Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4598/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli 2(103)12503/2018 saylı qətnaməsindən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş № 2(011)-1320/2018) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 qarşı iddiası qismən təmin edilərək bankla Cavabdeh1 arasında bağlanmış 25 aprel 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 bankın xeyrinə kredit borcuna görə cəmi 51.269,98 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh2 qarşılıqlı iddiası qismən təmin edilərək bankla Cavabdeh1 arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, Z.Ə.Əliyev və F.Ş.Talışinski) cavabdeh M.H.Kərimovun apellyasiya şikayəti təmin edilməmiş, bankın apellyasiya şi kayəti qismən təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi ipoteka müqaviləsinin etibarsız sayılmasına dair hissədə ləğv edilərək qarşılıqlı iddianın həmin hissədə təmin olunmaması qət edilmişdir. Qətnamə həmçinin ilkin iddianın rədd olunmasına dair hissədə qismən ləğv edilərək həmin hissədə iddianın qismən təmin olunub Cavabdeh1 bankın xeyrinə qət edilmiş pul vəsaitinin tutulmasının ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, artıq qalan məbləğin cavabdehə qaytarılması, mənzilə tutma yönəldikdən, o, satıldıqdan sonra ən geci bir ay ərzində mənzilin boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 25 aprel 2013-cü il tarixdə bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 14 faiz olmaqla 120 ay müddətinə 52.250 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi ona məxsus olan mənzil ipoteka ilə yüklü edilmiş, ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin may ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını lazımınca icra etməməsi səbəbindən 09 mart 2017-ci il tarixə banka cəmi 56.879.21 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən bankın xeyrinə 56.879.21 ABŞ dollarının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi nə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 banka və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 onun razılığı olmadan birgə nikah dövründə əldə olunmuş mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsini əsas göstərməklə 25 aprel 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ikidə bir hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayəti verərək ipoteka qoyulmuş mənzilin onunla borclu Cavabdeh1 ümumi birgə mülkiyyəti olmasına baxmayaraq onun razılı ğının alınmadan ipoteka müqaviləsinin bağlanmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia tələbi üzrə iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişd irilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh1 ipoteka qoyduğu mənzilin böyük bir hissəsini ödəmək üçün bankdan kredit götürmüş və bununla əlaqədar onlar arasında alqısatqı və kredit müqaviləsi bağlanmışdır. Müqavilə, onun özündə göstərildiyi kimi, müxtəlif müqavilələrin ünsürlərini əhatə edən qarışıq müqavilədir. Belə olduqda, mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka müqaviləsinin etibarsız sayılması üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməs i həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsaslanmışdır. Qanunun həmin normasına görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).(146.1.) Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.(146.2.) Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.(146.3) Cavabdeh1 kreditin qaytarılmas ı ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyi üçün məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul etmişdir. İpoteka müqaviləsinin etibarsız sayılması üçün əsaslar olmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4598/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4598/2019
25.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver