Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4578/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4578/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, 07 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Vnın iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-474/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qə tnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 11428.91 ABŞ dolları məbləğində əsas, 5878.90 ABŞ dolları məbləğində faiz, 6919.52 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən 05.12.2018ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 690.05 ABŞ dolları məbləğində borc olmaqla, c əmi 24917.38 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.02.2015-ci il tarixli 201\34-FB saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 27 faiz olmaq şərti ilə 24 ay müddətinə 12770 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 16.02.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. 18.05.2015-ci il tarixdə kredit müqaviləsinə əlavə saziş bağlanılaraq kredit müqaviləsinə dəyişiklik edilmişdir. Dəyişikliyin məzmununa əsasən kreditin qalıq məbləği 12288.72 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti 18.09.2017-ci il tarixədək uzadılmışdır. Lakin borclular müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşlar, nəticədə cavabdehlərin 05.12.2018-ci il tarixədək 11428.91 ABŞ dolları əsas, 5878.90 ABŞ dolları faiz, 6919.52 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 05.12.2018-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 690.05 ABŞ dolları faiz borcu olmaqla cəmi 14917 38 ABŞ dolları borcu yaranmışdır. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 aprel 2019cu il tarixli, 2(021)-991/2019 saylı qərardadı ilə (hakim Seyfəli Seyfullayev) məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 15.05.2019-cu il tarixli rəyinə əsasən, Cavabd eh1 16 fevral 2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 09 yanvar 2019-cu il tarixə iddiaçı "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 11430.78 ABŞ dolları, faiz borcu üzrə 5145,58 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin 2(021)-991/2019 saylı, 16.07.2019-cu il tarixli qərardadı ilə (hakim Qamət Əbilov) iş üzrə icraatın Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü üçün həmin fərmandan irəli gələn tədbirlər görülüb başa çatanadək dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 2(021)-156/2020 saylı, 23.01.2020-ci il tarixli qərardadı ilə (hakim Qamət Əbilov) Fərmandn i rəli gələn məsələlərin həlli üçün nəzərdə tutulmuş müddət bitdiyindən iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(021)-156/2020 saylı qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11428.91 ABŞ dolları əsas, 5145.58 ABŞ dolları faiz borcu, 600 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17174.49 ABŞ dolları borcun qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 200 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutula raq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 27% olmaqla 12770 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin məbləği annuited ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. Eyni tarixli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya İazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təm in etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin zamin Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin i cra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu hər üç cavabdeh iddiaçıya ödəməlidir. Məhkəmə qeyd edir ki, əsas məbləğə münasibətdə borc ekspert rəyində 11430.78 ABŞ dolları olmuşdur ki, iddia tələbində göstərilən məbləğdən çox təşkil edir. Lakin, iddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim etmədiyindən və məhkəmə də predmetdən kənara çıxa bilmədiyidən əsas məbləğə münasibətdə iddia ərizəsində göstərilən məbləği, yəni 11428.91 ABŞ dollarının tutulması qənaətinə gəlir. Faiz məbləğinə münasibətdə məhkəmə ekspert rəyini əsas götürərək 5145,58 ABŞ dollarının tutulması qənaətinə gəlir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən göt ürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı LPO İddiaçı ASC -nin ləğvedicisi ƏMF-nun iddiasının 6919.52 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 600 ABŞ dolları məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin bitdiyi tarixdən 05.12.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 690.05 ABŞ dolları borcun tutulması hissəsində rədd olunmalıdır. Məhk əmə hesab edir ki, cavabdehin öhdəliyin icrasını gecikdirməsinə görə iddiaçıya dəymiş zərərin (əldən çıxmış fayda) qiymətləndirilməsi məhkəmə tərəfindən iddiaçının verdiyi məlumatlar əsasında həyata keçirilir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Hazırkı işdən isə görünür ki, iddiaçı bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə biləcəyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Birinci instan siya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.1, 448.1, 449.1, 462.1, 465.2, 467, 470.1, 472.1, 739.1, 739.2, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 115.0.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesinda olan İddiaçı ASC-nin ləğvedicisi X2 apelyasiya şikayəti verərək, birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinn tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Azər Bayramov- sədrlik edən və məruzəçi, Rəşad Mamedov, Əlizamin Abdullayev) 03 noyabr 2020-ci il tarixli, 2(104)2488/2020 saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 16 fevral 2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 18 sentyabr 2017-ci il tarixə iddiaçı "xxxx" ASCyə olan borcu əsas borc üzrə 11430.78 ABŞ dolları, faiz borcu üzrə 4397,82 ABŞ dolla rı məbləğində müəyyən olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Azər Bayramov- sədrlik edən və məruzəçi, Rəşad Mamedov, Əlizamin Abdullayev) 09 mart 2021-ci il tarixli, 2(104)474/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(021)-156/2020 saylı qətnaməsinin qismən, yəni əldən çıxmış fayda tələbinə dair iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada müqavilənin bitdiyi tarixdən, 18.09.2017-ci il tarixdən 27.12.2017-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla
157. ABŞ dollarının qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatı məzənnəsinə uyğun olaraq borcun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(021)-156/2020 saylı qətnaməsinin qismən, yəni faiz borcuna aid hissədə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulacaq faiz üzrə borcu 4397.82 ABŞ dollarının qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatı məzənnəsinə uyğun olan məbləğində müəyyən edilməsi, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış ek spertizası tədqiqatının dəyəri 100 manat pulun Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləğinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ödənilməmiş borc məbləğini dəqiqləşdirmək üçün iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert tədqiqatı ilə Cavabdeh1 18.09.2017-ci il tarixədək 11430.78 ABŞ dolları əsas, 4397.82 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin ödənilməmiş faiz borcu birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə 26.01.2021-ci il tarixli ekspert rəyini möt əbər sübut kimi qəbul edir. Belə ki, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən faiz borc məbləğinin ekspert rəyində göstərilmiş miqdarda müəyyən edilməsini işin faktiki halları baxımından qanuni və əsaslı hesab edir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilmiş əsas borc isə iddiaçı tərəfindən tələb edilən məbləğdən çoxdur. Məhkəmə kollegiyası ekspertiza rəyində göstərilmiş əsas borc məbləğinə münasibətdə qeyd edir ki, mübahisəyə verilmiş iddia tələbi həcmində baxıldığına görə, tələb edildiyindən artıq borc məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymə tləndirilir. Odur ki, apelyasiya şikayətinin dəlilləri bu hissədə qismən əsaslıdır. Borcun hissə-hissə ödənilməsi barədə cavabdehin apelyasiya şikayətin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətin qeyd olunan dəlili işin hazırkı mərhələsində təmin oluna bilməz. Hazırkı işin predmeti kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc tələbidir. Qətnamənin hissə-hissə icrasının isə ayrıca prosessual qaydası nəzərdə tutulmuşdur. Yəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişd irməyə haqlıdır. Göründüyü kimi borcun hissə-hissə ödənilməsi, yalnız qətnamənin icrası qaydasında mümkündür. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərinə qeyd edilmiş cərimə məbləğinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi cərimə məbləğinə aid hissədə düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini həmin hissədə əsaslı hesab etmir. Həmçinin məhkəmə kollegiyası bu qənaətdədir ki, kreditorun kredit müqaviləsinin icra müddəti bitdikdən sonra, əldən çıxmış fayda formasında faizlər tələb edə bilər. Lakin tələb edilən ziyan konkret olmalı, qeyri-müəyyən zaman üçün tələb edilməməlidir. Kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödə nilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. İş materiallarından da göründüyü kimi, iddiaçı müqavilənin bitdiyi tarixdən, yəni 18.09.2017-ci il tarixdən 05.12.2018-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 690.05 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2-1(103)3194/17 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. İddiaçı bank 27.12.2017-ci il tarixdən müfl is elan edildiyindən o, həmin tarixə kimi hesablanmış əldən çıxmış faydanı tələb edə bilər. Belə ki, artıq bank ləğv edildiyindən, kredit borcuna görə cavabdeh tərəfindən ödənilməyən borc məblğindən iddiaçı tərəfindən yenidən gəlir əldə etmək üçün istifadə edilməsi mümkün olmadığından, iddiaçının bank ləğv edildikdən sonrakı tarixə əldən çıxmış fayda tələb etməsi əsassızdır. Buna görə də, iddiaçı ancaq müqavilənin bitdiyi tarixdən, yəni 18.09.2017-ci il tarixdən 27.12.2017-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla əldən çıxmış fayda tələb edə bilər. Göstərilən dövr üçün əldən çıxmış fayda hesablandığında bankın əldən çıxmış faydası, cəmi 157.02 ABŞ dolları təşkil edir: (11428.91 ABŞ dolları (əsas borc)*5%= illik 571.4 ABŞ dolları: 12 ay = 47.6 ABŞ dolları (aylıq) * 3 ay = 142.8 ABŞ dolları; 47.5 ABŞ dolları (aylıq): 30 gün = 1.58 ABŞ dolları * 9 gün = 14.22 ABŞ dolları; 3 ay üçün 142.8 + 9 gün üçün 14.22 = 157.02 ABŞ). Odur ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri onun qismən təmin edilməsi üçün əsaslıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (vəkilləri X4) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların banka olan borcları məhkəmə tərəfindən qət edilən məbləğdə deyil, qat-qat aşağı məbləğ dədir. Onlar uzun müddət keçdiyindən ödədikləri qəbzlərin əksəriyyətini itirmişlər. Buna görə məhkəməyə təqdim edə bilmirlər. Onlar bu günə kimi banka 10000 manatadək kredit ödəmişlər. Bankdan kredit götürərkən 1 ABŞ dolları 0.78 manat idi. ABŞ dollarının kursu qaxdıqdan sonra ödənişlərində gecikmələr yarandı. Lakin buna baxmayaraq yenə də kredit məbləğindən qaytarırdılar. Sonradan maddi vəziyyətləri ilə əlaqədar ödəniş edə bilmədilər. Onlar borc məbləğini hissə-hissə ödəyə bilərlər. Lakin bank hər ay 400-500 manat ödəniş etmələrini qəbul etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayara q, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və vəkilləri X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(104)474/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi m əsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya insta nsiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdehlər kasasiya şikayətlərində maddi vəziyyətləri ilə ödəniş edə bilmədiklərinə, hər ay ödəniş etmək istədiklərinə, bankın isə razılaşmadığına istinad etsələr də, kasasiya şikayətində apelyasiya kollegiyasının hər hansı maddi və ya prosessual pozuntuya yol verməsini göstərə bilməmişlər. Kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyasının hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməsi halı müəyyən edilməmişdir. Bundan əlavə, cavabdehlərin borc məbləği ilə razılaşmamaları üzrə qeyd edilməlidir ki, cavabdehlər borclarının məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş məbləğdən az olmasına istinad etsələr də, apelyasiya kollegiyası müəyyən etdiyi borc məbləğinin əldə etmiş olduğu ekspert rəyi ilə təyin etmişdir ki, cavabdehlər ekspert rəyinin əsassızlığı barədə hər hansı sübuta istina edə bilməmiş və ya hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri apelyasiya ko llegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-474/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.