Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4600/2018 03.07.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 03 iyul2018-ciil İş№ 2(102)-4600/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun iştirakı ilə, Cavabdeh1in Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-804/2018 saylı 06 fevral 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Ə.Məmmədov, iş № 2(011)-262/2017) ilk iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dən müştərək qaydada 20072,77 ABŞ dolları əsas borc, 4454,25 ABŞ dolları faiz borcu və 600 ABŞ dolları cərimə olmaqla, cəmi 25127,02 (iyirmi beş min bir yüz iyirmi yeddi ABŞ dolları, iyirmi sent) ABŞ dolları borcun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı QSC-yə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh4ün İddiaçı QSC-yə qarşı İddiaçı QSC ilə aralarında bağlanmış 12.04.2007ci il tarixli 02S*********214 saylı zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi və iş üzrə keçirilmiş eksp ertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun ilk iddia üzrə Cavabdeh1dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək 4454,25 ABŞ dolları faiz borcunun və 600 ABŞ dolları cərimə borcunun təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlərX.A.Mərdanova (sədrlik edən və məruzəçi),İ.Ş.Vəliyev və E.M.Həsənov, iş № 2(103)804/2018) Cavabdeh1in apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-262/2017 saylı 05 oktyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh1ə münasibətdə dəyişdirilmədən saxlanılmışdı r. Göstərilən qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 20174,2 ABŞ dolları əsas borc, 4454,25 ABŞ dolları faiz borcu və 6067,7 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 30696,15 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh4 ilk iddia üzrə iddiaçı "xxxx" QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı QSC arasında bağlanmış 12.04.2007-ci il tarixli 02S*********214 saylı zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi barə də qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili X4 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 4.1, 14.1, 88, Mülki Məcəlləsinin 739.2-ci maddələrinin tələblərinə r iayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqişdə iştirak edən şəxslər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş i nsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən kassatora m ünasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, kredit verən İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 12.04.2007-ci il tarixli 02L*********272 saylı kredit xətti müqaviləsinə əsasən Bank borcalan Cavabdeh1 48 ay müddətinə, yəni 12.04.2011-ci ilədək 20.000 ABŞ dolları kredit xətti açmağı və tərəflər arasında “kredit razılaşması” formasında bağlanan ayrıca razılaşma əsasında kredit verməyi öhdəsinə götürmüş, İddiaçı QSC-nin Babək filialı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 30.06.2010cu il tarixli 272 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş ilə 12.04.2007-ci il tarixli müqavilənin 1.1. və 1.2-ci bəndlərində dəyişiklik edilərək, Cavabdeh1 12 0 ay müddətinə (12.04.2017-ci ilədək) 50.000 ABŞ dolları kredit xəttinin açılması razılaşdırılmış, eyni tərəflər arasında 28.10.2014-cü ildə bağlanmış 002R********** saylı kredit razılaşması ilə həmin müqavilə - bank məbləği 25000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla 29 ay müddətinə kredit alana verməsi və 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizi ilə birlikdə banka qaytarması razılaşdırılmış, eyni tərəflər arasında 02.04.2015-ci ildə bağlanmış 272 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 02L*********272S saylı saziş ilə 12.04.2007ci il tarixli müqavilənin 1.1, 1.2 və 1.3-cü bəndlərində dəyişiklik edilərək, Cavabdeh1 216 ay müddətinə (12.04.2025-ci ilədək ) 50.000 ABŞ dolları kredit xəttinin açılması razılaşdırılmışdır. Bundan əlavə, borclu Cavabdeh1 12.04.2007-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi məqsədilə İddiaçı QSC-nin Babək filialı ilə zamin Cavabdeh4 ilə arasında 12.04.2007-ci il tarixli 02S*********214 saylı (30.06.2010-cu ildə müqaviləyə dəyişiklik edilmiş); zamin Cavabdeh2 ilə arasında 17.06.2011-ci il tarixli 02S000014685 saylı (02.04.2015-ci ildə müqaviləyə dəyişiklik edilmiş); zamin Cavabdeh3 arasında 05.06.2013-cü il tarixli 02S********** saylı (02.04.2015-ci ildə müqaviləyə dəyişiklik edilmiş) zaminlik müqaviləsi bağlanılmışdır. Bundan əlavə, Bankın verdiyi 01.12.2016-cı il tarixli 08 saylı maliyyə arayışına əsasən Cavabdeh1 30.11.2016-cı il tarixə əsas borcu 20174,2 ABŞ doll arı, faiz borcu 4454,25 ABŞ dolları, cərimə borcu isə 301 gün üçün 6067,7 ABŞ dolları təşkil edir. Bank tərəfindən kredit borcunun ödənilməsi barədə 24.05.2016-cı ildə kredit alana və zaminlərə 2547, 2548, 2549 və 2550 saylı xəbərdarlıq məktubları göndərilmişdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələ ri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu k reditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələr i). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, i şin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-804/2018 saylı 06 fevral 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin haki
Məhkəmə qərarları › İş №2(102)-4600/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4600/2018
03.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver