Məhkəmə qərarları › İş №2(102)-4600/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4600/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4600/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X2, vəkili X4 və İddiaçı3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-202/2018, hakim F.F.Babayev) İddiaçı2, İddiaçı8, İddiaçı9, X3, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı7 Cavabdeh ASC və üçüncü şəxs AR Maliyyə Nazirliyinə qarşı iddiası qismən təmin edilmiş, iddiaçılara məxsus Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha əmlak pay torpaq sahəsinin əvəzi olaraq mübahisəli torpağa olan pay hüquqlarına mütənasib olaraq hər birinə ayrı-ayrılıqda 1780 manat, mərhum İddiaçı1 mülkiyyətində olan 2/10 hissəyə görə mərhumun qanun üzrə vərəsələrinə 3560 manat olmaqla, ümumilikdə 17800 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-129/2020, hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova, İ.K.Xəlilov) Cavabdeh ASC-nin apellyasiya şik ayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2017-ci il tarixdə İddiaçı1, İddiaçı2, İddiaçı8, İddiaçı9, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı4 və İddiaçı3 Cavabdeh ASC-yə qarşı torpaq sahəsinə görə kompensasiyanın, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha əmlak pay torpaq sahəsinə görə cavabdeh təşkilat tərəfindən vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi 9000 manat, cavabdehlə iddiaçıların arasında olan icarə haqqı kimi hər ili 2000 manat olmaqla üç illik icarə haqqı kimi cəmi 6000 manat, cavabdehin 4,44 ha torpaq sahəsini zəbt etdiyi üçün İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin 2/10 hissəsinə görə 10432 manat, digər iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 1/10 hissəsinə görə hər birinə ayrı-ayrılıqda kompensasiya 5216 manat, ümumilikdə 41728 manat pul vəsaitinin, cəmi 67160 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən torpağın mülkiyyətçilərinə torpağın əvəzi olaraq 10432 manat məbləğində pul təklif edilmiş, lakin onlar məbləğlə razılaşmaya raq məhkəməyə müraciət etmiş, lakin apellyasiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan ziddiyyətli qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçı isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci mad dəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 4,44 ha torpaq sahəsi iddiaçıların hər birinin payı 1/10 hissədə, mərhum İddiaçı1 isə 2/10 hissədə məxsus olmuş, sonuncu xx.xx.2017-ci il tarixdə vəfat etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən iddiaçılar mərhumun vərəsələri kimi tanınmışlar. Kürdəmir şəhərinin su təchizatının yenidən qurulması nəzərdə tutulmuş, həmin layihə çərçivəsində nəzərdə tutulan çirkab sutəmizləyici qurğular kompleksinin inşa edilməsi üçün relyef və mövqe baxımından ən münasib ərazi kimi İddiaçı1 ailə üzvlərinə məxsus Kürdəmir rayonu Atakişili k əndində yerləşən 4,44 hektar torpaq sahəsinin 3,57136 hektar hissəsi düşmüşdür. Tikinti altına düşən 3,57136 hektar torpaq sahəsinə görə kompensasiya Cavabdeh ASC-nin dəvət etdiyi “xxxx” MMC qiymətləndirmə təşkilatının rəyinə əsasən 10432 manat hesablanmış, həmin məbləğ Maliyyə Nazirliyi tərəfindən İddiaçı1 Kürdəmir rayon X1 açılmış depozit hesabına köçürülmüşdür. İddiaçı1 iki dəfə Cavabdeh ASC-yə yazılı qaydada müraciət edərək həmin məbləğlə razı olmadığını bildirmiş və kompensasiya məbləğini almaqdan imtina etmişdir. İddiaçılar onlara məxsus olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən yararsız hala salınmaqla onlara 9.000 manat məbləğində maddi zərər vurulduğuna, o cümlədən həmin torpaq sahəsini təyinatı üzrə istifadə edəcəkləri txxxxirdə 6.000 manat məbləğində gəlir əldə edəcəklərinə istinad edərək həmin məbləğin əldən çıxmış fayda kimi cavabdehdən tutulmasını və 41728 manat kompensasiya ödənilməsini tələb edirlər. Birinci instansiya məhkəməsi tərəfindən dövlət ehtiyacları üçün özgəninkiləşdirilmiş torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi hissəsində iddia qismən təmin edilmiş, qalan hissədə iddianın rədd edilməsi hissəsində qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.9.-cu maddəsinə görə, dövlət ehtiyacları tələ b etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqı nda” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununu 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu qanunla müəyyən olunmuş qaydada bu qanunun 7.1-ci maddəsinə nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqların alınması və əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2009-cu il tarixli Qərarının 4-cü madd əsinə müvafiq olaraq, sifarişçi tərəfindən göstərilən xidmətlərə görə qiymətləndiriciyə haqq həyata keçirilən layihənin hesabına ödənilir və qiymətləndirmə obyektinin yekun dəyərindən asılı olmamalıdır. Qiymətləndirmə keçirilməsi ilə bağlı xərclər qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında ödənilməlidir. Sifarişçi tərəfindən qiymətləndirmənin nəticələrinə dair hesabat alındıqdan sonra 1 iş günü müddətində satınalma qiymətinin məbləğinə dair mülkiyyətçiyə bildiriş göndərilir və maliyyələşdirmənin həyata keçirilməsi üçün bütün sənədlər əlavə edilərək, 3 təqvim günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sifariş verilir. Maliyyələşmə həyata keçirildikdən sonra satınalma məbləğləri Sifarişçi tərəfindən bu Qaydanın 2.5-ci bəndində göstərilən bildirişin mülkiyy ətçiyə göndərildiyi gündən 120 təqvim günündən gec olmayaraq fiziki və hüquqi şəxslərin bank hesablarına köçürülür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, torpaqların kanalizasiya xətlərinin çəkilməsi, hidrotexniki qurğuların quraşdırılması məqsədilə alınması dövlət ehtiyacı üçün alınma hesab edilir. Qanunvericiliyin tələbinə görə, dövlət ehtiyacı üçün alınmış torpaq sahəsinə görə alınmanın təsirinə məruz qalmış şəxsə ədalətli kompensasiya ödənilməlidir. İddiaçılara kompensasiya ödənilmədən onlara məxsus torpaq sahəsində hidrotexniki qurğuların quraşdırılması və onun fəaliyyəti torpaq sahəsinin yararsız vəziyyətə gətirilməsi onların konstitusion qaydada müdafiə olunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir ki, buna görə də hazırkı iddianı qaldırmaqda iddiaçılar haqlı olmuşlar. Eyni zamanda, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçılara məxsus Kürdəmir rayonu Atakişili kəndində yerləşən 4,44 ha torpaq sahəsi tamamilə hidroqurğuların yerləşdiyi əraziyə düşdüyü və əkinə yararsız vəziyyətə salındığı üçün cavabdehin apelyasiya şikayətində bildirdiyi kimi torpaq sahəsinin 3,57136 ha hissəsi deyil, bütövlükdə torpaq sahəsinin həqiqətən alınan sahəsi, yəni 4,44 ha torpaq sahəsinin dəyəri mülkiyyətçilərə ödənilməlidir. Birinci instansiya məhkəməsində iş baxılarkən alınmış “xxxx” Law and Consulting Company MMC-nin LP-082/18 nömrəli xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə 4,44 ha torpaq sahəsinin real bazar qiyməti 17800 manat, apelyasiya icraatı zamanı alınmış “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, iddiaçılara məxsus Kürdəmir rayonu Atakişil i kəndi ərazisində yerləşən 4,44 ha torpaq sahəsinin hazırkı real bazar qiyməti 19980 manat, çirkab sutəmizləyici qurğular kompleksinin tikinti altına düşən 3,57136 ha torpaq sahəsinin bazar qiyməti 16071,12 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası torpağın real bazar qiyməti kimi 17800 manat məbləğini qanuni və əsaslı hesab etmiş, iddiaçılar da həmin məbləğlə razılaşmışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin txxxxim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar