Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4591/2018 03.07.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 03 iyul2018-ciil İş№ 2(102)-4591/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun, kassatorun vəkili X2nin iştirakları ilə, İddiaçı QSC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1185/2018 saylı 14 fevral 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2016-cı il ta rixli qətnaməsi ilə (hakim T.X.Əkbərov, iş № 2(003)-433/2016) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dən birgə qaydada əsas borc üzrə 1519,20 manat, faiz borcu üzrə 183,04 manat, cərimə üzrə 20,00 manat, cəmi 1722,24 manat və ödənilmiş dövlət rüsumu üzrə 20,00 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlərN.Ş.Cəfərov (sədrlik edən və məruzəçi),V.Ə.Baxışova və V.T.Həsənov, iş № 2(103)1185/2018) Cavabdeh1in apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qətnaməsi qismən- Cavabdeh1ə aid olan hissədə ləğv edilmiş və ona qarşı yönəlmiş tələb rədd o lunmuş, ekspertiza xərci 70 manat pulun iddiaçıdan tutulub dövlət hesabına köçürülməsi qət edilmişdir. Göstərilən qətnamədən İddiaçı QSC tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada əsas borc üzrə 1519,20 manat, faiz borcu üzrə 277,57 manat, cərimə üzrə 661,67 manat və ödənilmiş dövlət rüsumu üzrə 20,00 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı QSC-nin nümayəndəsi X5 və vəkili X6 kassasiya şikayəti verərək apellyasiya ins tansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 88, 102-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili X7 kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə əm əl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyinə görə işin kassasiya baxışında iştirak etməmişdir. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqişdə iştirak edən digər şəxslər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatorun vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliy inə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, iddiaçı Bank ilə Cavabdeh4 arasında 14.10.2013-cü il tarixli, 21L*********3142 nömrəli kredit xətt müqaviləsi, 30.05.2014-cü il tarixli, 21R*********7554 nömrəli kredit razılaşması bağlanmış, həmin müqavilələrə əsasən Cavabdeh4 4.400 manat kredit verilmişdir. Kredi məbləğinin qaytarılmasının təminatı olaraq digər cavabdehlərlə zaminlik müqavilələri bağlanmışdırCavabdeh1lə 14.10.2013-cü il tarixdə, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3lə isə 30.05.2014-cü il tarixdə. Cavabdeh1 zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 27.12.2017-ci il tarixli, 30288 nömrəli rəyində qeyd olunmuşdur ki, zaminlik müqaviləsindəki imzanın Cavabdeh1 tərəfindən və ya başqa şəxs tərəfindən icra edilib-edilmədiyini müəyyən etmək mümkün deyildir. Belə ki, tədqiq olunan imzada qrafik material azdır və cizgiləri sadədir. Apellyasiya instansiyası m əhkəməsi belə qənaətə gəlmişdir ki, bunun məsuliyyəti Bankın üzərinə düşür. Belə ki, Bankın əməkdaşları zamindən imzanı icra etdikdən sonra öz xətti ilə soyadını, adını, ata adını qeyd etməyi tələb etməli idilər. Lakin hazırda Bank sadə cizgidən ibarət imzanın olduğu müqaviləni təqdim edərək zamindən pul tələb etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçı zaminlik müqaviləsinə əsaslanmaqla Cavabdeh1 pul tələb edirsə, imzanın da ona məxsus olduğunu məhz Bank sübut etməlidir, lakin Bank bunu sübuta yetirə bilməmişdir. İmzanın Cavabdeh1ə məxsus olması ekspertiza rəyi ilə də müəyyən olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, Bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi mö vcud deyildir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (iki tərəfli əqd) və ya üç və ya daha çox tərəfin (çoxtərəfli əqd) razılaşdırılmış iradə ifadəsi zəruridir. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (Mülki Məcəllənin 324.4, 331.1-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, ya zılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nətic ə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1185/2018 saylı 14 fevral 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-4591/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4591/2018
03.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver