Məhkəmə qərarları › İş №2(102)-4557/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4557/2018

06.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4557/2018 06.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 iyul 2018-ci il № 2(102)-4557/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi, iddiaçının vəkili Ə.Ağamoğlanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2017-cı il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-5706/17) iddia qismən təmin edilərək, cavabeh Cavabdeh İddiaçı-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən məcburi qaydada çıxarılması, mənzilin boşaldılması və İddiaçı-nə təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsümunun cavabeh Cavabdeh İddiaçı-nin xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev-sədrlik edən və məruzəçi, R.Eyvazov və F.Talışinski, iş № 2(103)-1423/18) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5706/2017 saylı, 17 oktyabr 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh C avabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçıASC Cavabdeh qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən mülkiyyətçi İddiaçı-nin razılığı olmadan istifadə edən şəxslərin məcburi çıxarılması, yaşayış sahəsinin tam boşaldılaraq İddiaçı-nə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MM C arasında imzalanmış PB/GTC0761/2015 saylı 15.04.2015-ci il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun tərkib hissəsi olan 17.04.2015-ci il tarixli Kİ 531 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən Borc alana 17.04.2017-ci il tarixinədək 250000 (iki yüz əlli min) manat məbləğində bərpa olunmayan maksimal borclanma limiti verilmişdir. 17.04.2015-ci il tarixdə Kİ 531 saylı maksimal borclanma limiti çərçivəsində Bankla Borc alan arasında imzalanmış Kİ531/01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Borc alana 17.04.2017-ci il tarixinədək, faktiki illik faiz dərəcəsi 20,1462 % (illik cərimə faizi 27% (gündəlik 0.750%)) olmaqla 60000 (altmış min) ABŞ Dolları məbləğində bərpa olunmayan kredit verilmişdir. Kredit üzrə Borc alanın Bank qarşısında olan p ul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı-nin xeyrinə 16.04.2015-ci il tarixli İl 161 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 23.04.2015-ci il tarixli RX ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş pul öhdəliyi Borc alan tərəfindən Kredit müqaviləsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Bankın Borc alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsası müəyyən edilmişdir. Borc alan Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməs ini həyata keçirmədiyindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.08.2016-ci il tarixli 2(007)-3445/2016 saylı qətnaməsi ilə Borc alanın Bank qarşısında borcu cəmi 35389.12 (otuz beş min üç yüz səksən doqquz dollar on iki sent) ABŞ dolları və 59 (əlli doqquz) manat məbləğində müəyyən edilmiş, ipoteka predmetinə tutma yönəldilərək həmin əmlakın açıq hərracdan satılması qət edilmişdir. Sözügedən daşınmaz əmlak "xxxx" MMC-nin 01.04.2017-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinə əsasən İddiaçı tərəfindən açıq hərracda əldə edilmiş və bu haqda mülkiyyət hüququna dair 25.05.2017-ci il tarixli RX ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, sözügedən yaşayış sahəsi hal-hazırda mülkiyyətçi İddiaçı-nin sahibliyində və nəzarətində deyil və həmin əra zi üçüncü şəxslər tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. Əraziyə dəfələrlə gedilməsinə və burada yaşayan şəxslərə PBCOS-878 nömrəli bildiriş məktubu ilə müraciət edilməsinə baxmayaraq əmlakı faktiki idarə edən şəxs - Cavabdeh yaşayış sahəsini qanuni sahibinə təhvil verməkdən boyun qaçırmışdır. Əmlaka dair mülkiyyət hüququnun İddiaçı-nə məxsus olmasını nəzərə alınaraq, iddiaçının əmlaka faktiki sahiblik etmək hüququ təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, nəticə etibarilə işin faktiki hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişd ir. İddiaçının vəkili Ə.Ağamoğlanov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil Ə.Ağamoğlanovun izahatını dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 yanvar 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.08.2016-cı il tarixli, 2(007)-3445/2016 nömrəli qətnaməsi ilə İddiaçı-nin iddiası qismən təmin edilmiş, "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən və Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin xeyrinə 15 aprel 2015-ci il tarixli, PB/GTC-0761/2015 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu əsasında bağlanmış 17 aprel 2015-ci il tarixli, K1531/01 saylı maliyyələ şdirmə üçün ərizə üzrə əsas borc qismində 32.139 (otuz iki min yüz otuz doqquz) ABŞ dolları 52 (əlli iki) sent və faiz borcu qismində 3.149 (üç min yüz qırx doqquz) ABŞ dolları 60 (altmış) sent, cərimə qismində 100 (yüz) ABŞ dolları, cəmi 35.389 (otuz beş min üç yüz səksən doqquz) ABŞ dollan 12 (on iki) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsait qismində 30 (otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 (iyirmi doqquz) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 44A saylı evi n 8 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 75000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 44A saylı evin 8 saylı mənzilinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə olan borcu ödənilməsi qət edilmişdir; "xxxx" MMC ilə Paşa Bank arasında 01 aprel 2017-ci il tarixində bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən ev 44a, 8 nömrəli mənzil Banka 75000 manata satılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində istifadədə olan 40.1 yaşayış sahəsindən ibarət ev 44a ünvanında yerləşən 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Paşa Bank ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1469 nömrəli reyestr kitabının 134628 nömrəli vərəqində 25.05.2017-ci ildə qeydiyyata alınmışdır; Paşa Bank ASC tərəfindən Cavabdeh ünvanlanmış 01.06.2017-ci il tarixli PBCOS878 nömrəli bildirişdən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 44A saylı evin 8 saylı mənzilin yaşayış sahəsinin qanunsuz istismarının dayandırılmasını və 5 (beş) gün ərzində əmlakın tam boşaldılaraq iddi açı Paşa Bank ASC-nə təhvil verilməsini xahiş etmiş, əks təqdirdə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; Bakı şəhər İcra Hakimiyyəti Nərimanov Rayon Mənzil Kommunal Təsərrufatı 30 saylı MKİS tərəfindən verilmiş 25.08.2017-ci il tarixli 220548 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 44a nömrəli evin, 8 nömrəli mənzili İddiaçı-nə məxsusdur, həmin ünvanda qeydiyyatda heç kim yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə mənzil “ipoteka predmeti”, bank “ipoteka saxlayan”, cavabdeh isə “ipoteka qoyan” olduğundan və hazırkı iddia ipoteka münasibətlərinə əsaslandığından cavabdehin mənzildən çıxarılmalı olubolmadığı haqqında məsələ “İpoteka haqqında” Qanunun müddəalarına uyğun həll edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.6-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar; 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur; 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutmu yönəldildikdə və o satıldıqdan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təstiq edilmiş öhdəlik götürmüş olsunlar; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıgakı əsaslar olmalıdır: mənzilə tutma yönəldilməli və o satılmalı dır; ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; bu tələblərə yeni icraatda baxılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı,Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 44A saylı evin 8 saylı mənzilinin mülkiyyətçisidir və həmin mənzildə cavabdehin yaşaması iddiaçının mülkiyyətindən sərbəst istifadə etmək imkanlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Re spublikası Konstitusiyasının 29-cu maddəsinin 1 və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İşin faktiki halları eləcə də qeyd olunan normaların tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mənzili tərk etmək vəzifəsi yaranmışdır, çünki mənzil satılmışdır və mənzilin satılmasından 1 aydan çox vaxt keçmişdir. Ona görədə cavabdehin mənzildən çıxarılma sı və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə tələb əsaslıdır. Qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın qismən təmin edilərək, iddiaçı Paşa Bank ASC-nin mülkiyyətində olan,Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 44A saylı evin 8 saylı mənzilin boşaldılması, cavabdehin həmin mənzildən məcburi qaydada çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsindən ibarət bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu dəlillər əsassız olmaqla qanuni və işin hallarına uyğun olan qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin Apellyasiya şikayətində istinad etdiyi hallara gəl incə məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar iş üzrə müəyyən olunmuş faktları sadalamaqdan və onlara şikayət müəlliflərinin öz subyektiv yanaşmasından ibarətdir ki, cavabdehin subyektiv yanaşması zəruri sübutlarla təsdiq edilmədiyi halda mübahisənin qanuni həlli üçün əhəmiyyət kəsb etməməklə yanaşı, iddia tələbinin əsassızlığına dəlalət etmir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, cavabdeh könüllü olaraq ipoteka müqaviləsini bağlamaqla, həmin müqavilədən irəli gələn öhdəliklərini üzərinə götürmüşdür, həmin evin onun yeganə yaşayış evi olması, onu götürdüyü öhdəliklərin icrasının qarşısını alan hal hesab edilə bilməz. Eləcə də, cavabdehin, mənzildə onunla yanaşı ailə üzvlərinin olmasının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınm aması barədə dəlili də formal mülahizələrdən ibarətdir, belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.08.2016-cı il tarixli, 2(007)-3445/2016 nömrəli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh arvadı T.X.Cabbarova Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 44A saylı evin 8 saylı mənzilinin 15 aprel 2015-ci il tarixli, PB/GTC-0761/2015 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtər toplusu əsasında bağlanmış 17 aprel 2015 aprel 2015-ci il tarixli, K1531 saylı maliyyələşdirmə üçün ərizə üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasının təminatı qismində ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Həmçinin qeyd olunan mənzildə qeydiyyatda heç kim yoxdur. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 44A saylı evin 8 saylı mənzili üzərində bankın mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə isə bank mənzilin mülkiyyətçisidir. Cavabdehin isə mənzilə mülkiyyət hüququ xitam olunduğundan o, bankın mənzilinə qanunsuz sahiblik edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə də mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə tələb əsaslıdır. Qeyd olunanlara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi MPM-nin 384.0.1ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab etmişd ir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibət də dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 yanvar 2018-ci il tarixli, 2(103)-1423/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar