Məhkəmə qərarları › İş №2(102)-4595/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4595/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4595/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: pul tələbi, barışıq sazişinin təsdiqi, işə üzrə icraata xitam ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Abbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-751/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evə verilən borc pulun əvəzi 20000 (iyirmi min) manat, əsgərliyə və maşına görə 4000 (dörd min) ABŞ dolları və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-3132/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia təmin edilmiş, Cavabdeh 20000 (iyirmi min) manat və 4000 (dörd min) ABŞ dolları və iddia ərizəsi üçü n ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Fikrət Mehtiyev sədrlik edən və məruzəçi, Muradov Rəhman, Ədil Məmmədov) 2(104)-751/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(044)-3132/2021 saylı qətnaməsinin qismən - iddianın təmin edilməsi, “Cavabdeh 20000 manatın alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi hissəsində” dəyişdirilməsi qət edilmiş, həmin məbləğ 8000 (səkkiz min) manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin vəsatətləri a) Kassasiya şikayətinin dəlilləri

5. Cavabdeh (Vəkil Fəxrəddin oğlu) kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi, iddiaçının iddia tələbinin tam rədd edilməsi üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. b) Kassasiya məhkəməsinə verilmiş tərəflərin vəsatətləri

7. Cavabdeh elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə və barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Pro sessual Məcəllə

8. Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.

9. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir.

10. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

11. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə mü vafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə məhkəmədən kənar qaydada tərəflərin özləri arasında həll edildiyindən və bu barədə barışıq sazişi bağlandığından, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.

13. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh arasında bağlanmış 18 iyul 2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Barışıq sazişi ilə tərəflər öhdələrinə götürürlər ki. bir birlərinə qarşı qaldırdıqları eyni predmetlə və eyni əsaslarla bir daha iddia qaldırmayacaqlar. 2. 1-ci tərəflər - İddiaçı1 və İddiaçı2 Cavabdeh dəyəri təxminən 60000-70000 azn olan mənzil üçün 40000 azn ödəyəcək. 3. 2-ci tərəf - Cavabdeh buna münasibətdə adına olan mənzili (Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 50, mənzil 24), 1-ci tərəflərin (İddiaçı2 və ya İddiaçı1) adına rəsmiləşdirir.

4. Bu barışıq sazişi bağlanandan sonra 1-ci tərəflər 20000 azn və 4000 abş dolları olan (044-3132/2021) nömrəli iddia tələbindən tam imtina edib, icraata xitam verilməsini tələb edəcəyinə (məhkəmədə) öhdəlik götürür və bu əsaslarla təkrar iddia qaldırmayacaqlar. 5. 2-ci tərəf - Cavabdeh bu barışıq sazişindən sonra X1 qaldırdığı iddia ərizəsindən tam imtina edəcək. Mənzildən çıxarılma tələbi və icraata xitam verilməsini məhkəmədən tələb edəcəyinə öhdəlik götürür.

6. Bu barışıq sazişi bağlandıqdan sonra tərəflər söz verirlər ki, bir birlərinə qarşı nüfuzdan salıcı, təhqir edici hərəkətlərdən çəkinəcəklər. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2022-ci il tarixli barışıq sazişi təsdiq edildiyindən iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-751/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar