Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4577/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ödənilməsi, problemli kreditlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-806/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 24.04.2014-cü il tarixli Baş sazişə əsasən, Bank cavabdehə 36 ay müddətinə, illik 24,8% dərəcəsi ilə 6500 manat məbləğində kredit vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 3372.6 manat əsas borc, 3694.08 manat faiz borcu olmaqla, cəmi 7066.68 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavab deh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri Banka ödəməmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdehin borcu 3372.60 manat əsas, 3694.08 manat faiz borcu olmaqla, cəmi 7066.68 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür, bununla bağlı dəfələrlə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh Fərmanın şərtləri ilə razı olmadığını bildirmiş, kredit borcunun restrukturizasiya olunması üçün Banka gəlməmişdir. Ağdam Rayon Məhkəməs inin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)982/2020 nömrəli iş üzrə 08 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanmış və hər iki tərəf üzərilərinə öhdəlik götürmüşdür. İddiaçı öhdəliklərini tam icra etmiş, qarşı tərəf isə öhdəliyini icra etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu qaytarmamışdır. Odur ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 427.3, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədə n cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Problemli kreditlərin kompensasiyasının 04.09.2019-cu il tarixli cədvəlindən görünür ki, onun 01 mart 2019-cu il tarixə Banka cəmi 3372.60 manat borcu qalmışdır. Yəni, Bank tərəfindən ona, yenidən müqavilə bağlanılmaqla, 3372.60 manat borcun ödənilməsi üçün yeni qrafik tərtib olunmalı idi. Lakin, məhkəmə göstərilənləri nəzərə almadan Bankın əsassız olaraq ona hesabladığı 3694.08 manat məbləğində faiz borcunu təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş və apellyasiya baxışı zamanı tədqiq e dilmiş Problemli kreditlərin kompensasiyası ilə bağlı məlumata əsasən, cavabdehin restrukturizasiya olunması təklif olunan kreditlər üzrə Banka olan kredit borcu 3372.60 manat təşkil edir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-806/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş, cavabdehdən 3694.08 manat məbləğində faiz borcunun tutulması hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin olunmamış, qətnamə cəmi borcun məbləğinin 7066.68 manat məbləğində müəyyən edilməsi hissəsin də dəyişdirilmiş, yalnız 3372.60 manat məbləğində əsas kredit borcunun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi qət olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Problemli kreditlərin kompensasiyası ilə bağlı məlumata istinadla qeyd etmişdir ki, faiz borcunun hesablanması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Cavabdehdən 3694,08 manat məbləğində faiz borcunun tutulması hissədə iddia təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə kredit borcunu ödəməkdə vətəndaşlara dövlət tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur. Cavabdehin kredit borcunun restrukturizasiya edilməməsinin məhz cavabdehin təqsiri ucbatından baş verməsi barədə mülki işin materiallarında hər ha nsı sübut yoxdur. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, cavabdeh “fasiləsiz gedişli, paranoid şizofreniya” diaqnozu ilə Sumqayıt 4 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində qeydiyyatdadır. Belə olan halda, ruhi xəstə olan cavabdehin əlavə maliyyə məsuliyyətinə cəlb edilməsi barədə tələb Fərmanda ifadə edilmiş hüquqi mövqe ilə uzlaşmır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 399.1, 442, 448.1, 739.1-ci, MPM-in 14.2, 80, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia təl əbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir, bu səbəbdən qətnamə ləğv olunmalı və iddia tam təmin edilməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, müvafiq Fərmana əsasən, problemli kreditlər üzrə faiz və cərimə borcu həmin kredit müqaviləsi restrukturizasiya edilən zaman müvafiq hissədə silinir. Beləliklə, yalnız restrukturizasiya olunan kreditlərdə faiz və cərimə silinməlidir. Cavabdehin kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşsə də, o, 31 dekabr 2019-cu il tarixə qədər Banka yaxınlaşmamış və bununla bağlı Banka heç bir müraciət etməmişdir. Halbuki cavabdehə bununla bağlı Bank tərəfindən 18.11.2019 -cu il tarixdə Ağdam rayonu Şotlanlı kəndinə bildiriş göndərilmiş və 28.11.2019-cu il tarixində Minə Şixəlili tərəfindən qəbul edilmişdir. Bundan başqa, Fərmanda dövlət tərəfindən banklara verilməsi nəzərdə tutulan vəsait hər restrukturizasiya olunmuş kredit üzrə silinmiş faiz və cərimənin məbləğinə görə verilir. Cavabdehin krediti restrukturizasiya edilmədiyi üçün həmin kreditə görə dövlət tərəfindən Banka hər hansı vəsait ödənilməmişdir. İkincisi isə, Fərmandan da göründüyü kimi, restrukturizasiya edilməsi nəzərdə tutulan problemli kreditlər üzrə faiz və cərimə borcunun silinməsi məcburi xarakter daşımır və bu məsələ Banklara tövsiyə edilmişdir. Tövsiyə xarakterli məsələlərdə istər fiziki, istər hüquqi şəxslər qərar qəbul etməkdə sərbəstdirlər. Burada hər hansı məcburetmədən və zorla hər əkətə sövq etməkdən söhbət gedə bilməz. Bundan başqa, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndinə əsasən, kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatdığından, sözügedən kredit müqaviləsi üzrə restrukturizasiya olmadığına görə, Bank yenidən məhkəməyə müraciət etmişdir. Beləliklə, restrukturizasiya imkanı artıq itirilmişdir. Şikayətdə, həmçinin qeyd edilmişdir ki, Bank problemli kreditlərin restrukturizasiyası prosesində yarana biləcək problemlərin və cavablandırılması vacib olan sualların aydınlaşdırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində prosesə cəlb edilməsini xahiş etsə də, məhkəmə bu məsələyə ümumiyyətlə münasibət bildirməmiş və Mərkəzi Bankdan işə mütəxəssis cəlb edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında yalnız iddianın rədd olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: Banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1-ci bənd). Fizik i şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin (6.2 və 6.3-cü bəndlər). Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür (8.9-cu bənd). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətdə problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra Bank tərəfindən müvafiq tədbirlər görüldüyünü, cavabdehin sözügedən kredit müqaviləsinin restrukturizasiya olunması üçün müraciət etmədiyini, yeni müqavilə bağlanmadığını qeyd etmişdir. Nəzərə alınmalıdır ki, işə baxmış məhkəmələr məhz bu halı nəzərə alaraq Borcalandan qalıq əsas borcun tutulması barədə qənaətə gəlmişlər. Əks halda, yəni Fərmana müəyyən edilmiş müddət ərzində problemli kreditin restrutuzas iyası ümumiyyətlə hazırkı işin məhkəmədə baxılması imkanını aradan qaldırmış olardı. Fərmanla Azərbaycan Respublikasının Mərkəzi Bankına həmin Fərmanın təsir dairəsinə düşən kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası (kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi) məqsədilə banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi tövsiyə edilmişdir. Eyni zamanda Fərmanın 6.3-cü bəndi ilə banklara və bank olmayan kredit təşkilatlarına tövsiyə edilmişdir ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1); vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesa blanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını (məhkəmələrdə olan iddialardan imtina edilməsini) təmin edən tədbirlər görsünlər (6.2). İşə baxılarkən mübahisəli kredit müqaviləsinin Fərmanın təsiri altına düşdüyü barədə mübahisə olmamışdır. İddiaçı dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi də həmin Bank üçün məcburi olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdiri lmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-806/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4577/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4577/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver