Məhkəmə qərarları › İş №2(102)-4553/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4553/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4553/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə tələb ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-637/2021 nömrəli, 03 mart 2021-ci il tarixl i qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Atabank” ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 iyun 2015-ci il tarixli KBAD109 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 17 faiz olmaqla 24 ay müddətinə 165000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsində yerləşən 4 mərtəbəli, 17 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi, 95 kv.m yaşayış, 43 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 70/71 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə 10 iyun 2015-ci il tarixli KBAD109 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmi şdir. Müqavilə tərəfi (borclu) öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələb irəli sürərək iddiaçı "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2015-ci il tarixli KBAD 109 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 əsas kredit borcuna görə 130.000,0 (bir yüz otuz min) ABŞ dolları, faiz borcuna görə 39.000,0 (otuz doqquz min) ABŞ dolları, cəmi 169.000,0 (bir yüz altmış doqquz min) ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə ödənilməsi, tutmanın İddiaçı-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2015-ci il t arixli ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 4 mərtəbəli, 17 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 138,0 kv.m ümumi, 95,0 kv.m yaşayış, 43,0 kv.m yardımçı sahədən ibarət 5 otaqdan ibarət 70/71 nömrəli mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiyməti 328040,0 (üç yüz iyirmi səkkiz min qırx) ABŞ dolları müəyyən edilməsi, mənzilin satışından əldə olunan puldan 169000,0 (bir yüz altmış doqquz min) ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə ödənilmək şərtilə habelə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi ilə əlaqədar ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, satış pulundan qalan hissəsinin Cavabdeh1 qaytarılması, mənzil satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kredit müqaviləsinə əsasən cavabdeh kreditdən istifadəyə görə faziləri, icra müddətini gecikdirdiyi halda isə hər gecikdirilən günə üçün faizlərin iki misli miqdarında cərimə ödəməlidir. Buna baxmayaraq Cavabdeh2 bank qarşısındakı öhdəlikləri lazımınca icra etmədiyindən 130.000 ABŞ dolları əsas, 39.000 faiz borcu yaranmışdır. Borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi və yazılı bildirişlər göndərilsə də, lakin kredit müqaviləsi üzrə öhdəliklər icra edilməmişdir.

4. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(043)4133/2017 saylı qətnaməsi ilə (hakim Fuad Mirabov) iddia tələbini n təmin edilməsi, iddiaçı "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2015-ci il tarixli KBAD 109 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 əsas kredit borcuna görə 130000,0 (bir yüz otuz min) ABŞ dolları, faiz borcuna görə 39000,0 (otuz doqquz min) ABŞ dolları, cəmi 169000,0 (bir yüz altmış doqquz min) ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə ödənilmək şərtilə alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, Cavabdeh1 iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi ilə əlaqədar ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunu n alınaraq İddiaçı-nin xeyrinə verilməsi, həmin kredit borcunun və dövlət rüsumunun ödənilməsi İddiaçı-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 4 mərtəbəli, 17 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 138,0 kv.m ümumi, 95,0 kv.m yaşayış, 43,0 kv.m yardımçı sahədən ibarət 5 otaqdan ibarət 70/71 nömrəli mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiyməti 328040,0 (üç yüz iyirmi səkkiz min qırx) ABŞ dolları müəyyən edilməsi, mənzilin satışından əldə olunan puldan 169000,0 (bir yüz altmış doqquz min) ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə ödənilmək şərtilə habelə iddiaçı tərəfindən mə hkəməyə iddia ərizəsi verilməsi ilə əlaqədar ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, satış pulundan qalan hissəsinin Cavabdeh1 qaytarılması, mənzil satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 449, 460.1, 739-cu maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Onlar qətnaməni borcun məbləği hissəsində mübahisələndirmişlər. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

7. Gəncə Apleyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli 2(104)-98/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Muradov) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(043)-4133/2017 nömrəli qətnaməsi “39000 ABŞ dolları faiz borcu”, “cəmi 169000 ABŞ dolları” və “mənzilin ikin satış qiymətinin 328040 ABŞ dolları müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, həmin hissədə faiz borcu 34009,53 ABŞ dolları, cəmi borc 164009,53 ABŞ dolları, ipoteka predmetinin ilkin satış qiyməti isə 365.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh1 145 manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601** ********3944 SWİFT Bik: CTREAZ22 hesabına, 400 manat isə “AB Consulting“ MMC-nin VÖEN **********, “Amrahbank“ ASC Əməliyyat filialı, VÖEN **********, m/h AZ89NABZ********************, kodu 503314, SWİFT Bik: AMAAZ22, H\H: AZ40AMRA******************** nömrəli hesaba ödənilməsi qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 425.1, 442, 443, 445.2.1, 448.1, 449, 739.2; “Banklar haqında” Azərbaycan Respublikası Qanunun 1, 2, 36.6, “İpoteka haqqında” qanunun 11, 34.1, 36.1, 37, 41-ci maddələrinə istinad etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh Həsənov İlham Şaban oğlu kassasiya şikayəti vermişdir. Kassasiya instansiya məhkəməsindəki İ icraat

10. Azərbaycan Respublikası Ali Məhkəmə sinin 24 iyun 2020-ci il tarixli 2(102)- 2526/2020 saylı qərarı ilə (hakim İ. Xələfov) kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apelyasiya Mülki Kollegiyasının iş üzrə 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 365.000 manat məbləğində müəyyən olunmasına dair hissədə ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsnə, X2 39.3.3. maddəsinə istinad etmişdir.

12. Kassasiya instansiyasının mövqeyi belə olmuşdur ki, cavabdeh apellyasiya şikayətində ipotekanın ilkin satış qiymətini mübahisələndirmədiyi, iddiaçı bank qətnaməni həmin hissədə mübahisələndirmədiyi halda, məhkəmə apelyantın ziyanına ilkin satış qiymətini dəyişdirməklə daha aşağı qiymət müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat

13. Gəncə Apleyasiya Mülki Kollegiyasının 03 mart 2021-cu il tarixli 2(104)637/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Mehtiyev) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2(043)-4133/2017 saylı qətnaməsi mənzilin ilkin satış qiyməti 328040,0 (üç yüz iyirmi səkkiz min qırx) ABŞ dolları müəyyən edilməsi hissəsində dəyişdirilmiş; İpoteka predmeti olan Bakı şəhəri Səbail rayonu Şeyxs Şamil küçəsində yerləşən 4 mərtəbəli, 17 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 138 kv.m ümumi, 95 kv.m yaşayış, 43 kv.m yardımçı sahədən ibarət 5 ota qlı 70/71 nömrəli mənzilin ilkin (likvid) satış qiyməti 358000 (üç yüz əlli səkkiz min) manat müəyyən edilmiş; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-nin 29 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinin əldə edilməsi üçün çəkillmiş xərc kimi 400 (dörd yüz) manat “AB Counsultig“ MMC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-də olan VÖEN **********, VÖEN 900001881, m/h: AZ03NABZ013501**********2944, Kod:805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** hesabına ödənilməsi qət edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3, 269.7, 317.1, 319.1, 385.1, 390.5, 399.1, 442, 443.2, 739.1; “İpoteka haqqında” qanunun 33, 36, 39.3, 59.1; Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərba ycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.“Eyni zamanda Apelyasiya Məh kəməsi kassasiya instansiyası Məhkəməsinin göstərişlərinə əməl etməmiş, şikayət verənin ziyanına ilkin satış qiymətini dəyişmişdir.

17. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. 22. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellya siya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

25. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi

27. İlk növbədə kollegiya qeyd edir ki, Apelyasiya Məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirməmişdir. Əvvəlki apelyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edərkən kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, cavabdehin iş üzrə apellyasiya şikayəti ipotekanın ilkin satış qiyməti ilə bağlı olmamış, hətta belə olsa da həmin qiymət onun ziyanına dəyişdirilə bilməzdi. Çünki qətnamədən iddiaçı bank apelyasiya şikayəti verməmişdir.

28. İşin 95-ci səhifəsindəki apelyasiya şikayətindən də görünür ki, cavabdehlər qətnaməni borcun faiz hissəsində mübahisələndirmişlər. Onların məhkəmə gedişi zamanı ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı təkrar-təkrar vəsatətləri nəzərə alınmamalı idi. Əksinə, məhkəmələr cavabdeh tərəfin hə min vəsatətlərini işə vaxtında baxılmasına ardıcıl surətdə mane olma kimi qiymət verməli və MPM-nin 120-ci maddəsinə əsasən müvafiq tədbirlər görməliydilər.

29. Cavabdehlərin ipotekanın ilkin satış qiyməti ilə bağlı şikayətləri olmadığı üçün Apelyasiya Məhkəməsinin bu iş üzrə baxmağa mübahisəsi qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM-nin 372.6. maddəsi). Hazırkı işdə borcun məbləği mübahisələndirildiyi üçün ipotekanın ilkin satış qiymətinin yoxlanılmasına zərurət olmamışdır.

30. Ona görə məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apleyasiya Mülki Kollegiyasının 03 mart 2021-cu il tarixli 2(104)-637/2021 saylı qətnaməsi ləğv edilməlidir. Nə qədər ki, baxılan məsələ ilə bağlı şikayət mövcud deyil, həmin hissə ilə bağlı ayrıvca qərar qəbul edilməsinə zərurət yoxdur.

31. Nəzərə almaq lazımdır ki, belə qərarın qəbul edilməsi ilə 1-ci instansiya məhkəməsinin ipotekanın ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticə qüvvəsində qalır və icra icraatı zamanı əmlak həmin qiymətlə hərraca çıxarılmalıdır.

32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətləri hər dəfə əsassız olaraq cavabdeh tərəfin vəsatəti əsasında qiymətləndirildiyi üçün qiymətləndirmə ilə bağlı bütün xərclər onlara aid edilməlidir.

33. Göstərilənlərə əsa sən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-637/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMCnin 29 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinin əldə edilməsi üçün çəkillmiş xərc kimi 400 (dörd yüz) manat “AB Counsultig” MMC-nin ”Azərbaycan Beynəlxalq Bankı” ASC-də olan VÖEN **********, VÖEN 900001881, m/h: AZ03NABZ013501**********2944, Kod:805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** hesabına ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar