Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4590/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X2 iştirakı ilə. Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami rayon məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim:M.Q.Sadıqov;2(007)-94/2018) idd ia qismən təmin edilmiş, 16.854,58 ABŞ dolları əsas borc, 3277,47 ABŞ dolları faiz borcu, 100,0 ABŞ dolları cərimə olmaqla, cəmi 20.232, 05 ABŞ dolları borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, ödənilmiş 30,0 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,0 manat dövlət rüsumunun və 21,0 manat xidmət haqqının əvəzi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “AccssBank Qapalı Səhmdar Cəmiyyətnin xeyrinə tutulması,tutmanın Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, ******************* küçəsindəki ***** nömrəli evin ******* nömrəli mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi,mənzilin hərracda ilkin satış qiy məti 85.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borca ödənildikdən sonra artıq qalan pul vəsaitinin Kamil oğluna verilməsi, hərrac yolu ilə satıldıqdan sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşadıqları Bakı şəhəri, *************************** nömrəli mənzili boşaldılması və məhkəmə mühasibatlıq ekspertizasının keçrilməsinə sərf edilmiş 170,0 manat məbləğində pulun Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq düvlət bedcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:N. Cəfərov;(sədrlik edən), hakimlər V.Baxışova və V.Həsənov 2(103)9558/2018) iddiaçı A ccesbank QSC cavabdeh Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin 26.04.2018-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ***************** saylı kredit razılaşması üzrə 17087.02 ABŞ dolları məbləğində kredit borcunun, 3385.18 ABŞ dolları məbləğində faiz borcunu və 3912.04 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24384 (iyirmi dörd min üç yüz səksən dörd) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti nə tutmanın yönəldilməsi barədəbildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması,tələbin Bakı şəhəri ***************************** saylı mənzilinə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və 24384 (iyirmi dörd min üç yüz səksən dörd) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC- yə ödənilməsi,hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müş tərək qaydada tutulması,Bakı şəhəri ********************* saylı evin 45.9 m2 yaşayış 16.4 m2 yardımçı 62.3 m2 ümumi sahədən ibarət 3 otaqlı ****** saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, X5 və Cavabdeh7 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədəcərimə və faizlərin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04 oktyabr 2013-cü il tarixli ************** saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit raz ılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29 oktyabr 2013cü il tarixli ***************** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01 sentyabr 2015-ci il tarixli ***************** saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 07 iyun 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 22912.98 ABŞ dolları ödəmiş, onun 17087.02 ABŞ dolla rı məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 30 noyabr 2016-cı il tarixə 176 gün üçün hesablanmış faiz borcu 3385.18 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 30 noyabr 2016-cı il tarixə 176 gün üçün hesablanm ış cərimə 3912.04 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 04 oktyabr 2013-cü il tarixli ************** saylı zaminlik müqaviləsinə və Cavabdeh3 04 oktyabr 2013-cü il tarixli **************** saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18 oktyabr 2013-cü il tarixli *************** saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, *************************************** saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 1503 №-li reyestr kitabının ************** №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışla Bakı şəhəri, ****************************** saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdehipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 18.11.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməs i haqqında bildiriş göndərilmiş, Mega Express MMC-nin kuryeri 19 noyabr 2016-cı il tarixdə həmin ünvanda olmuş, lakin bildirişin çatdırılması mümkün olmamışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 24 noyabr 2016-cı tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri, ********************** saylı mənzili İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən h əmin mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh4, Cavabdeh5, X8 və Cavabdeh7 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ******************** saylı kredit razılaşması üzrə 17087.02 ABŞ dolları məbləğində kredit borcu, 3385.18 ABŞ dolları məbləğində faiz borcu və 3912.04 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24.384,24ABŞ dollarıməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı v ə soyadı: Hakim - Məzahir Sadıqov Məhkəmənin adı: Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=d37b1cd973fd496880dec03ba266d66a Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, *********************** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 24.384,24 ABŞ dollarıməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, **************************** saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, X8 və Cavabdeh7 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarıl masını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edib izahat verərək göstərdi ki, o, İddiaçı QSC ilə bağladığı 29 oktyabr 2013-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, götürdüyü həmin pulu dolların köhnə məzənnəsi ilə manat şəklində İddiaçı QSC-yə ödəmişdir. Lakin dolların məzənnəsi qalxdığından və maddi vəziyyətində çətinliklər olduğundan o, borcunu tam olaraq bağlaya bilməmişdir. Kredit borcunun məbləği ilə bağlı banka müraciət e tdikdə, onun banka 17.000 ABŞ dolları borcu olduğu bildirilmişdir. Hal-hazırda isə bank ondan 24.000 ABŞ dolları tələb edir. Qeyd etdiklərini nəzərə alaraq cərimə və faizlərin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qismən qəbul edib izahat verərək göstərdi ki,digər cavabdeh,həyat yoldaşı Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29 oktyabr 2013-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Onlar həmin məbləğdən ödənişlər etmişlər. Lakin onlara artıq faiz və cərimələr hesablanmışdır. Qeyd etdiklərini nəzərə alaraq cərimə və faizlərin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edib izahat verərək göstərmişdir ki, o, İddiaçı QSC ilə bağladığı 29 oktyabr 2013-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, götürdüyü həmin pulu dolların köhnə məzənnəsi ilə manat şəklində İddiaçı QSC-yə ödəmişdir. Lakin dolların məzənnəsi qalxdığından və maddi vəziyyətində çətinliklər olduğundan o, borcunu tam olaraq bağlaya bilməmişdir. Kredit borcunun məbləği ilə bağlı banka müraciət etdikdə, onun banka 17.000 ABŞ dolları borcu olduğu bildirilmişdir. Hal-hazırda isə bank ondan 24.000 ABŞ dolları tələb edir. Qeyd etdiklərini nəzərə alaraq cərimə və faizlərin silinmə si barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qismən qəbul edib izahat verərək göstərdi ki,digər cavabdeh,həyat yoldaşı Cavabdeh1İddiaçı QSC ilə bağladığı 29 oktyabr 2013-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Onlar həmin məbləğdən ödənişlər etmişlər. Lakin onlara artıq faiz və cərimələr hesablanmışdır. Qeyd etdiklərini nəzərə alaraq cərimə və faizlərin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən obyektiv,hərtərəfli b axılması üçün həmin məhəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.2,403,1-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2,339.343,9.1,739-cu maddələrinin tələblərinin pozulması çıxarılmış, işinin faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, nəticədəəsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X1 şikayətinin təmin olunmaması barədə qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabd ehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq ed ib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli *********** **** nömrəli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli ********************* nömrəli kredit xətti müqaviləsi üzrə bağlanmış 29 oktyabr 2013-cü tarixli *********************** nömrəli kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 1.75 faiz ödəmək şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 29 oktyabr 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 40.0 00 ABŞ dolları pulu İddiaçı QSC-dən nağd olaraq almışdır. 01 sentyabr 2015-ci il tarixli ******************* nömrəli sazişin surətindən görünür ki, tərəflər kredit razılaşması və ödəniş planına dəyişikliklər edilməsinə dair razılığa gəlmişlər. Həmin dəyişikliklərə əsasən kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan 01 sentyabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməli, xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin dəyişməsindən asılı olmayaraq həmin xarici valyutada da ödəməlidir. İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli ************************ nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsind ən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə zamin Cavabdeh3 arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli ************************** nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 20 sentyabr 2016-cı il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşla. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2013-cü tarixli ******************** nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus Bakı şəhəri ************************ saylı mənzili 04 oktyabr 2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə götürdüyü 40.000 ABŞ dolları kredit məbləğinin, ona hesablanmış faizlərin və digər ödənişlərin təminatı kimi ipoteka qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılaşmasına əsasən 46.665 AZN müəyyən edilmişdir. İddiaçı QSC-nin 08 dekabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29 oktyabr 2013-cü tarixli ****************** nömrəli kredit razılaşması üzrə 17087.02 ABŞ dolları əsas borcu, 3385.18 ABŞ dolları faiz borcu, 3912.04 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 24384.24 ABŞ dolları borcu vardır. Hüquqların Dövlət qeydiyyatı haq qında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına olan Bakı şəhəri, ************************ mənzil *****, 04 oktyabr 2013-cü il tarixli ******************** nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı QSC-nin xeyrinə yüklü kimi 23 oktyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı QSC tərəfindən Cavabdeh1 ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 14 noyabr 2016-cı il tarixli bildirişlərin surətindən görünür ki, yaranmış borcun ödənilməsi, əks halda ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar. İddiaçı QSC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanla nmış 24 noyabr 2016-cı il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, ************************** nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin 19 noyabr 2016-cı il tarixdə çatdırılmasını nəzərə alaraq tutmanən yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə verilmişdir. 24 noyabr 2016-cı il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. 26 saylı MKS tərəfindən verilmiş 02 oktyabr 2013-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 2000-ci il tarixdən Bakı şəhəri,******************* ********* nömrəli mənzilində daimi qeydiyyatdadırlar. Bakı şəhəri, ***************************** nömrəli mənzilinə qeydiyyatda olan Cavabdeh4, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 notarial qaydada təsdiq edilmiş ərizələrinin surətlərindən görünür ki, onlar, qeyd olunan evin İddiaçı QSC-yə ipoteka qoyulmasına razıdırlar, ipoteka predmetinə tutma yönəldikdə evi tərk edəcəklərini öhdələrinə götürmüşlər. 15 noyabr 2016-cı il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 01 dekabr 2016-cı il tarixli məktubundan görünür ki Bakı şəhəri,******************* nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İddiaçı QSC-nin 01 fe vral 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29 oktyabr 2013-cü tarixli *************** nömrəli kredit razılaşması üzrə 30 noyabr 2016-cı il tarixə olan borcu - 17087.02 ABŞ dolları kredit borcu, 3385.18 ABŞ dolları faiz borcu və 3912.04 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 24387 ABŞ dolları 24 sent təşkil edir. İş materiallarında olan məhkəmənin qərardadına əsasən “xxxx” MMC tərəfindən iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmişdir, verilmiş 17 aprel 2017-ci il tarixli 021/AB nömrəli hesabat aktından görünür ki, Bakı şəhəri, ************************ nömrəli mənzilinin hazırkı bazar dəyəri 85.000 manat təşkil edir. 19 mart 2017-ci il tarixli 20407 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1, təqdim olunmuş hes abdan çıxarış, ödəniş qəbzləri məlumatları, 29 oktyabr 2013- cü tarixli ****************** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 30 noyabr 2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 16.854,58 ABŞ dolları, faiz borcu üzrə 3277,47 ABŞ dolları olmaqla, ümumilikdə 20.132,05 ABŞ dolları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişs ə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə h ərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. -439-cu maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digə r iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun: -1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. -10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. -33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxl ayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. -39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, apellyasiya şikayəti əsassızdır, beləki, borc alanın borc verənin qarşısında birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Apellyasiya instansiyası Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüq uqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq haqlı olaraq rayon məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4590/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4590/2019
01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver