Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4590/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə ilk, Cav abdeh İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı “maddi ziyanın tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)726/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 11 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağa mülkiyyət hüququna dair JN-0257 seriyalı, KOD 50806028 nömrəli dövlət aktı ilə 2001-ci ildə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir
2. Xanlar (indiki Göygöl) Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı1 xxx oğluna və onun ailə üzvləri İddiaç ı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus olan, Xanlar Rayonunun Üçtəpə kəndində yerləşən 0,57 hektar torpaq sahəsinin istifadə və mülkiyyət hüququnun iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2016-cı il tarixli, 2(104)1649/2916 saylı qətnaməsi ilə İddiaçı1 xxx oğlunun apellyasiya şikayəti təmin edilmiş, Xanlar Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ünvan 1 yerləşən İddiaçı1 xxx oğluna və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus olan 0,57 hektar torpaq sahələrinin iddiaçı Cavabdeh satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ə yerləşən İddiaçı1 xxx oğluna və onun ailə üzvlərinə məxsus olan 0,57 hektar tor paq sahəsindən istifadə və mülkiyyət hüququnun iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-ci il tarixli Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2016-cı il tarixli, 2(104)-649/2916 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən Göygöl Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş 2(066)-557/2018) ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2, İddiaçı6, X12, İddiaçı5 və İddiaçı4 cavabdehlər Cavabdeh, X8, X17, X5, X15, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi və Göygöl rayon Dövlət Notariat Kontoruna qarşı onların mülkiyyətində olan 0,57 ha torpaq sahəsinə Cavabdeh AN-İ № ******* saylı 18 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsinin, X8, X17, X2 nisbətdə X15 ilə bağanmış AN-İ № ******* saylı 01 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və adına verilmiş çıxarışın, X6 verilmiş RX seriyalı, № ******* saylı çıxarışın, X2 verilmiş RX seriyalı, № ******* saylı çıxarışın və X9 verilmiş RX seriyalı, № ******* saylı çıxarışın ləğv edilməsi barədə ilkin iddianın təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı5 və İddiaçı4 qarşı ilkin iddiaçılardan onun tərəfindən mübahisəli torpaq sahəsində əkilmiş 215 ədəd meyvə ağacının dəyəri 45100 ma nat, 1000 ədəd üzüm tənəyinin dəyəri olan 50000 manat, 2002ci ildə cavabdehlərə torpaq sahəsinə görə verdiyi 2000 ABŞ dollarının bu günkü məzənə ilə 40000 manat, 150 metr uzunluğunda 400 sm diametrində su borusunun dəyəri və çəkilmə xərci olan 7000 manat, 67 metr uzunluğunda bir tərəfin və 95 metr bir tərəfin hündürlüyü 2,6 metr olan daşdan tikilmiş divarın dəyəri kimi 15000 manat, cəmi 147000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X10 İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı5 və İddiaçı4 qarşı ilkin iddiaçılardan onun tərəfindən mübahisəli torpaq sahəsində tikdirdiyi evin dəyəri kimi 70000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəmənin 19 iyun 2019-cu il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 7. "xxxx" MMC-nin 21 sentyabr 2019-cu il tarixli, 255 nömrəli rəyinə əsasən GöyGöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinin 1 sotunun hazırki günə orta bazar qiyməti 1600-800 manat təşkil edir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq, torpağın yerləşdiyi ərazi və ətraf ərazisi həyətyanı torpaq sahəsi kimi istifadə olunur.
8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Göygöl X23 Mərkəzinin 10 aprel 2020-ci il tarixli, 09 nömrəli rəyinə əsasən JN-0257 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövl ət aktına əsasən iddiaçıların mülkiyyətlərinə kənd təsərrüfatı məhsulu istehsalı üçün verilmiş 0.57 ha torpaq sahəsi mübahisəli olmaqla bu günə qədər təyinatı üzrə istifadə olunmamış, həmin torpaq sahəsindən istifadə etməmələrinə səbəb torpağa mülkiyyət hüququna dair yaranmış mübahisə və keçmiş Xanlar (Göygöl) Rayon məhkəməsinin 27 ievral 2007-ci il tarixli 2-50-2007 nömrəli qətnaməsi ilə həmin torpaq sahəsinin mülkiyyət hüququnun Gəncə şəhər sakini Cavabdeh verilməsi olmuşdur. Yuxarida göstərilən səbəbdən iddiaçılar həmin ərazidə əkin-biçin işləri aparmamışlar. Həmin əraziyə yaxın torpaq sahələrində digər istehsalçılar meyvə-tərəvəz bitkilərinin əkilib becərilməsi ilə məşğul olmuşlar. İddiaçılar mübahisəli torpaq sahələrində göstərilən səbəbdən əkin-biçinlə məsğul olmadıqlarından illər ər zində kənd təsərrüfatının istehsalına xərc çəkilməmiş və gəlir əldə olunmamışdır. Bununla bərabər mübahisəli ərazidə əkin işləri aparılacağı təqdirdə 321,0 manat istehsal xərci çəkilməklə 160,6 manat xalis gəlir götürülə bilərdi. Mübahisəli torpaq sahəsi iddiaçıların əlindən çıxdığı illər ərzində əkin-biçin üçün yararlı olmuşdur; Torpağa mülkiyyət hüququna dair JN-0257 seriyalı, KOD 50806028 nömrəli dövlət aktına əsasən iddiaçıların mülkiyyətində 0,57 ha kənd təsərrüfatı istehsalı məqsədləri üçün torpaq sahəsi olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 0,57 ha torpaq sahəsi üçün 91200 (doxsan bir min iki yüz) manat, əldən çıxmış faydaya görə 50000 (əlli min) manat və mənəvi ziyana görə 50000 (əlli min) manat, ümumilikdə 191200 (yüz doxsan bir min iki yüz) manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
10. İddia tələbi belə əsaslandırılmışdır ki, Xanlar (indiki Göygöl) Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 16 saylı qərarına əsasən Göygöl rayonu, Üçtəpə kəndi ərazisində iddiaçılara ümumilikdə 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
11. Torpaq sahəsi iddiaçıların mülkiyyətində olmasına baxmayaraq, cavabdeh 2007-ci ildə Xanlar Rayon Məhkəməsində onlara və digər şəxslərə qarşı iddia qaldıraraq qanuni mülkiyyətlərində olan torpaq sahəsini özünün mülkiyyətinə keçirilməsini xahiş etmişdir. Xanlar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2–50–2007 saylı qətnaməsinə əsasən iddiaçıların mülkiyyətində olan 0,57 ha torpaq sahəsinin və başqabaşqa şəxslərin mülkiyyətində olan torpaq sahəsinin istifadə və mülkiyyət hüququnun Cavabdeh Çingiz oğluna verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə əsasında cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsini öz adına rəsmiləşdirmiş və bundan sonra başqa-başqa şəxslərə satmışdır.
12. Xanlar Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)1649/2016 saylı qətnaməsinə əsasən Xanlar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh iddiası rədd edilmişdir. Cavabdeh kassasiya şikayəti versə də, şikayəti təmin edilməmişdir.
13. Cavabdeh iddi açıların mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz olaraq öz adına keçirdikdən sonra həmin torpaq sahəsini başqa-başqa şəxslərlə alğı-satqı edərək satmış və həmin şəxslər də alğı-satqı müqaviləsi əsasında öz adlarına çıxarışlar almışdır.
14. İddiaçılar onların torpaqlarına görə Cavabdehla digər şəxslər arasında bağlanmış müqavilələrin və çıxarışların ləğvi barədə 2018-ci ildə iddia qaldırsalar da, həmin şəxslərin vicdanlı alıcı olmaları əsas gətirilərək iddiaları rədd edilmiş və məhkəmə qətnaməsi ilə onlara izah edilmişdir ki, mülkiyyətlərində olan torpaq sahəsinin qanunsuz olaraq başqa şəxslərə satılması nəticəsində onlara dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmaq hüquqları vardır.
15. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar mülkiyyət hüquqlarından məhrum edilmiş, həmç inin 2014-cü ildən hazırki vaxta kimi cavabdeh onlara külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin günahı üzündən demək olar ki, 5 ildir bütün instansiya məhkəmələrində həm maddi, həm də mənəvi cəhətdən ziyan çəkmişlər.
16. Bundan başqa, qeyd olunan mübahisəli torpaq sahəsi Göygöl rayonu, Üçtəpə kəndində yerləşir və təyinatı da kənd təsərrüfatı təyinatlıdır. İddiaçılar beş ildə ən azından həmin torpaq sahəsindən 50.000 (əlli min) manat qazanc əldə edə bilərdilər. Belə ki, torpaq sahəsinin yerləşdiyi yer kənd təsərrüfatı üçün çox yararlıdır. Həmin ərazidə əsasən qırmızı moruq və çiyələk növündə giləmeyvələr əkilib becərilir.
17. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə satış üçün torpaq sahəsinin hazırki bazar qiymətinin bir sotu 1600-2000 manat məbləğindədir. Cavabdeh iddiaçıları mülkiyyət hüququndan məhrum etməklə onlara ümumilikdə 91.200 (doxsan bir min iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Buna görə də cavabdehdən 0,57 ha torpaq sahəsi üçün 91. 200 (doxsan bir min iki yüz) manat, əldən çıxmış faydaya görə 50. 000 (əlli min) manat və mənəvi ziyana görə 50. 000 (əlli min) manat pul tutularaq iddiaçılar ödənilməlidir.
18. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2 və 1096.1-ci maddələrinə istinad etmişlər.
19. Cavabdeh də iddiaçılara qarşı qarşılıqlı iddia verərək, onun tərəfindən mübahisəli torpaq sahəsində əkilmiş 40 ədəd meyvə ağacının dəyəri kimi 45.100 manat, 1000 ədəd üzüm tinginin dəyəri kimi 50.000 manatın, 2002-ci ildə cavabdehlərə torpaq sahəsinə görə verdiyi 2000 ABŞ dollarında pulun hazırki günün məzənn əsi ilə 40.000 manatın 150 metr uzunluğunda 400 sm diametrində su turbasının dəyəri və çəkilməsi üçün xərclənmiş 7000 manatın, 67 metr uzunluğunda bir tərəfin, 95 metr uzunluğunda digər tərəfin, 50 metr uzunluğunda digər tərəfin, hündürlüyü 2,60 metr olan daşdan tikilmiş divarın dəyəri kimi 15.000 manatın, cəmi 147.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ona və digər cavabdehə qarşı Göygöl rayon məhkəməsində iddia qaldıraraq Göygöl rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0,57 ha torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və onlara verilmiş çıxarışın ləğv edi lməsi və torpaq sahəsinin özünə qaytarılmasını xahiş etmişdir.
21. Bildirir ki, o, 2002-ci ildə Gəncə şəhəri, “sovxoz Nizami” deyilən yerdə yerləşən 5 otaqlı evini (indiki bazar qiyməti ilə dəyəri 50.000 manat olan) satıb mübahisəli torpaq sahəsinə görə iddiaçılara vermişdir. Cavabdehlərdən aldığı torpağa xeyli miqdarda meyvə ağacları əkmişdir. Meyvə ağaclarının çoxunu qırsalar da, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən ona məxsus ağaclara görə iddiaçılardan 45100 manat pul tutulub ona verilməlidir.
22. Həm də mübahisəli torpaq sahəsinə uzunluğu 450 metr, diametri 250 mm olan su borusunun çəkilməsi üçün xərclənmiş 7000 manat pul, həmçinin torpaq sahəsinin ətrafına 67 metr uzunluğunda bir tərəfdən, 95 metr uzunluğunda bir tərəfdən, 50 metr uzunluğun da hündürlüyü 2,60 metr olan daş hasarın bütün xərci kimi 15.000 manat, cəmi məbləğ kimi isə 147.000 manat İddiaçılardan tutulub ona ödənilməlidir.
23. Bildirir ki, o, mübahisəli torpağı özbaşına tutmamışdır. Torpaq sahəsinə pul verib almışdır. 2002-ci ildən bir müddət istifadə edib sonra satmışdır. Torpaq sahəsinə görə bütün vergiləri ödəmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsində torpaq sahəsinə görə torpağı alan şəxsə çıxarış verilmişdir. Bu bir daha onu sübut edir ki, o, torpaq sahəsini qanuni əsaslarla əldə etdiyi üçün onun qarşılıqlı iddiası təmin edilməlidir. Həm də iddia ilə qarşılıqlı iddia məhkəmə qətnaməsi ilə eyni vaxtda icra olunmalıdır.
24. Qarşılıqlı iddia tələbini hüquqi əsası kimi Mülki Məcəllənin 15 7.2-ci maddəsinə istinad edilmişdir.
25. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-242/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ərazisində yerləşən və iddiaçıların mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsinin orta bazar qiyməti olan 91.200 manat və əldən çıxmış faydaya görə 803 manat, cəmi 92.003 (doxsan iki min üç) manatın Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 verilməsi, ilkin iddia tələbinin qalan hissələrdə, qarşılıqlı iddia tələbi isə tam rədd edilməsi qət edilmişdir. (hakim Zaur Hünmətov)
26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş real zərər onun əlindən çıxmış əmlakın hazırki baz ar qiyməti ilə dəyərini təşkil edir.
27. Birinci instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, iddiaçılara məxsus kənd təsərrüfatı təyinatlı torpaq qanunsuz olaraq, yəni cavabdehin təqsirli hərəkətləri nəticəsində əldən çıxmışdır. İşdə olan sənədlərlə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin iş üzrə cavabdehin hüquqa zidd davranışları nəticəsində əldən çıxması sübuta yetirilmişdir.
28. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıların mülkiyyətində olmuş torpaq sahəsi hazırki iş üzrə cavabdeh tərəfindən üçüncü şəxslərə satılmış, iddiaçılar alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblə həmin üçüncü şəxslərə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət etsələr də, məhkəmə tərəfindən üçüncü şəxslərin vicdanlı alıcı olmaları qənaətinə gəlinmiş və hazırki iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirilməsi nəticəsində onlara dəymiş ziyanla bağlı Cavabdeh qarşı iddia qaldırmaq hüququnun olması istisna edilməmişdir.
29. Birinci instansiya məhkəməsi dəymiş real zərərin əvəzinin ödənilməsini iddiaçılara onun mülkiyyətindən çıxmış əmlakının orta bazar dəyərinin pul əvəzinin verilməsi yolu ilə mümkün hesab etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçılarla cavabdeh arasında əvvəllər torpaq sahəsinin alğı-satqısı ilə bağlı hər hansı razılıq olmamış və torpaq sahəsi tərəflər arasında qiymətləndirilməmiş, tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsi də etibarsız hesab edilmişdir.
30. Birinci inst ansiya məhkəməsi iddiaçıların torpaq sahəsinin bazar dəyəri ilə bağlı məhkəməyə təqdim etdiyi rəyi sübut növü kimi qəbul edərək, bildirmişdir ki, rəydə göstərilənlər cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçıların mülkiyyətində olmuş torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin verilməsini təklif etmiş, iddiaçı isə bununla razılaşmadığını demişdir.
31. Birinci instansiya məhkəməsi iş materiallarında olan "xxxx"MMC tərəfindən verilmiş 21 sentyabr 2019-cu il tarixli, 255 nömrəli rəyə əsasən Göy-Göl rayonu, Üçtəpə kəndi ərazisində həmin torpaq sahəsinin bir sotunun hazırki vaxta olan orta bazar qiymətinin 1600-1800 manat təşkil etməsini nəzərə alaraq torpaq sahəsinin hər sotunun qiymətinin 1600 manat qəbul edilməsini işin hallarına uyğun hesab etmiş və belə nəticəyə gəlmişdir ki, 0,57 ha torpaq sahəsinin qiyməti olan 91.200 (doxsan bir min iki yüz manat) manat pul Cavabdeh alınaraq iddiaçılara ödənilməlidir.
32. Birinci instansiya məhkəməsi əldən çıxmış faydaya görə 50.000 manat məbləğində pulun cavabdehdən alınmasına dair iddia tələbini qismən əsaslı hesab etmişdir. Belə ki, hazırki iş üzrə iddiaçılar tərəfindən Xanlar Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və həmin qətnamənin ləğvinə dair məhkəmə aktı 2016-cı ildə qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçılar 2007-ci ildən 2016-cı ilədək olan dövr ərzində mülkiyyətlərində olan torpaq sahəsi ilə maraqlanmamış və həmin torpaq sahəsi üzərində hər hansı əkin-biçin işləri ilə məşğul olmaq niyyətlərində olmamışlar. Əks halda onlar məhz 2007-ci ildən onların mülkiyyətində olmuş torpaq sahəsinin başqaları tərəfindən istifadə edildiyinin şahidi olardılar. Buna görə də 2016-cı ildən hazırki vaxtadək olan dövr ərzində iddiaçıların mübahisəli torpaq sahəsindən istifadə ilə bağlı əldən çıxmış fayda hesablanaraq nəzərə alınmalıdır.
33. İddia ərizəsinin məzmunundan da müəyyən edilir ki, iddiaçılar beş il bundan öncə mülkiyyətlərində olan torpaqdan məhrum edildiklərini bilmişlər.
34. Birinci instansiya məhkəməsi işdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Göygöl X23 Mərkəzinin 10 aprel 2020-ci il tarixli, 09 nömrəli rəyinə istinadən belə qənaətə gəlmişdir ki, iddiaçıların torpaq sahəsindən istifadə etmədikləri 2016-2020-ci illərdə, yəni 5 il ərzində əkin işləri aparacaqları halda, ildə 160,6 manat olmaqla, cəmi 803 manat məbləğində xalis gəlir götürə bilərdilər. İddiaçılar mülkiyyətlərində olan əmlak üzərində öz iradələrinə uyğun şəkildə sərəncam vermədikləri halda onlar mülkiyyətlərində olmuş əmlaka sərbəst surətdə sahib ola bilmək və ondan istifadə edə bilmək hüquqlarından məhrum edilmişlər. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilərək 803 manat cavabdehdən alınaraq iddiaçılara ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Birinci instansiya məhkəməsi iddiaçıların mənəvi ziyana dair iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndin ə görə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 4-cü maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir
36. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçılar uzun müddətdir cavabdehin təqsirli hər əkətləri nəticəsində öz mülkiyyətlərindən məhrum edilsələr də, ayrıayrı vaxtlarda hazırki iş üzrə iddiaçıların hüquqi marağını təmin edən məhkəmə aktlarının qəbul edilməsi iddiaçıların şüurunda yaranmış müəyyən mənfi psixi reaksiyalara səbəb olsa da belə, həmin məhkəmə aktlarının qəbul edilməsi ilə qeyd edilən sarsıntılar artıq müəyyən müddətdən sonra aradan qalxmış hesab edilə bilər. Buna görə iddia tələbi mənəvi ziyana aid hissədə təmin edilməməlidir.
37. Qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, qarşılqılı iddia tələbinin dəlillərindən biri 2005-ci ildə torpaq sahəsinin alğı-satqısına dair akt tərtib edilərkən hazırki iş üzrə iddiaçılara 2000 ABŞ dolları məbləğində pulun verilməsindən ibarət olmuşdur. Əvvəla, İddiaçı1 xxx oğlu ilə bağlı xx.xx.2005-c i ildə tərtib olunmuş akt əsasında alğı-satqının bağlanmış hesab olunması apellyasiya instansiyası tərəfindən əsassız hesab edilmişdir. Cavabdeh İddiaçı1 xxx oğlu və onun ailə üzvlərindən torpaq sahələri alarkən qanunauyğun alğı-satqı həyata keçirilməməsinə baxmayaraq, cavabdehlərlə aralarında akt tərtib edildiyini, həmin aktlara əsasən cavabdehlərə torpaq sahələrinin dəyəri olan pulu ödədiyini və cavabdehlərin pulu şahidlərin yanında alması, gələcəkdə heç bir narazılıq olmayacağı barədə dəlilləri üzrə apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, həmin aktda torpaq sahəsinin alğı-satqısı ilə bağlı qeydlər göstərilmiş olsa da, satıcı tərəf olan şəxslər, yəni cavabdehlər həmin akta imza etməmişlər. Bununla da həmin aktların cavabdehlərin torpaq sahələrinin alğı-satqısı ilə bağlı öz ir adə ifadələrini əks etdirməsi təkzib edilmişdir.
38. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin qalan hissəsini də əsassız hesab etmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilən təmir-yenidən qurma işləri aparılsa da belə, torpaq sahəsi mülkiyyətçilərin, yəni iş üzrə iddiaçıların sahibliyindən çıxdıqdan sonra aparılmışdır. Hazırki iş üzrə iddiaçılar cavabdehə həmin işlərin görülməsi ilə bağlı tapşırıq verməmiş, tərəflər arasında bununla bağlı hər-hansı razılıq olmamışdır. Bundan başqa, qarşılıqlı iddiaçının qeyd edilən iddia tələbi ilə torpaq sahəsinin faktiki mülkiyyətçilərinə qarşı məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir.
39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 152.1, 152.5, 459.1, 1115-ci, Torpaq Məcəlləsinin 101, 112-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarı ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o, ilk iddiaçılardan torpaq sahəsini alarkən həmin torpaq sahəsi boş olmuşdur. Həmin torpağın dəyərini ilk iddiaçılara ödəmişdir. O, həmin torpaq sahəsini özününkü bil ib, orada iddia ərizəsində göstərdiyi yaxşılaşdırmalar etmiş, yəni meyvə ağacları əkmiş, su çəkdirmiş, hasar tikdirmiş və buna qarşılıqlı iddia ərizəsində göstərdiyi məbləğdə pul vəsaiti xərcləmişdir. Həmin yaxşılaşdırmaları apardıqdan sonra o, torpaqları özününkü bilib başqa şəxslərə satmışdır. Digər bir məsələ isə məhkəmənin ondan dəymiş real zərər kimi 91200 manatın tutulması ilə bağlıdır. Hesab edir ki, məhkəmə bu hissədə də, işin həqiqi hallarına düzgün qiymət verməmiş və nəticədə düzgün qərar qəbul etməmişdir. Belə ki, həmin hissədə ilk iddianı təmin edərkən məhkəmə ona əsaslanmışdır ki, torpaq sahəsi iddiaçıların razılığı olmadan satılmışdır. Zərərin məbləğini isə məhkəmə "xxxx" MMC-nin vermiş olduğu arayışa əsaslanaraq hesablamışdır. Məhkəmə qətnamədə göstərmişdir ki, guya o, həmin arayışda göstərilən qiyməti mübahisələndirməmiş və iddiaçılara eyni yerdə başqa torpaq sahəsi təklif etmişdir. "xxxx" MMC-nin vermiş olduğu arayışda qiymətin hansı meyarlara uyğin əsaslanmasını anlamaq mümkün deyildir. Halbuki, onun apellyasiya şikayətinə əlavə etdiyi alqı-satqı müqavilələrindən görünür ki, o, həmin torpaq sahəsinin sotunu təxminən 100 manata satmışdır. Bu da onu deməyə əsas verir ki, 0,57 ha torpaq sahəsinin qiyməti 5700 manat təşkil edir. Bundan başqa, onun apellyasiya şikayətinə əlavə etdiyi Göygöl rayonu, Üçtəpə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 67 saylı arayışda göstərilir ki, həqiqətən Azərbaycan Respublikası ƏMDK yanında Hərracların təşkili üzrə X16 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilən xx.xx.2018-ci il tarixli hərra cda Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən yaşayış məntəqələrinə aid olan torpağın 0,01 ha sahəsinin dəyəri 160,70 manat olaraq müəyyənləşdirilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən o,57 ha torpaq sahəsinin hər 100 kvadmetrinin hazırki bazar dəyərinin müəyyən edilməsi üçün 21 mart 2021-ci il tarixli qərardadla ekspertiza təyin etmiş, ekspertizanını aparılmasını X4 həvalə etmişdir.
42. X3 21 may 2021-ci il tarixli, 11 nömrəli eksprt rəyinə əsasən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin hər 100 kvadratmetrinin hazırki bazar dəyəri təqribən 165 manatdır.
43. Apellyasiya instansiyası məhkəməsi iddiaçının rəylə razı olmaması barədə dəlillərini əsaslı sayaraq, yenidən əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Məhkəmə Ekspe rtizası Mərkəzinə həvalə etmişdir.
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli 10/5451 saylı rəyinə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə verilmiş Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər 100 (bir yüz) kvadratmetr hissəsinin hazırki bazar dəyəri təqribən 195,0 manatdır.
45. Apellyasiya instansiyası məhkəməsi tərəflərin və "xxxx" MMC-nin ekspertinin iştirakı ilə mübahisəli yerə baxış keçirmiş və 08 aprel 2022-ci il tarixli qərardadla əmtəəşünaslıq ekspertizası təyin etmişdir. 46. "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli UNİ/A 65-506/22 saylı rəyinə əsasən Göygöl rayonu, Üçtəp ə kəndində yerləşən 0.01 ha torpaq sahəsinin bazar qiyməti 205 manatdır.
47. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-202/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)242/2020 saylı mülki iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissədə ləğv edilərək, həmin hissədə işin icraatına xitam verilmişdir.
48. Qarşılıqlı iddia üzrə işin icraatına xitam verilərkən ona istinad edilmişdir ki, eyni tərəf, eyni predmet və eyni əsaslarla iddianın rədd edilməsi barədə Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2018-ci il tarixli qətnaməsi vardır.
49. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-202/2022 saylı 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-242/2020 saylı mülki iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – ilk iddianın qismən təmin edilmiş, ünvan 2 ərazisində yerləşən və iddiaçıların mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsinin orta bazar qiyməti olan 91200 manatın və cəmi 92003 (doxsan iki min üç) manatın Cavabdeh alınaraq, iddiaçılara verilməsi hissəsində dəyişdirilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətlərində olmuş, ünvan 2 ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin orta bazar qiyməti 57000 manat məbləğində müəyyən edilmiş, ilk iddianın qismən təmin edilmiş, əldən çıxmış faydaya görə cavabdehdən tutulmalı olan pulun 803 manat məbləğində müəyyən edilməsi hissəsi ndə qətnamə dəyişdirilmədən saxlanılmış, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətlərində olmuş, ünvan 2 ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin orta bazar qiyməti olan 57000 manat məbləğində pul və əldən çıxmış faydaya görə 803 manat məbləğində pul olmaqla, cəmi 57803 (əlli yeddi min səkkiz yüz üç) manat məbləğində pulun Cavabdeh alınaraq, iddiaçılara verilməsi qət edilmişdir. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Fikrət Mehtiyev)
50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə ilk iddia üzrə cavabdeh olan Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ilk iddiaçıların ümumi birgə mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsi barəsində mülkiyyət hüquqlarınd an məhrum olmaları fakt kimi müəyyən edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, ilk iddiaçılardan torpaq sahəsini qanuni yollarla əldə etdiyi barədə apellyatorun dəlilləri əsassızdır.
52. Bununla belə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçıların mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsinin orta bazar qiymətinin 91200 manat müəyyən edilməsi hissəsində iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmişdir. Belə ki, işdə olan "xxxx" MMC-nin 21 sentyabr 2019-cu il tarixli, 255 nömrəli rəyinə əsasən mübahisəli torpaq sahəsinin 01 sotunun bu günkü günə orta bazar qiyməti 1600-1800 manat təşkil edir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi Gəncə şəhəri «Bağmanlar» qəsəbəsi adlanan əraziyə bitişik ərazidir. Torpaq kənd təsərrüfat ı təyinatlı olmağına baxmayaraq torpağın və ətraf ərazisi həyət yanı torpaq sahəsi kimi istifadə olunur. Birinci instansiya məhkəməsi məhz həmin rəyə istinad etməklə, iddiaçıların mülkiyyətlərində olmuş ünvan 2 ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin orta bazar qiymətinin 91200 manat məbləğində olduğunu müəyyən etmiş və həmin hissədə iddianı həmin məbləğdə təmin etmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyator şikayətində qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçıların mülkiyyətlərində olmuş ünvan 2 ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin hər bir 0,01 ha hissəsinin 100 (bir yüz) manat dəyərində olduğunu iddia etmişdir.
54. İddiaçıların mülkiyyətlərində olmuş ünvan 2 ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin real dəyəri ilə bağlı Məhkəmə Eksp ertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli 10/5451 saylı rəyinə əsasən iddiaçılara verilmiş Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər 100 (bir yüz) kvadratmetr hissəsinin hazırki bazar dəyəri təqribən 195,0 manatdır. "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli UNİ/A 65-506/22 saylı rəyinə əsasən Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.01 ha torpaq sahəsinin bazar qiyməti 205 manat təşkil edir.
55. Apellyasiya instansiyası məhkəməsi həmin rəyləri iddiaçıların mülkiyyətində olmuş 0,57 hektar torpaq sahəsinin real dəyərini əks etdirən mötəbər sübutlar kimi qəbul etməmiş və qənaətini onunla əsaslandırmışdır ki, işin həqiqi hallarına görə, həmin torpaq sahəsi Gəncə şəhərinə bitişik ərazidə yerləşir və həmin ərazilərdə yerləşən torpaq sahələrinin hər 100 (bir yüz) kvadratmetr hissəsinin hazırki bazar dəyərinin daha yüksək məbləğlərdə olduğu barədə iş materiallarında məlumatlar vardır. Belə ki, mülki işin materiallarında olan "xxxx" MMC-nin 21 sentyabr 2019-cu il tarixli, 255 nömrəli rəyi ilə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinin 0,01 hektarının bu günkü günə orta bazar qiymətinin 1600-1800 manat təşkil etdiyi qeyd edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli UNİ/A 65-506/22 saylı rəyinə əlavə edilmiş bir elanda Göygöl rayonu, Üçtəpə kəndi ərazisi olun Gəncə şəhərinə yaxın olan ərazidə 0,16 hektar torpaq sahəsinin təcili olaraq 19500 manata satıldığı barədə elan verildiyi göstərilmişdir.
56. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə "xxxx" MMC-nin 21 sentyabr 2019-cu il tarixli, 255 nömrəli rəyi ilə Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli 10/5451 saylı rəyi və "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli UNİ/A 65506/22 saylı rəyi ilə qarşılıqlı əlaqəli şəkildə təhlilindən belə nəticə müəyyən edilir ki, həmin rəylərin heç biri həmin torpaq sahəsinin real dəyərini özündə əks etdirmir. "xxxx" MMC-nin 21 sentyabr 2019-cu il tarixli, 255 nömrəli rəyində torpaq sahəsinin hər bir 0.01 hektarının dəyərinin ən yuxarı həddi 1800 manat, Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli 10/5451 saylı rəyində 195 manat, "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli UNİ/A 65-506/22 saylı rəyində isə 205 manat həddindədir.
57. Apellyasiya instansiyası məhkəməsi yaranmış vəziyyəti təhlil edib, iş materiallarında olan sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, mülki işin materiallarında olan qiymətləndirici rəylərinin ədədi orta məbləği həmin torpaq sahəsinin real dəyəri kimi qəbul edilməlidir. Bu məbləğ isə həmin torpaq sahəsinin hər 0,01 hektar hissəsi üçün 1000 manat məbləğini təşkil edir. Nəticə etibarı ilə 0,57 hektar torpaq sahəsinə görə cavabdehdən alınmalı olan məbləğ (1000 x 57)=57000 manat təşkil edir.
58. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1097, Mülki-Prosessual Məcəllənin 14 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Kassasiya instansiyası məhkəməsində birinci icraat
59. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsin ə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutları düzgün dəyərləndirməmişdir. Belə ki, işə əlavə edilən Göygöl rayon Üçtəpə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 67 saylı arayışda göstərilir ki, həqiqətən Azərbaycan Respublikası ƏMDK yanında Hərracların təşkili üzrə X16 Torpaq müsabiqə və hərrac komisiyası tərəfindən təşkil edilən xx.xx.2018-ci il tarixli hərracda Göygöl rayon Üçtəpə kəndi ərazisində yerləşən yaşayış məntəqələrinə aid olan torpağın 0,01 ha sahəsinin dəyəri 160.70 manat olaraq müəyyənləşdirilmişdir. Bundan başqa iddiaçıların mülkiyyətlərində olmuş ünvan 2 ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin real dəyərinin müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 27 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin14 fevral 2022-ci il tarixli 10/5451 saylı rəyinə əsasən iddiaçılara verilmiş 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər 100 (bir yüz) kvadratmetr hissəsinin hazırki bazar dəyəri təqribən 195,0 manatdır. Bundan sonra məhkəmənin öz təşəbüssü ilə Üçtəpə kəndi ərazisində yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər 100 (bir yüz) kvadratmetr hissəsinin hazırki bazar dəyəri ilə bağlı qiymətləndirici rəyləri arasında ziddiyyət olduğundan məhkəmə kollegiyasının 08 aprel 2022-ci il tarixli qərar dadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli UNİ/A 65-506/22 saylı rəyinə əsasən ünvan 2ndə yerləşən 0.01 ha torpaq sahəsinin bazar qiymətinin 205 manatdır. Bütün bunlara baxmayaraq, məhkəmə həmin sübutları mötəbər sübut kimi qəbul etməmiş, lakin hansı səbəbdən bunu etməsini qətnamədə qeyd etməmiş, torpaq sahəsinin qiymətini isə 1000 manat müəyyən edərkən toplanmış sübutlara deyil, yalnız fərziyyələrə əsaslanmışdır. Başqa bir məsələ isə ondan ibarətdir ki, iddiaçılar hazırda Göygöl rayon məhkəməsində ona və digər cavabdehlərə qarşı iddia qaldıraraq onlara verilmiş 0,57 ha torpaq sahəsinin 0,09 ha hissəsini X13, 0.31 ha hissəsinin X1 dair alqı-satqı müqaviləsini mübah isələndirmişlər. Həmin iş məhkəmənin icraatındadır və məhkəmənin qərardadı ilə iş üzrə ekspertiza təyin edildiyindən işin icraatı dayandırılmışdır. Belə olan halda məhkəməyə vermiş olduğu işin icraatının dayandırılması barədə vəsatəti təmin edilməli olduğu halda, məhkəmə bunu etməmişdir. Belə ki, həmin iddia tələbi ilə iddiaçılar alqısatqı müqaviləsinin ləğv edilməsini və torpağın onlara qaytarılmasını xahiş etmişlər.
61. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5763/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
62. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - işin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halına görə Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ilk iddiaçılar ümumi birgə mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsi barəsində mülkiyyət hüquqlarından məhrum olmuşlar. Bundan sonra ilk iddiaçılar cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduqları əmlakın dəyərinin əvəzinin ödənilməsi və digər tələbləri yaranmışdır; - iddiaçı iddia tələbi irəli sürərkən "xxxx" MMC-nin 21 sentyabr 2019-cu il tarixli, 255 nömrəli rəyinə əsaslanmışdır. Həmin rəydən görünür ki, Göy-Göl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinin 01 sotunun bu günkü günə orta bazar qiyməti 1600-1800 manat təşkil edir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq, torpağın yerləşdiyi ərazi və ətraf ərazisi hə yətyanı torpaq sahəsi kimi istifadə olunmuşdur; - apellyasiya instansiyası məhkəməsinin mövqeyindən aydın olur ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və 27 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə həvalə edilmişdir; - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və 27 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə həvalə etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli 10/5451 saylı rə yindən aydın olur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə verilmiş Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər 100 (bir yüz) kvadratmetr hissəsinin hazırki bazar dəyəri təqribən 195,0 manat məbləğində müəyyən edilmişdir; - iddiaçıların mülkiyyətində olmuş Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər 100 (bir yüz) kvadratmetr hissəsinin hazırki bazar dəyəri ilə bağlı qiymətləndirici rəyləri arasında ziddiyyət olduğundan məhkəmə kollegiyasının 08 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş dir; - "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli UNİ/A 65-506/22 saylı rəyinə əsasən Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.01 ha torpaq sahəsinin bazar qiymətinin 205 manat təşkil etdiyi müəyyən edilmişdir; - apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin 21 sentyabr 2019-cu il tarixli, 255 nömrəli rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli 10/5451 saylı rəyini və "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli UNİ/A 65-506/22 saylı rəyini qarşılıqlı əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlmişdir ki, həmin rəylərin heç biri həmin torpaq sahəsinin real dəyərini özündə əks etdirmir. "xxxx" MMC-nin 21 sentyabr 2019-cu il tarixli, 255 nömrəli rəyində torpaq sahəsinin hər bir 0.01 hektarının dəyərinin ən yuxarı həddi 1800 man at, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli 10/5451 saylı rəyində 195 manat, "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli UNİ/A 65-506/22 saylı rəyində 205 manat həddində müəyyən edilmişdir; - apellyasiya instansiyası məhkəməsi mülki işin materiallarında olan qiymətləndirici rəylərinin ədədi orta məbləğinin həmin torpaq sahəsinin real dəyəri kimi qəbul edilməli olmasını qeyd etmiş və torpaq sahəsinin hər 0,01 hektar hissəsi üçün 1000 manat məbləğdə olmasını göstərərək 0,57 hektar torpaq sahəsinə görə cavabdehdən alınmalı olan məbləğin (1000 x 57)=57000 manat olması nəticəsinə gəlmişdir; - göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş, özü tərəfindən alınmış rəylərdə olan qiymətləri ağlabatan məbləğ he sab etməmiş və hər hansı mötəbər sübutlarla dəstəklənməyən özünün müəyyən olunmuş hesab etdiyi həddə məbləği müəyyən etmişdir; - torpaq sahəsinin dəyəri ilə bağlı üç ədəd rəy mövcuddur. Bu rəylər isə biri-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Eyni zamanda cavabdehlə müxtəlif şəxslər arasında məhz həmin torpaq sahəsinin ayrı-ayrı hissələri ilə bağlı alqı-satqı müqavilələri bağlanmış və müqavilələr işə əlavə edilmişdir. Lakin alqı-satqı müqaviləsi məhz həmin torpaq sahəsinin ayrı-ayrı hissələri üzrə bağlanmış olmasına baxmayaraq, bu sübutlar qiymətləndirmədən kənarda saxlanmışdır; - halbuki, məhkəmə yaranmış anlaşılmaz vəziyyəti nəzərə alaraq məhz həmin ərazi üzrə notariat orqanlarından mübahisəsi gedən torpaq sahəsinin yerləşdiyi ərazi üzrə torpaq sahəsinin hansı qiymətə özgənikiləşdiril məsinə dar məlumatlar əldə edilməsi məsələsini tərəflərlə birlikdə müzakirə etmək imkanına malik olmuşdur; - digər tərəfdən apellyasiya istansiyası məhkəməsi qiymətləndirici rəyində əlavə edilmiş çıxarışa əsaslanaraq həmin ərazi üzrə başqa şəxsə məxsus olan 0,16 ha torpaq sahəsinin 19500 manata satılmasını qeyd edir. Lakin nəzərə alınmır ki, həmin qiyməti dosyeyə əlavə edən qiymətləndirici mübahisəsi gedən torpaq sahəsinin hər 100 kv.metrinin dəyərini 205 manat olması nəticəsinə gəlmişdir; - bu baxımdan, iddiaçılara zərər vurulması mübahisəsiz olduğu halda, apellyasiya instansiyası məhkəməsinin öz mülahizələri əsasında torpaq sahəsinin məbləğini müəyyən etməklə, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmaması ilə bağlı cavabdehin də lilləri əsaslıdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
63. Təkrar apellyasiya baxışında 2020-2022-ci illər üzrə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqı müqavilələrinin surətlərinin Göygöl rayonu Notariat ofisindən və 2 saylı Gəncə regional “Asan” xidmət Mərkəzindən götürülməsi barədə apellyasiya instansiyası məhkəməsi 07 mart 2023-cü il tarixli qərardad çıxarmışdır.
64. Göygöl rayonu Notariat ofisi və 2 saylı Gəncə regional “Asan” xidmət Mərkəzində Notariat ofisindən apellyasiya instansiyası məhkəməsinə ümumilikdə 12 ədəd alqı-satqı müqaviləsi göndərilmişdir.
65. Gəncə Apellyasiya instansiya məhkəməsinin 2(104)-726/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gə ncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(044)-242/2020 nömrəli qətnaməsi ilk iddianın yoxlanılan hissəsində, yəni “ünvan 2 ərazisində yerləşən və iddiaçıların mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsinin orta bazar qiyməti olan 91200 manatın Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 verilməsi” hissədə dəyişdirilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, xxx, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətlərində olmuş, ünvan 2 ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin orta bazar qiymətinin 57000 (əlli yeddi min) manat məbləğində müəyyən edilməsi, ünvan 2 ərazisində yerləşən və iddiaçıların mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsinin orta bazar qiyməti olan 57000 (əlli yeddi min) manatın Cavabdeh alınaraq id diaçılar İddiaçı1, İddiaçı2, xxx, İddiaçı4, İddiaçı5 və İddiaçı6 verilməsi qət edilmiş, qətnamə ilk iddianın yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Nural Əliyev, Rafiq Cəfərov)
66. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, ilkin apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmçinin Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddiaya aid hissədə tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə ilkin iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Qətnamə ilkin iddiayla bağlı qalan hissədə mübahisələndi rilməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi “ünvan 2 ərazisində yerləşən və iddiaçıların mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsinin orta bazar qiyməti olan 91200 manat və əldən çıxmış faydaya görə 803 manat, cəmi 92003 (doxsan iki min üç manat) Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 verilməsi” hissədə yoxlanılmalı, digər hissələrdə yoxlanılmamalıdır.
67. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini qətnaməni yoxlanılan hissəsinədə mülki iş materialları ilə birlikdə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
68. Apellyasiya instansiyası məhkəməsi qətnamə yoxlanılan hissədə birinci instansiya məhkəm əsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən m əhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
69. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizə sinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
70. Apellyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissəsində müəyyən etmişdir ki, Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarı ilə ün sakini İddiaçı1 xxx oğlu və onun ailə üzvləri İddiaçı2, xxx, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Xanlar Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qətnaməsi ilə Xanlar (Göygöl) rayonu Üçtəpə kəndində yerləşən İddiaçı1 xxx oğlu və onun ailə üzvləri İddiaçı2, xxx, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus olan 0,57 ha torpaq sahəsinin istifadə və mülkiyyət hüququ iddiaçı Cavabdeh verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra sonuncu həmin torpaq sahəsini müvafiq alqı-satqı müqavilələri əsasında başqa şəxslərə satmışdır. Həmin şəxslər də öz növbəsində mübahisəli torpaq sahəsinə dair adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar almışlar. Bundan sonra isə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2016-cı il tarixli 2(104)-1649/2016 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı1 xxx oğlu və digər şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Xanlar Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qətnaməsi “ə yerləşən İddiaçı1 xxx oğlu və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus olan 0,57 hektar torpaq sahələrinin iddiaçı Cavabdeh satılması barədə alqı-satqı mü qaviləsinin bağlanmış hesab edilməsi; ə yerləşən İddiaçı1 xxx oğluna və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus olan 0,57 hektar torpaq sahəsindən istifadə və mülkiyyət hüququnun iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-ci il tarixli 2(102)-977/2017 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2016-cı il tarixli 2(104)-1649/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
71. İddiaçı1 xxx oğlu, İddiaçı2, xxx, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh X14 ilə mübahisəli torpaq sahəsinin yeni alıcıları arasında bağlanmış müqavilələrin və çıxarışların ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışlar, lakin yeni alıcı ların vicdanlı alıcı olmaları əsas gətirilərək iddiaları təmin edilməmişdir. Ona görə də iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.
72. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qanunvericilik zərərin əvəzinin ödənilməsini tələb etməyi nəzərdə tutmuşdur və bu yalnız hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olduğu halda mümkündür. Maddi zərərin tələb olunması üçün iddiaçı ilk növbədə cavabdehin hərəkətinin delikt kimi tanınması üçün Mülki Məcəllənin 1096.1-ci maddəsində göstərilən dispozisiya şərtlərinin mövcud olduğunu sübuta yetirməlidir. Bu şərtlərə aiddir: zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran əməl; bu əməlin təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) olması
73. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçılar ümumi birgə mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsi barəsində mülkiyyət hüquqlarından məhrum olmuşlar. Bundan sonra iddiaçıların cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduqları əmlakın dəyərinin əvəzinin ödənilməsi tələbləri yaranmışdır. Belə ki, hüquqa zidd əməl mülki hüquq pozuntusu (delikt) və ya öhdəliyə zidd hərəkət şəklində təzahür edilir. Əgər bu cür hüquqa zidd hərəkətlərə görə əməli törədən şəxs mülki hüquq məsuliyyəti daşıyırsa, onda bu məsuliyyətlərin yaranması da öz-özlüyündə hüquqi nəticənin yaranması deməkdir.
74. Apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq mübahisəli ərazi üzrə torpaq sahələrinin satış qiymətinin müəyyən olunması üçün notariat ofislərinə verilmiş müvafiq sorğulara cavab əsasında müəyyən olunmuşdur ki, ünvan 2ndə yerləşən mübahisəli torpaq sahəsinin ətrafındakı kənd təsərrüfatı təyinatlı torpaq sahələri 2021-ci ildə 200 kv.m torpaq sahəsi 2400 manat, 2021-ci ildə 800 kv.m 3000 manat, 2020-ci ildə 0.171 ha torpaq sahəsi 5000 manat, 2020-ci ildə 0.08 ha torpaq sahəsi 4360 manat, 2022-ci ildə 0.08 ha torpaq sahəsi 14000 manat, 2022-ci ildə 0.04 ha torpaq sahəsi 10000 manat, 0.0414 ha torpaq sahəsi 29000 manat, 2022-ci ildə 0.04 ha torpaq sahəsi 10000 manat, 2022-ci ildə 0.053 ha torpaq sahəsi 5000 manat, 2022-ci ildə 0.08 ha torpaq sahəsi 16000 manat dəyərində müvafiq alqı-satqı müqavilələri əsasında satılmışdır.
75. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan alqı-satqı müqavilələri üzrə torpaq sahələrinin satış qiymətlərini məcmu halında nəzərə alıb bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçılara vurulmuş zərər məbləğinin əvəzi olaraq torpaq sahəsinin 0,01 ha hissəsinin dəyəri 1000 manat götürülməlidir. Belə ki, maddi ziyanın əvəzi olaraq müəyyən edilmiş həmin məbləğ əsaslı, ədalətli və ağlabatan olmaqla yanaşı, iddiaçılara (birgə mülkiyyətçilər) dəymiş ziyanın xarakterinə adekvatdır. Buna görə də iddiaçıların birgə mülkiyyətlərində olmuş ünvan 2ndə yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüquqlarının qanunsuz itirilməsinə görə madd i ziyanın əvəzi olaraq 57000 manat Cavabdeh alınaraq iddiaçılara verilməlidir.
76. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, əldən çıxmış faydaya görə 803 manatın Cavabdeh alınaraq iddiaçılara verilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən bəhər götürmək imkanından məhrum olmuşlar.
77. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 152.1, 152.2, 213.1, 213.2, 213.6, 222.1, 1096.1, 1096.2 və 1115-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
78. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
79. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar əvvəlcə iddia tələbində mübahisəli torpaq sahələri ilə bağlı alqı-satqı müqavilələrini mübahisəlndirsələr də, sonradan iddia tələbini dəyişdirmiş və cavabdehdən pul tələb etmişlər. Halbuki, iddiaçılar ilk əvvəl torpaq sahələrini almış şəxslərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmalı, iddia üzrə əgər həmin şəxslər vicdanlı əldə edən hesab olunduğu halda, iddiaçılar hazırkı iddianı qaldıra bilərdilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya ə mlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin iddiaçılar iddia ərizəsində və işə birinci instansiya məhkməsində baxılarkən onlara dəymiş ziyanın hansı meyarlarla ölçülməsi barədə məhkəməyə hər-hansı sübut təqdim etməmişlər. İş üzrə toplanmış sübutlardan, o cümlədən ekspertiza rəyindən görünür ki, mübahisəli torpaq sahəsində torpağın 1 sotunun qiyməti təxminən 160-200 manatdır. Kassasiya instansiya məhkəməsinin göstərişi də o istiqamətdə olmuşdur ki, apellyasiya məhkəməsi ikinci icraat zamanı bu ziddiyyətləri aradan qaldirsın. Lakin apellyasiya məhkəməsi ikinci icraat zamanı hər-hansı yeni subut əldə etmədən hazırki nəticəyə gəlmişdir ki, bununla da MPM-nin 420ci maddəsi nin tələblərini pozmuşdur. Məhkəmə ziyanın məbləğini müəyyən edərkən işdə olan bir necə müqaviləyə əsaslanmışdır. Əvvəla, məhkəmə nəzərə almamışdır ki, həmin müqavilələrdə alqı-satqı həyətyanı torpaq sahələri ilə bağlansa da, iddiaçıların iddia etdiyi torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahələridir və təbii ki, onların qiyməti arasında fərqlər var. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə həm hazırki torpaq sahələrinin özlərinin alqı-satqı müqavilələri, həm də keçirilmiş ekspertiza və alınmış mütəxəssis rəyləri, həmçinin oxşar torpaq sahələri ilə bağlı alqı-satqı müqavilələri təqdim etdilsə də, məhkəmə onları başqa işlə bağlı olduğu üçün sübüt kimi qəbul etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
80. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 45 9.1 Müvafiq olaraq zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir Maddə 459.5 Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hal larına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
81. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
83. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
85. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
86. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
87. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləş dirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
88. İşdən görünür ki, birinci instansiya məhkəməsi 0,57 ha torpağın dəyəri olaraq 91200 manat məbləğin cavabdehdən iddiaçıların xeyrinə tutulmasını qət etsə də, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişinə əməl edərək, mübahisədə adı keçən torpaq sahəsinin yerləşdiyi ərazi üzrə torpaqların alqı-satqısına dair başqa-başqa şəxslər arasında bağlanmış müqavilələri əldə etmiş və həmin məbləği 57000 manat müəyyən edərkən də qeyd edilən al qı-satqı müqavilələrinə istinad etmişdir.
89. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, kassasiya şikayətində göstərilib ki, iddiaçılar ilk əvvəl torpaq sahələrini almış şəxslərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmalı, iddia üzrə əgər həmin şəxslər vicdanlı əldə edən hesab olunduğu halda, iddiaçılar hazırkı iddianı qaldıra bilərdilər. Bu dəlil əsassızdır. İşdən görünür ki, iddiaçılar məhz torpaq sahələrini almış şəxslərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaları rədd ediləndən sonra bu iddianı qaldırmışlar.
90. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin ikinci icraat zamanı hər-hansı yeni sübut əldə etmədən hazırki nəticəyə gəlməklə MPM-nin 420-ci maddəsinin tələblərini pozması, məhkəmənin ziyanın mə bləğini müəyyən edərkən işdə olan bir necə müqaviləyə əsaslanması barədə dəlilləri də qəbul edilən sayıla bilməz. Belə ki, bu dəlillər kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi baxımından əsaslı deyil. Əksinə, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında mübahisədə adı keçən torpaq sahəsinin yerləşdiyi ərazi üzrə torpaqların alqı-satqısına dair başqa-başqa şəxslər arasında bağlanmış müqavilələri əldə edilməsi barədə göstəriş olmuş, təkrar apellyasiya baxışında da məhz həmin göstərişlərə əməl edilərək, həmin müqavilələr əldə edilmiş, torpaq sahəsinin qiyməti də əldə edilmiş müqavilələrə uyğun müəyyən edilmişdir.
91. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmalıdır.
92. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-726/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.