Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4599/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdeh “xxxx” ASC-nin ləğvedicisi X5nun vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdeh “xxxx” ASC-nin ləğvedicisi X5na (Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi) qarşı “əksik ödənilmiş əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli X5 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 26.12.2016-cı il tarixli 2263 saylı əmək müqaviləsinə və ona edilmiş 4 saylı əlavəyə əsasən 2018-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə əskik ödənilmiş əmək haqqının və işdən çıxarılan zaman əskik ödənilmiş son haqq-hesabın, cəmi 4000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26.12.2016-cı il tarixli 2263 saylı əmək müqaviləsinə əsasən onun əmək haqqı 1700 manat olmuş, əmək müqaviləsinə 27.10.2017-ci il tarixli 4 saylı əlavəyə əsasən əmək haqqı 2000 manat, vəzifə maaşına əlavə isə 500 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin ləğvedicisi X5nun 10.07.2018-ci il tarixli 349-k saylı əmrinə əsasən 13.07.2018-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən ona son haqq-hesab ödənilmiş, bu zaman aşkar etmişdir ki, 2018-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə əmək haqqı və işdən çıxarılan zaman son haqq-hesab, cəmi 4000 manat məbləğində əskik ödənilmişdir. Əmək haqqı və son haqq-hesab ödənilərkən vəzifə maaşına 500 manat əlavə nəzərə alınmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 16 sentyabr 2019-cu il tarixli X5 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 26.12.2016-cı il tarixli 2263 saylı əmək müqaviləsinə və ona edilmiş 4 saylı əlavəyə əsasən 2018-ci ilin mart, ap rel, may, iyun, iyul ayları üzrə əskik ödənilmiş əmək haqqının və işdən çıxarılan zaman əskik ödənilmiş son haqq-hesabın əvəzi kimi cəmi 4000 manat məbləğində vəsaitin cavabdeh “xxxx” ASC-nin ləğvedicisi X5ndan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İlham Kərimli-sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və İsmayıl Xəlilov) 14 yanvar 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi X5nun apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli X5 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi X5na qarşı əskik ödənilmiş əmək haqqının və son haqq-hesa bın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsı və işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş tam və ətraflı araşdırılmamış, iddiaçı tərəfindən təqdim olunan sübutlara düzgün qiymət verilməmiş və hazırkı iş üzrə həmin Məhkəmə tərəfindən "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunun 82.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının belə bir əsaslandırması ilə razılaşmayaraq, bildiririk ki, məhkəmə tərəfindən istinad olunan maddə düzgün tətbiq edilməmişdir. Belə ki, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunun 82.1.5-ci maddəsi bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsitələbindən bəhs edir və həmin tələblərin növbəlilik qaydasında ödənilməsi məsələsini tənzimləyir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-cı il tarixli qərarı ilə "xxxx" ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və bankın ləğvedici X5 təyin edilib. İstinad olunan maddə 27.12.2017-ci il tarixindən əvvəlki 6 aydan çox olmayan dövründə yaranmış tələblərə şamil olunur, iddiaçının hazı rkı tələbi isə 2018-ci ilin mart, aprel, may və iyun aylarında, həmçinin ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici X5nun 10.07.2018-ci il tarixli 349-k saylı əmri əsasında yaranmış münasibətləri ehtiva edir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmiş və bununla da iddia tələbi üzrə düzgün nəticəyə gəlinməmişdir. Digər tərəfdən, iddia tələbindən göründüyü kimi X5 cavabdeh kimi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici qismində cəlb edilmişdir. Bununda haqlı və əsaslı səbəbləri mövcuddur. İlkin olaraq, iş materiallarına əlavə edilmiş iddiaçının "əmək müqaviləsinə xitam verilməsi barədə" 349-k saylı 10.07.2018-ci il tarixli əmr ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici X5 tərəfindən tərtib edilmiş və təsdiqlənmişdir. Həmin əmr əsasında İd diaçıya son haqq-hesab hesablanaraq əksik ödəniş aparılmışdır. Əgər əmək münasibətləri ləğvedici tərəfindən tənzimlənmirsə və ləğvedicinin səlahiyyətlərinə aid edilməyibsə (hansıkı cavabdeh bunu belə hesab edir və apellyasiya instansiyası məhkəməsi bununla razılaşır), nə əsasla əmr "hüquqi şəxs" kimi mövcud olan "xxxx" ASC tərəfindən deyil də, onun ləğvedicisi X5 tərəfindən rəsmiləşdirilir? Bakı Apellyasiya Məhkəməsi bu məsələyə hüquqi qiymət verməmiş və hazırda iddia tələbini təşkil edən əksik ödənilmiş son haqq-hesabın sırf ləğvedicinin əmrinə əsaslandığını nəzərə almamışdır. Ləğv prosesində olan bankın əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməsi məsələləri qanunvericiliklə ləğvedicinin səlahiyyətlərinə aid edilib. Belə olan halda, əmək münasibətləri əsasında yaranmış hazırkı mübah isənin tərəfləri kimi ləğvedici və işçi hesab olmalı, onların bir-biri qarşısında qanunvericiliklə nəzərdə tutulan hüquq və öhdəliklərinin mövcud olması nəzərə alınmalıdır. Cavabdehi həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində təmsil edən nümayəndə iddiaçı ilə eyni statusa malikdir. Əgər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici X5 İddiaçı "ləğvedicinin işçisi" statusuna malik olmadığını hesab edirsə, o zaman həm birinci instansiya, həm apellyasiya instansiyası zamanı ümumiyyətlə cavabdeh tərəfindən təmin edilən nümayəndənin iştirakı nümayəndəlik institutunun pozuntusu kimi qiymətləndirilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin ləğvedicisi X5nun vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər prose s iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarına görə, İddiaçı ilə "xxxx" ASC arasında 26.12.2016-cı il tarixdə bağlanmış 2263 saylı əmək müqaviləsinə əsasən, o, ASC-də Kreditlərin yığımı Departamentinə regional menecer (B dərəcəli) vəzifəsinə təyin edilmiş və əmək haqqı 1700 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə 27.10.2017-ci il tarixli 4 saylı əlavədən görünür ki, İddiaçı və "xxxx" ASC-nin qarşılıqlı razılığına əsasən İddiaçı əmək haqqı 1700 manatdan 2000 manata qaldırılmış və vəzifə maaşına 500 manat əlavə müəyyən edilmişdir. X2 Palatasının 22 dekabr 2017-ci il tarixli qərarı ilə “xxxx” ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, “xxxx” ASC müflis elan edildikdən sonra “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə uyğun olaraq onun ləğvedicisi X5 təyin edilmişdir. “xxxx” ASC-nin ləğvedicisi X5nun 10.07.2018-ci il tarixli 349-k saylı əmrinə əsasən 13.07.2018-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsi ləğv edi lmiş və ona son haqq-hesab ödənilmişdir. İddiaçının hazırki tələbi 2018-ci ilin mart-iyul ayları üzrə əksik ödənilmiş əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbindən ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.1, 71.3, 82.1-ci maddələrinə istinad etməklə iddianı rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ləğvedici müflis elan olunmuş bankın qanuni nümayəndəsi olsa da və onu idarə etsə də, müstəqil hüquqi şəxs olmaqla, ləğv etmədə olan bankın öhdəliklərinə cavabdehlik daşımır. Bankın ləğv prosesi başa çatanadək bank hüquqi şəxs kimi mövcud olaraq qalır. Həmçinin qanunvericiliyin mənasına görə işçinin banka qarşı olan əmək haqqı və əskik ödənilmiş son haqq-hesab tələbləri on un aktivlərindən ləğvetmə proseduru çərçivəsində müəyyən olunmuş növbəlilik əsasında ödənilməlidir. Bu səbəbdən hazırki iş üzrə “xxxx” ASC ləğv prosesində olduğundan, qanunvericiliyə əsasən iddiaçının əmək haqqı və əskik ödənilmiş son haqq-hesabın ödənilməsi tələbləri həmin bankın təsdiqlənmiş tələblər siyahısına daxil edilməli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsində təsbit olunmuş növbəliyə uyğun olaraq icra olunmalıdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına və MPM-nin 54.1, 54.4-cü maddələrinə istinad edib hesab etmişdir ki, iddia tələbi əsassız olaraq X5na ünvanlamış, yəni hazırkı iş üzrə X5 mülki hüquqi məsuliyyət daşımır və cavabdeh ola bilməz. İddia tələ bi iddia cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun və mülki prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işin materiallarından görünür ki, iddiaçı əmək müqaviləsi əsasında “xxxx” ASC-də işləmişdir. X2 Palatasının 22 dekabr 2017-ci il tarixli qərarı ilə “xxxx” ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, “xxxx” ASC müflis elan edildikdən sonra “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə uyğun olaraq onun ləğvedicisi X5 təyin edilmişdir. “Banklar haqqında” Azərbayc an Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlilik qaydasında bölüşdürülür: 1. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 2. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 3. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 4. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 5. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 6. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 7. təminatsız kreditorların tələbləri. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “Banklar haqqında” Azər baycan Respublikası Qanununun 82.1-ci maddəsinin 5-ci hissəsini hazırki mübahisə üzrə tətbiq edərkən nəzərə almamışdır ki, bu norma 27.12.2017-ci il tarixindən əvvəlki 6 aydan çox olmayan dövründə yaranmış tələblərə şamil olunur. Bank müflis elan oldunduqdan sonra bankın orqanlarının bütün səlahiyyətləri ləğvediciyə keçmiş, iddiaçıya bankın işçisi kimi işdən azad olunan günədək əmək haqqını hesablanması və ödənilməsini yeganə qanuni təmsilçi olan ləğvedici həyata keçirmiş, həmçinin ləğvedici onunla əmək müqaviləsinə xitam vermişdir. İddiaçının tələbi də məhz ləğvedicinin ona 2018-ci ilin mart, aprel, may və iyun aylarında əmək haqqını düzgün ödəməsi və son haqq-hesabın düzgün hesablanmaması barədədir. Belə olan halda, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici X5nun hazırki iş üzrə ca vabdeh olmaması və bu tələblərin banka qarşı irəli sürülməli olması barədə apellyasiya məhkəməsinin mövqeyi əsassızdır. Buna görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin “xxxx” ASC-i ləğv prosesində olduğundan, qanunvericiliyə əsasən iddiaçının əmək haqqı və əskik ödənilmiş son haqq-hesabın ödənilməsi tələblərinin həmin bankın təsdiqlənmiş tələblər siyahısına daxil edilməsi və qeyd edilən norma əsasında təsbit olunmuş növbəliyə uyğun olaraq icra olunmalı olmasına dair nəticəsini qanuni və əsaslı saymır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmiş və bununla da iddia tələbi üzrə düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində iddiaçı X5nu müstəqil hüquqi şəxs kimi deyil, ləğv prosesində o lan "xxxx" ASC-nin ləğvedici qismində cavabdeh kimi göstərmişdir, buna görə də, iddianın əsl olmayan cavabdehə qarşı qaldırılması barədə nəticəyə gələrkən apellyasiya məhkəməsi əmək münasibətləri əsasında yaranmış hazırkı mübahisənin tərəfləri kimi ləğvedici və iddiaçının hesab olunmalı olması, onların bir-biri qarşısında qanunvericiliklə nəzərdə tutulan hüquq və öhdəliklərinin mövcud olmalarına düzgün hüquqi qiymət verməmişdir. Kollegiya kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçı ilə əmək münasibətlərinin ləğvedici tərəfindən tənzimlənməməsi və ləğvedicinin səlahiyyətlərinə aid olmamasına dair dəlillərinə, belə səlahiyyətləri olmadığı halda ləğvedici X5 tərəfindən 10.07.2018ci il tarixli 349-k saylı əmrə əsasən 13.07.2018-ci il tarixindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsinin hüquqi əsaslarına da hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallara qiymət vermədən apellyasiya instansiyası məhkəməsinin göstərilən nəticələrə gəlməsi iddiaçının ədalətli məhkəmə araşdırması hüququ pozulması nəticəsinə gəlməyə tam əsas verir. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ na malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hü quqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tar ixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanv ar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədal ətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, ape llyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apellyasiya şikayətinin bütün dəlilərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2020-ci il tarixli X5 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4599/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4599/2020
28.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver