Məhkəmə qərarları › İş №2(102)-4599/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4599/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4599/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: preyudisiya, sübutların qiymətləndirilməsi, faktın etirafı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-120/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 oktyabr 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) X4 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 15.000 manat, faiz borcuna görə 1.237,5 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 26.267,5 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə “Turan bank”dan anası xxx adına 10.000 manat kredit götürüb alver etmək məqsədi ilə 2019-cu ilin yanvar ayında Türkiyə Re spublikasına gedib oradan ayaqqabı və pal-paltar gətirib Yasamal rayonu, Kamal Rəhimov küçəsi 23b-də yerləşən özünə məxsus mağazada satışı ilə məşğul olmağa başlamışdır. Orada alver zəif olduğundan mağazanı bağlayıb mağazada olan malları tanışı xxxx Binəqədi rayonunda işlətdiyi mağazaya aparıb vermişdir. 2019-cu ilin fevral ayında tanışı XXX ona zəng vuraraq, sonuncunun tanışı olan cavabdehin ticarətlə məşğul olduğunu, ona satmaq üçün nisyə ayaqqabı verməyini və satıb pulunu tez bir müddətdə qaytaracağını demişdir. Cavabdehlə tanış olmaq və satdığı ayaqqabıları ona göstərmək məqsədi ilə 11 ədəd nümunə götürüb sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ev 112-yə getmiş, orada XXX və cavabdehlə görüşub, gətirdiyi ayaqqabıları cavabdehə göstərib, qiymətlərini on a demişdir. Cavabdeh onun dediyi qiymətlərlə razılaşıb, ayaqqabıları satıb qısa bir müddət ərzində pulunu verəcəyini bildirmişdir. Ona görə də ora apardığı 11 ədəd müxtəlif çeşidli, müxtəlif qiymətlərdə olan uşaq, qadın, kişi ayaqqabılarını ona satmaq üçün vermişdir. Həmin gün axşam cavabdeh onun mobil nömrəsinə zəng edərək apardığı ayaqqabıları müştərilərinə göstərdiyini və müştərilərin ayaqqabıları bəyəndiyini, əlində satılası mal olduğu halda ona satmaq üçün nisyə verməyini xahiş edərək, mart ayına qədər satıb malların pulunu ona verəcəyini bildirmişdir. Onun xahişini nəzərə alaraq hissə-hissə tanışı XXXın işlətdiyi mağazadan ayaqqabıları, uşaq, qadın və kişi paltarlarını gətirib qonşusu xxx köməkliyi ilə cavabdehin evinə yığmış, sonra Hökməli qəsəbəsində olan qohumunun evində saxladığı malları və öz mağazasında olan geyim və ərzaq mallarını da gətirib satmaq üçün cavabdehə vermişdir. Ümumilikdə cavabdehə satmaq üçün 11.790 manat dəyərində geyim və ərzaq məhsulları vermişdir. Bu malları cavabdehə verəndən sonra sonuncu ona zəng edərək qızıl ticarətindən yaxşı başı çıxdığından ona satmaq üçün nisyə qızıl tapıb verməyini, həmçinin həkim işləyən iki xala qızlarının toy etdiklərini, həmin qızılları onlara satıb xeyir götürəcəyini və həmin xeyirdən ona pul verəcəyini demişdir. Cavabdehə satmaq üçün qonşusu olan X2 işlətdiyi qızıl mağazasına gedib cavabdehin ona verdiyi siyahı əsasında 12.030 manat dəyərində qızıl-zinət əşyalarını götürüb sonuncunun yaşadığı evdə ona vermişdir. Qızılı verən qonşusu XXX ona qızılın 6000 manatını qızılı verdiyi adamdan alıb gətirib verməyini, qa lan pulu isə ayda 2000 manat ödəmək şərti ilə verməyə razı olduğunu bildirmiş və o da bu şərtləri qızılları cavabdehə verəndə ona demişdir. Cavabdeh də onunla razılaşmış, səhəri gün ona zəng edərək qızılları satdığı adamın ona hələlik 1000 ABŞ dolları verdiyini, qalan pulu da verəcəyini demişdir. XXX bir müddət gözləməyə razılıq vermişdir. Bundan sonra cavabdehdən 1000 ABŞ dollarını alıb 1700 manat əvəzi olaraq aparıb XXXə vermişdir, 2 gün sonra cavabdeh ona 700 manat pul vermiş, o da, həmin pulu aparıb XXXə vermişdir. Bundan sonra cavabdehdən verdiyi malların pulunu və qızılların pulunu tələb etməyə başlamışdır. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək, onu aldatmağa başlamışdır. Hətta onu evinə dəvət edərək xxxx adlı bir şəxsi təqdim edərək, bank işçisi olduğunu və onun vasitəsi ilə bankdan pul götürüb borcunu ödəyəcəyini demişdir. Onun yalan danışdığını görərək dəfələrlə onun əri xxxxa zəng edib pullarını geri istəsə də, onların hər ikisi ondan vaxt istəmişlər. Pulu ala bilməyəcəyini görüb, Yasamal Rayon Polis Şöbəsinə müraciət etmişdir. İstintaqa izahat verən cavabdeh izahatında olanları inkar etməmiş və ona 15.000 manat borcu olduğunu, lakin hazırda ödəməyə imkanının olmadığını bildirmişdir. Cavabdeh iddiaya etiraz ərizəsində göstərmişdir ki, təhqiqat orqanına verdiyi izahat təhrif olunmuşdur, izahatda göstərilənlər həqiqəti əks etdirmir, izahat təzyiq altında yazılmış, daha sonra isə aldadılma yolu ilə ona imza etdirilmişdir. Əslində isə onun iddiaçıya 15.000 manat məbləğində borcu yoxdur. Belə ki, iddiaçının satılması üçün ona verdiyi geyim və qızıl əşyaları onu n tərəfindən satılmış, əldə olunmuş pul vəsaiti isə iddiaçıya verilmişdir. Realizə olunmamış qalan əşyalar isə natura şəklində iddiaçıya qaytarılmışdır. Onun iddiaçıya borcunun olmaması Polis İdarəsində aparılmış araşdırma nəticəsində fakt kimi də təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət təqibinin başlanılmasının rədd olunması” barədə 25 iyul 2019cu il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı şikayət ərizəsi ilə Polis İdarəsinə müraciət edərək, X5 tərəfindən ona olan borcun qaytarılmaması ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Həmin şikayət əsasında aparılmış araşdırma zamanı cavabdeh verdiyi izahatında göstərmişdir ki, o, iddiaçıdan 11.079 manat dəyərində aldığı ərzaq məhsullarını, ayaqqabı və geyim əşyalarını, habelə 12.030 manat dəyərində qızılzinət əşyalarını satacağı və həmin malların pulunu hissə-hissə iddiaçıya qaytaracağı barədə sonuncu ilə razılığa gəlmişdir. Ona verilmiş həmin əşyalardan iddiaçıya 15.000 manat borcu qalmışdır. Geyim əşyalarının bir hissəsini satılması üçün bir neçə şəxsə vermiş, bir hissəsi isə onun evindədir. Satılan əşyaların pullarını toplayıb hissə-hissə iddiaçıya qaytaracaqdır. Cavabdeh sözügedən qərardan, izahatının təhrif olunması əsası ilə, məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Məhkəmədə tədqiq olunmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 6(004)-17/2020 nömrəli qərarına əsasən, cavabdehin şikayəti təmin edilməmiş, mübahisələndirilən qərar qanuni hesab olunmuşdur. Yevlax Rayon Məhkəməsinin (bun dan sonra – birinci instansiya məhkəməsi) 2(039)446/2020 nömrəli iş üzrə 08 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Cavadova) iddia qismən təmin olunmuş, cavabdehdən 15.000 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı ümumi dəyəri 11.790 manat təşkil edən geyim əşyalarının, habelə ümumi dəyəri 12.030 manat təşkil edən qızıl əşyalarının üçüncü şəxslərə satılması barədə vəkalət alan olan cavabdehə tapşırıq vermişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzr ə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Belə ki, cavabdeh, ona verilmiş əşyalara görə iddiaçıya cəmi 8.820 manat pul vermiş, digər əşyaların dəyərini təşkil edən 15.000 manat isə ödənilməmiş qalmışdır. Cavabdeh isə əşyaların satışından əldə olunmuş pul vəsaitini, realizə olunmamış qalan əşyaların isə özünü iddiaçıya qaytardığını qeyd etsə də, öhdəliyin tam icra edilməsini, yəni mübahisələndirilən məbləğin iddiaçıya ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin özünün dəlilinin əsası kimi istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 25 iyul 2019-cu il tarixli qərardan isə aydın olur ki, cavabdeh iddiaçıya 15.000 manat borcu qaldığını qeyd etmişdir. Cavabdehin təhqiqat orqanına verdiyi izahatda göstərdikləri həqiqət ki mi qəbul olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin tapşırıq müqaviləsi üzrə iddiaçıya öhdəliklərini tam icra etməsi sübuta yetirilmir və iddiaçı cavabdehə qarşı 15.000 manat pulun ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Bununla belə, faiz borcunun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. İddiaçı isə qeyd olunan halların t əsdiqi barədə sübut təqdim etməmişdir. Ona görə də, cavabdehdən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Məhkəmə, həmçinin mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması halları müəyyən edilməlidir. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Odur ki, iddia həmin hissədə də təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2, 442, 448.1, 448.2, 449.1, 777.1, 777.2, 779.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 7 7.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır, heç bir normativ akta söykənmir və ümumiyyətlə heç bir mötəbər sübut olmadan qəbul olunmuşdur. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 6(004)-17/2020 nömrəli qərarından məlum olur ki, müstəntiq yalnız tərəflərin mülki münasibətlərdə olduğunu qərarda müəyyən etdiyi fakt kimi qeyd etmişdir. Ona görə də həmin qərar onun iddiaçıya 15.000 manat borcu qalması faktını təsdiq edən preyudisial qərar kimi qəbul edilə bilməz. Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qərarı mövcud olduğu halda Yevlax Rayon Məhkəməsi qanunvericiliyin prinsiplərini pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, qətnamə ləğv edilməklə, iddia tələbinin tam şəkildə rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-120/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) аpellyаsiyа şikаyəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnаməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 15.000 manat borcu olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinc i instansiya məhkəməsi tərəflər arasında olmuş münasibətləri şifahi formada bağlanmış tapşırıq müqaviləsi kimi qiymətləndirməsinə baxmayaraq, vəkalət verən olan iddiaçının ümumi dəyəri 11.790 manat təşkil edən geyim əşyalarını, habelə ümumi dəyəri 12.030 manat təşkil edən qızıl əşyalarını üçüncü şəxslərə satılması barədə vəkalət alan olan cavabdehə tapşırıq verdiyini, cavabdehin tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək, ona verilmiş əşyalara görə iddiaçıya cəmi 8.820 manat pul verdiyini, digər əşyaların dəyərini təşkil edən 15.000 manatı ödəmədiyini təsdiq edən heç bir sübut mövcud olmamış və qiymətləndirilməmişdir. Qeyd olunan hallar iddiaçının iddia ərizəsində və Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 25 iyul 2019-cu il tarixli qərarında əksini tapmış cavabdehin izahatında göstərilmişdir. Halbuki cavabdeh həmin qərarı məhkəmə qaydasında mübahisələndirmiş və iddiaya etirazında da İstintaq Şöbəsində verdiyi izahatı təsdiq etməmişdir. Buna baxmayaraq məhkəmə qərarı sübut kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi MPM-in 82.4-cü mаddəsinə istinadla qeyd etmişdir ki, həm qərar özü, həm də orada əksini tapmış izahatlar hazırki iş üzrə preyudisial xarakter daşımır. Cavabdehin apellyasiya şikayətində göstərdikləri isə işin faktiki hallarına uyğun olduğu üçün inandırıcıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi faiz borcu tələbi ilə bağlı iddiaya ümumiyyətlə qiymət verməmiş, tapşırıq müqaviləsi üzrə 15.000 manat pulun qaytarılmalı olması əsası ilə vurulmuş mənəvi zərər tələbini təmin etməməkdə haqlı olma mış və maddi hüquq normalarını pozmuşdur. Ümumilikdə iddia tələbinin qanuni əsası mövcud olmadığı halda həmin iddia üzrə faiz borcunun və mənəvi ziyanın mövcudluğu da istisna olunur. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuş, əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə öz mövqeyini MPM-in 9.1, 9.3, 14.2, 76.1-76.3, 77.1, 80, 81, 82.4, 88, 106.1, 217, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddia tələbində qeyd olunmuş dəlillərlə əsaslandırılmışdır. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə mülki və mülki-prosessual qanunvericiliyin, o cümlədən MPM-in 88, 106.1-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq, iş üzrə səthi və birtərəfli qaydada araşdırma aparmış, nəticədə qanunvericiliyin tələblərinə zidd və qeyri-obyektiv nəticəyə gəlmişdir. Məhkəmə öz qətnaməsini Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli qərarı üzərində qurmuşdur. Lakin məhkəmə sözügedən qərara istinad edərkən iddiaçı tərəfindən təqdim edilmiş sübutları, yəni Yasamal Rayon Polis İdarəsində olan materialı araşdırmamışdır. Belə ki, məhkəmə həmin araşdırmanı tələb edərək tanış olsaydı cavabdehlə iddiaçı arasında olan “whatsapp” yazışmasında iddiaçı tərəfindən qeyd edilən məsələlərin öz təsdiqini tapdığının şahidi olardı. Bundan başqa, məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehin 15.000 manat borcunun olduğunu təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Lakin pandemiya vaxtı məhkəmə iclasının qeyrimüəyyən vaxta təxirə salınması, bundan sonra məhkəmə iclasına bir gün qalmış iddiaçıya iclas barədə xəbər verilməsi, birinci instansiya məhkəməsinin Bakı şəhərindən kilometrlərlə uzaqda olması iddiaçı tərəfindən hazırlanmış sübutların vaxtında məhkəməyə təqdim olunmasına mane olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iş tirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM (işə baxıldığı dövrdə qüvvədə olmuş redaksiya) Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutl arı qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır(maddə 80). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gə ləcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə qeyd olunmalıdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iş üzrə cavabdeh apellyasiya şikayəti vermiş, şikayətin nəticə hissəsində qətnamənin ləğv olunması xahiş edilsə də, cavabdeh tərəfindən məhkəmə aktı iddianın təmin edilmiş hissəsində mübahisələndirilmiş, iddiaçı apellyasiya şikayəti verməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissədə də yoxlayaraq, iddianın təmin edilməyən hissəsində ləğv etməklə apellyasiya baxışının hədlərindən kənara çıxmış, MPM-in 372.6-cı maddəsinin tələblərini pozmuşdur. Bu hal isə son nəticədə qanunsuz olaraq iddiaçının iddianın təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin aktından şikayət vermək hüququndan məhrum olması ilə nəticələnə bilər. Azə rbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadının 22-ci bəndində qeyd edilmişdir ki, apelyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 və 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin mad di və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi MPM-in 82.4-cü maddəsinə əsasən iddiaçının sübut qismində istinad etdiyi, polisdə aparılmış araşdırma materialını sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası qeyd olunan araşdırma materialının və orada əksini tapmış izahatların hazırkı iş üzrə preyudisial xarakter daşımadığı barədə qanuni nəticəyə gəlmişdir. Belə ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən preyudisial əhəmiyyətə malik olduğu üçün cinayət işinin başlanmasının rədd olunması barədə ibtidai araşdırma orqanının qərarı və ya iş üzrə gəldiyi qənaət mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Lakin məhkə mə nəzərə almamışdır ki, istinad olunan halların preyudisial əhəmiyyətə malik olmaması həmin sənədlərin sübutlardan biri kimi tərəflərin iş üzrə verdiyi izahat və digər sübutlarla birlikdə məcmu şəkildə qiymətləndirilməsinə mane olmur. Əksinə MPM-in 80, 81 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından qiymət verməlidir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1 və 88-ci maddələri). Bu baxımdan əgər iddiaçı sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir. Eyni zamanda cavabdeh həmin orqanlarda iddiaçının istinad etdiyi məzmunda izahat verdiyini, belə izahatı imzaladığını mübahisələndirmirsə və ya bu hal mötəbər sübutlarla təsdiq olunursa, həmin izahatların cavabdehin iradəsini ifadə etmədiyi barədə ağlabatan dəlillər irəli sürmək və ya sübutlar təqdim etmək vəzifəsi ca vabdehin üzərinə düşür. Qeyd olunanlarla yanaşı iş materiallarından göründüyü kimi cavabdeh birinci instansiyası məhkəməsinə verdiyi yazılı etirazında iddiaçının satılması üçün ona verdiyi geyim və qızıl əşyalarının onun tərəfindən satıldığını, əldə olunmuş pul vəsaitini iddiaçıya verdiyini, realizə olunmamış qalan əşyaları isə natura şəklində iddiaçıya qaytardığını bildirmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən cavabdehin iddia olunan malların ona verildiyi faktını etiraf etməsi iddiaçını bu halları sübut etmək vəzifəsindən azad edir və Məcəllənin 77.1-ci maddəsinə əsasən qəbul edilmiş malların dəyərinin ödənildiyini və ya onların özünün qaytarıldığı barədə etirazın dəlillərini sübut etmək yükü cavabdehin üzərinə düşür. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi istinad olunan p rosessual hüquq normalarının tələbələrini pozmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunsun. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-120/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar