Məhkəmə qərarları › İş №2(102)-4583/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4583/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4583/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh2, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 20017-ci il tarixli qətnaməsi ilə «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış 31 may 2012-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35.729,07 ABŞ dolları əsas və 3.201,98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 38.931,05 ABŞ dollarının (ödənildiyi zaman manat məzənnəsi ilə) və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 60 manat, işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən mənzilinə və ünvan 2 ünvanda yerləşənmənzilinə yönəldilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində yerləşən -3 A nömrəli evin 52 nömrəli mənzilinin ilkin satış məbləğinin 52.000 manat və Bakı səhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospektində yerləşən 29 nömrəli evin 30 nömrəli mənzilinin ilkin satış qiymətinin 33.000 manat məbləğində müəyyən edilməsi və mənzillərin açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi, yaranmış borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, mənzil satıldıqdan sonra mülkiyyətçi Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onların həmin evdən məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2(103)-2868/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Əliyev sədrlik edən, məruzəçi F.Talışinski və R.Eyvazov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5220/2017 saylı iş üzrə 11 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 qızma aid edilmişdir. İŞİN HALLARİ: “xxxx” MMC, Cavabdeh1 ilə bağlanmış 31 may 2012-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə kredit üzrə öhdəliyin tam icra olunması gününədək, yalnız əsas borca müvafiq illik faizlər hesablanmaqla 35.322,48 ABŞ d olları əsas, 5.664,41 ABŞ dolları faiz və 7.876 ABŞ dolları dəbbə pulu olmaqla, zəmi 48.862,89 ABŞ dolları məbləğində kredit borcunun və bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 60 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov pro spektində istifadədə olan 0,1042 ha torpaq sahəsində yerləşən 43 A nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 1-ci mərtəbəsində, 49,26 kv.m. ümumi, 30,9 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 52 nömrəli mənzilinin ilkin satış qiyməti 14.700 ABŞ dolları və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, 29 nömrəli evin 38 kv.m. ümumi, 16.0 kv.m. yaşayış və 22.0 kv.m. yardımçı sahəsi olan 1 otaqlı 30 nömrəli mənzilinin 26.400 ABŞ dolları məbləğində və ya AR MB-nın müəyyən etdiyi valyuta kursu üzrə müvafiq manat ekvivalentində müəyyən edilməklə açıq hərracdan satılması, cavabdehlərin ipoteka predmetləri olan həmin mənzillər satıldıqdan bir ay sonra mənzildən məcburi çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəlləsinin 9cu maddəsi ilə müəyyən olunan ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuş, qanunvericiliyin tələblərinə məhəl qoymayaraq cavabdehin hüquq və mənafelərinə toxunan qətnamə çıxarmışdır. Göstərilənlərdən aydın olur ki. Bakı Apellyasiya Məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, digər cavabdeh tərəfindən - verilmiş apellyasiya şikayəti üzrə əvvəllər məhkəmə araşdırmasının olmasını əsas götürərək, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin mahiyyəti üzrə araşdırılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin mahiyyəti üzrə araşdırılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xa hiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış 31 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 24 faiz olmaq şərti ilə 10.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin tarixdə bağlanmış ipoteka müqaviləsi ilə Cavabdeh1, özünə məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilini bank qarşısında ipoteka ilə yüklü edərək, «xxxx» MMC-nin tələb hüququna təminat vermişdir. 14 fevral 2014-cü il tarixdə kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanmış, həmin sazişə əsasən, 31 may 2012-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilmiş, illik 40 faizdən artıq olmamaq şərti ilə 120 ay müddətinə və verilən kreditin maksimal məbləği bu müqaviləyə məbləğ barədə müvaf iq dəyişiklik edilməyənə qədər 150.000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalent həddində müəyyən edilmişdir. 14 fevral 2014-cü il tarixli razılaşmaya görə isə, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzilin alınmasının maliyyələşdirilməsi üçün illik 16 faizlə 60 ay müddətinə 45.000 ABŞ dolları məbləğində kredit verilmişdir. «xxxx» MMC, Cavabdeh1 və X2 arasında bağlanmış 14 fevral 2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, X2 ünvan 2 ünvanda yerləşənmənzilini Cavabdeh1 mülkiyyətinə verməyi, sonuncu isə həmin mənzili 31 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında ipoteka ilə yüklü etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, 14 fevral 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsi ilə Cavabdeh2, zamin durmaqla, «xxxx» MMC-nin tələb hüququna təminat ver mişdir. «xxxx» MMC, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1- 319.1-ci, 462-ci, 472-ci, 739.1 -ci və 741-ci maddələrinə əsasən, cavabdehlərdən əsas və faiz borcunun tutulmasını, borcun ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlıdır. Cavabdeh2 götürülmüş borc məbləğlərindən xəbərinin olmaması, yüksək həddə faiz və şişirdilmiş məbləğdə dəbbə pulunun müəyyən edilməsi və xxxx tərəfindən daşınmaz əmlakların dəyərindən ucuz qiymətləndirilməsi və yenidən ekspertiza keçirilməli olması barədə dəlilləri əsassızdır. Ona görə ki, öhdəliyin həcmi göstərilən zaminlik müqaviləsinə özü imza etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əmtəəşünaslıq və mühasibatlıq ekspertizaları təyin olunmuş, “xxxx” MMC-nin 26.10.2016-cı il tarixli ekspertiza rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən mənzilinin bazar qiyməti 52.000 manat, ünvan 1 ünvanda yerləşənmənzilin bazar qiyməti isə 33.000 manat müəyyən olunmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.08.2017ci il ta rixli rəyi ilə müqavilənin müddətinin bitdiyi 08.08.2016-cı il tarixə 35.729,07 ABŞ dolları əsas və 3.201,98 manat faiz borcunun olması təsdiqlənmişdir. Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında isə cərimə hesablanmamışdır. Kollegiya, mübahisənin bu hissələrinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, rayon məhkəməsinin ekspertizaların rəyi ilə razılaşaraq gəldiyi qənaəti əsaslı hesab edir. Çünki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Tahirə Salehovanın birinci instansiya məhkəməsində iştirakının tə min edilməməsi barədə dəlilini də əsassızdır. Ona görə ki, cavabdeh 16 iyun 2016-cı il tarixli hazırlıq iclasında iştirak edərək, işə baxılmasının 04 iyul 2016-cı il tarixə təyin edilməsi barədə bildiriş kötüyünü imza etməmiş, sonrakı 14 iyul, 08 avqust, 25 avqust, 29 noyabr, 26 dekabr 2016-cı il tarixli iclaslarda iştirak etmiş, daha sonrakı tarixlərdə məhkəmə iclasının vaxtı və yeri barədə onun ünvanına bildiriş göndərilmişdir. Apellyasiya şikayətində bildirildiyi kimi, məhkəmə iclasında həyat yoldaşı da iştirak etmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi MPM-in 185.5-ci maddəsinə əsasən işə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi işin faktiki halları, tər əflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun fazilər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda öd ənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-nin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-c i maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh2 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müd afiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 13 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar