Məhkəmə qərarları › İş №2(102)-458/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-458/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-458/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh İddia tələbi: “subroqasiya qaydasında pulun tutulması” Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6844/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Azərbaycan Respublikası Baş X2 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AC seriyalı, 484969 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “X1” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus “xxxx” MMC-yə məxsusdur. Həmin Şöbə tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AA seriyalı, 778154 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Nissan Altima” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Məmmədov Məmməd Babaşah oğludur. Bakı Şəhəri 14 saylı Notariat Kontoru tərəfindən verilmiş ƏN-İİİ seriyalı 307962 nömrəli xx.xx.2014-cü il tarixli “Etibarnamədən” görünür ki, Məmmədov Məmməd Babaşah oğlu qeyd edilən avtomobili xx.xx.2023-cü il tarixədək iş üzrə Cavabdeh istifadəsinə vermişdir. C-MİC-0417/15-C-MİC-0432/15 nömrəli xx.xx.2015-ci il tarixli “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən”, xx.xx.2016-cı il tarixli “Sığorta aktından” və işdə olan digər sənədlərdən müəyyən edilir ki, “xxxx” MMC-yə aid “X1” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus iddiaçı ASC-də xx.xx.2015- ci il tarixdən xx.xx.2016-cı il tarixədək 275.933,40 manat dəyərində sığotalanmışdır. Bakı Şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, KYP seriyalı, 225055 nömrəli “İnzibati xəta haqqında protokoldan” görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə “Nissan Altima” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən normal sürət h əddi seçmədiyi üçün qarşısında olan “X1” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusu arxadan vurmuş və nəticədə, Azərbaycan Respublikası İXM-nin 151.1 və 253-1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə “Zərər aktından” görünür ki, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərər 2.612,58 manat miqdarında qiymətləndirilmişdir. xx.xx.2016-cı il tarixli “Sığorta aktından” və xx.xx.2016-cı il tarixli “Ödəniş tapşırığından” görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus a dəymiş zərər 2.612,58 manat məbləğində hesablanmış və həmin zərərin qarşılığında zərərçəkmişə müvafiq sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2016-cı il tarixli “Ödəniş tapşırığından” görünür ki, iddia tələbi üzrə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək onun tərəfindən sığortalı şəxsə ödənilmiş pulun əvəzi olaraq 2.612,58 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(001)9253/2016 saylı qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddia təmin edilərək, Cavabdeh 2.612,58 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6844/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnamənin qismən, yəni subroqasiya qaydasında tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnaməni n qəbul edilməsi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması tələbi barədə” iddiasının qismən təmin edilməsi, Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə sabroqasiya qaydasında tutulmalı olan pulun məbləğinin 1.963 (min doqquz yüz altmış üç) manat məbləğində müəyyən edilməsi və iddianın ödənilməli olan məbləğin qalan hissəsi ilə bağlı hissəsinin təmin edilməməsi qət edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə dəymiş zərərin əvəzinin subroqasiya qaydasında Cavabdeh tərəfindən ödənilməsi barədə hissəsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kasasiya şikayəti ver ərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin vəkilə çəkilən xərcin əvəzinin ödənilməsi barədə ərizənin təmin edilməməsi hissəsində ləğv olunması və həmin hissədə ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 121.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəs i və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta öd ənişi məbləğində keçir (maddə 936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (maddə 936.5.). Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli, 22032 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilən “xxxx” MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2015-ci il buraxılışlı “İveco Urbanway” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təqdim olunan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixə təxminən 1.963 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 1.813 manat, təmir-bərpa işlərinin qiyməti 150 manat. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin xx.xx.2015-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı qəzaya uğramış nəqliyyat vasitəsinin bərpası üçün tələb olunan pul vəsaitinin məbləği 1.963 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya baxışı zamanı verdiyi “vəkilə çəkilən xərcin əvəzinin ödənilməsi barədə” ərizəsini isə əsassız hesab edərək, qeyd etmişdir ki, əsas tələb olan ziyanın vurulması iş materialları ilə təsdiq edildiyindən və iddia yalnız zərərin məbləğinin müəyyən edilməsi hissəsində qismən təmin edildiyindən cavabdehin ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə aid prosessual hüquq normaları pozulmamışdır. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi nəticə etibarı ilə cavabdehin (kasatorun) ziyanına 1963 m anat məbləğində pul vəsaitinin tutulmasına görə kasasiya şikayətinin dəlili əsassızdır. Çünki MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kasasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6844/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi kasasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar