Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-459/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı qıznın Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-459/2024 (Açar sözlər: hasarın sökülməsi, maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4953/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayə ndə) tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Orconikidze rayonu X9 İcra Komitəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli qərara əsasən, ünvan 1 ünvanında yaşayan vətəndaş X6 öz fərdi həyətində Maqazinnaya küçəsi tərəfindən sahəsi 18,0 kv.m. otağın, sahəsi 12,0 kv.m. mətbəxin və 0,45 kv.m. kürsülük ilə hündürlüyü 3 m. sahəsi 18,0 kv.m. verandanın tikilməsinə icazə verilmişdir.
2. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasporta əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı evinin hüquq sub yekti X7r.
3. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri üzrə arayışına əsasən, İddiaçı (bundan sonra iddiaçı) ünvan 2 ünvanında yerləşən evdə yaşayır.
4. Bakı şəhəri Suraxanı rayon VVAQ Şöbəsi tərəfindən verilmiş nikah bağlanması haqqında şəhadətnaməyə əsasən, X10 və X3 xx.xx.1995-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra soyadları ərin Rzayev, arvadın Rzayeva qeyd edilmişdir.
5. X10 tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş vəsiyyətnaməyə əsasən, onun özünə məxsus olan bütün əmlakını, o cümlədən Bakı şəhəri, Hövsan qəsəbəsi, Maqazin küçəsindəki 6 A saylı evi həyat yoldaşı X2 vəsiyyət etmişdir.
6. Ölüm haqqında şəhadətnaməyə əsasən, X10 xx.xx.2015-ci il tarixində vəfat etmişdir.
7. Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi İdarəsinə ünvanlaşmış xx.xx.2020-ci il tarixli məktuba əsasən X5 xx.xx.2015-ci tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə və evinə giriş üçün cavabdeh tərəfindən yaradılan maneələrin aradan götürülməsi və onun tərəfindən qanunsuz inşa edilən hasarın sökülməsi barədə qətnamə qəbul olunmasını xa hiş etmişdir.
9. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əri sağ olarkən birinci nikahdan olan övladlarını qəbul etməmişdir. Lakin onun təkidi ilə sonradan övladlarına həmin torpaq sahəsindən 5 sot torpaq vermişdir. O mərhum ərinin həm vəsiyyəti, həm də qanun üzrə 1-ci növbə vərəsə kimi miras əmlakını qəbul etmişdir. Hal-hazırda mərhum ərinin birinci nikahdan olan oğlu-Cavabdeh onun torpaq sahəsini və torpaq sahəsindəki tikilinin giriş yolunu kəsmişdir. Bununla bağlı o, dəfələrlə cavabdehə bu qanunsuzluğa son qoyulması barədə xahiş etmiş, lakin cavabdeh hətta yerli İcra Hakimiyyətinin və Bələdiyyənin nümayəndələrinin də təkidinə məhəl qoymamışdır. Hazırda cavabdehin bu əməllərinə görə o, evinə və torpaq sahəsinə sərbəst gedib-gəl ə bilmir. Cavabdeh tərəfindən tikilmiş hasar nəticəsində onun torpaq sahəsinə avtomobil yolunun girişi bağlanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən qanunsuz inşa edilən hasarın sökülməsini və cavabdeh tərəfindən ona yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun atası X10 2015-ci ildə vəfat edib və ünvan 5 ünvanında yerləşən torpaq sahəsindən atası X1 hamısının onlara çatası paylarını vermişdir. Hazırda isə iddiaçı həmin torpaq sahəsini satmaq niyyətindədir və buna görə də ona qarşı iddia qaldırmışdır. O, 1962-ci ildən həmin həyətdə yaşayır və iddiaçıya hər hansı maneçiliyi yoxdur. Belə ki, o, qapını giriş qapısından 5 metr uzaqda qoymuşdur. Torpaq sahəsinin aşagı hi ssəsində isə heç vaxt avtomobil yolu olmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi kimi maneələrin aradan qaldırılmasına gəlincə qeyd olunmalıdır ki, iddia tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş müvafiq rəy alınmışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub tərəfindəki girişində texniki pasportda qeyd olunan əvvəllər mövcud olmuş qapı və hasar sökülərək təqribən 30 kv.m. sahənin ümumi istifadə kimi saxlanıldığı, həyətyanı torpaq sahəsinin mübahisə predmeti olan hissəsində 16 metr uzunluğunda mişar daşından hasar inşa edildiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində aparılmış dəyişikliklərin və əlavə tikililərin texniki pasporta uyğun aparılmadığı, torpaq sahəsinin cənub hissəsində mübahisəli sahədə yerləşən sərhəd hasarının və giriş qapısının Texniki Pasporta uyğun olmadığı müəyyən edilmişdir. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində (mübahisəli sahədə) sonradan çəkilmiş hasarın uzunluğu 16 metr təşkil etdiyi və iddiaçının istifadəsində olan sahəyə 2 metr enində giriş hissəsinin qaldığı müəyyən edilmişdir. Dövlət Şəhərsalma Norma Və Qaydaları AzDTN 2.6-1 cədvəl-9 da qeyd olunanlara əsasən məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsinin təmin edən keçidin eni 2,75-3,0 metr nəzərədə tutulduğundan faktiki vəziyyətdə isə iddiaçının istifadəsində olan sahəyə 2 metr enində giriş hissəsinin qaldığından həmin hissədə avtomobil yolunun bağlandığı müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində aparılmış dəyişikliklər və əlavə tikililər texniki pasportda nəzərdə tutulmadığından və həmin tikililərə dair hər hansı sənəd (icazə və ya razılaşdırma) təqdim olunmadığından həmin tikililərin tikinti normalarına və qaydaları na uyğun aparılmadığı müəyyən edilmişdir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(010)-91/2023 nömrəli, 05 may 2023-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində (torpaq sahəsinin cənub hissəsində) sonradan çəkilmiş uzunluğu 16 (on altı) metr təşkil edən sərhəd hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinin giriş qapısına cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılması qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub tərəfindəki girişində texniki pasportda qeyd olunan əvvəllər mövcud olmuş qapı və hasar sökülərək təqribən 30 kv.m. sahənin ümumi istifadə kimi saxlanıldığı, həyətyanı torpaq sahəsinin mübahisə predmeti olan hissəsində 16 metr uzunluğunda mişar daşından hasar inşa edildiyi müəyyən edilmişdir. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində (mübahisəli sahədə) sonradan çəkilmiş hasarın uzunluğu 16 metr təşkil etdiyi və iddiaçının istifadəsində olan sahəyə 2 metr enində giriş hissə sinin qaldığı müəyyən edilmişdir. Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1 cədvəl 9-da qeyd olunanlara əsasən məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsinin təmin edən keçidin eni 2,75-3,0 metr nəzərədə tutulduğundan faktiki vəziyyətdə isə iddiaçının istifadəsində olan sahəyə 2 metr enində giriş hissəsinin qaldığından həmin hissədə avtomobil yolunun bağlandığı müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində aparılmış dəyişikliklər və əlavə tikililər texniki pasportda nəzərdə tutulmadığından və həmin tikililərə dair hər hansı sənəd (icazə və ya razılaşdırma) təqdim olunmadığından həmin tikililərin tikinti normalarına və qaydalarına uyğun aparılmadığı müəy yən edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, məhz özbaşına qanunsuz tikililər cavabdeh tərəfindən aparıldığından, iddia təmin edilməli, iddiaçıya məxsus fərdi yaşayış evinin girişində inşa edilən tikili hasar - özbaşına tikili sayılaraq sökülməlidir. Əlavə olaraq iddiaçının cavabdehə qarşı “hasarın sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası əsaslıdır və təmin edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 180.1, 180.4-cü, Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməs inin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən inşa edilmiş hasar iddiaçı və digər şəxslərlə оlan sərhədlərinin müəyyən edilməsindən, yəni qоnşularla оlan tоrpaq sahələrinin ayrılmasından ibarətdir. İddiaçının istifadəsində оlan tоrpaq sahəsinə və evinə ayrıca giriş-çıxış qapısı, о cümlədən avtоmоbil yоlu vardır. Onun tərəfindən iddiaçıya hər hansı maneə yaradılmamışdır. ünvan 6 ünvanda yerləşən tоrpaq sahəsi atası X12 оğlu tərfindən оnun sağlığında bölünərək hamının payları verilmişdir. 1962-ci ildən göstərilən ünvanda yaşayır. Onun tərəfindən iddiaçıya hər hansı maneə yaradılmamışdır. Öz həyətinə girişi giriş qapısından 5 metr uzaqda qоymuşdur. Tоrpaq sahəsinin aşağ ı hissəsində isə heç vaxt avtоmоbil yоlu оlmamışdır. Qanunililiyi mübahisələndirilən hasar hələ atası Əlif Rzayevin sağlığında ayrılmış tоrpaq sahəsinin digər şəxslərin istifadəsində оlan tоrpaq sahəsinin faktiki ayrılmasından ibarətdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4953/2023 nömrəli, 27 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş hasarın iddiaçının istifadəsində olan avtomobil yolunu bağladığı təsdiq olunmuşdur. Ekspert rəyi əsaslandırılmış, rəyin məlumatla rını şübhə altına almaq üçün əsaslar yoxdur.
21. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29,2, 29.4-cü, Mülki Məcəllənin 157.8, 180.1, 180.4-cü, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həmin hasarı o, yox, qardaşı X11 öz həyətyanı torpaq sahəsindən ona düşən payı ayırmaq üçün çəkmişdir. Cavabdeh kimi X8 qoyulmaq əvəzinə onun cavabdeh qoyulması anlaşılan deyildir. Bundan başqa iddiaçının həyətinin həm qarşısında dəmir var. Böyük maşın girən qarşı arxa hissədədir və qarşı hissədə giriş qapısı vardır. Giriş darvazasının və qapısının şəkillərini də ə rizəyə əlavə etmişdir.
25. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülkiprosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib edilməmiş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hər tərəfli tədqiqat aparılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
26. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29, hissə İİ. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
28. Maddə 29, hissə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmas a da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
31. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.
32. Maddə
111. Azərbaycan Respublikasında t orpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası hesab ed ir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə k ollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noya br 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş süb utetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
52. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Şərh olunanlara əsasən v ə Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4953/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.