Məhkəmə qərarları › İş №2(102)-4553/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4553/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4553/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borc pulun qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1833/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları

1. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli tarixli kredit müqaviləsinə əsasən İddiaçı1 tərəfindən 26 yanvar 2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 40.000 ABŞ dolları məbləğdə borc verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 40.000 ABŞ dolları məbləğdə borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 yanvar 2018-ci il tarixdə Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 40.000 ABŞ dolları borc vermişdir. Lakin Cavabdeh 26 yanvar 201 9-cu il tarixdək borcu qaytarmalı olsada, ödəməmişdir.

4. Ağdam Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(013)-1935/2021 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 40.000 ABŞ dolları və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 439.1, 439.2, 439.7, 529.1, 529.3, 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227, 357-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilər ək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, İddiaçı1la Cavabdeh arasında 26 yanvar 2018-ci il tarixdə 40.000 ABŞ dolları borca dair formal müqavilə bağlanmışdır. Cavabdehin borclu olduğu kimi göstərilən, lakin borclu olmadığı 40.000 ABŞ dollarını hissə-hissə, yəni İddiaçı1 plastik kartına köçürmə yolu ilə 14.632 manat (8.600 ABŞ dolları), iddiaçının özünə 2018-ci ilin yayında 6.700 ABŞ dolları, 2019-cu ilin yanvar ayında X4 vaisitəsi ilə 11.900 manat (7.000 ABŞ dolları), 2019-cu ilin fevral ayında X1 vasitəsi ilə 1.500 manat (882 ABŞ dolları), 2019-cu ilin iyun-avqust aylarında X3 vasitəsi ilə 18.000 ABŞ dolları ödəmişdir. Cavabdehin 41.182 ABŞ dolları ödədiyi tam sübut olunur. X2, X1 və X3 şahid qismində məhkəməyə dəvət olunsalar, ifadələrində qeyd olunanları təsdiq edə bilərlər. Beləliklə cavabdeh saxta bağlanmış borc müqaviləsində göstərilənlərdən artıq ödəniş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdehin əmisi Əhəd dost olmuşdur. Kredit müqaviləsi Orxanın əmisi Əhədin sözünə görə bağlanmışdır. Müqavilənin bağlanmasına səbəb isə, iddiaçının əmisi Əhədlə cavabdeh Fuad arasında birgə gəlir əldə etmək üçün kommersiya işləri görülməsi və əldə olunacaq gəlir hesabına qeyd olunan 40.000 ABŞ dolları idd iaçının əmisinə verməklə hesablaşmalı olması barədə razılaşma olub.

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, cavabdehlə əmisi Əhədin vaisitəsi ilə tanış olmuşdur. Əmisi Əhəd hazırda vəfat etmişdir. 2018-ci ildə Fuad ondan borc istəmiş, o da 40.000 ABŞ dollarını maşında sonuncuya vermiş, sonra da notarial qaydada müqavilə bağlamışlar. Müqavilə bağlanması barədə əmisi Əhəd ona heç bir söz dəməmişdir. Cavabdeh köməkçisi Rasim, eləcədə digər tanışları vastəsilə ona, nə də əmisi Əhədə pul göndərməmişdir. Kart hesabına göndərilən 13.962 manat Fuadın köməkçisi Rasim tərəfindən köçürülmüş, o da həmin pulları çıxarıb Fuada vermişdir.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı ilə cavabdeh arasında SD diskdə olan səs yazısı dinlənilənilmi şdir. Cavabdeh iddiaçı ilə danışığı zaman borcu qaytaracağını bildirmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) təqdim olunmuş CD diskdə olan danışıqların hazırki tələbə, yəni 40.000 ABŞ dollarına aidiyyətinin olmadığını, aparılan danışıqların Orxanın əmisi Əhədlə Fuad arasında olan biyan satışı ilə bağlı olduğunu bildirmişdir. İddiaçı isə həmin damışıqların onun tərəfindən cavabdehə verilən 40.000 manat borcla bağlı olduğunu bildirmişdir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Fuadla birlikdə işləmiş, Orxanı isə 5 il bundan qabaq bir və ya iki dəfə görmüşdür. Orxanın yanına Fuadı görmək üçün getsə də, tapa bilməmişdir. Fuad ona pul vermiş, o da həmin pulu Orxanın kartına ödəmişdir. Məbləğlər dəqiq yadında qalmasa da 5-10 dəfə, hər dəfə təxminən 20 və ya 50 manat göndərmişdir. Eləcə də Fuad ona 1.500 manat vermiş, o da həmin pulu Əhədə vermişdir. Bildiyinə görə pulu aralarında olan torpaqla bağlı göndərmişdir.

12. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Fuadla dost olmuş, Orxanı isə bir dəfə görmüşdür. Fuad 2019-cu ildə Əhədə pul lazım olduğunu ona demiş, o da Fuadın tapşırığı əsasında dostu Samir və oğlu Orucəlinin yanında 18.000 ABŞ dollarını Əhədə vermişdir. Dost olduqlarından Fuad torpaq almasını, Əhəd isə torpağı qardaşı oğlu Orxanın adına keçirməsi barədə də ona bildirmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1833/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (R.Muradov (sədrliyi və məruzəsi ilə), hakimlər Ş.Rzaquliyev və Ə.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(013)-1935/2021 nömrəli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 31.788 ABŞ dolları məbləğdə pulun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınıb İddiaçı1 verilməsi qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə Orxan tərəfindən ona bir qəpik də olsun pul verilmədiyini, müqavilənin formal olaraq bağlandığını, eləcədə faktiki borc almadığı halda müqavilədə qeyd olunan 40. 000 ABŞ dolları tam olaraq qaytardığını, yəni özü tərəfindən 6.700 ABŞ dolları iddiaçının əmisi Əhədə, 7.000 ABŞ dolları Rasimin vastəsilə Orxanın özünə, 1.500 manat Lyudmila vastəsilə Əhədə, 18.000 ABŞ dolları Vidadi Qurbanov vastəsilə Əhədə, müxtəlif vaxtlarda isə 13.960 manat Orxanın kart hesabına köçürdüyünü qeyd edir. Apellyasiya şikayətinə əlavə olunmuş ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı1 kart hesabına ümumilikdə 13.962 manat köçürülmüşdür. Ödəniş qəbzlərində pulun kim tərəfindən köçürülməsi göstərilməsə də, iddiaçı qeyd olunan məbləğin kart hesabına köçməsini təsdiq etmiş və bildirmişdir ki, pul Cavabdeh çatdırılması üçün köməkçisi Rasim tərəfindən köçürülmüş, o da öz növbəsində həmin pulları çıxarıb Fuada vermişdir. Kollegiya İddiaçı1 pulun Cavabdeh verilməsi üçün Rasim tərəfindən köçürülməsi və həmin pulları çıxarıb Fuada verməsi dəlilini əsaslı saymır. Çünki o, belə bir dəlil irəli sürsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, köçürülən 13.962 manat (dolların manata nisbətində 8.212 dollar) İddiaçı1 qalmışdır.

15. Apellyasiya icraatı zamanı dindirilmiş şahidlər Cavabdeh tapşırığı əsasında iddiaçının əmisi Əhəd İbadova ayrı-ayrılıqda 1.500 manat və 18.000 ABŞ dolları vermələrini bildirsələr də, kollegiya şahid ifadələrini sübut kimi qəbul etmir. Əvvəla, şahidlər belə bir ifadə versələr də, Əhəd İbadova pul vermələrini təstiq edən qəbz, çek və s. təqdim edə bilmirlər. Eləcə də şahidlərin hər ikisi Cavabdehla yaxın dost münasibətindədir.

16. Cavabdeh özü tərəfindən Əhəd İbadova 6.700 ABŞ dolları pulu şəxsən verməsi, eləcə də 7.000 ABŞ dolları Rasim vasitəsi ilə İddiaçı1 göndərməsi dəlilini də kollegiya əsaslı saymır. Çünki cavabdeh tərəf bu dəlilini də təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 739.1, 739.2, 740.1, 740.2-ci, MPM-nin 14.1, 77.1, 87.2, 88, 124.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, heç bir məhkəmə iclası protokolunda cavabdeh tərəfin çıxışları tam yazılmam ış, hətta tamamilə təhrif olunmuşdur. 04 sentyabr 2023-cü il tarixli məhkəmə iclas protokolunda qeyd olunmuşdur ki, guya vəkil borcu etiraf edir. Lakin bütün məhkəmə iclasları zamanı vəkil iddiaçının cavabdehə heç bir borc pul vermədiyini və borc müqaviləsi əqdinin uydurma əqd olduğunu təkrar-təkrar bildirmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhərinin 43 saylı Notariat Kontorunda müqavilə bağlanması barədə əmisi Əhəd ona heç bir söz deməmişdir. Cavabdeh köməkçisi Rasim, eləcə də, digər tanışları vasitəsilə ona, nə də əmisi Əhədə pul göndərməmişlər. Kart hesabına Fuadın köməkçisi Rasim tərəfindən 13.962 manat pul köçürülmüş, o da həmin pulları çıxarıb Fuada vermişdir. Borc müqaviləsinin bağlanması zamanı, ondan əvvəl və ya sonra, o, cavabdehin adına öz adına olan heç bir əmlakla bağlı etibarnamə verməmişdir. 28 avqust 2023-cü il tarixində məhkəmə iclasında cavabdehin nümayəndəsinin borc müqaviləsinin bağlanılması üçün o, “cavabdehin adına hər hansı bir əmlakla bağlı etibarnamə vermişdirmi” sualına cavab olaraq, bildirmişdir ki, hər hansı bir əmlakla bağlı cavabdehin adına heç bir etibarnamə verməmişdir. Bu hal məhkəmənin 28 avqust 2023-cü il tarixli məhkəmə iclas protokolunda öz əksini tapmamışdır. Bu səbəbdən də 28 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh tərəf bu halla bağlı ərizə yazaraq, məhkəmə iclasını təxirə aldırmış və müvafiq vəkil sorğusu verərək Bakı şəhərinin 43 saylı Notariat Kontorundan həmin etibarnamənin surətini alaraq, məhkəməyə təqdim etmişdir. Lakin bundan sonra belə nə iddiaçı etibarnamə verməsini etiraf etməmiş, eyni zamanda məhkəmə kollegiyası bu halı qətiyyən nəzərə almamışdır.

20. İfadələri alınmamış şəxslərin məhkəməyə dəvət olunub dindirilməsi barədə vəsatətləri də apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutul muş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...

26. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvaf iq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

32. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

33. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əh əmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin həqiqi hallarına görə, tərəflər arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli yazılı müqaviləyə əsasən cavadehə bir il müddətinə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğdə borc verilmişdir. Lakin cavabdeh öhdəliyini lazımınca icra etməmiş, borcu tam qaytarmamışdır.

43. Tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış, iddia tələbinin həllinə haqlı olaraq maddi hüquq norması kimi Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etmişdir.

44. Cavabdehin etiraz dəlilləri iddiaçı ilə bağlanmış müqavilənin borcla bağlı deyil, iddiaçının əmisi ilə torpaq sahəsi ilə bağlı olduğu barədədir. Həmin dəlili cavabdeh apelyasiya instansiyası məhkəməsində baxılarkən də irəli sürmüşdü və bu dəlil məhkəmə tərəfindən qəbul edilməyib.

45. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqavilən i imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər. Notariat qaydada təsdiqlənmiş müqavilələrdə həm də notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanmış əqdin aldatma nəticəsində və ya həmin müqavilədə göstərilən məqsədlə deyil, başqa məqsədlə bağlandığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.

46. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşılıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır. Bu baxımdan, tərəflər arasında münasibətlərin tənz imlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Hazırki işdə cavabdeh yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübut təqdim etməmişdir.

47. Kassatorun apelyasiya instansiyası məhkəməsinin iclas protokollarında cavadehin nümayəndəsinin izahatının təhrif olunması barədə dəlilləri əsassızdır. Çünki mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, protokolda əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlı qları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu qaydanı müəyyən etməkdə qanunvericinin məqsədi, işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Lakin iş materiallarından görünür ki, apelyasiya instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının protokoluna dair qeydlər verməmişdir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiy a şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1833/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar