Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4599/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı “İddiaçı YYY” ASC-nin vəkili Əsgərova Əfifə Füzuli qızının, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, İddiaçı “İddiaçı YYY” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli 2(103)-8132/201 8 saylı qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 2(006)-117/2017 saylı qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) iddiaçı “İddiaçı YYY” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2017-ci il tarixli 2(103)5027/2017 saylı (hakimlər Nəbiyev Etibar Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X9) qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qism ən təmin edilməsi, tərəflər arasında bağlanmış 12.09.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 417.240,31 manat, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin ödənilməsi məqsədi ilə 5.006,88 manat, “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 31 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq isə 30 manat məbləğində pulun Cavabdeh1 tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 858.000 manat müəyyən edilərək açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, evə tutma yönəldildikdən və o satıldıqdan s onra Cavabdeh2 evi ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onun yaşayış sahəsindən məcburi qaydada çıxarılması, iş üzrə keçirilmiş ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2018-ci il tarixli 2(102)-3872/18 saylı (hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5) qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2017-ci il tarixli 2(103)-5027/2017 saylı qətnaməsinin ləğv edilməsi və işə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli 2(103)8132/2018 saylı (hakimlər Məmmədov Məmməd Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X6) qətnaməsi ilə iddiaçı “İddiaçı YYY” ASC-nin ləğvedicisi LLLnun apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 yanvar 2017-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, “İddiaçı YYY” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasının qismən təmin edilməsi, “İddiaçı YYY” ASC ilə Cavabdeh1 arasında 12.09.2014-cü il tarixdə bağlanmış 100/02/80674/14 №-li “Kredit müqaviləsi” və həmin müqaviləyə 02.06.2015-ci il tarixli 01 saylı “Əlavə saziş” əsası nda yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 412.732 (dörd yüz on iki min yeddi yüz otuz iki) ABŞ dolları 27 (iyirmi yeddi) sent, kredit məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.670 (iki min altı yüz yetmiş) ABŞ dolları 76 (yetmiş altı) sent, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimə borcunun ödənilməsi məqsədilə 2.000 (iki min) ABŞ dolları məbləğində pulun (qətnamənin icra ediləcəyi tarixə müəyyən olunacaq rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə) Cavabdeh1 tutularaq “İddiaçı YYY” ASC-nə ödənilməsi, tutmanın ipoteka predmeti olan və B111küçəsində istifadədə olan 0,02238 ha torpaq sahəsində yerləşən 16 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 858.000 (səkkiz yüz əlli səkkiz min) manat müəyyən edilməklə açıq hərracda n satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Cavabdeh1 “İddiaçı YYY” ASC-nə olan borcunun ödənilməsi, satıldıqdan sonra mənzilin 1 aydan gec olmayaraq boşaldılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli 2(103)-8132/2018 saylı qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında 12.09.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əlavə 1 kimi rəsmiləşdirilmiş 02.06.2016-cı il tarixli Əlavə saziş üzrə 420 000 ABŞ dolları məbləğində əlavə pulun verilməsinə dair hər hansı bir sənəd (kassa məxaric orderi) məhkəməyə bank və ya fond tərəfindən təqdim edilməsi nə və ümumiyyətlə mövcud olmasına dair sübut yoxdur və verilməyən pula görə zamin Cavabdeh2 əmlakı ilə məsuliyyət daşıya bilməz. "İpoteka haqqında" Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. İş materiallarında 12.09.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əlavə 1 kimi rəsmiləşdirilmiş 02.06.2016-cı il tarixli Əlavə saziş üzrə 420 000 ABŞ dolları məbləğində əlavə pulun verilməsinə dair müqavilə bağlanmamış (işdə həmin tarixə aid bir cədvəl mövcuddur), müqavilə tələblərinə əməl edilməmiş, həmin müqavilə notarial qaydada rəsmiləşdirilməli olduğu halda rəsmiləşdirilməmiş, cavabdeh X2 proseslərə cəlb edilməmiş, imzanın onun olmasına dair əsaslı şübhələr olduğu halda onun imzası olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. 12.09.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əlavə 1 kimi rəsmiləşdirilmiş 02.06.2016-cı il tarixli Əlavə saziş üzrə 420 000 ABŞ dolları məbləğində əlavə pulun verilməsinə dair müqavilə üzrə ödənişlər X2 və Cavabdeh2 tərəfindən ödənilmədiyi halda, hesabdan çıxarış üzrə 02.06.2015-ci il tarixli Saziş üzrə 63300 ABŞ dolları (iş v. 204-205) məbləğində pulu borc əvəzi kimin tərəfindən ödənilməsi, hansı sənəd əsasında ödənilməsi və ödəniş qəbzləri işə əlavə edilməmiş və araşdırılmamışdır, (ödəyənin şəxsiyyəti və imzaların Cavabdeh2 və Pərvanə Yusifovaya aid olub-olmaması müəyyən edilməli olduğu halda) Əlavə saziş üzrə borcu n mövcudluğu və hər hansı ödənişin olmasını sübutetmə ağırlığı iddia və bu dəlili irəli sürən tərəfin üzərinə düşür. Bundan başqa, iş v 135-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin verdiyi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda qeyd edilir ki, 02.06.2015-ci il Sazişi üzrə 420 000 ABŞ dollrı kreditinin qalıq məbləği 412 732,27 ABŞ dollarıdır. Lakin hesabdan çıxarışla əlavə Saziş üzrə (iş v. 204-205) 63300 Abş dollarının ödənilməsi göstərilir. Belə olduğu, təqdirdə nəzəri olaraq da hesablasaq 420 000 ABŞ dolları borcdan ən azı 63 300 ABŞ dolları azalmalı olduğu halda cəmi 8 min azalma və 412 732,27 ABŞ dolları borc qeyd edilmə 55 min ABŞ dollarının ödənilməsini və ümumiyyətlə ödəmə olması faktını və bank tərəfindən bu Saziş üzrə verilən bütün sən ədlərin əsassız və saxta olması nəticəsinə gətirib çıxarır. İş üzrə iki ekspert rəyi mövcud olmuşdur. 26.12.2016-cı il tarixli 26175 nömrəli rəy üzrə Əlavə saziş üzrə 420 000 manat məbləğində borcun verilməsinə dair kassa mədaxil sənədi mövcud olmadığına görə həmin kreditin verilməməsi, 12.09.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcun tam olaraq bağlanması müəyyən edilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, əlavə sazişin şərtləri nəzərə alınarsa 26.04.2016-cı il tarixə 402 844,73 ABŞ dolları əsas, 4252,25 ABŞ dolları faiz borcu müəyyən edilir. Digər sayca 2-ci olan 25.07.2017-ci il tarixli 19717 saylı rəydə isə 12.09.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 12.03.2016-ci il tarixə banka borc cəmi 507 432,0 manat, o cümlədən əsas borc üzrə 499 750,50 manat, f aiz borcu üzrə 7681,5 manat müəyyən edilmişdir. Məhkəmə rəylər arasında ziddiyyətləri araşdırmamış, təkrar mühasibat ekspertizası təyin etməmiş, 1-ci ekspertiza rəyini qismən qəbul etmiş, əlavə saziş üzrə borcun olmasını qəbul etsə də məbləği öz şəxsi fərziyyələri ilə naməlum şəkildə hesablamışdır. 25.07.2017-ci il tarixli 19717 saylı rəydə 12.09.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə bank sənədləri üzrə 493 526 manat məbləğində pul ayrılması qeyd olunsa da, banka borc 499750 manat borc verilməsi qeyd olunmaqla ekspert rəyi ümumiyyətlə sübuti əhəmiyyətini itirir, belə ki, 499750 manat borc (kredit) verilməsinə dair ümumiyyətlə hər hansı bir sənəd yoxdur. Məhkəmə hansı sübuta əsasən 02.06.2016-cı il tarixli Əlavə saziş üzrə 420 000 ABŞ dolları məbləğində əlavə pulun verilməsinə dair müqavilə üzrə 412 732 ABŞ dolları borcun ödənilməli olmasını əsaslandıra bilməmiş, iş üzrə ziddiyyətli bir-birini təkzib edən, mübahisəli və şübhəli sənədlər əsasında külli miqdarda borc öhdəliyi müəyyən etmişdir. Məhkəmə yalnız maraqlı şəxs olan bankın Maliyyə Bazarlarına Nəzarət Palatatasına ötürdüyü məlumat əsasında formalaşmış Mərkəzi Kredit Reyestr Xidmətinin 22.12.2016-cı il tarixli çıxarışına əsasən aktiv öhdəlik kimi 412 732,27 ABŞ dolları borc müəyyən etmişdir ki, 2018-ci il tarixə borcun nə qədər olmasını belə müəyyən etməyə müvafiq sorğu və ya iddiaçı vasitəsilə cəhd etməmişdir. Bu da prosessual və maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. 11.12.04.2014-cü il tarixli kredit müqaviləsinin 8.4.1-ci bəndinə əsasən "Borc alan” müqavil ə üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etdikdə müqaviləyə xitam verilir. 12.04.20154-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilib həmin müqaviləyə, elə müqavilənin 8.4.1-ci bəndi üzrə xitam verildiyi halda bu müqaviləyə 02.06.2016-cı il tarixli 1 saylı Əlavə sazişlə dəyişikliklər edilməsi və xitam olunmuş müqavilənin ayrılmaz tərkib hissəsi olması müqavilənin bağlanma qaydasına tamamilə zidd olmuş və heç bir hüquqi qüvvəsi ola bilməz. Apellyasiya şikayətində (səh 3, 3-cü abzas) iddiaçı tərəf guya 420 000 ABŞ dolları verilməsi kimi 02.06.2016-cı il tarixli 1 saylı Əlavə sazişdə qeyd etdiyi məbləği əslində verilmədiyi və borcun restruktizasiya edilməsini etiraf etmişdir. X14 restruktizasiya barədə hər hansı bir qeyd edilməmiş, bu məbləğ guya kredit verilməsi kimi sənədləşdirilmişdir ki, kredit faktiki olaraq verilməmiş, verilməsi barədə hər hansı bir sənəd iş materiallarında mövcud olmamış və verilməməsini də apellyasiya şikayətində iddiaçı olan bank özü etiraf etmişdir. Restruktizasiya halı mövcud olmamış və bu barədə tərəflər arasında hər hansı bir razılaşma mövcud olmamışdır. Məbləğin bir hesabdan başqa bir hesaba köçürülməsi barədə iddiaçı tərəfin fərziyyələrini təsdiq edən hər hansı bir sübut iş materiallarında yoxdur. Hər hansı bir hesab açılarkən müəyyən bank rəsmiləşdirilməsi müştərinin iştirakı ilə həyata keçirilməli olması halı işin mübahisəsiz halıdır. Bank bu halı, yəni 2-ci kredit üzrə yeni hesaba köhnə hesabdan borcun sürüşdürülməsi restruktizasiyanı təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmiş və apellyasiya şikayəti for mal fərziyyələrdən ibarət sözlərdir. Azərbaycan qanunvericili roman-german hüquq sisteminə əsaslanan təcrübələrlə deyil (presedent hüququ ilə deyil) maddi hüquq normalarına əsasən məhkəmələr tərəfindən mübahisələr həll edilir. Kassa məxaric orderi olmadan 420 000 ABŞ dolları məbləğində kredit verilməsinə dair 02.06.2016-cı il tarixli 1 saylı Əlavə niyyət razılaşmasından başqa bir sənəd deyil və müqavilə ola bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçı YYY” ASC-nin vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İş üzrə Cavabde h1 işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, İddiaçı YYY Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli, 100/02/80674/14 s aylı kredit müqaviləsinə əsasən İddiaçı YYY Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 12 mart 2015-ci il tarixədək illik 18 faiz ödəmək şərti ilə 500.000 (beş yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. 15.09.2014-cü il tarixli “Kassa məxaric orderindən” görünür ki, 12.09.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 493.526 manat məbləğində pul verilmişdir. Müqavilə tərəfləri arasında bağlanmış 02 iyun 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 12 sentyabr 2014-cü il tarixli, 100/02/80674/14 saylı həmin kredit müqaviləsinin 2-ci bəndinin 2.1, 2.3-cü və 3-cü bəndinin 3.5, 3.7-ci yarımbəndlərində kreditorun borcalana 12 mart 2016-cı il tarixədək illik 19 faiz ödəmək şərti ilə 420000 (dörd yüz iyirmi min) ABŞ dolları məbləğində kredit vəsaiti verməsinə dair dəyişiklik edilmişdir. 13 sentyabr 2014-cü il tarixli, 100/02/80674/14 saylı ipoteka müqaviləsi ilə Cavabdeh2 12 sentyabr 2014-cü il tarixli, 100/02/80674/14 saylı kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan B111küçəsində istifadədə olan 0,02238 ha torpaq 4 sahəsində yerləşən 3 mərtəbəli, 326,2 kv.m. yaşayış, 206,3 kv.m. yardımçı, 532,5 kv.m. ümumi sahədən ibarət 11 otaqlı 16 nömrəli fərdi yaşayış evini İddiaçı YYY Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Mənzilin qiyməti 858000 (səkkiz yüz əlli səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. İpoteka ilə yüklülük 03 iyun 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın dövlət reyestrindən” verilmiş 18.12.2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, ipoteka predmeti olan əmlak Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 03.06.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, fərdi yaşayış evinə dair bağlanmış 13.09.2014-cü il tarixli “İpoteka müqaviləsi” 03.06.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı YYY Qapalı Səhmdar Cəmiyyəti 03 may 2016-cı il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcalan Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyini bildirmiş və 12 sentyabr 2014-cü il tarixli, 100/02/80674/14 saylı kredit müqaviləsinə və həmin müqaviləyə 02 iyun 2 015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən Cavabdeh1 412732,27 ABŞ dolları məbləğində əsas borc, 2.670,76 ABŞ dolları məbləğində faiz borcu, 18.096,76 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 433.499,79 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblər barədə qətnamə çıxarılmasını xahiş etmişdir Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445.1, 445.2.1, 448, 467, 269, 319.1, 319.6-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 36.1, 39.3, 59.3, 59.4-cü maddələrinə istinad etməklə iş materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, borcalan Cavabdeh1 Bank qarşısında 12.09.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış 500.000 manat məbləğind ə öhdəliyi bağlanmışdır. Bu hal Bankın təqdim etdiyi “Hesabdan çıxarışla” da öz əksini tapır. Odur ki, 12.09.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən borcalanın Bank qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi mövcud deyildir. Bu məsələ artıq işin mübahisəsiz halıdır. Lakin 12.09.2014-cü il tarixli “Kredit müqaviləsinə” 02.06.2015-ci il tarixli “Əlavə sazişə” əsasən Cavabdeh1 Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri var və o, bu öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət daşıyır. Buna görə də, 412.732,27 ABŞ dolları məbləğində əsas, 2.670,76 ABŞ dolları məbləğində faiz borcu rəsmi məzənnəyə uyğun olaraq manat hesabı ilə Cavabdeh1 tutularaq Banka ödənilməli, ipoteka predmeti olan fərdi yaşayış evi ilkin satış qiyməti 858.000 manat müəyyən edilm əklə açıq hərracdan satışa çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmənin Cavabdeh1 ilə bank arasında iki müstəqil kredit müqaviləsinin bağlanması, onlardan biri üzrə öhdəliyi tam icra etməsi, digəri üzrə isə verilmiş krediti qaytarmaması barədə gəldiyi qənaət işin həqiqi hallarına uyğun deyil. Belə ki, müqavilə tərəfləri arasında bağlanmış 02 iyun 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 12 sentyabr 2014-cü il tarixli, 100/02/80674/14 saylı həmin kredit müqaviləsinin məzmunundan görünür ki, əlavə saziş müqavilənin müəyyən bəndlərinə dəyişi klik edilməsi barədədir və yeni dəyişikliklərə əsasən verilmiş kreditin faizi, qaytarılma müddəti və borcun məbləği və valyutası dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. -424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Apellyasiya instansiya məhkəməsi isə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən edilmiş müqaviləyə edilmiş dəyişikliklərə düzgün hüquqi qiymə t verməyərək, həmin əlavə sazişi yeni kreditin verilməsi barədə müqavilə kimi qiymətləndirməklə, səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İş üzrə iddiaçının da mövqeyi ondan ibarət olmuşdur ki, 12.09.2014-cü il tarixli “Kredit müqaviləsinə” 02.06.2015-ci il tarixli 01 saylı “Əlavə sazişə” əsasən, bu saziş “Kredit müqaviləsinin” ayrılmaz tərkib hissəsi hesab edilir, digər qəbul edilmiş şərtlər qüvvədə qalmış sayılır. “Əlavə sazişlə” Cavabdeh1 02.06.2015-ci il tarixə olan borcu qanunvericiliyin tələblərinə müvafiq qaydada restrukturizasiya edilərək 420.000 ABŞ dolları məbləğinə keçirilmiş və hesab nömrəsi dəyişmişdir. Qanunvericiliyin tələblərinə əsasən restruktizasiya zamanı kassa məxaric orderi verilmir. Qalıq borcun Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi ilə restruktizasiyası əməliyyatı tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilmiş, cavabdeh özü bu əqdə imza etməklə iradəsini ifadə etmişdir. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi iddiaçının bu mövqeyi ilə bağlı qətnamədə heç bir qiymətləndirmə apar mamış, Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestr xidmətinin 22.12.2016-cı il tarixli, 19-5/4881 nömrəli “Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışına” istinad edərək, borcalan Cavabdeh1 Bank qarşısında 12.09.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış 500.000 manat məbləğində öhdəliyinin bağlanması və 12.09.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən borcalanın Bank qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi mövcud olmamasını işin mübahisəsiz halı hesab etmişdir. Halbuki göründüyü kimi, bank tamamilə başqa mövqedə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu hal əslində mübahisəli olduğundan apellyasiya instansiya məhkəməsi 12.09.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış 500.000 manat məbləğində öhdəliyin həmin müqaviləyə 02.06.2015 -ci il tarixli 1 saylı əlavə saziş bağlananadək tam icra edilməsi barədə müvafiq sübutları araşdırmalı və əlavə sazişin bağlandığı tarixə borlu Cavabdeh1 qalıq borcunun olub-olmadığını müəyyən etməli, 12.09.2014-cü il tarixli “Kredit müqaviləsinə” 02.06.2015-ci il tarixli 01 saylı “Əlavə sazişə” yeni kreditin verilməsi kimi deyil, əvvəlki kredit müqaviləsi üzrə verilmiş kreditin məbləğinə, valyutasına, faizinə və qaytarılma müddətinə edilmiş dəyişiklik kimi qiymət verməklə, həmin müqavilə üzrə qaytarılmalı olan kredit borcunun məbləğini müəyyən etməli idi. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin Cavabdeh1 Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəliklərinin olması, onun bu öhdəliklərinin icra edilməməsinə görə məsul iyyət daşıması və 412.732,27 ABŞ dolları məbləğində əsas, 2.670,76 ABŞ dolları məbləğində faiz borcu rəsmi məzənnəyə uyğun olaraq manat hesabı ilə Cavabdeh1 tutularaq Banka ödənilməli olmasına dair nəticəyə gələrkən bankın maliyyə arayışında göstərilən məbləğlərlə işdə olan 26.12.2015-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş 02.06.2015-ci il tarixdən sonra ödənilmiş pul vəsaitinin həcmi, 26.04.2016-cı il tarixə ödənilməmiş qalan əsas borc və faiz məbləğlərinin fərqli olmasına diqqət yetirməmiş, zərurət olduğu halda, iş üzrə təkrar ekspertizanın keçirilməsini müzakirə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilmə zdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıları n konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18.03.2019-cu il tarixli qərarında qeyd etmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təq dim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh2 kassasiya şikayətinin 02.06.2016-cı il tarixli 1 saylı Əlavə sazi şin niyyət razılaşması olması, həmin müqavilə üzrə 420.000 ABŞ dolları kreditin borcluya verilməsi barədə kassa mədaxil orderi olmadığında görə həmin müqavilə üzrə cavabdehlərin heç bir məsuliyyət daşımaması barədə dəlilləri ilə razılaşmadığından, kassasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Kassasiya şikayətinin digər dəlilləri- 1 saylı əlavə sazişlə kredit müqaviləsinin müddətinin, faizinin artırılmasına, məbləğin və valyutanın dəyişməsinə görə ipotekaqoyanın razılığının alınıb alınmaması, mübahisəyə Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26 9.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31.05.2018-ci il tarixli qərarının tətbiqinin mümkünlüyü məsələləri əvvəlki məhkəmə baxışının predmetini təşkil etmədiyindən, yeni apellyasiya baxışı zamanı araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulmasıvə ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasib ətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli 2(103)-8132/2018 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4599/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4599/2019
01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver