Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4573/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)2165/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili R tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim F.Məmmədov) 19.10.2018-ci il tarixli, 2(011)-8366/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.11.2014-cü il tarixli, 2(011)-3835/2014 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı Nadir qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 05.02.2006-cı təvəllüdlü X1 və 03.01.2014-cü təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 154 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Əliyev, F.Talışinski, R.Eyvazov) 20.02.2019-cu il tarixli, 2(103)-2165/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən veri lmiş apellyasiya şikayəti təmin edilməyək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli, 2(011)-8366/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə 18.09.2018-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 05.02.2006-cı il təvəllüdlü X1 və 03.01.2014-cü təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən ailə hüququ üzrə qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olaraq aliment məbləğinin artırılması imkanlarını istisna edən cavabdehin obyektiv dəlillərini nəzərə almamışdır. Cavabdehin 57 yaşı vardır və o, ağır xəstəlikdən əziyyət çəkir, onun müalicə almağa maddi imkanı yoxdur. Cavabdehin ikinci həyat yoldaşının təsadüfi qazancları da alimentə görə yaranmış borcların İddiaçı ödənilməsinə sərf olunur. İdiaçının məqsədi cavabdehin ikinci ailəsini dağıtmaqdır. Bu mübahisələr artıq onun ailəsini dağı tmaq üzərədir. Cavabdehin ikinci nikahdan olan övladı 28.11.2017-ci il təvəllüdlü oğlu da hazırda qida defisitindən əziyyət çəkir. İddiaçı isə Azərbaycan Respublikasının əməkdar artistidir və ildən ilə populyarlıq qazanmaqla yaxşı maddi imkana malikdir. Belə ki, iddiaçı toylar, xınayaxdı və s. mərasimlərdə iştirak edir və hər tədbirdən 3000-8000 manatarası pul qazanır. Bu barədə iddiaçı öz instaqram səhifəsində bildirmişdir. Bundan başqa o, modelyerlərin, kosmetoloqların, stilistlərin və imicmeykerlərin xidmətindən istifadə edir, şəxsi prodüseri vardır, tez-tez xarici ölkələrə istirahətə gedir. İddiaçı **-LM-*** dövlət nömrə nişanlı bahalı avtomobilə malikdir. Bunlar hamısı iddiaçının yüksək maddi imkana malik olmasından xəbər verir. Lakin iddiaçı heç bir dəlil göstərmədən əksini bildirir. İddaçının maddi rifahının yüksən səviyyədə olması Bakı şəhər X3 Departamentinin verdiyi arayışla da təsdiqlənir. Həmin arayışdan görünür ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ********** olmaqla o, 21.01.2008-ci il tarixdə vergi orqanında uçota alınmışdır və son illərdə, yəni 2016-cı ildə 34500 manat, 2017-ci ildə isə 32250 manat məbləğində gəlir əldə etmişdir. Həmin arayışdan görünür ki, İddiaçı 2018-ci ildə, yəni aliment tələbi ilə məhkəməyə müraciət etdiyi ildəbir manat belə vergi ödəməmişdir. Halbuki o, 2018-ci ildə də şənlik məclislərində iştirak etmiş, bu yaxınlarda ABŞ-a səfərdə olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara hüquqi qiymət verməmişdir. Bundan başqa, İddiaçı 3 iş yeri üzrə daimi qazanca malikdir. Belə ki, o, Azərbaycan Televiziyası və Radiosunun solistidir, Azərbaycan Milli Konservatoriyasında baş müəllim vəzifəsində işləyir və Milli Aviasiya Akademiyasında da dərs deyir. Apellyasiya instansiyası məhkəməsinə iddiaçının gəlirləri barədə məlumatın əldə edilməsi cavabdehin vəsatətini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərinə düzgün qiymət verməmişdir. Həmin maddəyə əsasən məhkəmələr aliment məbləğinin dəyişdirilməsi barədə işlərə baxarkən hər iki tərəfin maddi, ailə vəziyyətini (sağlamlıq vəziyyəti, yaş və s.) nəzərə almalıdır. Göstərilənlərə əsasən onlar, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-2165/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, Cavabdeh və vəkili R məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yox layır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iş hallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli qətnaməsi ilə, tərəflərin birgə nikahından doğulmuş uşaq ları Nərgiz Qafarova və Çinarə Qafarovanın saxlanılması üçün hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat alimentin Cavabdeh tutulması qət edilmişdir. 12.08.2017-ci il tarixdə Cavabdeh Dubelir Yuliya ilə nikaha girmiş və bu nikahdan 2017-ci il ildə Faiq adlı uşaqları doğulmuşdur. Cavabdeh 01.03.2010-cu ildən heç yerdə işləmir. İddiaçı iddia tələbində göstərmişdir ki, hazırda o, cavabdehlə ayrı ünvanda yaşamaqla ayrı təsərrüfat aparır. Uşaqların ehtiyaclarını təkbaşına ödəmək onun üçün çətindir. Uşaq böyüdükcə onların tələbatları da artır. Cavabdeh bir ata kimi övladlarının qayğısına qalmır, onlarla maraqlanmır, ata kimi öz vəzifəsini icra etmir. Hazırda alimentin artırılmasına ehtiyac vardır. O, dəfələrlə cavabdehdən azyaşlı uşaqlarının saxlanılmaları üçün maddi kömək tələb etsə də, cavabdeh bundan boyun qaçırır. Apellyasiya kollegiyası “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumunun 2018-ci ildə artaraq bir uşaq üçün 154 manat olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad etməklə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, cavabdehin yenidən nikaha girməsi və başqa uşağının doğulması, maddi imkanının aşağı olması aliment məbləğinin artırılmaması üçün əsas ola bilməz. Çünki həmin hallar Cavabdeh əvvəlki nikahdan olan övladları N.Qafarova və Ç.Qafarovanın yaşayış minimumuna uyğun qaydada saxlanılmaları öhdəliyini aradan qaldırmır. Kas sasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddənin məzmunundan da aydın görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu təqdirdə məhkəmə tərə flərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materialları ilə isə Cavabdeh maddi vəziyyətində yaxşılaşmaya doğru dəyişiklik baş verməsi, cavabdehin artırılmış vəziyyətdə aliment ödəmək iqtidarında olması müəyyən edilmir. Əksinə iş materialları ilə müəyyən edilir ki, cavabdeh 01.03.2010-cu ildən bu qədər heç yerdə işləmir, 17.09.2018-ci il tarixə onun ödənilməmiş 8000 manat məbləğində aliment borcu vardır Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən maddənin mənasına görə, uşaqları saxlamaq hər iki valideynin borcu hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh e dilməsinə dair” 27.07.2016-ci il tarixli Qərarında göstərilir ki, ailə qanunvericiliyi tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: 1) tərəflərin maddi və ailə vəziyyəti; 2) diqqətəlayiq digər hallar; 3) uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutul acaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tər əfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi v əziyyətinə təsirini nəzərə almalıdır. Apellyasiya instansiyası məhkəməsi isə Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında göstərilən hallar üzrə araşdırma aparmamış, iş materiallarında olan sübutlar üzrə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normasını tətbiq edərkən, həmin normanı (Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsi) səhv təfsir etməklə tətbiq etmiş, prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Azərb aycan Respublikası MPM-in 417.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X4rşı” işi üzrə 26.10.1984-cü i l tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-2165/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4573/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4573/2019
08.07.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver