Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-583/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaradılmış maneələrin aradan qaldırılması, qanunsuz tikililərinin sökülməsi və mənzildən çıxartma, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı xxxqızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaradılmış maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-500/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı xxxqızının kassasiya şikayətinə 13 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları: 1. ünvan 1 fərdi yaşayış evi 3 sentyabr 1991-ci il tarixli bağışlanma müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir. Həmin müqavilə Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli qətnaməsi ilə ləğv edilsə də, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 1 iyun 2018-ci il tarixli qərardadı ilə ləğv olunmuş və evin əvvəlki hüquqi vəziyyətə qaytarılması qərara alınmışdır.
2. Mübahisə həmin evlə bağlı qohumlar arasında yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birin ci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 evdən, torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir tikinti işlərinin aparılmasına) maneələrin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi, ünvan 2 evin bir hissəsində yaşayan cavabdehlərdən Cavabdeh1 iddiaçıya məxsus 2 otaqdan çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onun vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılıb ki, cavabdehlər iddiaçıya məxsus evdə yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 mərhum analarına məxsus fərdi yaşayış evi vardır. Bundan başqa, onlar özünə məxsus fərdi yaşayış evini kirayə verməklə qazanc əldə edir. Cavabdeh2 iddiaçıya məxsus evin həyətində evinə bitişik əlavə otaq (özbaşına tikili) tikmişdir. İddiaçıya məxsus evin həyətində təmir işləri aparılmasına cavabdehlər tərəfindən maneə yaradılır.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 157.4, 239.2-ci maddələrinə istinad etmişdir.
6. Cavabdeh1 iddiaya yazılı etiraz vermişdir. Etiraz da göstərilmişdir ki, cavabdehin anası 1950-ci il təvəllüdlü Mədinə Ağayeva 16 yaşında mübahisədə adı keçən evə gəlin gəlmişdir. Cavabdeh bu evdə doğulub. Ev cavabdehin atası X1 məxsus olub, atası öləndən sonra ev anasına qalıb. Cavabdeh ailədə tək oğul övladıdır, iki bacısı var, bir bacısı cavabdehin yanında qalır. İddiaçının cavabdehlərə məxsu s olan torpaq sahəsinə aidiyyəti yoxdur. Əksinə, iddiaçı onlara məxsus olan torpaq sahəsini zəbt edərək, özünə qeyri-qanunu evlər tikmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında iddiaçıya məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş və inşası nəzərdə tutulmuş tikinti obyektlərinin şəhərsalma və tikinti normalarına uyğunluğu barədə sual qoyulmuşdur.
8. Məhkəmə Ekspertizası Mərkəzinin 10/921 nömrəli, 13 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 fərdi yaşayış evi bir mərtəbəli olmaqla 3 yaşayış otağından və köməkçi tikililərdən ibarətdir, həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəli fərdi yaşayış evi tikilmiş, evin 1, 2 və 5 sayl ı tikililərinin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa olunmuşdur və inşa edilmiş həmin tikililərə dair heç bir icazə sənədləri mövcud deyildir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Aygün Həsənova)
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya cavab məktubundan görünür ki, 6 saylı DNK-nın 5D-2-326 reyestr nömrəli 03 sentyabr 1991-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 2 fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir. Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli 2-449 nömrəli qətnaməsinə əsasən 6 saylı DNK-nın 5D-2-326 reyestr nömrəli 03 sentyabr 1991-ci il tar ixli bağışlama müqaviləsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2018ci il tarixli, 2(103)- 5511/2019 saylı qətnaməsinə əsasən Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli 2-449 nömrəli qətnaməsi ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ünvan 2 fərdi yaşayış evini bu günədək öz adına rəsmiləşdirməmişdir. Belə olan halda, hazırkı mərhələdə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqları rəsmiləşdirilmiş mülkiyyətçi sayıla bilməz.
12. Birinci instansiya məhkəməsi iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(011)-393/2019 saylı qətnaməsi ilə iddiaçının mülkiyyətçi kimi tanınması, iddiaçının da məhz həmin qətnaməyə əsaslanaraq hazırkı iş üzrə iddian ı verməsi dəlilinə qiymət verərək göstərmişdir ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddədən də göründüyü kimi, preyudisiallıq yalnız həmin iş üzrə iştirak edən tərəfləri əhatə edir. Təhlil olunmuş iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, hazırkı iş üzrə cavabdehlər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-393/2019 saylı mülki işi üzrə işə baxılarkən hər hansı qisimdə işdə iştiraka cəlb edilməmişdirlər. Beləliklə, həmin qətnamənin preyudisial olmasın bu iş üzrə qəbul edilə bilməz.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 178.1-ci və Mülki Prosessual Məcəllənin 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün hüquqi qiymət verməmiş, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuş halı nəzərə almamışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə tikinti-texniki ekspertizası təyin olunmuşdur.
16. Məhkəmə Ekspertizası Mərkəzinin 10/243 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə görə Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 13 saylı ev və həyətyanı torpaq sahəsinə aid texniki pasportun məlumatlarına əsasən həyətyanı sahədə inşa edilmiş ti kili 1 mərtəbəli olmaqla 3 yaşayış otağı və köməkçi tikililərdən ibarətdir. Baxış zamanı texniki pasportda olan həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. Eyni zamanda baxış zamanı müəyyən olunmuş məlumatlarla, tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, tədqiq olunan mənzilin texniki pasportunda qeyd edilmiş 1, 2 və 5 saylı tikililərinin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa edildiyi və həmçinin, texniki pasportda göstərilən 1 və 5 saylı tikililərin başqa şəxsə satıldığı müəyyən edilmişdir. ünvan 1 ünvanda iddiaçıya məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş və inşası nəzərdə tutulan tikinti işlərinə dair hər hansı bir icazə sənədləri olmadığından, həmin tikinti işlərinin “Təsdiq olunmuş şəhərsalm a sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndələrinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin tələblərinin pozulduğu müəyyən edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-953/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış iddia tələblərinin qismən təmin olunması, İddiaçı ünvan 1 evin torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir-tikinti iş lərinin aparılmasına) yaradılan maneələrin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi, İddiaçı məxsus ünvan 1 evə bitişik tikilmiş iki otağın (özbaşına tikili) Cavabdeh3 və Cavabdeh2 tərəfindən onların vəsaiti hesabına sökülməsi, iddia tələbinin “evin bir hissəsində yaşayan Cavabdeh1 ona məxsus 2 otaqdan çıxarılması” hissəsində təmin olunmaması qət edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Vahid Sadıqov)
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd etmişdir ki, ünvan 1 fərdi yaşayış evi 03 sentyabr 1991-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçının adına qeydiyyatdan keçmiş, həmin müqavilə Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli qətnaməsi ilə ləğv edils ə də, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərardadı ilə ləğv olunmuş və evin əvvəlki hüquqi vəziyyətə qaytarılması qərara alınmışdır. Bu da o deməkdir ki, fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və o, mülkiyyət hüququnun ona verdiyi hüquqi imkandan istifadə edərək müvafiq iddia tələblərini irəli sürmüşdür.
19. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152,157.2, 157.4, 157.8, 180.1-ci və Torpaq Məcəlləsinin 111ci maddələrinə istinad edərək hesab etmişdir ki, ünvan 1 evin torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir-tikinti işlərinin aparılmasına) yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi, Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus həyət yanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) onların vəsaiti hesabına sökülməsi” tələbləri üzrə iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələblərin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, adı çəkilən cavabdehlərin inşa etdiyi tikilinin qanunsuz tikili olmaqla iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyi, eyni zamanda cavabdehlərin iddiaçıya öz əmlakından istifadəyə maneələr yaratdığı müəyyən edilmişdir.
20. Bununla belə, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “evin bir hissəsində yaşayan Cavabdeh1 ona məxsus 2 otaqdan çıxarılması” tələbini əsaslı hesab etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən halına görə iddiaçının qohumu olan Cavabdeh1 (iddiaçı onun bibisi qızıdır) Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 13 saylı evdə pasport qeydiyyatında olmaqla oraya iddiaçıdan əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş (orada doğulmuş) və evə istifadə hüququ əldə etmiş, hazırkı dövrədək fasiləsiz olaraq həmin evdə yaşamışdır. Cavabdeh1 həmin hüququ əldə etdiyi dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələri yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir ki, Cavabdeh1 baxımından isə, bu halların mövcud olması müəyyən edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh xxx kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələblərinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilərinə görə iş materiallarında olan sənədlərlə fərdi yaşayış evinin torpaq sahəsinin nə qədər təşkil etdiyi müəyyən edilməmişdir. Ümumiyyətlə, torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd iş materiallarına əlavə edilməmişdir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçməmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Mülkiyyətçi olmayan şəxs vindikasiya tələbi ilə məhkəməyə müraciət edə bilməz. Apellyasiya instansiyası məhkəməsi tam və hərtərəfli araşdırma aparmadan, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 2(102)-4578/2022 n ömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(103)-773/2021 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv olunmuş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Kassasiya instnasiyası məhkəməsini mövqeyi belə olmuşdur: - apellyasiya insansiyası məhkəməsinin qətnaməsi qeyd edilən hissədə qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərardadı ilə evin əvvəlki hüquqi vəziyyətə qaytarılması qərara alındığından, fərdi yaşayış evi iddiaçının mülkiyyətind ədir və o, mülkiyyət hüququnun ona verdiyi hüquqi imkandan istifadə edərək müvafiq iddia tələblərini irəli sürmüşdür; - iş materiallarından görünür ki, mübahisəli ev bağışlama müqaviləsi ilə iddiaçıya bağışlanmışdır. Bu, işin mübahisəsiz halıdır. Lakin iddiaçı tərəfindən həmin evin və evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasını təsdiq edən hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüqu qların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hü ququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; - göründüyü kimi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmalı olması mülki qanunvericiliyin imperativ tələbidir. - digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ziddiyyətlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bacı-qardaşdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 münasibətdə qeyd etmişdir ki, o, evdə pasport qeydiyyatında olmaqla oraya iddiaçıdan əvvəlki mülkiyyətçinin razılığı ilə köçmüş (orada doğulmuş) və evə istifadə hüququ əldə etmiş, hazırkı dövrədək fasiləsiz olaraq həmin evdə yaşamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflərin bacı-qardaş olmasını nəzərə alaraq həmin halların Cavabdeh3 da aid olmasını araşdırmamış, nəticədə iddiaçının istifadəsində olan evə Cavabdeh1 kimi, Cavabdeh3 da istifadə hüququnun olmasına münasibət bildirməmişdir. Halbuki, məhkəmə araşdırması ilə Cavabdeh3 mübahisəli evi tərk edib, başqa evə daimi yaşamaq üçün getməsi müəyyən olunmamışdır. Qeyd edilən cavabdehlərə münasibətdə fərqli qənaətə gələn apellyasiya instansiyası məhkəməsi həmin qənaətin əsaslarını aydınlaşdırmamışdır; - həmçinin, məhkəmələr tərəfindən aparılmış araşdırılmalarla özbaşına tikilinin nə zaman inşa olunması müəyyən olunmamışdır. Həmin halın müəyyən olunmasının əhəmiyyəti bundan ibarətdir ki, cavabdehlər həmin tikilini inşa edib orada yaşamağa başladıqdan sonra ağlabatan müddət ərzində iddiaçı həmin tikilinin sökülməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişsə, cava bdehlərin tikinti üçün çəkdiyi xərclərin əvəzinin ödənilmədən həmin tikilinin sökülməsinin mümkünlüyünə münasibət bildirilməlidir; - tərəflər qohumdurlar və uzun müddətdir bir yerdə yaşayırlar. Buna görə də, özbaşına tikilinin inşa olunması zamanı iddiaçının razılığının olması güman ediləndir. İddiaçının münasibətlər normal olarkən özbaşına tikilinin inşasına razı olması, sonradan münasibətlər pozulduqdan sonra hazırkı iddia tələbini irəli sürməsi məhkəmə araşdırması zamanı müəyyən olunarsa, iddia tələbinə qiymət verilərkən, Mülki Məcəllənin 560-cı maddəsi nəzərə alınmalıdır; - bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi iddia tələbini cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi hissəsində təmin etsə də, həmin maneələrin hansı sübutla təsdiqini tapmasını əsaslandı rmamışdır. Həmçinin, iddiaçı evdə, damda və həyətyanı sahədə təmir tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən maneələr yaradıldığını bildirmiş, lakin həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
25. İşin təkrar apelyasiya baxışı zamanı 19 dekabr 2022-ci il tarixdə əlavə tikintitexniki ekspertizası müəyyən edilmişdir.
26. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3438 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, texniki pasportda olan həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəli fərdi yaşayış evi vardır. Baxış zamanı müəyyən edilmiş məlumatlarla tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən müəyyən olundu ki, tədqiq olunan mənzilin texniki pasportunda qeyd edilmiş 1, 2 v ə 5 saylı tikililərin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa edilmişdir. ünvan 2 ünvanda yerləşən mənzillərin mövcud vəziyyəti qənaətbəxşdir, yaşayış üçün yaralıdır.
27. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-500/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov, Pərviz Hüseynov)
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bacı-qardaşdır (Cavabdeh2 isə Cavabdeh3 əridir). Həmin evdə pasport qeydiyyatında olmaqla oraya iddiaçıdan əvvəlki mülkiyyətçinin razılığı ilə yaşayırlar (orada doğulmuş və evə istifadə hüququ əldə etmiş, hazırkı dövrədək fasiləsiz olaraq həmin evdə yaşamışdırlar). Cavabdehlərin mübahisəli evi tərk edib, başqa evə daimi yaşamaq üçün getmələri isə məhkəmə araşdırması ilə müəyyən olunmamışdır. Məhkəmələr tərəfindən aparılmış araşdırılmalarla özbaşına tikilinin 70-ci ildən də əvvəl cavabdehlərin valideynləri tərəfindən inşa olunması, cavabdehlərin heç bir müdaxilə olmadan həmin tikilidə yaşadıqları müəyyən olunmuşdur. Həmin halın müəyyən olunmasının əhəmiyyəti bundan ibarətdir ki, cavabdehlər həmin tikilidə qeyd edilən uzun illərdən bəri yaşadıqları halda, iddiaçının həmin tikilinin sökülməsinə dair iddia tələbi hüquqi əsasa söykənmir və onun subyektiv hüququ yoxdur.
29. Apellyasiya instansiya məh kəməsinin mövqeyinə görə iddiaçının cavabdehlərlə münasibətlərinin yaxşı olmaması səbəbindən hazırkı iddia tələbini irəli sürməsi Mülki Məcəllənin 560-cı maddəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Həmin normanın tələblərinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
30. Apellyasiya instansiya məhkəməsi iddiaçının vəkilinin cavabdehlərin tikililərinin köhnə və uçmaq təhlükəsi olması və iddiaçı üçün təhlükə yaratması dəlili ilə bağlı qeyd etmişdir ki, yeni apellyasiya baxışı zamanı alnınmış, mühəndis texniki ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3438 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən mənzillərin mövcud vəziyyəti qənaətbəxşdir, yaşayış üçün yaralıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
32. Kassasiya şikayəti belə əsaslandırılmışdır: - apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qeydiyyatda olan şəxslərin hüquqları mülkiyyətçinin hüquqlarından daha üstündür. Belə ki, iddi açının mülkiyyət hüququnun müdafiəsi ilə bağlı mübahisə açması sanki hüquqlarından suiistifadə etməsi kimi qiymətləndirilmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu baxımdan məhkəmə kollegiyasının mövqeyi konstitusiyaya ziddir; - Cavabdeh3 1970-ci ildə anadan olub, 1989-cu ildə digər Cavabdeh2 ilə ailə qurmuşdur. Onlar 2 ilə yaxın Cavabdeh2 anası ilə yaşayıblar. İddiaçıya məxsus ünvan 1 saylı evinə bitişik və həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən 1994-cü ildən sonra tikintilər başlayıb. Əlavə tikililərin 1991-ci ildən sonra aparılmasının barız nümunəsi iddiaçıya 1991-ci il tarixdə qeydiyyat vəsiqəsi (indiki reyestrdən çıxarış) verilən zaman tərtib olunmu ş texniki pasportda mövcud tikililərin olmamasıdır; - cavabdehlər tərəfindən inşa edilmiş tikililərin özbaşına tikili olması ekspert rəyində öz təsdiqini tapmışdır. Belə ki, həmin tikililər nə iddiaçı ilə, nə də ki, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmadan inşa edilmişdir; - cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 anası Mədinə Ağayeva iddiaçıya məxsus torpaq sahəsində 2 otaq (özbaşına tikili) tikmişdir. Bundan başqa, Cavabdeh1 anası tərəfindən tikilmiş 2 otaqlı evə 2 otaq da əlavə tikmişdir. Cavabdeh1 həmin evləri kirayə verib qazanc əldə edir. Bu səbəbdən də iddiaçıya məxsus 2 otaqlı evdə yaşayır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (ər arvad) isə iddiaçıya məxsus evin həyətində evə bitişik əlavə 2 otaq (özbaşına tikili) tikmişdir. Halbuki buna onların nə hüquq, nə də ki, aidiyyəti d övlət təşkilatlarının razılığı var. Ola da bilməz, çünki o hüquq iddiaçıya məxsusdur; - cavabdehlər iddiaçıya məxsus ünvan 1 saylı evin torpaq sahəsindən istifadə etməyinə (evdə, damda və həyatyanı sahədə təmir tikinti işlərinin aparılmasına) maneələr yaradırlar; - İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 18 dekabr 1996-cı il tarixi “LOİZİDU” (Lazidou) Türkiyəyə qarşı işində qeyd etmişdir ki, mülkiyyət hüququna müdaxilə mülkiyyətə daxil olmaq hüququndan məhrum edilmə ilə məhdudlaşmayaraq, yaranmış situasiyanı daha geniş konteksdə əhatə edir. Məsələ bundan ibarətdir ki, xanım Loizidu öz mülkiyyətinə daxil olmaq hüququnu davamlı olaraq həyata keçirə bilmədiyinə görə, faktiki olaraq onun üzərində hər cür nəzarəti, o cümlədən ondan istifadə etmək, onu satmaq, miras qoymaq, öz torpağını yaxşılaşdı rmaq və sadəcə onun üzərində sevinc hissi ilə yaşamaq hüququnu itirib. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçiri lir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ q anunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84.(1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111.(1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.(3). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci apellyasiya baxışında iddiaçının iddia tələbi “evin bir hissəsində yaşayan Cavabdeh1 ona məxsus 2 otaqdan çıxarılması” hissəsində təmin edilməmişdir. Həmin hissədə apelyasiya instansiyası məhkəməsini qətnaməsi Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında dəyişdirilmədən saxlanmışdır. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, idd ia tələbinin təmin edilməyən digər hissələri başa düşülür.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni n əticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı hazırki qərarın 28-30-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
39. Hazırda kassasiya baxışının predmeti olan iddia tələbi iddiaçının ünvan 2 evdən, torpaq sahəsindən istifadə etməsinə (evdə, damda və həyətyanı sahədə təmir tikinti işlərinin aparılmasına) maneələrin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus həyətyanı torpaq sahəsində evinə bitişik tikilmiş iki otağın (özbaşına tikili) sonuncuların vəsaiti hesabına sökülməsi barədədir.
40. İşin müəyyən edilmiş hallarına görə özbaşına tikili 70-ci ildən də əvvəl cavabdehlər in valideynləri tərəfindən inşa olunmuş, cavabdehlər heç bir müdaxilə olmadan həmin tikilidə yaşayırlar. İddiaçının cavabdehlərlə münasibətlərinin yaxşı olmaması səbəbindən hazırkı iddia tələbini irəli sürməsi Mülki Məcəllənin 560-cı maddəsi nəzərə alınmaqla qiymətləndirilməlidir.
41. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının vəkilinin cavabdehlərin tikililərinin köhnə və uçmaq təhlükəsi olması və iddiaçı üçün təhlükə yaratması dəlili ilə bağlı araşdırma apararaq, ekspertiza rəyinə əsasən müəyyən etmişdir ki, mübahisəli ünvanda yerləşən mənzillərin mövcud vəziyyəti qənaətbəxşdir, yaşayış üçün yaralıdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qeyd edilən hissədə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyən ləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
43. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
44. Kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı mülkiyyətçidir, iddiaçıya məxsus ünvan 1 saylı evinə bitişik və həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən 1994-cü ildən sonra tikintilər başlayıb. Əlavə tikililərin 1991-ci ildən sonra aparılmasının barız nümunəsi iddiaçıya 1991-ci il tarixdə qeydiyyat vəsiqəsi (indiki reyestrdən çıxarış) verilən zaman tərtib olunmuş texniki pasportda mövcud tikililərin olmamasıdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özü də kassasiya şikayətində ona məxsus evə bitişik həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən tikinti işlərinin ən azı 1994-cü ildən sonra aparılmasını təsdiq edir ki, bu dəlil də kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilən mövqeyi – iddiaçının münasibətlər normal olarkən özbaşına tikilinin inşasına razı olması, sonradan münasibətlər pozulduqdan sonra hazırkı iddia tələbini irəli sürməsinin hüquqdan suiistifadə olması – baxımından əsaslı sayıla bilməz.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxqızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-500/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.