Məhkəmə qərarları › İş №2(102)-4553/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4553/2019

03.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4553/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 və Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh1 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli 2(103)-799/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN E TDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi zərərə görə 66680 manat pulun, eyni zamanda alıcılıq qabiliyyətinin itirilməsi nəticəsində dəymiş 60000 manat məbləğində ziyanın və 300 manat hüquqi xidmətə görə ödənilmiş pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Anar Tanrıverdiyev) 17 avqust 2016-cı il tarixli 2(009)-2340/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 64020 manat vurulmuş maddi zərərin əvəzi və 300 manat hüquqi xidmət haqqı olmaqla, cəmi 64320 manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsin in (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Cəmilə Səfiyeva, Vüqar Həsənov) 11 yanvar 2017-ci il tarixli 2(103)-1352/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli qətnaməsinin qismən - Cavabdeh1 aid olan hissədə ləğv edilməsi və ona qarşı yönəldilmiş iddia tələbinin rədd olunması, həmin qətnamənin zərərin əvəzinə aid olan hissədə dəyişdirilməsi, zərərin əvəzi kimi 42680 manat pulun tutulması, Zərərin əvəzi kimi 42680 (qırx iki min altı yüz səksən) manat pulun “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi kimi 300 (üç yüz) manatın “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri kimi 50 manatın “xxxx” MMC-dən alınaraq göstərilən hesa ba köçürülməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və cavabdehlər “xxxx” MMC və Cavabdeh1 həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Qəhrəman Allahverdiyev) 02 may 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Rafael Eyvazov) 02 avqust 2017-ci il tarixli 2(103)-8255/2017 saylı qətnaməsi ilə cavabdehlərin birgə verilmiş apellyasiya şikayəti Cavabdeh1 münasibətdə təmin edilmiş, cavabdeh “xxxx” MMC-nə münasibətdə təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli qətnaməsi iddianın Cavabdeh1 aid hissədə təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Ələsgər Əliyev) 29 dekabr 2017-ci il tarixli 2(102)-9279/17 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi “xx xx” MMC şikayətlə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş və Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 iyul 2018-ci il tarixli qərarı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 41 8.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə həmin Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 oktyabr 2018-ci il tarixli 13(102)8(K)/2018 saylı qərarı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarı və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Elşad Şamayev) 29.01.2019-cu il tarixli 2(103)-799/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlər “xxxx” MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2340/2016 saylı mülki iş üzrə qəbul etdiyi 17 avqust 2016-cı il tarixli qətnaməsinin qismən, yəni maddi zərərin və məhkəmə xərclərinin “xxxx” MMC-dən tutulması hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək dəymiş maddi ziyanın hər iki cavabdehdən müştərək qaydada alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən nəzərə almamışdır ki, Cavabdeh1 “xxxx” MMC-də rəsmi müqavilə bağlanmasa da faktiki olaraq işə qəbul olunmuş və ona "xxxx” MMC-nin rəhbərliyi tərəfindən “xxxx” MMC-nə məxsus olan nəqliyyat vasitəsini idarə etmək üçün rəsmi etibarnamə verilmiş, Cavabdeh1 "AZ.İmporf’ MMC -nin rəhbərliyinin tapşırığı əsasında əmək funksiyasını yerinə yetirərkən qəza törətmiş və nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Yüksək təhlükə mənbəyinin sahibi olan “xxxx” MMC hüquqa zidd hərəkət törətmiş Cavabdeh1 idarə etdiyi yüksək təhlükə mənbəyinin “xxxx” MMC-nin sahibliyindən çıxdığını sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1108.2 maddəsini düzgün tətbiq etməmiş və həmin maddənin qanunun mənasına zidd olaraq səhv təfsir etmişdir. