Məhkəmə qərarları › İş №2(102)-4578/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4578/2022

06.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4578/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaradılmış maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və mənzildən çıxartma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-953/2022 nömrəli, 21 aprel 20 22-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 fərdi yaşayış evi 03 sentyabr 1991-ci il tarixli bağışlanma müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmiş, həmin müqavilə Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli qətnaməsi ilə ləğv edilsə də, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərardadı ilə ləğv olunmuş və evin əvvəlki hüquqi vəziyyətə qaytarılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai ra yonu, 4-cü Rezervuar küçəsi, 13 saylı evdən torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir tikinti işlərinin aparılmasına) maneələrin cavabdehə qadağa edilməsi, Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsi, 13 saylı evin bir hissəsində yaşayan cavabdehlərdən Cavabdeh1 iddiaçıya məxsus 2 otaqdan çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onun vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona məxsus həmin evdə yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 mərhum analarına məxsus fərdi yaşayış evi vardır. Bundan başqa, onlar özünə məxsus fərdi yaşayış evini kiray ə verməklə qazanc əldə edir. Cavabdeh2 iddiaçıya məxsus evin həyətində evinə bitişik əlavə otaq (özbaşına tikili) tikmişdir. İddiaçıya məxsus evin həyətində təmir işləri aparılmasına cavabdehlər tərəfindən maneə yaradılır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/921 nömrəli, 13 iyul 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 fərdi yaşayış evi bir mərtəbəli olmaqla 3 yaşayış otağından və köməkçi tikililərdən ibarətdir, həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəli fərdi yaşayış evi tikilmiş, evin 1, 2 və 5 saylı tikililərinin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa o lunmuşdur və inşa edilmiş həmin tikililərə dair heç bir icazə sənədləri mövcud deyildir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia rədd edilmişdir.

6. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsi, 13 saylı fərdi yaşayış evini bugünədək öz adına rəsmiləşdirməmişdir. Belə olan halda, hazırkı mərhələdə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqları rəsmiləşdirilmiş mülkiyyətçi sayıla bilməz. Mülkiyyətçi olmadığından hazırkı iddia tələbi də təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarının t ələblərini pozmuş, sübutlara düzgün hüquqi qiymət verməmiş, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuş halı nəzərə almamışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12015/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/243 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 13 saylı ev və həyətyanı torpaq sahəsinə aid texniki pasportun məlumatlarına əsasən həyətyanı sahədə inşa edilmiş tikili 1 mərtəbəli olmaqla 3 yaşayış otağı və köməkçi tikililərdən ibarətdir. Baxış zamanı texniki pasportda olan həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəl i fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, baxış zamanı müəyyən olunmuş məlumatlarla, tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, tədqiq olunan mənzilin texniki pasportda qeyd edilmiş 1, 2 və 5 saylı tikililərinin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa edildiyi və həmçinin, texniki pasportda göstərilən 1 və 5 saylı tikililərin başqa şəxsə satıldığı müəyyən edilmişdir. ünvan 1 ünvanda iddiaçıya məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş və inşası nəzərdə tutulan tikinti işlərinə dair hər hansı bir icazə sənədləri olmadığından, həmin tikinti işlərinin “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndələrinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin tələblərinin pozulduğu müəyyən edilmişdir”.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-953/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov – sədrlik edən və məruzəçi, X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı iddia tələblərinin qismən təmin olunması, İddiaçı ünvan 1 evin torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir-tikinti işlərinin aparılmasına) yaradılan maneələrin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi, İddiaçı məxsus ünvan 1 evə bitişik tikilmiş iki otağın (özbaşına tikili) Cavabdeh3 və Cavabdeh2 tərəfindən onların vəsaiti hesabına sökülməsi, iddia tələbinin “evin bir hissəsində yaşayan Cavabdeh1 ona məxsus 2 otaqdan çıxarılması” hissəsində təmin olunmaması qət edilmişdir.

10. Kollegiya hesab etmişdir ki, “ünvan 1 evin torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir-tikinti işlərinin aparılmasına) yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ona məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onların vəsaiti hesabına sökülməsi” tələbləri üzrə iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələblərin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, adı çəkilən cavabdehlərin inşa etdiyi tikilinin qanunsuz tikili olmaqla iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyi, eyni zamanda cavabdehlərin iddiaçıya öz əmlakından istifadəyə maneələr yaratdığı müəyyən edilmişdir.

11. Kollegiya iddia tələbinin “evin bir hissəsində yaşayan Cavabdeh1 ona məxsus 2 otaqdan çıxarılması” tələbini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işin mübahisələndirilməyən halına görə iddiaçının qohumu olan Cavabdeh1 (iddiaçı onun bibisi qızıdır) Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 13 saylı evdə pasport qeydiyyatında olmaqla oraya İddiaçı əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş (orada doğulmuş) və evə istifadə hüququ əldə etmiş, hazırkı dövrədək fasiləsiz olaraq həmin evdə yaşamışdır. Cavabdeh1 həmin hüququ əldə etdiyi dövrdə qüv vədə olmuş Mənzil Məcəlləsi yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir ki, Cavabdeh1 baxımından isə, bu halların mövcud olması müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh Hacıyeva Gülnarə Sabir qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələblərinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini belə əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərlə fərdi yaşayış evinin torpaq sahəsinin nə qədər təşkil etdiyi müəyyən edilməmişdir. Ümumiyyətlə, torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedi ci sənəd iş materiallarına əlavə edilməmişdir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçməmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Mülkiyyətçi olmayan şəxs vindikasiya tələbi ilə məhkəməyə müraciət edə bilməz. Apellyasiya instansiyası məhkəməsi tam və hərtərəfli araşdırma aparmadan, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı iddiaçının vəkili və nümayənədəsi Vəkil1 etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i

14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

15. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

20. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət r eyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

22. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

23. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

24. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpa qları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

35. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməs inin qətnaməsi qismən – iddianın təmin edilmiş hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

39. Belə ki, apellyasiya insansiyası məhkəməsinin qətnaməsi həmin hissədə qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərardadı ilə evin əvvəlki hüquqi vəziyyətə qaytarılması qərara alındığından, fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və o, mülkiyyət hüququnun ona verdiyi hüquqi imkandan istifadə edərək müvafiq iddia tələblərini irəli sürmüşdür.

41. İş materiallarından görünür ki, mübahisəli ev bağışlanma müqaviləsi ilə iddiaçıya bağışlanmışdır. Bu, işin mübahi səsiz halıdır. Lakin, iddiaçı tərəfindən həmin evin və evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

43. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

44. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

45. Göründüyü kimi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmalı olması mülki q anunvericiliyin imperativ tələbidir.

46. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ziddiyyətlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bacı-qardaşdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 münasibətdə qeyd etmişdir ki, o, evdə pasport qeydiyyatında olmaqla oraya İddiaçı əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş (orada doğulmuş) və evə istifadə hüququ əldə etmiş, hazırkı dövrədək fasiləsiz olaraq həmin evdə yaşamışdır. Lakin, apellyasiya kollegiyası tərəflərin bacıqardaş olmasını nəzərə alaraq həmin halların Cavabdeh3 da aid olmasını araşdırmamış, nəticədə iddiaçının istifadəsində olan evə Cavabdeh1 kimi, Cavabdeh3 da istifadə hüququnun olmasına münasibət bildirməmişdir. Halbuki, məhkəmə araşdırması ilə Cavabdeh3 mübahisəli evi tərk edib, başqa evə daimi yaşamaq üçün getməsi müəyyən olunmamışdır. Qeyd edilən cavabdehlərə münasibətdə fərqli qənaətə gələn apellyasiya instansiyası məhkəməsi həmin qənaətin əsaslarını aydınlaşdırmamışdır.

47. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən aparılmış araşdırılmalarla özbaşına tikilinin nə zaman inşa olunması müəyyən olunmamışdır. Həmin halın müəyyən olunmasının əhəmiyyəti bundan ibarətdir ki, əgər cavabdehlər həmin tikilini inşa edib orada yaşamağa başladıqdan sonra ağlabatan müddət ərzində iddiaçı həmin tikilinin sökülməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişsə, cavabdehlərin tikinti üçün çəkdiyi xərclərin əvəzinin ödənilmədən həmin tikilinin sökülməsinin mümkünlüyünə münasibət bildirilməlidir.

48. Məhkəmə kollegiyası b ildirir ki, tərəflər qohumdurlar və uzun müddətdir bir yerdə yaşayırlar. Buna görə də, özbaşına tikilinin inşa olunması zamanı iddiaçının razılığının olması güman ediləndir. İddiaçının münasibətlər normal olarkən özbaşına tikilinin inşasına razı olması, sonradan münasibətlər pozulduqdan sonra hazırkı iddia tələbini irəli sürməsi məhkəmə araşdırması zamanı müəyyən olunarsa, iddia tələbinə qiymət verilərkən, Mülki Məcəllənin 560-cı maddəsi nəzərə alınmalıdır.

49. Həmin normanın tələblərinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir (m.560.1). Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (m.560.2). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir (m.560.3.4).

50. Bunlarla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi hissəsində təmin etsə də, həmin maneələrin hansı sübutla təsdiqini tapmasını əsaslandırmamışdır. Həmçinin, iddiaçı evdə, damda və həyətyanı sahədə təmir tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən maneələr yaradıldığını bildirmiş, lakin həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakim əsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edi lir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Beləliklə, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Apellyasiya Məhkəməsi işə yenidən baxılarkən hazırkı qərarda şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələbə baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət verməklə mübahisəni həll etməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qis mən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(103)773/2021 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv olunsun, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar