Məhkəmə qərarları › İş №2(102)-4596/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4596/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4596/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyət haqqında qərardaddan verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-906/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xxx kənd sakini Cavabdeh xxx ilə İddiaçı arasında bağlanmış 04 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 50.0 ha torpaq sahəsi üzrə icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahəsindən cavabdehin istifadə hüququna məhdudiyyət qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə prosesinin gedişində Cavabdeh xxx məhkəməyə vəsatətlə müraciət edərək iddiaya Zərdab Rayon Məhkəməsi tərəfindən baxılmasına etiraz etdiyini və iddianın inzibati məhkəməyə aid olduğunu bildirərək, mülki işin aidiyyəti üzrə Şəki İnzibati Məhkəməs inə göndərilməsini xahiş etmişdir.

3. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 24 fevral 2021-ci il tarixli 2(035)17/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, tərəflər arasında olan hüquq münasibəti icarə münasibəti, hazırkı tələb icarə müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. Həmin hüquq münasibətindən irəli gələn mübahisələrə mülki prosessual qanunvericiliyə əsasən ümumi məhkəmədə baxılmalıdır.

5. Həmin qərardaddan Cavabdeh xxx şikayət verərmişdir.

6. Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərardadı ilə, şəkayət təmin edilməmiş və 2(035)- 17/2021 saylı mülki iş baxılması üçün X1 göndərilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Z ərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadının ləğvi üçün əsaslar mövcud deyildir. Həmin qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-906/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və İ.Şükürov) Cavabdeh xxx tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 4-cü maddəsində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətlərinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir.

10. Həmin Qərarın 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə əmlak kirayəsi, po drat, alqı-satqı, tapşırıq xidmətlərin göstərilməsi və s müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.

11. İş materiallarından görünür ki, iddia tələbi mübahisənin məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilmiş və iddia ərizəsi də aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur.

12. Bundan başqa hazırki iş üzrə cavabdeh fiziki şəxs olduğundan, eləcə də tərəflər arasındakı mübahisə mülki-hüquq münasibətindən irəli gələn mübahisə olduğundan iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur və mülki işin aidiyyəti üzrə İnzibati Məhkəməyə göndərilməsi üçün əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icra atı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

21. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. (maddə 32.1)

22. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. (maddə 32.4)

23. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (maddə 32.5)

24. Bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada ver ilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. (maddə 269.3)

25. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

26. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası mə hkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

28. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaya Zərdab Rayon Məhkəməsi tərəfindən baxılmasına etiraz etdiyini və iddianın inzibati məhkəməyə aid olduğunu bildirərək, mülki işin aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Birinci instansiya məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir.

30. Həmin qərardaddan Cavabdeh şikayət vermişdir.

31. Birinci instansiya məhkəməsi 09 mart 2021-ci il tarixli qərardadı ilə, cavabdehin şikayətini təmin etməmiş və 2(035)-17/2021 saylı mül ki işi baxılması üçün X1 göndərmişdir.

32. Apelyasiya instansiyası məhkəməsi cavabdehin şikayətini icraata qəbul edərək mahiyyəti üzrə baxmış və cavabdehin şikayətinin təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə 18 may 2021-ci il tarixli qərardad qəbul etmişdir.

33. Halbuki, qanunvericiliyin tələbinə əsasən birinci instansiya məhkəməsinin aidiyyət haqqında qərardadından verilmiş şikayətlərə apelyasiya instansiyası məhkəməsi tərəfindən deyil, kassasiya instansiyası məhkəməsi tərəfindən baxılır.

34. Belə ki, Mülki Prossesual Məcəllənin 269.3-cü maddəsinin məzmunundan görünür ki, aidiyyət haqqında qərardaddan şikayət verildikdə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah e dilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

35. Göründüyü kimi hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadı aidiyyət haqqında qərardad olduğundan birinci instansiya məhkəməsi cavabdehin həmin qərardaddan verdiyi şikayəti baxılması üçün, kassasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda prosessual hüquq normalarının tələblərini pozaraq apelyasiya instansiyası məhkəməsinə göndərmiş və apelyasiya instansiyası məhkəməsi də prosessual hüquq normalarının tələblərini pozaraq, buna səlahiyyəti olmadığı halda həmin şikayəti icraata qəbul etmiş və mahiyyəti üzrə baxaraq iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir.

36. Beləliklə işin yuxarıda qeyd edilən halları ndan göründüyü kimi, apelyasiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnmişdir.

37. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

38. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-906/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar