Məhkəmə qərarları › İş №2(102)-4597/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4597/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4597/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, subyektiv hüquq, iddia müddəti) 06.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-609/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları

1. Vüqar Xıdırov mülkiyyətində olan “BMW” markalı, **-KN-*** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh vermiş, sonuncu həmin avtomobilin idarə edilməsinə dair etibarnamə üzərində düzəliş etməklə (sənədi saxtalaşdırmaqla), avtomobili İddiaçı satmışdır. İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququ əldə edərək adına mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmışdır. Avtomobil İddiaçı tərəfindən 16700 manata X1. Sonradan həmin avtomobilin satılması ilə bağlı Cavabdeh Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək, məhkum edilmişdir. Avtomobilin mülkiyyətçisi olmuş V.Xıdırov mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Sabunçu rayon Məhkə məsinin 13 noyabr 2018-ci il tarixli 2(008)-7832/2018 saylı qətnaməsinə əsasən X7 mülkiyyətində olmuş “BMW” markalı, 99-KN 726 dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair onunla İddiaçı və müvafiq olaraq İddiaçı ilə X5 arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. X10 mülkiyyətinə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və AR BDYPİ-dən müştərək qaydada “BMW” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 16700 manat və maşının qiymətinin qalxması üçün xərclənmiş 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsasland ırmışdır ki, o, “BMW” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında 14.000 manata almışdır. Avtomobili xeyli miqdarda öz vəsaiti hesabına təmir etdirmişdir. Bundan sonra “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili 16.000 manata X2. Cavabdeh məhkəmədə dindirilərkən və Saatlı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(055)-1269/2019 saylı qətnaməsində də göstərildiyi kimi o, notarial qaydada bağlanmış alqı-satqı müqaviləsini saxtalaşdırdığını və ondan pul alaraq “BMW” markalı, 99 KN726 dövlət qeydiyyat nişanlı avtomobili satdığını etiraf etmişdir. Cavabdeh pulu ona qaytarmaq istədiyini bildirsə də, maddi vəziyyəti yaxşı olmadığı üçün pulu ödəyə bilmədiyini qeyd etmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsinin hökmü ilə təsdiq olunur ki, Cavabdeh sənədləri saxtalaşdırılması yolu ilə “BMW” markalı, 99 KN726 dövlət qeydiyyat nişanlı avtomobili ona satmışdır. Cavabdeh hazırda ona vurduğu zərərin məbləği 16700 manatdır. Həmin pul Saatlı rayon məhkəməsinin qətnaməsində də öz təsdiqini tapmışdır. Tərəfindən Cavabdeh pulu tələb etdikdə isə o müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Buna görə də, Saatlı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(055)-1269/2019 saylı qətnaməsi ilə Cavabdeh qanunsuz hərəkəti nəticəsində ondan tutulan 16700 manat məbləğində pul və qalxması nəticəsində dəyən ziyanın bərpa edilməsi üçün 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmalıdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2 (060)-6802/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilərək Cavabdeh 14.000 manat məbləğində pul və ödənilmiş 23 (iyirmi üç) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin əqd üzrə alınanlar geri qaytarılmalıdır.

6. Məhkəmə qaytarılmalı olan pulun məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 16700 manat pulun tutulmasını xahiş etsə də, məhkəmə iclasında avtomobilə görə Anara vermək üçün Ramizə cəmi 14000 manat pul verdiyini etiraf etmişdir. Bu səbəbdən məh kəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilmiş 14000 manat pul tutularaq İddiaçı verilməlidir.

7. Məhkəmə iclasında Cavabdeh avtomobili iddiaçıya 14000 manata deyil, 8000 manata satdığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

8. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(008)-7832/2018 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, Cavabdeh sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş etibarnaməni saxtalaşdırm ası isə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmü ilə təsdiqlənmişdir. Beləliklə iddiaçı ən tez sözügedən məhkəmə aktları qəbul olunduqdan sonra (məhkəmə aktlarının qanuni qüvvəsini alması isə daha sonraki tarixlərdə baş vermişdir) hüquqlarının pozulduğunu bilə və məhkəməyə müraciət edə bilərdi. Həmin vaxtdan iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtadək isə cavabdehin istinad etdiyi 3 illik müddət ötürülməmişdir.

9. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş ziyanın Cavabdeh ilə birlikdə AR BDYPİ-dən müştərək qaydada tutulması hissəsində heç bir hüquqi əsasa söykənmədiyindən həmin hissədə təmin edilməməlidir.

10. İddiaçı iddia ərizəsində maşının qiymətinin qalxması üçün cavabdehlərdən 2000 manat məbləğində pul un alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini də xahiş etmişdir. Lakin bu hissədə iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 373, 377-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-609/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, iddianın təmin edilmiş hissəsində gəlinən nəticəni qanuni və əsaslı hesab etmişdir.

15. Məhkəmə kollegiyası apelyatorun iddiaçının subyektiv hüquqa malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış avtomobilin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, a vtomobilin özgəninkiləşdirilməsi nəticəsində iddiaçıdan almış olduğu pula görə cavabdeh məsuliyyət daşıdığından, iddiaçı həmin pulu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

16. Cavabdeh apellyasiya şikayətində İddiaçı tanımadığını, onunla avtomobilin alqısatqısı barədə heç bir danışıq aparmadığını, avtomobilin alqı-satqısı ilə bağlı sövdələşmənin X8 ilə onun arasında aparıldığını və avtomobili 8000 manata X3 pulu da ondan aldığını, lakin sonuncunun istəyi ilə İddiaçı adına rəsmiləşdirildiyini göstərsə də, kollegiya cavabdehin bu dəlillərini Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü ilə müəyyən edilmiş hallara görə əsassız hesab etmişdir.

17. Belə ki, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmündən görünür ki, Cavabdeh təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, “BMW 525l minik” markalı avtomobili satmaq istədiyini Ramiz Mirzəyevə demiş, Ramiz avtomobilə baxaraq bəyəndiyini demiş, aralarında olan razılaşmaya əsasən avtomobili 15000 manata Ramiz adlı şəxsə satmalı olmuşdur. Ramiz Bakir adlı tanışına zəng etmiş və bir qədər sonra həmin şəxs 15000 manat pul gətirmiş, Ramiz pulu ona vermiş, “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili onda n almışdır. Alqısatqı onun saxta yolla hazırladığı etibarnamə əsasında aparılmışdır.

18. Məhkəmə kollegiyası apelyatorun iddia müddətinin tətbiq edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. İşdən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(008)-7832/2018 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, Cavabdeh həmin alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş etibarnaməni saxtalaşdırması isə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151 /2019 saylı hökmü ilə təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

19. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən, Məcəllənin 337.5-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, məhkəmələr işə baxan zaman mübahisənin düzgün həlli üçün iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini araşdırmalı idi. Belə ki, hazırkı iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir.

22. Kassasiya şikayətinin digər d əlili isə iddia müddəti ilə bağlıdır. Kassator hesab etmişdir ki, nəinki üçillik iddia müddəti, hətta ümumi iddia müddəti də keçmişdir. Bu isə məhkəmələr tərəfindən iddianın rədd edilməsi barədə qərar çıxarılması üçün əsasdır.

23. Kassator şikayətini Mülki Məcəllənin 373.1, 375, 377-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.3. Bi r mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kassasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, cavabdeh apelyasiya şikayətində olduğu kimi iddiaçının subyektiv hüququnun olmamasına və iddia müddətinin tətbiq edilməsinə dair dəlilləri qeyd etsə də, dəlillərinin əsasını təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Bu səbəbdən də onun apelyasiya şikayətini təmin etməməklə apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.

41. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-609/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar