Məhkəmə qərarları › İş №2(102)-4557/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4557/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4557/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli 2(103)-90/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, 21.02.2017-ci il tarixli müqaviləyə əsasən “Sony LED 50W805C” markalı televizor üçün 2.189 manat ödənilməmiş hissə, 1.800 (6 manat x 10 ay x 30 gün) manat dəbbə pulu və 14.06.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19958 olan “HTC U Play 64GB markalı telefon, X4 (Rəqəmsal) 1 il üçün” 880 manat ödənilməmiş hissə, 750 (5 manat x 5 ay x 30 gün) manat dəbbə pulu, eyni zamanda 30 manat dövlət rüsumu, ümumilikdə 5.649 manat Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 23.10.2018-ci il tarixli, 2(009)-3122/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.02.2017-ci il tarixli müqavilə üzrə 2. 189 manat əsas, 20 manat dəbbə pulu, cəmi 2.209 manat, 14.06.2017- ci il tarixli müqavilə üzrə isə 880 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 890 manat və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat məbləğində hissəsi, ümumilikdə 3.109 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Abiddin Hüseynov, Azad İmanov) 28 yanvar 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Səbail rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 28.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin prosessual hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən icra məmuru vasitəsi ilə xəbər tutmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iştirakı təmin edilsəydi mühasibatlıq ekspertizasının təyin edilməsinə dair məhkəməyə vəsatət təqdim edərdi və iş üzrə faiz borcu hissəsində mübahisə olduğunu bildirərdi. Lakin apellyasiya instansiya mə hkəməsi tərəfindən onun prosessual hüquqları bərpa edilməyərək tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14.06.2017-ci il tarixli 134732 nömrəli müqaviləyə əsasən, satıcı İddiaçı MMC 12 ay müddətinə cəmi 1.255 manat məbləğində ödənişlər etmək şərti ilə İMEİ nömrəsi **********19958 olan, “HTC U Play 64GB markalı telefonu” və “1 il müddətinə X2 (Rəqəmsal)” alıcı Cavabdeh satmışdır. Tərəflər arasında bağlanmış 21.02.2017-ci il tarixli 41736 nömrəli müqaviləyə əsasən isə satıcı “xxxx” MMC “Sony LED 50W805C” markalı televizoru dəyərini 12 ay müddətinə ödəmək şərti ilə 4.561 manata alıcı Cavabdeh satmışdır. Hər iki müqavilənin 3.3-cü bəndinin şərtlərini pozduqda, qalıq məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i hə cmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh 21.02.2017-ci il tarixli müqavilə üzrə cəmi 2.372 manat, 14.06.2017-ci il tarixli müqavilə üzrə isə 375 manat ödəniş etmişdir. Hazırda cavabdehin cəmiyyətə 21.02.2017-ci il tarixli müqavilə üzrə 2.189 manat əsas borc, 1.820 manat dəbbə pulu, cəmi 3.989 manat, 14.06.2017-ci il tarixli müqavilə üzrə isə 880 manat əsas borc, 750 manat dəbbə pulu, cəmi 1.630 manat, ümumilikdə 5.619 manat borcu yaranmışdır. Apellyasiya instansiya məhkəməsi borc məbləğinin düzgün hesablanmaması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, Cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsa sən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdeh məhkəmə iclasları haqqında rəsmi məlumat verilməməsi barədə dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından məhkəmə bildirişlərinin onun rəsmi qeydiyyatda olduğu ünvana göndərildiyi, lakin bildirişlərin “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarıldığı aydın olur, həmin ünvanın məhkəməyə məlum olan yeganə ünvan olduğu səbəbindən məhkəmə bildirişlərinin almamasının məsuliyyətini isə məhkəmə daşıya və bu məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya inst ansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 600-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə iddiaçının müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu vaxtlıvaxtında ödəməmi ş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun İddiaçı MMC borcu yarandığından iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satq ı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh kassasiya şikayətində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək ödənilməli olan borcun məbləğinin dəqiq hesablanmamasını göstərmişdir. Lakin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, cavabdehdən tələb edilən borcun hesablanması xüsusi bilik tələb etmir, adi riyazı hesablama ilə cavabdehin ödədiyi məbləği müqavilə dəyərindən çıxmaqla müəyyən edilməsi mümkündür. Dəbbə pulunun məbləği isə məhkəmə tərəfindən azaldılaraq simvolik məbləğdə müəyyən edilmişdir. Cavabdeh daha artıq ödəniş etməsi barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi- prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassas iya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli 2(103)-90/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar