işləri görməsinin hansı qaydada, hansı nəticə ilə başa çatmalı olduğu, yəni mənzilin satılaraq dəyərinin 50 %-nin Cavabdeh tərəfindən ona verilməli olduğu aydın yazılmışdır. Buna görə də, müqavilənin etibarsız sayılması üçün hüquqi əsaslar yoxdur və qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
32. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 390.1, 777.1, 777.2, 780.1, 783.2, Mülki Prosessual Məcəllənin 14.2, 88 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin edilməməsi hissəsində ləğv, ilk iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş.
34. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlillərini təkrarlanmaqla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, müqavilə hər iki tərəfin sərbəst iradə ifadəsinə əsaslanır. On un təqdim etdiyi sübutlar nəzərə alınmamış, təqdim etdiyi şahid ifadələri dəyişdirilmişdir. Məhkəmə ilk iddianı təmin etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, etibarnamə ləğv olunsa da, cavabdehin hüquqları iddiaçı tərəfindən müdafiə edilmişdir. Cavabdeh tərəfindən onun nümayəndəsi kimi başqa şəxsin çıxış etməsinə dair heç bir sübut təqdim edilməmişdir. Yalnız Ali Məhkəmədə cavabdehin hüquqları vəkil tərəfindən müdafiə edilmişdir.
35. Cavabdeh də qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmı ş, əlavə olaraq qeyd edilmişdir ki, müqavilə daşınmaz əmlakla bağlı olduğundan həmin müqavilə notarial qaydasında bağlanmalı idi. Məhkəmə iclasında müqavilənin nəyə görə notarial qaydada bağlanmaması sual edildikdə, iddiaçı notarius tərəfindən müqavilənin bağlanmasından imtina olunduğunu bildirmişdir. Belə olan halda, hüquq müdafiəçisi kimi iddiaçı notariusun imtina qərarını mübahisələndirməli idi. Lakin, o, bunu etməmişdir. Cavab isə sadə və aydındır. Çünki, iddiaçı bilirdi ki, müqavilə qanunvericiliyə zidd olduğundan notarius tərəfindən təsdiqlənməyəcəkdi. Məhkəmə əsassız olaraq qarşılıqlı iddia tələbini rədd etmiş, bununla da, maddi və prosessual hüquq normalarını pozmuşdur.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1910/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamə si ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, ilk iddia tələbinin təmin edilməsi, ünvan 3 ünvandakı mənzilin satışından əldə edilmiş 50%-i məbləğində, yəni – 46.954 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəfərov).
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 777-ci maddəsinə istinad edərək iddiaçının müqavilənin şərtlərini tam şəkildə yerinə yetirməməsi əsası ilə ilk iddianı rədd etm əsi ilə razılşamayaraq, qeyd edib ki, cavabdehlə iddiaçı arasında xx.xx.2016-cı il tarixində müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən iddiaçı cavabdehə 24 may 2016-cı ildə vəfat etmiş X5 tərəfindən vəsiyyət olunmuş Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı öz üzərinə götürmüş, işin müsbət nəticələndiyi təqdirdə cavabdeh mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni iddiaçıya ödəməyi öhdəsinə götürmüş, tərəflər məbləğin iş qurtardıqdan yəni, S.N.Qladilinanın mənzilinin satıldıqdan sonra ödənilməli olması barədə razılaşaraq, müqaviləni imzaları ilə təsdiq etmişlər.
39. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, işə apellyasiya qaydası nda baxılan zaman iddiaçının müqavilə üzrə üzərinə götürdüyü nümayəndəliklə bağlı öhdəliklərinin tam yerinə yetirilib-yetirilməməsinin araşdırılması məqsədilə Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsindən icra işi materiallarının əsli tələb edilmişdir. Həmin icra işi materiallarında olan akta əsasən icra mərhələsində vərəsəlik qaydasında cavabdehə keçən mənzilin boşaldılması zamanı tərtib olunan aktda cavabdehlə eyni vərəqdə iddiaçının da imzası vardır. Bu hal onu deməyə əsas verir ki, cavabdeh daha əvvəl etibarnaməni ləğv etsə də, sonradan iddiaçının onun nümayəndəsi kimi iştirakına etiraz etməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi cavabdehin (qarşılıqlı iddiaçının) apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, cavabdeh iddiaçı tərəfindən ona hər instansiy ada təmsil edilməsi üçün 1000 manat məbləğində ödəniş etməli idisə, o, müqaviləni mənzilin 50%-i məbləğində deyil, razılığa gəldikləri məbləğ həddində (yəni-hər instansiya üçün 1000 manat) bağlaya bilərdi. Həmçinin cavabdehin müqaviləni ağır vəziyyətə düşməsi səbəbindən son dərəcə əlverişsiz şərtlərlə bağlamasına dair apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, cavabdehin məhkəmədə təmsil olunması üçün nümayəndəyə və ya vəkilə ehtiyacının olması onun ağır vəziyyətə düşməsi kimi qiymətləndirilə bilməz. Cavabdehin başqa nümayəndə ilə müqavilə bağlamaq imkanları, həmçinin dövlət hesabına vəkillə təmin edilmək hüququ da olmuşdur. Lakin iş materiallarından cavabdehin dövlət hesabına vəkillə təmin edilməsinə dair müraciət etməsi müəyyən edilmir.
41. Cavabdehin müqaviləni ağır vəziyyətə d üşməsi səbəbindən son dərəcə əlverişsiz şərtlərlə bağlaması iş materialları ilə sübuta yetirilmədiyindən, apellyasiya instansiyası məhkəməsi hesab edib ki, cavabdehin müqavilənin etibarsızlığı ilə bağlı dəlilləri mülahizə xarakteri daşıyır və qətnamənin qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğvi üçün əsas deyildir.
42. Cavabdehin mübahisələndirilən müqavilənin notarius tərəfindən təsdiqlənməməsi barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsini mövqeyi belə olub ki, iş materiallarının araşdırılması nəticəsində cavabdehin Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində verdiyi izahatına əsasən cavabdeh xx.xx.2016-ci il tarixində iddiaçı ilə müqavilə bağladığını və iddiaçının onu təmsil etməsi müqabilində alacağı mənzilin dəyərinin 50%-nin ona verilməsinə razı olduğ unu bildirmişdir. Həqiqətən də, tərəflər arasında olan müqavilə notariat qaydada təsdiqlənməsə də, həmin razılaşma tərəflərin hər ikisinin iradə ifadəsidir və onların hər ikisi tərəfindən imzalanması mübahisələndirilmir. Müqavilənin formal xarakter daşıması isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, cavabdeh vərəsəlik yolu ilə əldə edəcəyi əmlakdan 50% iddiaçıya pay ayırmağı və ya həmin mənzil barəsində sərəncam verməyi deyil, həmin əmlakın dəyərinin 50%-i məbləğində iddiaçıya ödəniş edəcəyini vəd etmişdir. Başqa sözlə, cavabdeh mübahisəli mənzildən iddiaçıya pay ayrılmasını vəd etməmiş, mənzil iddiaçıya ödəniləcək məbləğ üçün ölçü meyarı rolunu oynamışdır. Bu səbəbdən də, tərəflər arasında olan müqavilənin Mülki Məcəllənin 391-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmayıb.
44. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, mübahisəli mənzil cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. Bu səbəbdən də, iddiaçıya ödənilməli olan 50% dəyərində məbləğin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə alqı-satqı müqaviləsinin olduğu notarius işi tələb edilmiş, müəyyən edilmişdir ki, sözügedən mənzil üçüncü şəxsə 93.908 manata satılmışdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 93.908 manatın 50%-i, yəni 46.954 manat təşkil edir.
45. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfind ən tam icra edilməsi iş materialları və məhkəmə araşdırması nəticəsində sübuta yetirildiyindən, bu hal cavabdeh tərəfindən də mənzilin 50%-i dəyərində iddiaçıya ödəniş edilməsi öhdəliyinin yerinə yetirilməsini şərtləndirir. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməli, ilkin iddia təmin edilməli, evin satışından əldə edilmiş 50% məbləğində pul iddiaçıya ödənilməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirlmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edi lməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayətini qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olub. Etirazın dəlilləri iddia ərizəsində göstərilən dəlillərlə eynidir. Əlavə olaraq kassasiya şikayətinin əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin isə əsaslı olmasına istinad edilib. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətləri ndən əmələ gəlir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə
391. Tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən lə ğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
50. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
51. Məhkəmə kollegiya sı hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Apellyasiya instansiyası məhkəməsi iddia və qarşılıqlı iddia tələbləri, eləcə də apellyasiya şikayətləri üzrə düzgün nətic əyə gəlib.
54. İddia tələbi tapşırıq müqaviləsi üzrə cavabdehin muzd ödəməsinə dair üzərində götürdüyü öhdəliyin icra edilməsi, qarşılıqlı iddia həmin müqavilənin etibarsızlığı barədədir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına əsasən tərəflər arasında tapşırıq müqaviləsi olub, həmin müqavilə tərəflərin iradə ifadəsini əks etdirir, cavabdeh daha əvvəl etibarnaməni ləğv etsə də, sonradan iddiaçının onun nümayəndəsi kimi icra işində iştirakına etiraz etməmişdir. Üstəlik, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində verdiyi izahatında cavabdeh xx.xx.2016-ci il tarixində iddiaçı ilə müqavilə bağladığını və iddiaçının onu təmsil etməsi müqabilində alacağı mənzilin dəyərinin 50%-nin ona verilməsinə razı olduğunu bildirmişdir
55. Məhkəmə kollegiyası iş in müəyyən edilmiş hallarına uyğun olaraq hər iki iddia tələbi üzrə üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 38-45-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarına əsasən təkzib edilmişdir.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənləri və Mülki Pros essual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1910/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.