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsində “BMW 760” markalı, **-AA-***dövlət qeydiyyat nişanlı avtomobilin “Porsche Panamera” markalı, 111 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq baş vermiş, nəticədə həm “BMW 760” markalı, **-AA-***dövlət qeydiyyat nişa nlı avtomobil, həm də, İddiaçı məxsus “Porsche Panamera” markalı, 111 dövlət qeydiyyat nişanlı avtomobillə külli miqdarda maddi zərər vurulmuşdur. Lakin, vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, təkcə onun maddi məsuliyyət daşıması düzgün deyildir. Belə ki, o, həmin vaxt fiziki şəxs olaraq, şirkətdə əmək müqaviləsi əsasında sürücü kimi fəaliyyət göstərmişdir. Bu səbəbdən də Cavabdeh1, hazırkı vəziyyətdə İddiaçı qarşısında hər hansı bir məsuliyyət daşımır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həm Cavabdeh1 idarə etdiyi “BMW 760” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə, həm də, İddiaçı məxsus “Porsche Panamera” markalı, 111 dövlət qeydiyyat nişanlı avtomobili həmin vaxt onun doğma oğlu, 26.08.1998-ci il təvəllüdlü Taleh Heydərli idarə etmiş, onun avtomobili idarə etmək hüququna malik olmaması, azyaşlı olaraq təcrübəsizliyi və avtomobili təyin olunmuş surət həddindən daha çox surətlə idarə etməsi, eləcədə iddiaçının bunu bilə-bilə avtomobili idarə etmək üçün oğluna etibar etməsi səbəbindən hər iki maşına külli miqdarda maddi zərər vurulmuşdur. Göründüyü kimi, İddiaçı çox dəyərli, qiyməti külli miqdarda məbləğlərdə olan “Porsche Panamera” markalı, 111 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün həmin vaxt yetkinlik yaşına çatmayan və avtomobili idarə etmək hüququ olmayan şəxsə oğlu Taleh Heydərliyə vermiş, bu hal da zərərin yaranmasına, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş, eləcə də, vurulmuş zərərin daha da böyük məbləğdə, külli miqdarda olmasına şərait yaratmışdır. Prosessual məsələlər: İddiaçın ın vəkili Vəkil1 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi, qarşı tərəfin verdiyi kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil2 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi, qarşı tərəfin verdiyi kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, 07.04.2016-cı il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Ənvər Qasımzadə küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisədə “BMW 760” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Porsche Panamera” markalı 10-08-800 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. “BMW 760” markalı avtomobil mülkiyyət hüququ əsasında cavabdeh “xxxx” MMC-yə məxsusdur, hadisə vaxtı onu vəkalətn amə əsasında Cavabdeh1 idarə etmişdir. “Porsche Panamera” markalı avtomobil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, hadisə vaxtı avtomobili iddiaçının oğlu - Taleh Heydərli idarə etmişdir. Onun avtomobili idarə etmək hüququ olmamışdır. Belə ki, onun adına olan 111 saylı sürücülük vəsiqəsində qeyd olunmuşdur ki, 26.08.2016-cı il tarixdən idarə edə bilər. Həmin yol-nəqliyyat hadisəsi “BMW 760” markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Belə ki, onun yol ayrıcını keçmə qaydasını pozması hadisənin baş verməsinə səbəb olmuşdur. Bu fakt inzibati xəta haqqında iş üzrə icraat qaydasında müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 07.04.2016-cı il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 10.04.20 16-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Cavabdeh1 həmin qərardan şikayət vermiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli 3(011)-234/2016 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 07.04.2016-cı il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 10.04.2016-cı il tarixli inzibati xəta haqqında qərarı ləğv edilmiş və yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X2ytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 2 3 may 2016-cı il tarixli KYP seriyalı 395905 saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 03 iyun 2016-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Cavabdeh1 həmin qərardan şikayət vermiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qərarına əsasən şikayət təmin edilməmişdir. Cavabdeh1 həmin qərardan da şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli 3(103)-902 16 saylı qərarına əsasən şikayət təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 20.07.2016-cı il tarixli 15357 nömrəl i rəyinə əsasən müəyyən olunmuşdur ki, aparılmış ekspert tədqiqatı nəticəsində nəzəri hesablama yolu ilə iş materiallarında olan məlumatlara əsasən 2015-ci il buraxılışlı “Porsche” markalı Panamera modelli **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən günə təxminən 64020 (altmış dörd min iyirmi) manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti – 58500 manat, Təmir-bərpa işlərinin qiyməti – 5520 manat. Apellyasiya instansiyası məhkəməsi iddianın cavabdeh “xxxx” MMC-yə aid hissədə rədd edilməsi barədə iş üzrə gəldi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkəts izlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırkı işdə bu əsaslar müəyyən edilmişdir. Çünki baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi, həmin hadisə baş verərkən Cavabdeh1 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilməsi işin mübahisəsiz hallarıdır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda həmin zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuşdur. Bu səbəbdən vurulmuş zərərə görə məsuliyyət Mülki Məcəllənin 1108.1 -ci maddəsinə uyğun müəyyən olunmalıdır. Hazırkı işdə də mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh1 “BMW 760” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” MMC tərəfindən ona verilmiş 28.03.2016-cı il tarixli vəkalətnamə əsasında idarə etmişdir. Cavabdeh1 həmin avtomobili Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq qanuni əsasla sahiblik etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş zərərə görə məsuliyyəti yüksək təhlükə mənbəyinin sahibi olan Cavabdeh1 daşıyır. Ona görə də, iddiaçıya dəymiş zərərin məbləği Cavabdeh1 tərəfindən ödənilməlidir. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən cavabdeh “xxxx” MMC-nə münasibətdə isə iddia təmin edilə bilməz. Həmin maddənin məzmunundan görünür ki, məsuliyyət həm mənbə sahibini n, həm də mənbədən istifadə edənin (hazırkı halda avtomobilin sürücüsünün) üzərinə o halda qoyula bilər ki, yüksək təhlükə mənbəyi hüquqa zidd hərəkətlər nəticəsində sahiblikdən çıxmış olsun və qanuni sahib mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olsun. Lakin hazırkı işdə bu şərtlər mövcud deyildir. Çünki Cavabdeh1 avtomobili qanuni əsaslarla, yəni “xxxx” MMC tərəfindən ona verilmiş vəkalətnamə əsasında idarə etmişdir. Eyni zamanda kollegiya qeyd etmişdir ki, zərər yüksək təhlükə mənbəyi tərəfindən vurulduğu üçün hazırkı işdə xüsusi norma kimi Mülki Məcəllənin 1108-ci maddəsi çıxış edir. İddiaçı həm avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərin, həm də yol-nəqliyyat hadisəsi avtomobilin alıcılıq (bazar) qiymətinin aşağı düşməsinə nəticəsində dəymiş zərərin ödən ilməsi tələbini irəli sürmüşdür. Avtomobilin bazar qiymətinin aşağı düşməsi nəticəsində zərərin əvəzinin ödənilməsini tələb etmək üçün iddiaçı sübut etməlidir ki, o, avtomobili satmaq qərarına gəlmiş və yol-nəqliyyat hadisəsindən əvvəl bununla bağlı müəyyən tədbirlər görmüşdür. İddiaçı isə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Ona görə də, yolnəqliyyat hadisəsi nəticəsində avtomobilin bazar qiymətinin aşağı düşməsi iddiaçıya zərər dəyməsi kimi qiymətləndirilə bilməz və həmin hissədə iddia əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hü quqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 “BMW 760” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” MMC tərəfindən ona verilmiş 28.03.2016-c ı il tarixli vəkalətnamə əsasında idarə etdiyindən o, həmin avtomobilə qanuni əsasla sahiblik etmişdir. Belə olan halda, həmin avtomobilin vurduğu ziyana görə Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq qanuni sahib kimi Cavabdeh1 məsuliyyət daşımalıdır. Cavabdeh1 kassasiya şikayətində şirkətdə əmək müqaviləsi əsasında sürücü kimi fəaliyyət göstərdiyini qeyd etsə də, bu barədə əmək müqaviləsi məhkəməyə təqdim edilməmişdir, ona görə də, iş üzrə Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki işin bu halı ilə bağlı hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2018-ci il tarixli qərarında da göstərilmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, C avabdeh1 “xxxx” MMC-də işləməsinin sübutu həmin MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizə olmuşdur. Həmin ərizədə göstərilmişdir ki, Cavabdeh1 ilə “xxxx” MMC arasında faktiki olaraq əmək münasibətləri olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Konstitusiyanın 60 və 127-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 9 və 88-ci maddələrinin tələblərinə əməl etməyərək, Cavabdeh1 həqiqətən “xxxx” MMC ilə əmək münasibətlərində olmasını, buna dair Mülki Məcəllənin 1099.2-ci maddəsində göstərildiyi kimi əmək müqaviləsinin və ya mülki hüquq müqaviləsinin olub-olmamasını yoxlamadan, MMC-nin nümayəndəsinin nömrəsiz, tarixsiz və qeyri-müəyyən ərizəsinə əsaslanaraq hesab etmişdir ki, MMC öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Bununla bağlı Konstitusiy a Məhkəməsinin Plenumu, həmçinin qeyd etməyi vacib hesab edir ki, nümayəndələrin xüsusi səlahiyyətlərinin dairəsi Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində sadalanmışdır. Nümayəndənin xüsusi səlahiyyətlərinə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi kimi ən mühüm hərəkətlərin edilməsi aiddir. Nümayəndə etibarnamədə göstərilmədiyi halda xüsusi səlahiyyətlərdən hər hansı birini həyata keçirərsə, bu təmsil olunan şəxs üçün heç bir hüquqi nəticə yaratmayacaq (Konstitusiya Məhkəməsi Plenumunun FFFun şikayətinə dair 2016-cı il 16 noyab r tarixli Qərarı).Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (YYY və LLLun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, V.V.Vun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və YYYun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehi təmsil edən nümayəndənin heç bir sübut ilə təsdiq olunmayan arayışına istinad etməklə iddia tələbini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Konstitusiya Məhkəməsinin qərarında müəyyən etdiyi hüquqi mövqelər işə baxan məhkəmələr üçün məcburi olduğundan apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 cavabdeh “xxxx” MMC-nin işçisi hesab edilə və vurulmuş ziyana görə hüquqi şəxs məsuliyyət daşıya bilməz. Buna görə də, bu hissədə iddiaçının və cavabdeh İ.İmranovun kassasiya şikayətinin dəlilləri əsassızd ır. İş üzrə iddiaçının kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnamənin avtomobilin alıcılıq qabiliyyətinin itirilməsi nəticəsində dəymiş 60000 manat məbləğində ziyanın rədd edilməsi hissəsini mübahisələndirmir, qətnamə ilə tutulmuş 64020 manat ziyanın hər iki cavabdehdən müştərək qaydada tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Buna görə də, məhkəmə kollegiyası iddianın həmin hissəsinin təmin edilməməsi hissəsində qətnamənin əsaslılığını yoxlamır. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin digər dəlili, İddiaçı çox dəyərli, qiyməti külli miqdarda məbləğlərdə olan “Porsche Panamera” markalı, 111 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün həmin vaxt yetkinlik yaşına çatmayan və avtomobili idarə etmək hüququ olmayan şəxsə oğlu Taleh Heydərliyə verməsi və bu halın da zərərin yaranmasına, yolnəqliyyat hadisəsinin baş verməsinə səbəb olaraq, zərərin daha da böyük məbləğdə olmasına şərait yaratması ilə bağlı dəlilini də əsassız hesab edir və eyni dəlilə apellyasiya instansiya məhkəməsinin verdiyi qiymətlə razılaşaraq qeyd edir ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 təqsirli olması qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarla müəyyən olunmuşdur. İddiaçının oğlunun avtomobili sürücülük vəsiqəsi olmadan idarə edilməsi ilə baş vermiş yolnəqliyyat hadisəsi arasında hər hansı səbəbli əlaqə mövcud deyildir. Çünki həmin hadisənin baş verməsinin yeganə səbəbi Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin (yol ayrıcını keçmə qaydası) tələblərinin pozması olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını d əyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-799/2019 nömrəli iş üzrə 29 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar