Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4576/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)2266/2019 nömrəli iş üzrə 11 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Əşir Səmədov) 30 oktyabr 2018-ci il tarixli 2(008)-5378/2018 saylı qətnaməsi ilə iddiaçı «xxxx” Açıq S əhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 44718,16 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat pulun tutulması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 44718,16 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi belə əsaslandırılmışdır ki, «xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2013-cu il tarixli 17048 nömrəli müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 məhəllə, bina 5, blok 1, 161 saylı (təzə nömrəsi 178), mərtəbə 17, 2 otaqdan ibarət, ümumi sahəsi 82,1 kvadrat metr olan mənzili cavabdehə satmağı, sonuncu isə mənzilin dəyərini Müqavilə ilə müəyyən edilmiş qaydada iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Daha sonra cavabdehlə “xxxx” ASC arasında 13 avqust 2013-cu il tarixli İ-13/77 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin Kredit müqaviləsinə əsasən cavabdeh adıçəkilən bankdan 118 ay müddətinə 45894,72 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə yaran an öhdəliklərin icrasının təmini kimi bank, iddiaçı və cavabdeh arasında 13 avqust 2013-cu il tarixli İ-13/77 zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin olan iddiaçı borc alan cavabdehin Kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 4.2-ci bəndinə əsasən borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə, kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində kreditora ödə məyi öhdəsinə götürmüşdür. Cavabdeh 13 avqust 2013-cu il tarixli 1-13/77 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyinə görə zamin olan iddiaçı bankın tələbi ilə cavabdehin banka olan əsas borc 43804,59, ona hesablanmış faiz borcu 913,57 manat, cəmi 44718,16 manat məbləğində kredit borcunun tam ödəmişdir. İddiaçı 44718,16 manat məbləğində pulun ona geri qaytarılması barədə cavabdehə pretenziya göndərsə də, bunun heç bir nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasi ya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara tam, hərtərəfli və obyektiv baxmamışdır. Tərəflərin izahatları: Cavabdehməhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Cavabdehin vəkili Vəkil məhkəməyə məktub göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktla ra istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 iyun 2013-cu il tarixli 17048 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, bina 5, blok 1, 161 saylı (təzə nömrəsi 178), mərtəbə 17, 2 otaqdan ibarət, ümum i sahəsi 82,1 kvadrat metr olan mənzili cavabdehə satmağı, sonuncu isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Mənzilin qiyməti 84711,2 manat məbləğində müəyyən olunmuş və cavabdeh mənzilin dəyərini hər ay 664,26 manat olmaqla 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə cavabdeh arasında bağlamış 13 avqust 2013-cu il tarixli İ-13/77 nömrəli kreditmüqaviləsinə əsasən, cavabdeh həmin bankdan 118 ay müddətinə 45894,72 manat məbləğində kredit götürmüş, bank, iddiaçı və cavabdeh arasında bağlanmış 13 avqust 2013-cu il tarixli İ-13/77 saylı zaminlik müqaviləsi ilə isə iddiaçı cavabdehin öhdəlikləri üzrə banka zaminlik təminatı vermişdir. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə görə, borclu davamlı olaraq 60 gün ərzində o na verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə, kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit öhdəliklərini lazımınca icra etmədiyinə görə 25.11.2015-ci il tarixə 43804,59 manat əsas və 913,57 manat faiz olmaqla, cəmi 44718,16 manat ödənilməmiş borcu qalmışdır ki, həmin borc da bankın tələbinə əsasən zamin kimi iddiaçı tərəfindən tam ödənilmişdir. 10.10.2017-ci il tarixli pretenziya ilə iddiaçı cavabdehdən sonuncunun əvəzinə banka ödədiyi 44718,16 manat məbləğində pulun reqres qaydada geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciyət edəcəyini bildirmişdir. Hazırki iddia ilə “xxxx” ASC zamin kimi Cavabdeh əvəzinə banka ödədiyi pulun geri qaytarılmasını tələb edir, cavabdeh isə qüvvədə olan məhkəmə aktlarına əsasən mənzilin alqısatqısına dair müqavilənin ləğv edilmədiyini, habelə ona həmin müqavilədə nəzərdə tutulmuş sahədən az sahə verildiyini rəhbər tutaraq, ödənişlərin ekspert rəyi ilə müəyyən olunmuş 70,13 kvadrat metr sahəyə görə hər ay 427,0 manat olmaqla hissə-hissə alınmalı olduğunu iddia edir. İddiaçının tələbini əsaslı, cavabdehin dəlillərini isə əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki tələbin tərəflər arasında bağlınmış alqı-satqı müqaviləsinə heç bir aidiyyəti yoxdur. Alqı-satqı müqaviləsi və kredit müqaviləsi ayrı-ayrı müs təqil müqavilələrdir və biri digərindən asılı deyildir. Kredit müqaviləsi, həmin müqavilə üzrə cavabdehin öhdəliklərinin icrasına iddiaçının zaminlik təminatı verməsi, daha sonra isə iddiaçı tərəfindən cavabdehin banka ödənilməmiş qalan borcunun ödənilməsi sonuncu tərəfindən heç zaman mübahisələndirilməmişdir. Hazırda da iddiaçı məhz kredit müqaviləsi üzrə cavabdehin əvəzinə banka ödədiyi borcun reqres qaydada ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağl ı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, işin hallarına əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı zamin olaraq cavabdehin bank qarşısında öhdəliklərini icra etdiyi üçün həmin öhdəlik üzrə tələb hüququ ona keçmişdir və cavabdehdən ödənilmiş məbləğin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakter daşıyır və qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2266/2019 nömrəli iş üzrə 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4576/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4576/2019
01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver