Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4553/2018 06.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 iyul 2018-ci il № 2(102)-4553/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş № 2(007)-7392/16) iddia tələbi tə min edilərək, Cavabdeh 9241,48 manat əsas və 873,97 manat faiz borcunun, cəmi 10115,45 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)-09/18) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək, əsas borc 9227,7 manat müəyyən edilməklə, cəmi 10101,67 manat məbləğində pulun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 fevral 2 018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: Ərizəçi İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair əmr verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 9241,48 manat əsas və 873,97 manat faiz borcunun, cəmi 10115,45 manat məbləğində borcun və 20 manat dövlət rüsumun bankın xeyrinə tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli əmri ilə ərizə təmin olunmuşdur. Borclu Cavabdeh həmin əmrə etiraz vermiş və məhkəmənin 13 oktyabr 2016-cı il tarixli qərardadı ilə əmr ləğv olunmuş, işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İ ddiaçı ASC arasında bağlanmış 11 yanvar 2016-cı il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 27.71 % olmaqla 9396 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozul ması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 fevral 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. 11 yanvar 2016-cı il tarixli nağd pul layihəsi müqaviləsindən görünür ki, İddiaçı ASC cavabdehə 60 ay müddətinə illik 27,71% hesablanmaqla 9396 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İş materiallarında olan 3026 saylı 11 yanvar 2016-cı il tarixli kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh 9396,00 manat məbləğində kredit almışdır. İş materialla rında olan 06 oktyabr 2016-cı il tarixli arayışından görünür ki, Bank ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2016-cı il tarixli müqaviləsinə əsasən Cavabdeh banka 9241,48 manat əsas, 873,97 manat faiz borcu qalmışdır. İş materiallarında olan məktubun surətindən görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırarkən aşağıdakı maddi hüquq nörmalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etm ək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tər əflər öz üzərinə müəyyən öhdəliklər götürmüş, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə düşən öhdəlikləri pozaraq yerinə yetirməmişdir. İşə apellyasiya qaydasında baxılarkən, məhkəmənin 30 mart 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9647 saylı 21 dekabr 2017-ci il tarixli məhkəmə ekspertizasının rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehin 27 dekabr 2016cı il tarixə əsas borcu üzrə 9227,7manat borcu müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə xüsusi biliyə malik olan mütəxəssis rəyi alınmadan, əsas borcun tutulması hissəsində səhv nətc əyə gəlmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək, əsas borcu 9227,7 manat müəyyən edilməklə,(9227,7 əsas borc + 873,97 faiz borcu) cəmi 10101,67 manat məbləğində pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 fevral 2018-ci il tarixli, 2(103)09/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-4553/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4553/2018
06.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver