Məhkəmə qərarları › İş №2(102)-4577/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4577/2023

04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4577/2023 04.11.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-168/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərardaddan Cavabdeh kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27000 (iyirmi yeddi min) manat məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 171 (yüz yetmiş bir) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməs i barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(072)-129/2022 saylı qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia təmin edilmiş, Cavabdeh 27000 (iyirmi yeddi min) manat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 171 (yüz yetmiş bir) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əsədov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-168/2023 saylı mülki iş üzrə 30 may 2023-cü il tarixli qətna məsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxıcına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov və S.Mayılov) 2(106)-168/2023 saylı mülki iş üzrə 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2023-cü il tarixli 2(106)-168/2023 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş və Cavabdeh tərəfindən v erilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilməsini və qətnamədən kassasiya şikayəti vermə müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, müddət bərpa olunmaqla işin mahiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilmiş kassasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərardadı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə elan olunmuş və qərardad 02 oktyabr 2023-cü il tarixdə Vəkil1 “Elektron Məhkəmə” İnformasiya Si stemində olan kabinetinə yerləşdirilmişdir. Sonuncunun tərtib etdiyi kassasiya şikayəti isə 17 oktyabr 2023-cü il tarixdə həmin İnformasiya Sistemində yerləşdirilmişdir. Müəyyən olunur ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 02 oktyabr 2023-cü il tarixdə aldığı halda, kassasiya şikayətini MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddəti pozmaqla 17 oktyabr 2023-cü il tarixdə vermiş və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilm əsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 135.6-cı maddəsinə əsasən Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. - 135.5. Bu Məcəllənin 135.2-c i, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. - 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. - 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə cavabdehin kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası mə hkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 408.1.4 və 411-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Şirvan Apellyasiya Məhkəməsinin 2(106)168/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar