Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4575/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ödənilməsi, problemli kreditlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1035/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxx x" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə (bundan sonra – iddiaçı və ya Bank, ləğv prosesindədir) Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış 03.07.2015-ci il tarixli İKM01 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana 18 ay müddətinə, illik faiz dərəcəsi 36% olmaqla 1900 ABŞ dolları məbləğində kredit vermişdir. Eyni zamanda, Bank ilə Cavabdeh2 (bundan sonra – zamin) arasında həmin tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin borcalanın Bankla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmü şdür. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, borcalana cəmi 885,82 manat kompensasiya hesablanmış, sonuncuya bu barədə “Problemli kreditlərin kompensasiyası” adlanan 24 yanvar 2020-ci il tarixli çıxarış verilmişdir. Həmi çıxarışa əsasən, kompensasiya məbləği ödəniş müddəti keçmiş kredit borcuna yönəldikdən sonra onun Banka cəmi 1624.01 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada 955,3 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmı ş 815,07 ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi tarixdən illik 5% olmaqla 112,58 ABŞ dolları borc, 1257,52 ABŞ dolları cərimə, ümumilikdə 3140,47 ABŞ dolları kredit borcunun, Bank tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan Bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməmiş, ona edilmiş xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iclasında borcalan iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, onun Banka cəmi 2509,83 ABŞ dolları borcu olub, ondan 885,82 ABŞ dolları dövlət tərəfindən kompensasiya edilib və buna görə o, qalan 1624,01 manat b orcu ödəməyə razıdır. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-131/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia qismən təmin edilmiş, cavabdehlərdən birgə qaydada cəmi 1624,01 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq Banka ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, 03 iyul 2015-ci tarixli müqavilə üzrə qalıq kimi hesablanmış 1624,01 manat hissəsində təmin edilməlidir. Qalan hissədə isə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həmin hissədə olan kredit borcu Fərmanın təsir dairəsinə düşərək silinmişdir. Məhkəm ə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü, maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bank apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, sözügedən Fərmanda vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası nəzərdə tutulur. Məhkəmə faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu hissəsində iddia tələbini təmin etməməklə əsassız nəticəyə gəlmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1035/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borcalanın Banka olan borcu 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri altına düşür. Birinci instansiya məhkəməsi də irəli sürülən iddianı haqlı olaraq məhz 1624,01 manat məbləğində təmin etmişdir. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasi ya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin olunmayan hissədə ləğvini, iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını, yaxud işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında məhkəmələrə fərmanın təsir dairəsinə düşən və restrukturizasiya olunmayan kredit müqavilələri üzrə faiz və cərimə borclarının silinməsi səlahiyyəti verilməmişdir. Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra Bank tərəfindən müvafiq tədbirlər görülmüş, cavabdeh sözügedən kredit müqaviləsinin restrukturizasiya olunması ü çün müraciət etməmişdir. Ona görə də Bank əvvəlki müqavilə şərtlərinə uyğun olaraq faiz və cərimə tələb edə bilər. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur və əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği hissəsində qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hes ab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üç ün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya insta nsiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: Banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1-ci bənd). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin (6.2 və 6.3-cü bəndlər). Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür (8.9-cu bənd). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətdə problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra Bank tərəfindən müvafiq tədbirlər görüldüyünü, cavabdehin sözügedən kredit müqaviləsinin restrukturizasiya olunması üçün müraciət etmədiyini, yeni müqavilə bağlanmadığını qeyd etmişdir. Nəzərə alınmalıdır ki, işə baxmış məhkəmələr məhz bu halı nəzər ə alaraq Borcalandan qalıq əsas borcun tutulması barədə qənaətə gəlmişlər. Əks halda, yəni Fərmana müəyyən edilmiş müddət ərzində problemli kreditin restrutuzasiyası ümumiyyətlə hazırkı işin məhkəmədə baxılması imkanını aradan qaldırmış olardı. Fərmanla Azərbaycan Respublikasının Mərkəzi Bankına həmin Fərmanın təsir dairəsinə düşən kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası (kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi) məqsədilə banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi tövsiyə edilmişdir. Eyni zamanda Fərmanın 6.3-cü bəndi ilə banklara və bank olmayan kredit təşkilatlarına tövsiyə edilmişdir ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit m üqaviləsi bağlanmasını təklif etsinlər (6.1); vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını (məhkəmələrdə olan iddialardan imtina edilməsini) təmin edən tədbirlər görsünlər (6.2). İşə baxılarkən mübahisəli kredit müqaviləsinin Fərmanın təsiri altına düşdüyü barədə mübahisə olmamışdır. İddiaçı dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi də həmin Bank üçün məcburi olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanl arı nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1035/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4575/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4575/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver