Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4572/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “evə köçürülmə” tələbi) 29.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), X18 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə gəlin köçdüyü evə köçürülmə, həmin evdə yaşamaq və oradan istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-974/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Lənkəran ŞİHB-nın xx.xx.2011-ci il tarixli 199 N-li sərəncamına əsasən İddiaçı (bundan sonra – iddiaçı) 17 fevral 1974-cü ildə anadan olmuş, İ qrup əlil olan keçmiş həyat yoldaşı X5 üzərində qəyyum təyin olunmuşdur.
2. İddiaçı ilə X12 ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. Özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil (bundan sonra –mübahisələndirilən mənzil) X2 mülkiyyətində olmuşdur.
3. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-99-2006-cı №-il qətnaməsinə əsasən iddiaçı bir azyaşlı uşağı ilə birlikdə mərhum X2 adına olan mübahisələndiril ən mənzilin günbatan tərəfindəki otağa köçürülməsi qət edilmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1390/2022 saylı 15 avqust 2022-ci il tarixli 2(049)-750/2022 saylı qətnaməsinə əsasən Lənkəran Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilərək, mərhum X1 qalmış mübahisələndirilən mənzildən ibarət mirasdakı payının Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir.
5. Lənkəran ŞİH Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı hal-hazırda ünvan 2 ünvanında oğlu – X6 ilə birlikdə yaşayır.
6. Lənkəran ŞİH Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən cavabdehə məxsus mübahisələndirilən mənzildə hazırda X7 və X11 ya şayır.
7. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan və Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, mənzil üzərində cavabdehin tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən bir uşağı ilə 21 iyul 1999-cu il tarixində gəlin köçdüyü mərhum qaynanası X2 adına olan mənzilin günbatan tərəfindəki otağa köçürülmək və oradan istifadə hüququna yaradılan maneələrin (giriş qapısının açarının dəyişdirilməsi, mənzilə başqa kirayənişinlərin buraxılması və s.) aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmas ı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin qardaşı X12 ilə 21 iyul 1999-cu il tarixində el adəti ilə toy edib, toydan sonra mərhum qaynanası X2 adına olan mənzilə gəlin köçmüş, bu nikahdan onların 1 uşaqları anadan olmuşdur. 2004-cü ilin 13 dekabr tarixinə kimi təsərrüfatı birgə idarə etməklə sözügedən mənzildə həyat yoldaşı ilə birlikdə yaşamışdır. Övladları dünyaya gələndən sonra həyat yoldaşı tez-tez evə içkili vəziyyətə gələrək onu söyüb təhqir etmiş və onu azyaşlı uşağı ilə birlikdə onunla birgə yaşadığı evdən qovmuşdur. Bir müddət azyaşlı uşağı ilə Lənkəran şəhərində kirayə tutduğu başqa bir evdə qaldıqdan sonra yaşamağa özgə yeri olmadığından gəlin köçdüyü evə köçürülməyi və yaşayış hüququnun tanınması barədə birinci i nstansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə iddiası təmin olunaraq oğlu Mirrafiq ilə birlikdə xx.xx.2007-ci il tarixdə sözügedən ünvanda yerləşən mərhum qaynanası X2 adına olan 2 otaqlı mənzilin günbatan tərəfindəki otağa köçürülmüşdür. Həyat yoldaşı X12 27 iyun 1996-cı il tarixindən xx.xx.2021-ci il dünyasını dəyişən tarixədək Lənkəran rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda olmaqla, şizofreniya paranoid diaqnozu altında olmasına baxmayaraq onu qanuni qəyyumluğa götürməklə onunla birlikdə yaşamışdır. Həyat yoldaşı X5 bacısı və onun baldızı olan, hazırda ünvan 4 ünvanında qeydiyyatda olan və indi Rusiya Federasiyasında yaşayan cavabdeh xx.xx.2021-ci il tarixində həyat yoldaşı X12 dünyasını dəyişən kimi yaşadığı Rusiya Federasiyasından dərhal Lənkəran şəhərinə qayıdaraq mənzilin evin giriş qapısının açarını özbaşına dəyişərək onun evə daxil olmağına süni əngəl yaratmışdır. Bununla belə, o, cari ildə birinci instansiya məhkəməsinə «miras əmlakın faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi ilə müraciət edərək, mərhum anası X1 ona miras qalmış mənzilin onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin əleyhinə çıxarılan qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsinin qərarı ilə mərhum X1 qalmış, mənzildən ibarət mirasdakı payının cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən onun qeydiyyatda oldu ğu və köçürüldüyü Mənzilin günbatan tərəfindəki otağa yerləşməsinə imkan verilmir və şərait yaradılmır. Bundan başqa, hazırda cavabdeh tərəfindən sözügedən mənzilə özbaşına kirayənişinlərin yerləşdirilməsi halları da müəyyən edilmişdir. Hal-hazırda cavabdeh Rusiya Federasiyasında yaşayır və sözügedən mənzil başqalarına kirayə verilmişdir. Nəticədə iddiaçı bir uşağı ilə birlikdə hazırda Lənkəran şəhərində ağır bir şəraitdə kirayədə yaşayır.
10. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir.
11. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsasında mübahisələndirilən mənzilə köçüb yaşamaq hüququnun tanınması qət edilmiş və həmin qətnamə icra edi lmişdir. Həmin qətnamədə cavabdeh onun mərhum qardaşı X9 qeyd etmiş, köçüb yaşamaq istədiyi mənzilin mülkiyyətçisi isə mərhum anası X4 olmuşdur. Hal-hazırda isə iddiaçı iddia ərizəsində cavabdeh kimi baldızı Cavabdeh qeyd etmişdir. Həmçinin iddiaçının köçüb yaşamaq istədiyi mənzilin mülkiyyətçisi cavabdehdir. Yəni birinci instansiya məhkəməsinin sözügedən qətnaməsinin hal-hazırki iddiaya heç bir hüquqi əsası təsiri aidiyyəti yoxdur. Çünki iddiaçının köçüb yaşamaq istədiyi mənzilin mülkiyyətçisi və cavabdeh fərqli fiziki şəxslərdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən, Mənzil xx.xx.2022- ci il tarixdən tam xüsusi mülkiyyətə verilmişdir. Cavabdehin qardaşı X12 ilə iddiaçı arasında olan nikah pozulmuş və qardaşı X12, Yardımlı rayon sakini X7 ilə xx.xx.2005-ci il tarixdə faktiki nikaha daxil olmuşdur. Onların birgə münasibətlərindən xx.xx.2006-cı il tarixdə X11 anadan olmuş və uşağın atalığı müəyyən edilmişdir. X17 ikinci dəfə qeyri-rəsmi olaraq ailə qurduğu X7 və qızı-Əbülfətli Zərifə ilə birlikdə vəfat etdiyi xx.xx.2021-ci il tarixədək, mərhum anası X2 mülkiyyətində olan həmin mənzildə ailəsi ilə birlikdə yaşamışlar. Qanunvericiliyin tələbinə görə, gəlin, mənzilin mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri, mülkiyyətçinin əri (arvadı), habelə onun uşaqları və valideynləri hesab olunurlar. İddiaçının, cavabdehdən özünün saxlanılmas ını tələb etmək hüququ yoxdur. Dolayısı ilə iddiaçının, cavabdehdən sonuncunun yaşadığı mənzilə köçürülməsini tələb etmək hüququ yoxdur. Belə ki, İddiaçı mərhum qardaşı X12 ilə 1999-cu ildə rəsmi nikaha daxil olaraq mərhum anasının mülkiyyətində olan evə gəlin köçdüyü üçün, yəni onlar ailə münasibətinə 1999-cu ildə daxil olduqda o dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. O dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin hüquq və vəzifələri kimi qeyd edilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ail ə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi, iddiaçı mənzilə gəlin köçmüş, müəyyən müddət yaşadıqdan sonra Əbülfətov Hüseynin ruhi- psixi xəstə olmasını səbəb göstərərək 2005-ci il tarixdə könüllü olaraq evdən çıxıb getmişdir. Yəni İddiaçı həmin tarixdən evi uzun müdd ətdir tərk edərək başqa yerdə yaşamaqla hazırda mənim mülkiyyətimdə olan evə yaşayış hüququnu itirmişdir.
12. İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsini qətnaməsinə əsasən mənzilə köçəndən sonra 2011-ci ilədək həmin ünvanda yaşamış, sonra isə atası evinə köçmüş, hazırki vaxtadək atasının evində yaşamışdır. 2011-ci ildən sonra həmin evdən bütün əşyalarını götürmüş, yalnız boş şifoneri qalmışdır. 2011-ci ildən sonra mütəmadi olaraq həmin evə getmişdir. Mərhum həyat yoldaşı Hüseyn Əbülfətov vəfat edənə kimi ona qulluq etmişdir.
13. Şahid1 Sevdimalı qızı ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. O da iddiaçı ilə qonşuluqda yaşamışdır. İddiaçı həmin ünvanda 5 il yaşamışdır. Qalan vaxtı isə hər gün onu həyat yoldaşı Hüseynə yemək gətirdiyini görmüşdür.
14. Şahid X13 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. O da ünvan 5 ünvanında, 5-ci mərtəbədə yaşayır. İddiaçı 5 ildən artıqdır ki orada yaşamır. Gülxanımın yaşamadığı vaxtlarda belə hər gün həyat yoldaşı Hüseynə yemək gətirdiyini görmüşdür.
15. Şahid3 şahid X8 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir.
16. Birinci instansiya məhkəməsinin 2(049)-330/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında olan hüquq münasibətləri 1999-cu ildə yarandığından mübahisə 1999-cu ildə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. İddiaçı cav abdehin mərhum qardaşı X12 ilə 1999-cu ildə faktiki nikaha daxil olaraq cavabdehin anasının mülkiyyətində olan evə gəlin köçmüş və sonradan faktiki nikah münasibətləri pozulmuşdur. Daha sonra iddiaçı mübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmış, məhkəmənin qətnaməsi ilə o 2006-cı ildə həmin evə köçmüş və 2011-ci ilədək həmin mənzildə yaşamışdır. İddiaçı artıq 10 ildən artıq müddətdir ki, mübahisəli Mənzili tərk edərək başqa yerdə yaşamaqla hazırda cavabdehin mülkiyyətində olan mənzilə yaşayış hüququnu itirmişdir. Eyni zamanda gəlinin qaynananın və baldızın saxlamaq aliment kimi öhdəliyi müəyyən edilməmişdir. Yəni gəlin, baldızın və qaynatanın (və ya qaynananın) digər qohumu hesab edilə bilməz. Hazırki halda da, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin, yəni cavabdehin ailə üzvü ol madığı üçün özünün saxlanılmasını cavabdehdən tələb etmək hüququ yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş qohumluq münasibəti normaların təsir dairəsinə düşmədiyindən, iddiaçının yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmamışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30, 60, 97, 123, 130, 132, 133-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinə, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, X. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarını n Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
20. Apellyasiya instansiya məhkəməsi 2(106)-974/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur, yəni birinci instansiya məhkəməsi mübahisəli Mənzilin 26 oktyabr 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində cavabdehin adına qeydiyyata alınması üzrə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin iddiaçının evə köçürülməyi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin məcburiliyinin məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlili üzrə nəzərə alınmalıdır k i, işin mübahisəsiz hallarına, eləcə də özünün izahatlarına əsasən icra edilmiş və ona hər hansı maneə yaradılmamışdır.
23. Məhkəmə kollegiyasi hesab etmişdir ki, hazırkı halda iddiaçının oğlu - 01 fevral 2002ci il təvəllüdlü və yetkinlik yaşına çatmış X3 29 oktyabr 2021-ci il tarixində ölmüş mərhum atası X10 çatası miras payı ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət edə bilər. Eyni əsasla da, hazırkı mülkiyyətçi Cavabdeh məxsus hüquq müəyyənedici sənədlərin iddiaçı tərəfindən mübahisələndirilməsi zamanı onun subyektiv hüququnun mövcudluğu halı da mübahisəlidir.
24. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 146 və 152-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.1, 372.1,372.6, 372.7, 385.2 və 402.1-ci maddələrinə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikay ətinin dəlilləri
25. İddiaçı (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə mübahisələndirilən mənzilə dair hüquqi sənəd olan çıxarışın hal-hazırda cavabdehin adına olmasını əsas tutaraq belə qənaətə gəlmiş və sözügedən normaları iş üzrə tətbiq etmişdir. İddiaçı bildirmişdir ki, qeyd olunan çıxarış cavabdehə düzgün olmayan hüquqi əsasla verildiyindən və birinci instansiya məhkəməsində baxılmaqda olan iddia tələbi («xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv ol unması və çıxarışın etibarsız hesab edilməsi») üzrə kifayət qədər mötəbər sübutlar olduğundan apelyasiya şikayəti üzrə baxılmaqda olan işin icraatı dayandırılmalı və bununlada gələcəkdə çıxarış ləğv olunduğu zaman iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ yaranacaqdır. Bu hüquq üzrə iddiaçının vərəsəsi olduğu artıq apellyasiya məhkəməsi tərəfindən başqa bir işdə baxıldığı zaman təsdiq edilmişdir. Lakin, cavabdeh hansısa yolla hazırda sözügedən əmlaka tam payla sahib olmuş və mülkiyyətçi statusu qazanmışdır. Bu da öz növbəsində məhkəmə kollegiyasının hazırki işdə sözügedən normaları tətbiq etməsi ilə nəticələnmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh sözügedən Mənzilin yalnız və yalnız özünə çatan hissəsində mülkiyyətçi ola bilər. Apellyasiya instansiya məhkəməsi isə hazırki iddia tə ləbinə baxan zaman cavabdehin hazırda mübahisə predmeti olan Mənzilə tam payla mülkiyyət hüququnu əldə edə bilməsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mümkün olmayacağı halda hazırki iş üzrə mülkiyyətə dair normaları tətbiq etməklə iddiaçının əleyhinə yekun qərar qəbul etmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, cavabdehin adına olan çıxarışın verilməsinə əsas olan sənəd xx.xx.2022-ci il tarixdə cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamənin də verilməsinə əsas olan sənəd birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 2(049)- 750/2022 saylı məktub olmuşdur. Sözügedən məktubun məzmununu isə Lənkəran Rayon Məhkəməsi tərəfindən apellyasiya instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(106 )- 1390/2022 saylı qətnaməsinin icra edilməsi üçün notariat orqanına göstəriş verməsi təşkil etmişdir. İddiaçı isə bu məsələni bildikdən sonra müvafiq araşdırılma aparılması üçün iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və apellyasiya məhkəməsindən də hazırki işin icraatını sözü gedən iş baxılıb həll olunanadək dayandırılmasını xahiş etmişdir. Lakin buna baxmayaraq məhkəmə kollegiyası cavabdehi mülkiyyətçi statusu ilə tanımaqla mülkiyyətə dair normaları da hazırki işdə tətbiq etmişdir. Bu da öz növbəsində tamamilə əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
27. Məhkəmə kollegiyası qəbul etdiyi qətnamənin 9-cu vərəqinin 5-ci abzasının 3-cü cümləsində qeyd etmişdir ki, “Məhz bu səbəbdən, kollegiya hazırkı iş üzrə icraatın iddiaçının Lənkəran Rayon Məhkəməsin ə qeyd edilən müraciətinə görə dayandırılması həmin işin uğurluluq ehtimalı baxımından zəruri hesab edilə bilməz.” Bu fikir tamamilə səhvdir və qəbuledilməzdir. Çünki, İ instansiya məhkəməsinin yuxarıda sözügedən işin nəticəsində iddiaçının leyhinə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2695/2023 saylı qətnaməsinə əsasən cavabdehə qarşı verilən iddia təmin olunaraq Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış mənzilə dair xx.xx.2022-ci il tarixdə cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsində həmin Daşınmaz əmlak üzərində aparılmış hüquqların dövlət qeydiyyatı ləğv olunmuş və Mənzilə dair cavabdehə verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Bu da o demək olur ki, hazırki mübahisə üzrə mülkiyyətdən söhbət gedə bilməz və maddi hüquq norması kimi mülkiyyət münasibətlərini tənzimləyən normalara da istinad olunaraq tətbiq edilməsi əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyasının diqqətinə çatdırılmışdır ki, hazırki işə apelyasiya qaydasında baxılarkən iş üzrə icraatın dayandırılması barədə vəsatətlə birlikdə Lənkəran rayon Məhkəməsində cavabdehə qarşı «xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və Çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin surətini məhkəmə yə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə tərəfindən qəbul edildikdən sonra işə baxan hakim tərəfindən xx.xx.2023-cü il tarixli, 2(106)-974/2023 saylı məktubla Lənkəran Rayon Məhkəməsinə həmin işin olub-olmaması ilə bağlı müraciət olunmuşdur. Lakin həmin məktubun tarixi 12 iyul 2023-cü il olsa da, göndərilmə tarixi 21 iyul, Lənkəran Rayon Məhkəməsinə daxil olma tarixi isə 25 iyuldur. Lənkəran Rayon Məhkəməsi tərəfindən isə sözügedən məktuba xx.xx.2023-cü il tarixdə cavab (məktub kassasiya şikayətinə əlavə edilir) verilmişdir. Həmin məktubun isə ŞAM-nə daxil olması məlum deyildir. Belə olan halda işə baxan hakim iş üzrə icraatın dayandırılması məsələsinə həddən artıq səthi yanaşaraq işin obyektiv həllinə çalışmamışdır. Bundan əlavə cavabdehə qarşı verdiyi və Lənkəran Rayon Məhkəməsində b axılan iddia tələbi xx.xx.2023-cü il tarixdə iddiaçının leyhinə yekunlaşmışdır. Bununla yanaşı iddiaçının cavabdehə qarşı verdiyi və Lənkəran Rayon Məhkəməsində baxılan başqa iddia tələbi də iddiaçının leyhinə yekunlaşmışdır.
28. Məhkəmə kollegiyası qəbul etdiyi qətnamənin 9-cu vərəqinin 5-ci abzasının 2-ci cümləsində göstərmişdir ki, «Eyni əsasla da, hazırkı mülkiyyətçi Cavabdeh məxsus hüquq müəyyənedici sənədlərin İddiaçı tərəfindən mübahisələndirilməsi zamanı onun subyektiv hüququnun mövcudluğu halı da mübahisəlidir.” Burada artıq məhkəmə kollegiyası iş üzrə özünün əsas sübut hesab etdiyi hüquqi sənədin mübahisələndirildiyini bildiyi halda, onun ləğv oluna bilməyəcəyini və ya ləğv olunma ehtimalının çox daha az olduğunu zənn etmişdir. Bu hal isə özlüyündə həmin sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş hüquqi qüvvəsinin olmasını düşündürür. Halbuki, hazırki normanın tələbindən də görünür ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin sübut kimi qəbul etdiyi həmin hüquqi sənəd mötəbər hesab edilə bilməz. Belə ki, sübutun mötəbərliyi onun gerçəkliyə uyğunluğu deməkdir. Bu sənəd isə gerçəkliyə uyğun əldə edilməmiş və hazırda da mübahisələndirlir.
29. Kassator şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 152.1-ci maddələrinə, MPM-nin 9.1, 14.2, 88, 254.1.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh kassasiya şikayəti ilə bağlı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq A zərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
32. Maddə 146.2 Sərəncam vermək hüququ dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır
33. Maddə 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
34. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
35. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
36. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keç miş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
37. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2 010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hü ququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi n əticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il Qərarı...yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.
2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. İddiaçının dəlili ilə bağlı apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı vəziyyətdə iddiaçının mübahisəli evə münasibətdə istifadə hü ququnun qalmaqda davam etməsi müəyyən olunmur. Nəzərə alınmalıdır ki, iddiaçı məhz istifadə hüququnun mövcudluğuna istinad edərək evə köçürülməsini tələb edir. Məhkəmə işə baxarkən evin cavabdehin mülkiyyətində olması, iddiaçı ilə cavabdeh arasında ailə hüquq münasibətləri ilə bağlı öhdəliklərin olmadığı və evin hüquqi vəziyyətinin dəyişdiyini müəyyən etmişdir.
48. Cavabdehin digər dəilli vəsatət verməsinə baxmayaraq məhkəmənin işin icraatını başqa işə baxılıb qurtaranadək dayandırmaması ilə bağlıdır. Qeyd edilməlidir ki, mövcud hüquqi vəziyyətdən fərqli vəziyyətin yaranması halında (yəni iddiaçı vərəsəlik qaydasında miras əmlak üzərində hər hansı hüquq əldə etdiyi təqdirdə) onun mübahisəli ev üzərində əşya hüququndan irəli gələn hüququ təsbit olunmuş olur. Bu halda iddiaçı əldə etmiş oldu ğu həmin hüquq əsasında ev üzərində mülkiyyətinin bütün əlamətlərini özündə əks etdirən hüquqları, o cümlədən istifadə hüququna malik olur. Bu isə onun həmin əsaslarla istifadə hüququnun mövcudluğunun müəyyən olunduğu evə köçürülməsini istisna etmir. Hazırkı baxılan işin icraat daxilində isə onun evə köçürülməsi mümkünsüzdür. Çünki o, evə dair əvvəllər yaranmış istifadə hüququnu itirmişdir.
49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfi ndən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-974/2023 saylı, 01 avqust 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.