Məhkəmə qərarları › İş №2(102)-4579/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4579/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4579/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4579/2023 (Açar sözlər: apelyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1199/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh (Vəkil) tərəfin dən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən borclu olduğu 26.111 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Zərdab Rayon Məhkəməsinin 2(035)-631/2022 nömrəli, 06 dekabr 2022-ci il tаrixli qətnaməsi ilə (hakim Tahir Qubadov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-565/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərardadı ilə (X1 (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şiakyəti üzrə apellyasiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməməklə həmin forma tələblərinə cavab vermədiyinə görə, qeyri-mümkün hesаb edilmişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən 02 may 2023-cü il tarixdə təkrarən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1199/2023 nömrəli iş üzrə 03 oktyabr 2023-cü il tarixli qərardadı ilə (X2 (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Vəzirxan Məlikov) Zərdab Rayon Məhkəməsinin 2(035)-631/2022 nömrəli, 06 dekabr 2022-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya, müddət ötürülməklə verildiyinə görə, qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Zərdab Rayon Məhkəməsinə göndərilmişdir.

7. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-631/2022 nömrəli, 06 dekabr 2022-ci il tаrixli qətnaməsi 06 fevral 2023-cü il tarixdə rəsmi qaydada Cavabdeh təqdim edilmişdir (iş vər.168). Sözügedən qətna mədən cavabdeh tərəfindən 27 fevral 2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək birinci instansiya məhkəməsinə geri qaytarılmışdır. Növbəti dəfə apellyasiya şikayəti cavabdeh tərəfindən 28 aprel 2023-cü il tarixdə imzalanmış və 02 may 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 06 mart 2023-cü il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək verilmişdir. Odur ki, bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti üçün müəyyən edilmiş müddət keçmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir.

8. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

9. Qərardaddan cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkünlüyü barədə qərar qəbul olunmasınıi xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qanunla müəyyən edilmiş qaydada və müddətlərdə apellyasiya şikayəti vermişdir. Birinci instansiya və apellyasiya instansiya məhkəmələri arasında yaranmış anlaşılmazlıq nəticəsi ndə onun apellyasiya şikayətinə baxılmamış, baş vermiş qanunsuzluğu ört basdır etmək üçün barəsində şikayət verdiyi məhkəmə aktı qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

12. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

13. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bi lər.

14. Maddə 363.1.3 apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılır.

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

17. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şi kayəti təmin etmədən saxlaya bilər.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.

20. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, apellyasiya məhkəməsi cavabdehin şikayəti üzrə apellyasiyanı qeyri mümkün sayarkən mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi 06 fevral 2023-cü il tarixdə rəsmi qaydada cavabdehə təqdim edilmiş, qətnamədən cavabdeh tərəfindən 27 fevral 2023-cü i l tarixdə verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş və həmin məhkəmənin mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək birinci instansiya məhkəməsinə geri qaytarılmış, apellyasiya şikayətinin verilməsi müddəti 06 mart 2023-cü il tarixdə bitdiyi halda, növbəti dəfə apellyasiya şikayəti cavabdeh tərəfindən 28 aprel 2023-cü il tarixdə imzalanmış və 02 may 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

23. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.

24. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin, - ap ellyasiya şikayətini qanunla müəyyən edilmiş qaydada və müddətlərdə verməsi, birinci instansiya və apellyasiya instansiya məhkəmələri arasında yaranmış anlaşılmazlıq nəticəsində şikayətinə baxılmaması barədə, dəlilini əsassız hesab edir. Belə ki, apellyasiya instansiya məhkəməsinin də qərardadında qeyd etdiyi kimi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci dəfə 11 aprel 2023-cü il tarixdə mülki prosessual qanunla müəyyən edilmiş formaya uyğun tərtib edilmədiyinə görə apellyasiya qeyri-mümkün hesаb edilmişdirsə, ikinci dəfə şikayətin müddət ötürülməklə verilməsi əsası ilə apellyasiya qeyri mümkün hesab edilmişdir. Bu halda isə hər hansı anlaşılmazlıqdan söhbət gedə bilməz. Həm də cavabdeh ikinci dəfə apellyasiya şikayəti verərkən müddətin faktiki olaraq ötürülməsini bildiyi halda müddətin bərpası barədə ərizə verməyə belə lüzum görməmişdir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsində apellyasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsinin nəzərdə tutulması, şikayətin həmin müddətin sonuncu günündə verilməli olması anlamına gəlmir. Eyni zamanda həmin müddətdən qətnamənin icrasını gecikdirmək və digər başqa məqsədlər üçün istifadə etməməlidir. Qeyd olunmalıdır ki, cavabdeh qətnamədən birinci dəfə apellyasiya şikayəti verərkən həmin şikayətin hər hansı səbəblə geri qaytarıla biləcəyi ehtimalını nəzərə almamış, müddətin ötürülməsinə faktiki olaraq özü şərait yaratmışdır.

26. Göstərilənlərə əsasən apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1199/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar