Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-458/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2369/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, X2, X6, Datikaşvili (İfraimova) Anna Cumberovna və X1rşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı ş əhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-40/2018 nömrəli, 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1903/2022 nömrəli, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-40/2018 nömrəli, 10 aprel 2018-ci il tarixli qətnaməsinin Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli borcun məbləği hissəsində dəyişdirilməsi, xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011 ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 159.281,02 ABŞ dolları məbləğind ə pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh1 alınaraq iddiaçı ‘‘Unibank” KB ASC-yə ödənilməsi,qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1903/2022 nömrəli, 19 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC və Cavabdeh1 kassasiya şikayətləri vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6397/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı "Unibank” KB ASC və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2(103) -1903/2021 saylı qətnaməsinin borcun müəyyən edilməsinə aid hissədə ləğv edilib və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gönədrilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2369/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X4 (sədrliyi və məruzəsi ilə), X11, X9) cavabdehlər Cavabdeh1, Cavabdeh3 Samsonovna və Datikoşvili (İfraimova) Anna Cumberovna tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-40/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi əsas borc hissəsində dəyişdirilmiş, əsas borc 187003.67 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 tərəfindən verilmiş kassasiy a şikayəti Ali Məhkəmənin 2(102)-6609/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və Ələsgər Əliyev) icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi 27 dekabr 2022-ci il tarixli məktubla müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən digər cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası digər cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılaraq mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2369/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki Kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-458/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-458/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver