Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4569/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cu il tarixli, 2(103)1885/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim A.Süleymanova) 29.10.2018-ci il tarixli, 2(001)-3946/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək, “xxxx” ASC-nin “Monolit” filialı ilə Cavabdeh1 arasında bağlanmış 120 MFGFK nömrəli 18.04.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 128.930 manat əsas borc, 22.048 manat faiz borcu, ümumilikdə 150.978 manat məbləğində kredit borcu və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 83 manat məbləğində pulun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m, yaşayış sahəsi 69 kv.m, yardımçı sahəsi 41.5 kv.m olan 21 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin ilk in satış qiymətinin 250.000 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cu il tarixli, 2(103)1885/2019 saylı qətnaməsi ilə (hakimlər A.İmanov, A.Hüseynov, V.Sadıqov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3946/2018 saylı, 29.10.2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cu il tarixli, 2(103)-1885/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 aprel 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 128.930 manat əsas borc, 22.048 manat faiz borcu, ümumilikdə 150.978 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmenti nə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notariat qaydada təsdiqi üçün ödənilmiş 22 manat rüsumun tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli, **********51-05301-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m, yaşayış sahəsi 69 kv.m, yardımçı sahəsi 41.5 kv.m olan 21 nömrəli mənzilə yön əldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı “xxxx” ASC- yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m, yaşayış sahəsi 69.0 kv.m, yardımçı sahəsi 41.5 kv.m olan 21 nömrəli mənzilin 1 ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman kassatorun iştirakı təmin edilməmiş, işin halları tam və obyektiv araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01ş2019-cu il tarixli, 2(103)-1885/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı «xxxx» ASC-nin nümayəndəsi, Cavabdeh1, onun vəkili X1 və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 4 15.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və işdə olan “xxxx” ASC-nin “Monolit” filialı ilə Cavabdeh1 arasında bağlanmış 120 MFGFK nömrəli 18.04.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 19 % olmaqla 178930 manat məbləğində kredit verməyi, borc alan həmin krediti qəbul etməyi, məqsədinə uyğun istifadə etməyi, kredit və hesablanmış faizləri müqavilənin şərtlərinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 13 mart 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 «xxxx» ASC-yə 18.04.217-ci il tarixli, 120 MFGFK nömrəli kredit müqaviləsi üzrə 12.03.2018-ci il tarixə 128930 manat əsas, 22048 manat faiz borcu, cəmi 150978 manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İş materiallarına əlavə edilmiş 18 aprel 2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, «xxxx» ASC-niıı “Monilit” filialı ilə Cavabdeh1 Aydm oğlu arasında bağlanmış 13.02.2015-ci il tarixli 092 MFGFK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 məxsus - ünvan 1, 21 saylı mənzil ipotka ilə yüklü edilmişdir. İpoteka predmeti 205 000 (iki yüz beş min) m anat məbləğində qiymətləndirilmişdir.İşdə olan RX seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1, 21 nömrəli mənzil 10.08.2012-ci il tarixdə Cavabdeh2 adma qeydiyyatdan keçmişdir.İş materiallarında olan RX seriyalı, 106705 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1, 21 nömrəli mənzilə dair ipoteka yüklülüyü 13.05.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdə olan ərizədən görünür ki, ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır.İş materiallarında olan bildirişlərdən görünür ki, “xxxx”ASC tərəfindən borclu İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xəbərdar edilmişdir. İşdə olan “xxxx” MMC-nin 31.08.2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m yaşayış sahəsi 69,0 kv.m, yardımçı sahəsi 41.5 kv.m olan 21 nömrəli mənzilinin 31.08.2018-ci il tarixə bazar dəyəri 250000 (iki yüz əlli min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaq la, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq kassasiya şikayətinə münasibə tdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cu il tarixli, 2(103)-1885/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4569/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4569/2019
08.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver