Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4561/2020 26.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehlər: Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi Açar sözlər: kredit müqaviləsi üzrə faizlərin hesablanması müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-360/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı X6 tərəfindən ayrılıqda və cavab dehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Bank) Mingəçevir filialı ilə Cavabdeh1 (bundan sonra – cavabdeh və ya Borclu) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 15L000001738 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bankla Borclu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015R********** saylı kredit razılaşmasına əsasən Borcluya aylıq 1.9167 faiz olmaqla, 36 ay müddətinə 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla bağlanılmış xx.xx.2012-ci il tari xli 15S000002981 saylı, 15S000002983 saylı, 15S000002980 saylı və 15S000002982 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Borclunun Bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və Bank qarşısında onunla birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bankla Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 15M000000440 saylı ipoteka müqaviləsinə əsasən onların mülkiyyətində olan Zərdab rayonu XXXkəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 015M**********01 saylı ipoteka müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Zərdab rayonu Qorubağı kəndində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetlərinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Bank cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehlərdən müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə əsas bor ca görə 41268,31 ABŞ dolları, faiz borcuna görə 18672,99 ABŞ dolları və cərimə borcuna görə 29327,76 ABŞ dolları, cəmi 89269,06 ABŞ dolları borcun, dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının Bankın xeyrinə tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 XXXqızı, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulması, ümumi birgə mülkiyyətdə olan 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 XXXqızı, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və X1 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə tələb olunan məbləğdə borcun yarandığı qeyd edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 5192 saylı rəyi ilə xx.xx.2014-cü il tarixli, 015R********** saylı kredit razılaşması üzrə Borclunun Banka əsas borc üzrə 41268.31 ABŞ dolları, faiz borcu üzrə 18672.99 ABŞ dolları borcu olması müəyyən edilmişdir. İş üzrə “xxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 0252/19/AB № li fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən Zərdab rayonu, XXXkəndində, 0.20 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, ümumi birgə mülkiyyətdə olan 1 mərtəbəli, 4 otaqlı, 144.9 kv.m ümumi, 102.1 kv.m yaşayış, 42.8 kv.m yardımçı sahədən və tikintialtı sahə 48.0 kv.m olan anbar (liter B), 200.0 kv.m olan tövlə (Liter C), 32.8 kv.m olan tövlədən (Liter Ç) ibarət fərdi yaşayış evinin hazırkı bazar qiyməti 50000 manat təşkil edir. “xxxxxxxxxxxxxxx” MMC tərəfində n xx.xx.2019-ctı il tarixdə verilmiş 0253/19/AB № li fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən Zərdab rayonu, XXXkəndində, Cavabdeh2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 139.6 kv.m ümumi, 54.2 kv.m yaşayış, 85.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar qiyməti 45000 manat təşkil edir. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(035)80/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə əsas borca görə 41268.31 ABŞ dolları, faizə görə 18672. 99 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə), iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutularaq Banka ödənilməsi, tələbin ipoteka predmetlərinə yönəldilməsi və açıq hərracda satılması, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müvafiq olaraq 50000 manat və 45000 manat müəyyən edilməsi, tələb ipoteka predmeti olan fərdi yaşayış evlərinə yönəldildikdən və satıldıqdan 1 ay sonra boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət оlunmuşdur. Qətnamədən Bank və cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Bank qətnaməni ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra bir ay müddətində cavabdehlərin həmin fərdi yaşayış evlərinə münasibətdə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması və alıcıya təhvil verilməsi tələbinin təmin olunmaması hissələrində; cavabdehlər isə iddianın təmin olunmuş hissəsində mübahisələndirmişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-360/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Hüseynov (sədrlik edən və məruzəçi), G.Abbasov və V.Məlikov) Bank və cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, b irinci instansiya məhkəməsinin qətnaməsi şikayət vermiş şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 421.2, 423.2, 424.2, 425.1, 442, 448.1. 448.2, 739-cu maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 59.3-cü maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, Borclu krediti alsa da, yəni Bank müqavilə ilə üzərinə düşən öhdəliyini icra etsə də, Borclu müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun Banka əsas borc üzrə 41268.31 ABŞ dolları, faiz borcu üzrə 18672.99 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili olan cavabdehlərin həddən artıq maliyyə məsuliyyətinə cəlb edilməsi i lə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyini şübhə altına alan konkret sübut təqdim etməmiş, eyni zamanda kredit borcu və ona münasibətdə hesablanmış faizlərin həddən artıq şişirdilməsi ilə bağlı hər hansı bir dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyası belə vəziyyətdə ekspert rəyini şübhə altına alan hər hansı bir hal müəyyən etmədiyindən ekspert rəyi ilə razılaşıb. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evlərinin ilkin satış qiymətinin müvafiq olaraq 50000 və 45000 manat müəyyən edilməsi ilə bağlı tərəflər apelyasiya şikayətində hər hansı bir etiraz bildirməmişdir. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşd irilmiş dəbbə pulunu məhkəmənin azalda bilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi dəbbə pulunun azalda bilməsi məhkəmənin hüququ kimi nəzərdə tutulmuşdur. Həm də istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azalda bilməsi göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bundan əlavə cavabdehlər iddia edirlər ki, Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Qərarına əsaslanaraq hazırkı kredit xətti müqaviləsi üzrə Bankla Borclu arasında xx.xx.2014-cü il tarixdə kredit razılaşması müqaviləsi bağlansa da, zaminlərlə bağlanmış zaminlik müqaviləsi və ipoteka müqaviləsi kredit xətti müqaviləsi üzrə bağlanmış, həmin kredit xətti müqaviləsində isə kreditin şərtləri aydın deyildir. Məhkəmə kollegiyası “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin xx xxxx 2019-cu il tarixli qərarında göstərilənlərə istinadla qeyd etmişdir ki, göstərilən qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Bundan başqa, iddiaçı Bankın apelyasiya şikayətinin dəlili olan ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan sonra bir ay müddətində cavabdehlərin həmin fərdi yaşayış evlərinə münasibətdə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması və alıcıya təhvil verilməsinin təmin edilməsinə dair tələbinin təmin edilməməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi öz qətnaməsində ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmetlərinin boşaldılması ilə bağlı müvafiq tələb təmin edilmişdir. İddiaçının apelyasiya şikayətində qeyd etdiyi yuxarıda qeyd edilən hallar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Bundan əlavə həmin tələblər qeyd edilən ipoteka predmeti satıldıqdan sonra gələcəkdə yeni mülkiyyətçi ilə yaranan münasibətlərə aid olduğundan həmin tələbin təmin edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Ona görə də birinci instansiya məhkəməsinin bu mövqeyi də əsaslı və qanuni olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Apelyasiya şikayətində faizin çox hesablandığı bildirilsə də apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Bundan əlav ə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası və əmtəəşünaslıq ekspertizaları keçirilmiş və müvafiq rəylər alınmışdır. Həmin rəylərin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan bir ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 ümumi birgə mülkiyyətdə olan 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 və X1 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması və alıcıya təhvi l verilməsi tələbinin təmin olunmaması hissələrində ləğv olunması və həmin hissələrdə də iddia tələblərinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər mülkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaklara tutma yönəldildiyi təqdirdə onları qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Qanunvericiliyə əsasən cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Kassatora görə onun mübahisələndirdiyi hissədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv e dib işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə iş üzrə qərar qəbul olunmasını xahiş etmişlər. Cavabdehlərin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya instansiyası məhkəmələrinin qətnamələri prosessual hüquq normalarının pozuntusu, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərarda dın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən qismən - ipoteka predmeti olan əmlaklar a tutma yönəldildikdən və onlar satıldıqdan bir ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 ümumi birgə mülkiyyətdə olan 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 və X1 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması və alıcıya təhvil verilməsi tələbinin təmin olunmaması hissələrində və cavabdehlərdən isə yalnız Cavabdeh1 və Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin şəxslərə qarşı təmin olunmuş hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya la zımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlər in ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mübahisələndirdiyi hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən əsalandırılmış qiymət verilmişdir. Cavabdehlərin kassasiya şikayəti ilə bağlı Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcuna dair hissədə maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsində n irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, kreditin verilməsi müddətinin bitdiyi gündən sonrakı dövr üçün kreditorun həmin müqaviləyə uyğun faiz tələbinin maddi hüquqi əsası yoxdur. Bu cür müqavilələr üzrə yalnız müqavilədə pulun verilməsi müddətinin bitdiyi günədək müqavilə üzrə hesablanmış faiz borcu tələbi təmin oluna bilər. Baxılan işin müəyyən olunmuş hallarına görə Bankla Borclu arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə öhdəliyin icrası müddətinin xx.xx.2017-ci il tarixdə bitmiş, lakin iddiaçı təqdim etdiyi maliyyə arayışı əsasında xx.xx.2018-ci il tarixədək hesablanmış faiz borcunu tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərkən öhdəliyin icrası müdətinin başa çatdığı vaxta olan faiz borcunun müəyyən edilməsi barədə ekspert qarşısında sual qoyulmamış, ekspert rəyi ilə də faizlər həmin tarixədək hesablanmışdır. Halbuki, iddiaçı müqavilə üzrə pulun verilməsi müddətinin bitməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələbi irəli sürməmişdir. Qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin edilmiş qalan hissələrdə dəyişdirilməsi və ya ləğv olunması üçün əsaslar yoxdur. Ona görə də iddiaçının kassasiya şikyəti təmin edilməməli, cavabdehlərin kassasiya şikyəti qismən təmin edilməli, apelyasiya instansiya məkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalı, qətnamə kassatorlara aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-360/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – 015R********** saylı kredit razı laşması üzrə faizə görə 18672.99 ABŞ dolları tutulması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.