Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4554/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı QSC-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlu, Cavabdeh1 vəkili Kərimov Fərhad Azad oğlunun iştirakları ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019 -cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, X9, Rəhim-zadə Elşad Fəxrəddin oğluna, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən G.İmanova, iş 2(010)43/2018) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 müştərək qaydada 26317.38 ABŞ dolları məbləğində kred it borcu, 11257.15 ABŞ dolları məbləğində faiz borcu və 10000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 47574.53 ABŞ dolları borc və 40 manat dövlət rüsumu və 21 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evinə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 55.000 manat bazar qiyməti ilə qiymətləndirilməklə açıq hərracda satılması, satışından əldə ediləcək pul vəsaiti hesabına cavabdehlərin borcunun İddiaçı ASC-nə ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh1 qaytarılması, ekspertiza xərci olan 150 manatın cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 müştərək qaydada tutularaq dövlə t büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)-1209/2019) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, «ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin oradan çıxarılması, evin boşaldılması və iddiaçıya təhvil verilməsi» barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddianın həmin hissədə təmin edilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, X2, X5, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ipoteka predmeti olan evdən çıxarılması, evin cavabdehlər tərəfindən boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, X11 və Cavabdeh6 müştərək qaydada 15 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməs inə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Kərimov Fərhad Azad oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı QSC-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmi ş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəy yən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.09.2013-cü il tarixli 21L000003001 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 10.10.2014cü il tarixli 021R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə İddiaçı QŞQ arasında bağlanılmış 22.09.2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda kreditin təminatı kimi digər cavabdehlərCavabdeh4, Cavabdeh3, X6, X11 və Cavabdeh6 ilə zaminlik müqavilələri bağlanmışdır. 21M000000184 nömrəli ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 9 saylı fərdi yaşayış evinə dair ipoteka müqaviləsi bağlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa görə, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evi 120 ay müddətinə İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərək daşınmaz əmlak üzərindəki, hüquq daşınmaz əmlakın Dövlət reyestrində reyestr kitabının 165 nömrəli vərəqində 13.09.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh7, X5, X2, X7 və Cavabde h8 notarial qaydada təsdiq edilmiş ərizələrinin surətlərinə görə, onlar evin ipotekaya qoyulmasına razıdırlar və ipoteka qoyulmuş evə (torpağa) tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən təqdim edilmiş arayışa görə, cavabdehin banka 26838,40 ABŞ dolları məbləğində kredit borcu, 5686,86 ABŞ dolları məbləğində faiz borcu və 9308,95 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 41834 (qırx bir min səkkiz yüz otuz dörd) ABŞ dolları 21 (iyirmi bir) sent məbləğində borcu vardır. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyininin 19.10.2017-ci il tarixli 231/10-17/E10-S saylı rəyinə görə, Bakı şəhəri. ünvan 1 ünvanında fərdi yaşayış evinin rəy verildiyi ana orta bazar qiyməti 55.000 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edi lmiş maliyyə arayışına əsasən cavabdehin hazırda Banka 26838,40 ABŞ dolları məbləğində kredit borcu, 11770.97 ABŞ dolları məbləğində faiz borcu və 20678.95 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 59288,32 ABŞ dolları məbləğində borcu vardır. Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin forma 2 arayışına görə, cavabdehlər mübahisəli mənzil üzrə qeydiyyatdadırlar. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidir lər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinin kobud şəkildə pozulduğunu qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi tərə findən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayət ində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdən sonra və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılmalarının, əmlakın boşaldılmasının təmin edilməməsi hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı məhz həmin hissədə mübahisələndirmiş, cavabdehlər isə qətnaməni mübahisələndirilməmişlər.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4554/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4554/2019
28.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver