Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4592/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Seyidov İkram Möhlüd oğlunun Cavabdeh və vəkili Ağayev İslam Sabir oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3168/2021 nömrəli, 10.03.2021-ci il tarixli qətnaməsi ndən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər əvvəllər birlikdə avtomobillərin alışı və satışı ilə məşğul olumuş, aralarında etibarlı münasibət yaranmış, bu zəmində iddiaçı cavabdehə borc pul da vermişdir. Borca verilmiş pulun qaytarılması və avtomaşının satışından yaranan ödənişlərlə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Həmin şikayətlər polis orqanlarında araşdırmanın predmeti olmuşdur. Nəticə etibarı ilə tərəflərə mülki iddia ilə məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40000 manat borc pul, Məhər rəmə verdiyi 8500 manat və ətir üçün aldığı 1145 manat borc olmaqla, cəmi 49645 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlk iddia onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə iş görərək avtomobil alqı-satqısı ilə məşğul olmuş, iş münasibətlərindən başqa, toyuq istehsalı ilə məşğul olmaq üçün cavabdeh dost kimi 2019-cu ilin noyabr ayında ondan 40000 manat borc pul istəmiş və 1 aya, yəni dekabrda qaytaracağına söz vermişdir. Bundan başqa, cavabdehin ona 5000 dollar, yəni 8500 manat borcu vardır. Həmin pulu Məhərrəm adlı dostlarına borclu olduğu üçün vermiş və cavabdeh ona qaytaracağına söz vermişdir. Bundan başqa, cavabdeh özünə 1145 manat dəyərində ətir almışdır ki, ətirin pulunu ona məxsus Birkartdan ödəmiş, cavabdeh qaytaracağını bildirmişdir. Bununla bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdeh Polis İdarəsində izahat verərək həqiqətən də ondan 40.000 manat borc pul aldığını etiraf etmişdir. Qaytardığını göstərdiyi pul isə avtomobil alqı-satqısı ilə bağlı yaranan borc puldur. 40000 manat isə işə aidiyyatı olmamaqla şəxsən ondan borc olaraq aldığı puldur, hansı ki, bu günə qədər qaytarmır və bütün əlaqə telefonlarını söndürərək yoxa çıxmışdır. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilən xüsusatlar öz əksini tapmışdır.
4. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 12000 ABŞ dolları məbləğində pulun ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun ola raq alınıb ona verilməsi, mənəvi zərərə görə 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsmunun tutularaq onun nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ilə ortaq kimi birgə iş görərərək avtomobillərin aıqı-satqısı ilə məşğul olmuşlar və bunun üçün o, 70000 manat, iddiaçı isə 80000 manat pul qoymuşlar. İddiaçı son dövrlər avtosalondan “Range Rover” markalı avtomobil götürmüşdür ki, o da həmin avtomobilin götürülməsi üçün 7000 ABŞ dolları məbləğində pul qoymuş, lakin həmin avtomobil ona qaytarılmamışdır. Həmçinin, “Shevrolit Malibu” markalı avtomobilin alınması ilə bağlı 5000 ABŞ dolları məbləğində pul qoymuş, həmin avtomobili iddiaçı dəyişdirmiş, lakin ona pul verməmişdir. “Passat” mar kalı avtomobilə 10500 manat məbləğində pul qoymuş, “BMW” markalı avtomobillə barter etmişdir. Onda olan məlumata görə bu avtomobili onun əlindən almışlar. Bu avtomobilə görə qoyduğu pulu da iddiaçı qaytarmamışdır. “BMW X5” markalı avtomobillə bağlı 3500 manat pul qoysa da, iddiaçı barter edərək yeni maşın almış, onun pulunu qaytarmamışdır. İşlədikləri müddət ərzində ikisi də şərik olaraq ziyana düşmüşlər. İddiaçı bunu nəzərə almayaraq bütün ziyanı onun üzərinə qoymaq və öz ziyanını kompensasiya etmək məqsədilə ona qarşı iddia qaldırmışdır. O, aldığı 40000 manat borcun 34000 manatını nəğd olaraq qaytarmışdır, həmçinin ətriyyatla bağlı tələb etdiyi pulun isə ona heç bir aidiyyatı yoxdur, iddiaçı həmin pulu başqa şəxsə verdiyindən buna görə o, heç bir öhdəlik daşımır.
6. Bakı şəhəri Xətai R ayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(011)5287/2020 saylı qətnaməsi ilə ( hakim P.Zamanlı) ilkin iddia qismən təmin edilmiş, 40000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın digər hissələrdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə mübahisəni həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 529, 739.1, 740-cı maddələrinə istinad etmişdir.
8. Mübahisə ilə bağlı 1-ci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, ilk iddiaçının cavabdehə 40.000 manat pulu borca verməsini cavabdeh etiraf etməklə həmin hal sübuta yetirilmiş, qalan tələbləri ilk iddiaçı sübuta etirə bilməmiş, cavabdeh isə 40.000 manatı qaytarmasını və öz tələbini sübuta yetirə bilməmişdir.
9. Birinci instansiya m əhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş və qətnaməni ondan pulun tutulması hissəsində mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
10. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3168/2021 nömrəli, 10.03.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- V.Sadıqov (sərlik edən və məruzəçi), Q.Əsgərov və E.Həsənov) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5287/2020 saylı iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh 40000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, 11.100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Apely asiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 739.1, 740, 1091.1-ci maddələri ilə əsaslandırmışdır.
12. Apelyasiya Məhkəməsinin mübahisə ilə bağlı mövqeyi belə olmuşdur ki, ilk iddiaçının cavabdehə verdiyi borc məbləğinin bir hissəsini qaytarması halını cavabdeh sübuta yetirə bildiyi üçün borcun məbləği həmin məbləğdə azaldılmalıdır.
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kasasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və yeni apellyasiya baxışına göndərilməsini xahiş edir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və p rosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və vəkili Seyidov İkram Möhlüd oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh və vəkili Ağayev İslam Sabir oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhk əməsinin mövqeyi
25. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
26. İlk növbədə qeyd olunur ki, kassasiyanın baxış predmeti şikayətin dəlillərinə uyğun olaraq ilk iddiaçının 40.000 manat tələbi ilə bağlıdır. Apelyasiya məhkəməsi həmin tələbi 11.100 manat civarında təmin etmişdir. Mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh 40.000 manat borc almış, həmin vəsaitdən 17.000 ABŞ dolları (məzənnəyə uyğun olaraq 28900 manat) qaytarmış və ödənilməmiş 11.100 manat borc qalmışdır.
27. Məhkəmə belə qənaətini sübutemtə vəzifəsinin öhdəsindən tərəflərin hansı həddə gəlməsi ilə əsaslandırmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühü m prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
29. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
30. Proses sual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
32. Hazırkı işdə cavabdeh 40.000 manat borca pul almasını etiraf edir, ona görə iddiaçı həmin məbləğdə pulu cavabdehə verməsi halını s übut etmiş hesab olunur. Cavabdeh isə öz avtomaşınını sataraq iddiaçıya borcun əvəzi olaraq 17.000 ABŞ dolları qaytarmasını bildirir, iddiaçı bu halı etiraf etsə də həmin məbləğin borcun əvəzi deyil, avtomaşın alverindən ödənilməmiş qalmış məbləğin əvəzi olaraq verildiyini bildirir. Belə olan təqdirdə sübutetmə vəzifəsi dəyişir. Artıq alınan məbləğin başqa borun əvəzi olması, cavabdehin başqa borcları da olması ilə bağlı halları sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə bu halları sübuta yetirə bilməmişdir. Ona görə Apelyasiya Məhkəməsi ödənilmiş məbləği borc məbləğindən silməkdə haqlı olmuşdur.
33. Bundan başqa, məhkəmə kollegiyası işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı kassatorun dəlili ilə bağlı qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasınaistinad oluna bilməz (MPM-nin 407.2. maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.
34. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apelyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-3168/2021 nömrəli, 10.03.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.