Məhkəmə qərarları › İş №2(102)-4589/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4589/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4589/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4589/21 (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı şəhəri, 07 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1591/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şi kayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında aparılmış qeydin ləğv olunması, mülkiyyət hüququnun tanınması, payların müəyyən edilməsi və mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə alınan ”HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə bağlı X2 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunma sı, X1 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququnun tanınması, avtomobilin 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə onun paylarının müəyyən edilməsi, Cavabdeh1 və onun həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə rəsmi qaydada 30 iyul 1996-cı il tarixdə Bakı şəhəri Səadət sarayında nikaha daxil olmuş, birgə nikahdan 26.04.1997-ci il tarixdə oğlu X6, 16.07.2001-ci il tarixdə oğlu X3 və 01.08.2009-cu il tarixdə oğlu X4 anadan olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(004)-700/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə 20.08.2018-c i il tarixdə “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Avtomobil cavabdeh 1nın adına qeydiyyata alınmışdır. Cavabdeh həmin maşını onun razılığı olmadan 16.04.2019-cu il tarixində qeydiyyatdan çıxararaq alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Özgəninkiləşdirmə formal olaraq aparılmış, lakin avtomobil hal-hazırda da cavabdehin öz istifadəsindədir. O, 24 yanvar 2020-ci il tarixdə Cavabdeh1 birgə nigah dövründə aldıqları “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı avtomobilə dair onun razılığı alınmadan bağlanmış 16 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinin və həmin avtomobilin 1/2 hissəsinin onun adına sənədləşdirilməsinin razılaşma yolu ilə 15 gün müddətində həll edilməsini təklif edərək sifarişli-xəbəmaməli məktubla pretenziya göndərmişdir. Poçt tərəfindən təqdim edilmiş xəbərnamədən görünür ki, Cavabdeh1 məktubu 31 yanvar 2020-ci il tarixdə almışdır. Lakin, cavabdeh bu günə kimi göndərilən məktuba cavab verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia tələbi qismən təmin edilərək, X2 ilə Cavabdeh2 arasında 16.04.2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin ½ (ikidə bir) hissədə Cavabdeh1, ½ (ikidə bir) hissədə İddiaçı paylarının müəyyən edilməsi qə t edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X2 ilə Cavabdeh2 arasında bağlanmış 16.04.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmin avtomobilin tərəflərin birgə nikahı dövründə əldə olunmuş əmlak olması araşdırılmış sübutlarla tam olaraq təsdiq edilmişdir. Mübahisə predmeti olan “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X2 ilə Cavabdeh2 arasında bağlanmış 16.04.2019-cu il tarixli alqı-satqı müqaviləsinin yalnız görünüş üçün formal olaraq bağlanması iş materialları ilə tam təsdiq olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırda qeyd olunan avto mobilin qeyribərabər bölünməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, həmin əmlak tərəflər arasında bərabər paylara uyğun olaraq bölünməlidir. Məhkəmə iddia tələbinin nəqliyyat vasitəsi üzərində aparılmış qeydiyyatın ləğv olunması və Cavabdeh1 və İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi üzrə qeyd edir ki, hər hansı inzibati orqanın üzərinə vəzifə və öhdəlik qoyulması ümumi məhkəmələrin səlahiyyətlərinə aid deyildir. Odur ki, iddia ərizəsi həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Ailə Məcələsinin 29.1, 32.1, 32.2, 33.1, 33.2, 33.3, 36.1, 36.3, 37.1, 37.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsini 222.2, 222.3, 324.1, 337.1, 337.3, 337.4, 340.1-ci v ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Məhərrəmova, Elnur Həsənov) 2(103)-1591/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yəni, “X2 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlan mış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı paylarının müəyyən edilməsi” hissəsində ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırkı işdə birgə nikah dövründə əldə olunmuş əmlak olduğu irəli sürülən avtomobilin tərəflərin birgə nikahları dövründə əldə edildiyi işdəki mövcud sübutlarla təsdiq olunmaqdadır və iddiaçı, həmin avtomobilin onun (iddiaçının) razılığı olmadan arvadı tərəfindən özgəninkiləşdirildiyini iddia edərək hazırkı iddia tələ blərini irəli sürmüşdür. Bu baxımdan kollegiya, mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisəli nəqliyyat vasitəsinə dair X2 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin əsaslı olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir. Kollegiya hesab edir ki, mübahisə mövzusu olan avtomobili alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh2 həmin avtomobili vicdanlı əldə etmişdir və onun avtomobil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Kollegiya hesab edir ki, iddiaçının avtomobilin satılmasında xəbərsiz olduğunu barədə irəli sürdükləri əsassızdır. Belə ki, işin müəyyən olunmuş və müb ahisələndirilməyən hallarına əsasən, ”Hyundai İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən 16 aprel 2019-cu il tarixdə Cavabdeh2 satılmışdır. Bundan 21 gün sonra isə tərəflərin birgə mülkiyyətində olan mənzil həmin şəxsə, yəni Cavabdeh2a satılmışdır. Belə olan halda isə kollegiyanın qənaətinə görə, hər iki əmlak eyni şəxsə satıldığından iddiaçının avtomobilin satılmasından xəbəri olmaması barədə irəli sürdükləri inandırıcı deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının ərarvadın birgə mülkiyyətinin hüquqi rejimindən yaranan hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi Cavabdeh2 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyritaraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı gələcəkdə Cavabdeh1 qarşı nəqliyyat vasitəsinin satılması ilə bağlı pul tələbinə dair məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəki l1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququ tanınmaqla payların müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya kollegiyasının qətnaməsi qeyri-qanunidir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apelyasiya kollegiyasının mövqeyi Cavabdeh2 hüquqlarının qorunmasına yönələn mövqedir. Məhkəmə kollegiyası həm Ailə Məcəlləsinin 33.3-cü maddəsinə istinad edir və dərhal da alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcud olmadığını göstərir. Ailə Məcəlləsinin 33.3-cü maddəsində isə göstərilir ki, ər-arvaddan b iri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqdin bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi, Cavabdeh2 onun razılığının olmadığını bilirdi, alqı-satqı müqaviləsində də həmin razılıq yoxdur. Qanunda nəzərdə tutulan daha hansı şərtlər lazımdır ki, həmin müqavilə mübahisələndirilsin. Məhkəmə kollegiyası istinad etdiyi qanun normasını iş üzrə düzgün tətbiq etməmişdir. Bundan başqa, apelyasiya kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatı ndan keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə istinad edərək, guya həmin Əsasnaməyə əsasən nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman ər-arvadın razılığının olmaması qanunvericiliklə tələb edilmir. Lakin həmin Əsasnamədə nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman ər-arvadın razılığının olmasının qanunvericiliklə tələb edilməməsi barədə bənd yoxdur. Əksinə, həmin Əsasnamənin “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydası”nın 1.2-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanılır. Bu məsələdə mövcud qanunvericilik Mülki Məcəllənin 650-ci maddəsinin tələblərinə riayət olunmasını tələb edir. Qətnamədə həmin maddənin göstərilməsinə baxmayaraq, tələblərinə riayət edilməmişdir. Deməli, məhkəmə kollegiyasının gəldiyi nəticənin əksinə olaraq nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman ər-arvadın razılığının olması qanunvericiliklə tələb olunur. Belə olan halda, nəqliyyat vasitəsinin alqı-satqısı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Əsasnaməyə deyil, qanunvericiliyin tələb etdiyi Mülki Məcəllənin 650-ci maddəsinin tələblərinə uyğun həll edilməli idi. Ailə və Mülki Məcəllənin tələbləri ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququnun onların qarşılıqlı razılığı əsasında həyata keçirilməli olduğunu ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, onun avtomobilin satılmasından xəbərsiz olması barədə irəli sürdüklərinin əsassız olması barədə məhkəmənin gəldiyi nəticənin özü əsassızdır. Belə ki, avtomobilin alqı-satqı müqaviləsi 16.04.2019-cu il tarixdə, mənzilin alqı-satqı müqaviləsi 07.05.2019-cu il tarixdə olmuşdur. Göründüyü kimi, avtomobilin alqı-satqısı mənzilin alqı-satqısından 21 gün əvvəl olmuşdur. O, izahatında da göstərmişdir ki, Cavabdeh2 mənzilin satılmasından bir neçə gün əvvəl tanımışdır. Ona görə də məhkəmənin onun avtomaşının alqı-satqısından xəbərinin olması barədə göstərdikləri heç bir məntiqə sığmır. Bu halda Cavabdeh2 vicdanlı alıcı kimi qəbul edilə bilməz. Çünki onun xoş niyyəti, ağlabatan ehtiyatlılığı və sayıqlıq göstərməklə bağladığı əqddən deyil, pis niyyətlə, ona maksimum maddi ziyan vurmaqla bağladığı müqavilə var. Əlavə olaraq qeyd edilməlidir ki, avtomobilin alqı-satqısı cavabdehlər arasında olmuşdur və bu halda onun razılığı qanunvericiliyə uyğun olaraq tələb olunsa da, onun razılığı alınmamışdır. Mənzilin alqı-satqısı onunla Cavabdeh2 arasında olmuşdur və bu halda Cavabdeh1 razılıq ərizəsi alınmış və notariat qaydasında təsdiq edilmişdir. Məhkəmə kollegiyasının gələcəkdə onun Cavabdeh1 qarşı nəqliyyat vasitəsinni satılması ilə bağlı pul tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olmasını göstərməsinin özü onun iddia tələbinin əsaslı və qanuni olmasını göstərir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəm ə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı (vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayəti n belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququ tanınmaqla payların müəyyən edilməsi” hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı həmin hissədə tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Əvvəla, kasasiya kollegiyası kas asiya şikayətinin dəlilləri ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, apelyasiya kollegiyası alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcud olmadığı qənaətinə gələrkən düzgün hüquqi mövqedə olmamışdır. Belə ki, Ailə Məcəlləsinin 33.3-cü maddəsində göstərilir ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqdin bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Hazırki iddia tələbi üzrə iddiaçı avtomobilin alqı-satqısının onun xəbər olmadan həyata keçirilməsini iddia etmiş, Cavabdeh2 isə vermiş olduğu apelyasiya şikayətində iddiaçını uzun müddətdir tanı dığını, münasib qiymətə düşən əmlakları alıb sonradan satdığını, iddiaçının 2019-cu ilin aprel ayında ona arvadı ilə razılıq əsasında ayrılmasını, bu məqsədlə evlərini mübahisəli avtomobili satmaq qərarına gəlmələrini deməsini, əmlakları münasib qiymətə ona təklif etdiyini, 14.04.2019-cu ildə qeyd edilən nəqliyyat vasitəsini iddiaçının iştirakı ilə və dəyərini ona verməklə onun arvadı ilə alqı-satqı müqaviləsini bağlamasını, iddiaçının xahişi əsasında xəstə uşağına görə onun arvadı olan digər cavabdehə etibarnamə verməsini göstərmişdir. Apelyasiya kollegiyası cavabdehi vicdanlı alıcı hesab edərək, müqavilənin etibarsızlığının dispozitiv şərtlərinin mövcud olmadığı qənaətinə gələrkən işin hallarına tam əhəmiyyət verməmiş və tam araşdırmamış, yalnız cavabdehin göstərdikləri əsasında onun vic danlı alıcı olması qənaətinə gəlmiş, Cavabdeh2 vicdanlı alıcı olmasının nədə ifadə olunmasını, hansı sübutla təsdiq olunmasını əsaslandıra bilməmişdir. Halbuki, kasasiya yoxlaması zamanı iş materiallarından görünür ki, iddiaçı cavabdehi əvvəllərdən tanımasını inkar etmiş, Cavabdeh2 mənzilin alqı-satqısı zamanı arvadının təklifi əsasında tanımasını göstərmiş, Cavabdeh2 nümayəndəsi isə avtomobilin dəyərinin iddiaçıya ödənilməsi barədə yalnız məntiqi sübutları olmasını məhkəmə iclasında bildirmiş, məhkəməyə iddiaçının avtomobilin alqı-satqısından məlumatlı olması, pulun iddiaçıya ödənilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, apelyasiya kollegiyasının daşınar əmlak olan avtomobilin alqı-satqısı zamanı ər-arvaddan digərinin razılığının tələb olunmasının qanu nvericilikdə öz əksini tapmaması mövqeyi ilə də kasasiya kollegiyası razılaşmır və kasasiya şikayətində göstərilənlərin təsdiqi olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydası”nın 1.2-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanılır. Bu məsələdə mövcud qanunvericilik Mülki Məcəllənin 650-ci maddəsinin tələblərinə riayət olunmasını tələb edir ki, həmin normada da gösrsətilmişdir ki, rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, avtomobil də rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya hesab olunduğundan Mülki Məcəlləsinin 650-ci maddəsi də müvafiq surətdə ümabhisəyə tətbiq edilməli idi ki, apelyasiya kollegiyası həmin normanı qəbul etdiyi qətnamədə göstərmiş olsa da, həmin normanın tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun ara şdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, apelyasiya şikayətinin dəlillərinə, iddiaçının apelyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi apelyasiya şikayətinə etirazın əsaslarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim s übutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib iş i yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, yuxarıda və kasasiya şikayətində göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.02.2021-ci il tarixli, 2(103)-1591/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcb uridir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1591/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar