Məhkəmə qərarları › İş №2(102)-46/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-46/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-46/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-797/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2025-ci il tarixldə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hal ları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin HK-1/50 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı vəfat etmiş oğlu Röyalla 2019-cu ilin noyabr ayından başlayaraq birlikdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Qızıl sifarişi olanda Röyala demiş, oda qızılları satmaq üçün ona vermişdir. Röyal vəfat etməmişdən 40000 manat dəyərində qızıl-zinət əşyalarını Gəncə şəhəri Sabir küçəsində Mərhəmət adlı şəxsə məxsus Firuzə qızıl-zinət mağazasından, Gəncə şəhəri Mərkəzi Univermaqda işləyən Ramin və Elnur adlı şəxslərdən götürüb satmaq üçün ona vermişdir. O, da qızıl-zinət əşyalarının müəyyən hissəsinin pulunu hissə-hissə Röyala qaytarmışdır. Şahid1 g ötürülən qızılların pulundan 13000 manat qalmış, Röyalın ölümündən sonra isə 500 manat anasına vermişdir. Şahid2 Röyal vəfat etməmişdən əvvəl 3030 manat borcu qalmış, həmin borcdan 680 manat qaytarıb vermiş, Ramindən götürülən qızılın pulundan hazırda 2350 manat qalmışdır. Əliyev Elnura isə onun hazırda 2120 manat borcu qalmışdır.

2. X-ЖГ seriyalı, 85747 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 18 yanvar 1986-cı il tarixdə doğulmuşdur. X14, anası İddiaçıdır.

3. AZ-İİ 130476 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 17 oktyabr 2020-ci il tarixdə “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” səbəbindən Gəncə şəhərində vəfat etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddia çı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11805 manat və ödənilmiş 125,5 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il oktyabr ayının 17-də oğlu X2 şəhərində erməni terrorçularının törətdikləri terror aktı nəticəsində ailəsi ilə birlikdə həlak olmuşdur. Oğlu Röyal qızıl alqı-satqısı ilə məşğul olmuş, eləcədə Gəncə şəhəri Sabir küçəsində yerləşən lombardda qızıl əşyalarına baxıb keyfiyyətini yoxlayıb qiymət qoymaqla məşğul olmuşdur. 2018-ci ildə Röyal Səmayə adlı qadınla tanış olmuş və ölməmişdən əvvəl müxtəlif şəxslərdən qızıl-zinət əşyaları götürüb satmaq üçün Səmayə xanıma vermişdir. Röyal müxtəlif şəxslərdən ümumilikdə 30000 manat dəyər ində qızılzinət əşyalarını götürüb satmaq üçün Səmayəyə vermişdir. Səmayənin Röyala ümumilikdə 23000 manat borcu qalmışdır. Belə ki, oğlu Röyal, Gəncə şəhəri Sabir küçəsində yerləşən “Firuzə” adlı qızıl-zinət əşyaları satılan mağazadan, yəni Şahid1 14956 manat dəyərində, X4-zinət əşyalarının satışı ilə məşğul olan Şahid2 Elburus oğlundan 4500 manat dəyərində, X6 isə 2430 manat dəyərində qızıl-zinət əşyalarını götürüb Səmayəyə vermişdir. 2020-ci ilin oktyabr ayının 16-da Bakı şəhərində olarkən oğlu Röyala zəng etmiş və ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmələrini təkid etmişdir. Lakin Röyal telefonda ona bildirmişdir ki, Səmayə qızılların pulundan 6000 manat gətirib verməlidir, həmin pulu Səmayədən alıb Mərhəmətə verdikdən sonra Bakı şəhərinə gələcəkdir. Lakin Səmayə həmin pulu gətirib oğl una verməmişdir. Əslində, Səmayə oğlunun borcunu qaytarmaqdan yayınaraq mənimsəmək istəmişdir. Cavabdehin hərəkətləri barədə polisə şikayət etmiş, izahatı alınarkən Səmayə pulu tezliklə ödəyəcəyini bildirsədə, pulu ödəməkdən yayınmışdır. Səmayənin Şahid1 7305 manat, Şahid2 3400 manat və Əliyev Elnura 1100 manat borcu qalmışdır.

6. Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(125)-6491/2023 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia təmin edilərək Cavabdeh 11805 (on bir min səkkiz yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 125,42 (bir yüz iyirmi beş manat qırx iki qəpik) manat alınaraq İddiaçı verilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600, 1134 və 1159-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4, 76, 77, 88, 106.3 və 217-219-cu maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddiaçının tələb etdiyi məbləğdə borcun olması sübut olunmur, eləcədə polis idarəsində verdiyi izahatında nisyə alqı-satqıya münasibətdə yaranmış borcla bağlı münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər də onun nə qədər borcunun olmasına münasibət bildirməmişlər.

10. Məh kəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, İddiaçı oğlu Röyal Şahnəzorov müxtəlif vaxtlarda ondan qızıl-zinət əşyalarını nisyə götürərək satmaq üçün Səmayə adlı qadına vermişdir. Röyal ölən günə 5400 manat borcu qalmışdır. Sonuncunun ölümündən sonra Səmayə borcun bir qismini qaytarsada, 3300 manat qaytarılmamışdır.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, İddiaçı oğlu Röyal Şahnəzorov müxtəlif vaxtlarda ondan qızıl-zinət əşyalarını nisyə götürərək satmaq üçün Səmayə adlı qadına vermişdir. Röyal ölən günə 15000 manat borcu qalmışdır. Sonuncunun ölümündən sonra Röyalın anası Təzəgül xanımla Səmayə 6600 manat qaytarmışdır.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Gəncə şəhəri Mərkəzi univermaqda qızıl satışı i lə məşğul olur. İddiaçı oğlu Röyalla dost olmuşlar. Röyal satmaq məqsədilə müxtəlif vaxtlarda ondan qızıl-zinət əşyalarını nisyə götürmüş, ölən günə isə 5200 manat borcu qalmış, onun ölümündən sonra Səmayə həmin puldan qaytarsada, lakin 1100 manat borc qalmışdır.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-797/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi ilə (R.Muradov (sədrliyi və məruzəsi ilə), hakimlər M.Mustafayev və F.Mehtiyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(125)-6491/2023 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş, Cavabdeh 7550 manat alınıb iddiaçı X3 verilməs i, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

15. İddiaçı X5 Cavabdeh onun oğlu Röyala 11805 manat borcunun olduğunu iddia etmişdir. Sonuncu Cavabdeh satmaq üçün oğlu Röyaldan nisyə götürdüyü qızılzinət əşyalarının dəyərindən 11805 manat ödənilməməsini qeyd etsədə, lakin bu barədə məhkəməyə hər hansi bir möhtəbər sübut təqdim etməmişdir. Apellyasiya icraatı zamanı isə cavabdeh izahatında bildirmişdir ki, Röyal satmaq üçün ona verdiyi qızılları Mərhəmət, Ramin və Elnur adlı şəxslərdən götürmüş, o da öz növbəsində qızılları satıb pulunun bir qismini Röyala versədə, lakin 13000 manat ödənilməmişdir. Hazırkı iş üzrə iddiaçının polisə etdiyi şikayətdən sonra pulun bir qismini də qızıl sahiblərinə qaytarmışdır. X7 götürüb ona verdiyi qızılın pulundan 6350 manat, Raminin qızıllarının pulundan isə 1200 manat qalmışdır ki, həmin məbləği də iddiaçıya qaytarmağa etiraz etmir.

16. Apellyasiya icraatı zamanı Şahid2, Şahid1 və X11 şahid qismində dindirilmişlər. Şahid2 Röyala verdiyi qızıl-zinət əşyalarının pulundan hal-hazırda 3300 manat, Şahid1 8400 manat, Elnur Əliyev isə 1100 manat qaldığını bildirmişlər. Cavabdeh isə apellyasiya icraatı zamanı Röyalın satmaq üçün ona nisyə verdiyi qızıl-zinət əşyalarının pulundan ümumilikdə 7550 manat (Mərhəmətdən götürülən qızılın pulundan 6350 manat, Şahid2 götürülən qızılın pulundan isə 1200 manat) ödənilməmiş qaldığını göstərmişdir. Göründüyü kimi cavabdeh iddiaçının oğlu Röyalın satmaq üçün ona verdiyi qızıl-zinət əşyalarının dəyərind ən ümumilikdə 7550 manat qaytarılmamasını öz izahatı ilə təsdiq edir.

17. Şahid ifadələrinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adları qeyd olunan şahidlərin verdiyi ifadələr hazırkı iddianın tam həcmdə təmin olunması üçün sübut kimi qəbul edilə bilməz. İddianın tam, yəni 11805 manat təmin olunması hissədə şahidlərin hər biri maraqlıdır. Çünki hazırkı iddia tələbinin ümumi dəyərini təşkil edən məbləğ məhz adları qeyd olunan şahidlərin iddiaçıya onun oğlu Royalın onlara (hər birinə münasibətdə) borclu olması barədə ötürdüyü məlumat əsasında qaldırılmışdır.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 600.1, 600.4, 601.1, 1091.1, 1091.2, 1093.1, 1134 və 1159, MPM-nin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istin adla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun Gəncə şəhər Bаş Pоlis İdаrəsində vеrdiyi izаhаtа əsаslаnаrаq hеsаb еtmişdir ki, o, öhdəlik оlаrаq Şаhnəzərоv Röyаl Yusif оğlu ilə aralarında оlаn öhdəliyə əsаsən iddiаçı Şаhnəzərоv Təzəgül Səyyаt qızınа 7550 mаnаt məbləğində bоrc öhdəliyi qаlmışdır. Lаkin, əgər öhdəlik vаr idisə həmin öhdəlik Röyаl Şаhnəzərоv qаrşısındа оlmuşdur və Röyаl Şаhnəzərоv vəfаt еtdikdən sоnrа оnunlа аrаsındа оlаn öhdəliyə хitаm vеrilmiş sаyılır. Həmçinin işdə оlа n şаhidlərin Röyаl Şаhnəzərоvdаn hər hаnsı bоrcunun оlmаsı bаrədə iş mаtеriаllаrındа sübut yохdur. О cümlədən əgər məhkəmə öhdəlik inustutu ilə bаğlı onun Təzəgül Şаhnəzərоvun qаrşısındа öhdəlik оlаrаq pulu ödəməyini qət еdirsə, həmin öhdəlik üzrə həm vərəsəliklə bаğlı, həmçinin həmin öhdəlik üzrə tələb еtmə müddətini də məhkəmə gözləməli idi.

21. Ona iddiаçının оğlu tərəfindən pul dеyil qızıl-zinyət əşyаsı vеrilmiş və həmin qızıllаrın pulu dа оnа qаytаrılmışdır. Həmçinin qеyd оlunаn pul vəsаitinin şаhidlər tərəfindən iddiаçıdаn tələb еdilməsi və аlınmаsı ilə bаğlı hеç bir sübut iş mаtеriаllаrınа əlаvə еdilməmişdir. О, cümlədən əgər həmin qızıllаrın Röyаl Şаhnəzərоvdаn аlınmаsı, yохsа həmin qızıllаrın dəyərinin аlınmаsı ilə bаğlı şаhidlərin iddiаçıyа qаrşı hеç bir tələbi mövcud dеyil. Əgər bеlə bir tələb оlsаydı 2 il müddətinə həmin tələbi irəli sürərdi və tələb üzrə də iddiаçı 2 il müddətinə irəli sürmüş оlаrdı. Göründüyü kimi, iddiа tələbi üzrə müddətin kеçməsinə bахmаyаrаq məhkəmənin tələb üzrə müddəti tətbiq еtməməsi 1095-ci mаddənin tələbinin pоzulmаsı kimi qiymətləndirilməlidir.

22. İddiаçıyа məhkəmə iclаsının vахtı bаrədə məlumаt vеriləcəyi bаrədə bildirilsədə оnа hеç bir məlumаt vеrilmədən məhkəmə iclаsı kеçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrin ə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən dig ər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

30. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

34. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

35. Maddə 1134. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

36. Maddə 1159. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) ölən şəxsin birinci növbə vərəsələri hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ü mumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-79 7/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar