Məhkəmə qərarları › İş №2(102)-459/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-459/2019

08.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-459/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 08 fevral 2019-cu il İş № 2(102)-459/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Xələfov İlqar Rəhim oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, xxxx Açıq Səhmdar Cəmiyyətinin vəkili Bədəlov Emil Nizami oğlu, nümayəndəsi X2 iştirakları ilə, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı xxxx Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2, Cavabdeh3, X4 qarşı Cavabdeh1-dən 28.12.2013-cü il tarixli 943 H saylı kredit müqaviləsi üzrə əsas borca görə 2 000 000 manat, faiz borcuna görə 1 493 333 manat olmaqla cəmi 3 493 333 manat borcun, məhkəmə xərclərinə görə 249 manatın tutmasına, tələbin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2b ünvanda istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 m2 ümumi sahədən ibarət əmlak kompleksinə (qeyri-yaşayış binasına), Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 2a nömrəli ünvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə, X3 mülkiyyətində olan Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 41 ha torpaq sahəsinə yönəldilərək həmin ipoteka predmetlərinin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin hesabına borcun ödənilməsinə, ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2 (011)-461/2018)iddianınqismən təmin edilməsi, Cavabdeh1-dən 28.12.2013cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə əsas borca görə 2 000 000 manat, faiz borcuna görə 1 116 666,67 manat olmaqla cəmi 3 116 666,67 manat borcun və məhkəmə xərclərinə görə 249 manatın İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh1-dən ipoteka predmetlərinin qiymətləndirilməsinə çəkilən xərcə görə 400 manatın Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh1-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 manatın dövlət nəfinə tutulması, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2b ünvanda istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 m2 ümumi sahədən ibarət əmlak kompleksi (qeyri-yaşayış binası) ilkin satış qiyməti * ****** manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 2a nömrəli ünvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası ilkin satış qiyməti ******* manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə ilkin satış qiyməti 12510000 manat, X3 mülkiyyətində olan Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 41 ha torpaq sahəsi ilkin satış qiyməti ******* manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitindən 3116915,67 manat borcun İddiaçı-nin hesabına, 400 manatın Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC- nin hesabına, 200 manatın dövlət nəfinə keçirilməsi, Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2b ünvanda istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 m2 ümumi sahədən ibarət əmlak kompleksi (qeyri-yaşayış binası), Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 2a nömrəli ünvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası, Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə, Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 41 ha torpaq sahəsinin satıldıqdan 1 ay sonra boşaldılması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 20 18-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəşi), E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)9020/2018) iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 aprel 2018-ci i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: xxxx Açıq Səhmdar Cəmiyyətinin vəkili Bədəlov E mil Nizami oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə ara şdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, borcverən İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28.12.2013-cü il tarixli 943H saylı kredit müqaviləsinə görə, bank borcalana illik 15% ödəmək, 31 ay müddətinə qaytarmaq şərtilə 2 000 000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.6-cı bəndinə əsasən, faizlər kreditin suda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün kreditalan tərəfindən kreditverənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Kredit müqaviləsinin 4.4.1-ci bəndinə müvafiq olaraq, kreditin və faizlərin ödənilməsi borcalan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə borcverən kredit müqaviləsini birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti borcalan tərəfindən gecikdirildiyi halda gecikdirilmiş borc məbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca müqavilənin 3.4cü bəndi müəyyən olunan faizlər iki misli miqdarında hesablanacaqdır. Kredit müqaviləsinin 5.3-cü bəndinə görə, müqavilənin 3.6-cı bəndində göstərilən vəzifənin icra müddəti borcalan tərəfindən gecikdirildiyi halda o, borcverənə müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə ödəyir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlə t Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.05.2007-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa görə, Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2b ünvanda istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 m2 ümumi sahədən ibarət əmlak kompleksi (qeyri-yaşayış binası) Cavabdeh3 adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2 saylı reyestr kitabının 182 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.09.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa görə, Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,17889 ha torp aq sahəsində yerləşən 2a nömrəli ünvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 08 saylı reyestr kitabının 780 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.09.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2 saylı reyestr kitabının 183 s aylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.08.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 41 ha torpaq sahəsi X3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 29 saylı reyestr kitabının 96 saylı vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı, borcalan Cavabdeh1, ipoteka verən Cavabdeh3 arasında bağlanmış 22.06.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə görə, ipoteka verən kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2b ünvand a istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 m2 ümumi sahədən ibarət əmlak kompleksini (qeyri-yaşayış binasını) ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən, ipoteka predmeti ******* manat məbləğində qiymətləndirilmişdir. İpoteka saxlayan İddiaçı, borcalan Cavabdeh1, ipoteka verən X6 arasında bağlanmış 28.12.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə görə, ipoteka verən kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 41 ha torpaq sahəsini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndinə müvafiq olaraq, ipoteka predmeti ******* manat məbləğində qiymətləndirilmişdir. İpoteka saxlayan İ ddiaçı, borcalan Cavabdeh1, ipoteka verən Cavabdeh2 arasında bağlanmış 22.05.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka verən kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 2a nömrəli ünvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasını və Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndinə görə, ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,17889 ha torpaq sahəsi ndə yerləşən 2a nömrəli ünvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası 4 420 817 manat, Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə 10993100 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.05.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 2 saylı reyestr kitabının 182 saylı vərəqində qeydiyyata alınmış Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2b ünvanda yerləşən əmlak kompleks i 28.12.2013-cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 31 ay müddətinə İddiaçı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.05.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa görə, Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 08 saylı reyestr kitabının 780 saylı vərəqində qeydiyyata alınmış Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2A ünvanda yerləşən qeyri-yaşayış binası 28.12.2013-cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 31 ay müddətinə İddiaçı qarşısında ipoteka ilə yü klülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29.05.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa görə, Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 2 saylı reyestr kitabının 183 saylı vərəqində qeydiyyata alınmış Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2C ünvanda yerləşən əmlak kompleksi 28.12.2013-cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 31 ay müddətinə İddiaçı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08.01.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa görə, X3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 29 saylı reyestr kitabının 96 saylı vərəqində qeydiyyata alınmış Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 41 ha torpaq sahəsi 28.12.2013-cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 31 ay müddətinə İddiaçı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 27.04.2016-cı il tarixli **********19 saylı məktubuna görə, Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2A ünvanında yerləşən qeyri-yaşayış binasına dair tutmanın yönə ldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 29.04.2016-cı il tarixli **********79 saylı məktubuna əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu X10 küçəsi 2C ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 21.12.2016-cı il tarixli **********52 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh3 məxsus Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2b ünvanında yerləşən əmlak kompleksinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İddiaçı-nin Cavabdeh2 ünvanladığı 13.04.2016-cı il tarixli MXD-2200-665 saylı, X4 ünvanladığı 28.04.2016-cı il tarixli MXD-2200-839 saylı, Cavabdeh3 ünvanladığı 18.11.2016-cı il tarixli MXD-2202-20 saylı məktublara görə, bank ipoteka verənlərə kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit öhdəliyi yarandığından ipoteka predmetlərinin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaitinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı-nin Cavabdeh1-yə ünvanladığı 08.01.2015-ci il tarixli MXD-2200-03 saylı, 20.02.2015-ci il tarixli MXD-2200-425 saylı, 20.02.2015-ci il tarixli MXD-2200-425 saylı, 02.02.2016-cı il tarixli MXD-2200-248 saylı pretenziyalara görə, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlı q etmişdir. X1 notarial qaydada təsdiq olunmuş 22.05.2015-ci il tarixli ərizəsinə görə, o, Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2a ünvanda yerləşən qeyri-yaşayış binasının və Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2c ünvanda yerləşən kompleksi kimi müəssisənin ipotekaya qoyulmasına etiraz etməmiş, ipotekaya qoyulmuş əmlaka tutma yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi olmadan və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İddiaçı-nin 13.09.2017-ci il tarixli MD-211-01376 saylı arayışa görə, cavabdeh - borcalan Cavabdeh1 ilə bank arasında bağlanılmış 28.12.2013-cü il tarixli 943 H saylı kredit müqaviləsinə əsasən cavabdehin banka əsas borca görə ******* manat, faiz borcuna görə 1 493 333 manat olmaqla cəmi borcu ******* manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.02.2018-ci il tarixli 26940 saylı rəyinə görə, 28.12.2013-cü il tarixli 943H nömrəli kredit müqaviləsinə əsasən 13.09.2017-ci il tarixədək Cavabdeh1-nin ümumilikdə banka olan borcu 3 116 666,67 manat məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 2 000 000 manat, faiz borcu üzrə 1 116 666,67 manat. Rəyə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 03.04.2018-ci il tarixli 33 saylı rəyindən müəyyən olunur ki, X4 məxsus Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 41 ha torpaq sahəsinin bazar qiyməti 1 435 000 manat (41 ha x 35000 manat = 1 435 000 manat) təşkil edir. Daşı nar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 03.04.2018-ci il tarixli 33/1 saylı rəyinə görə, Cavabdeh3 məxsus Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 2b ünvanda yerləşən əmlak kompleksinin (qeyri-yaşayış binasının) bazar qiyməti 3 740 000 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 03.04.2018-ci il tarixli 33/2 saylı rəyinə görə, Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu X10 küçəsində yerləşən 2a nömrəli qeyri-yaşayış binasının bazar qiyməti 5 835 000 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 03.04.2018-ci il tarixli 33/3 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhər i Nəsimi rayonu X10 küçəsində 2c ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin bazar qiyməti 12 510 000 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 03.04.2018-ci il tarixli 36 saylı hesab-fakturasına görə, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərin dəyəri cəmi 400 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 319.1, 425.1, 442-ci maddələrinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1-ci maddələrinin tətbiq edilməsi ilə razılaşmışdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən h ərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müq aviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən “xxxx” MMC-dən 28 dekabr 2013-cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 1.116.666,67 manat İddiaçı-nin xeyrinə tutulması hissəsində ləğv edilməli və həmin hissədə mülki iş yeni apelyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu nun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu faiz borcunun tutulması ilə bağlı belə bir hüquqi mövqe müəyyən etmişdir ki, “...kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətin i tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Öhdəlik hüququnda isə müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtləri ndə dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM-in 419.1, 419.2 və 420.1.2-ci maddələri). Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəal iyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Mülki işin materialları ilə müəyyən edilir ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında 28 dekabr 2013-cü il tarixdə bağlanmış 943H saylı müqaviləyə əsasən 2.000.000 (iki milyon) manat kredit 31 ay müddətinə verilmişdir. Müqavilənin və kreditin verilmə müddəti 2016-cı il iyul ayının 28-də bitir. Mülki işə əlavə edilmiş 23 fevral 2018-ci il tarixli 26940 saylı məhkəmə ekspertiza rəyinə əsasən “xxxx” MMC-yə verilmiş kreditə görə faizlər 1340 günə - 13 sentyabr 2017-ci il tarixə kimi hesablanmışdır. Yəni faizlərin hesablanması müddəti kreditin verildiyi müddəti bir il iki ay keçmiş dir. Bu xüsusat isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1.-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 418.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozul muş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi qismən “xxxx” MMC-dən 28 dekabr 2013-cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 1.116.666,67 manat İddiaçı-nin xeyrinə tutulması hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar