Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4555/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-331/2018 saylı 31 yanvar 2018ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 10000 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tətqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər İ.Xəlilov və İ.Kərimli, İş № 2(103)1213/2019) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-331/2018 saylı 31 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkə mə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 41 6-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunver iciliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi iş materiallarında olan 27 iyul 2015-ci il tarixli qəbzi tədqiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında 27 iyul 2015ci ildə borc müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədən irəli gələn öhdəliklərini icra edərək cavabdehə 10000 manat məbləğində borc pul vermişdir. Bununla yanaşı, cavabdeh eyni müqavilədən irəli gələn öhdəliklərini icra etməmiş və əsas borc məbləği üzrə iddiaçıya 10000 manat məbləğində borcu qalmışdır. Məhkəmə bu qənaətə gələrkən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. 14 noyabr 2017-ci il tarixli 25129 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd edilmişdir: “...27 iyul 2015-ci il tarixli qəbzdə "Cavabdeh" yazılarından əvvəl yerləşən imza, mülki işin 31-ci vərəqəsində 14 mart 2017-ci il tarixli etibarnamədə “İmza:” qrafasındakı imza və mülki işin 34-cü vərəqəsində Cavabdeh tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 16 iyun 2016-cı il tarixli qiyabi qətnaməsinin ləğvinə dair ərizədə “Cavabdeh" yazıları qarşısındakı imza öz aralarında-eyni şəxs tərəfindən icra olunmuşdur”. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həm in dəlillər formal xarakter daşıyır. Digər tərəfdən Cavabdeh iş materiallarında olan 27 iyul 2015-ci il tarixli qəbzin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirakını təmin etməyərək mövqeyinin hüquqi əsaslarını göstərə bilməmiş, onun apellyasiya şikayətində istinad etdiyi hallar isə qətnamənin ləğvi və iddianın ona qarşı rədd olunması üçün əsas vermir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və y a digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən h ərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, hər iki məhkəmə instansiyaları mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişlər, kassasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçü n önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndiri r, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4555/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4555/2019
24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver