Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4600/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğvi 07.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-766/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icl asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X arasında bağlanmış 23 iyul 2015ci il tarixli, xxx nömrəli kredit sazişi ilə "xxxx" ASC tərəfindən X 60 ay müddətinə illik 25 faiz şərti ilə 12829 ABŞ dolları kredit verilmişdir. Həmçinin həmin müqavilədən görünür ki, zaminlər X1 və X3 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. 2. 03.03.2017-ci ildə borcu X vəfat etmişdir.
3. Şəki Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli əmrinin surətindən görünür ki, 20.06.1948-ci il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuş, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayan X 12729.45 ABŞ dolları məbləğində əsas kredit borcu, 4808.71 ABŞ dolları faiz borcu olmaq la, cəmi 17538.16 ABŞ dolları borc məhkəmə əmrinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat məbləğində dövlət rüsumu xərcinin alınıb "xxxx" ASC-nin xeyrinə verilməsi əmr edilmişdir.
4. X tərəfindən Bakı şəhəri Nərimanov rayonu, X7, ev 42 ünvanında yerləşən X xeyrinə ünvan 2 olan İddiaçı (AZE0*******, 21.10.2005-Qax) müddət üçün vaxtında ödənilməmiş 17538 ABŞ Dolları 16 sent (on yeddi min beş yüz otuz səkkiz ABŞ Dolları on altı sent) tutulsun. Bundan əlavə təklif emişdir ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq), 17538 ABŞ Dolları 16 sent (on yeddi min beş yüz otuz səkkiz ABŞ Dollar on altı sent) pulun və 20 manat dövlət rüsumunun tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qe ydi 06.07.2020 tarixdə aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X tərəfindən aparılmış 06 iyul 2020-ci il tarixli xxx reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X ilə X arasında 23 iyul 2015-ci il tarixdə Kreditləşmə və Xidmət Şərtləri imzalanmış və həmin tarixdə "xxxx" ASC-nin, borcalan X, zaminlər kimi onun və X arasında Kredit sazişi bağlanmışdır. 23 iyul 2015-ci il tarixli kredit sazişinə görə X 60 ay müddətinə illik faiz dərəcəsi 25,5 faiz olmaqla 12829 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit sazişinə 1 nömrəli əlavəyə görə X əsas borc və faizlər daxil o lmaqla ümumilikdə 22597,19 ABŞ dolları ödəməli olmuşdur. Kredit sazişində zaminlik müddəti və digər şərtlər göstərilməmişdir. Kredit sazişində 10000 ABŞ dolları dəyərində biznes avadanlığı girov predmeti olaraq göstərilmiş, həmçinin o və X1 zamin kimi qeyd edilmişlər. X6 2017-ci ilin mart ayının 3-də vəfat etmişdir. X6 müqavilə öhdəliklərini icra etmədiyindən X X kreditin və ona hesablanmış faiz borcunun qaytarılması tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 29 mart 2017-ci il tarixli məhkəmə əmri ilə X 12729,45 ABŞ dolları məbləğində əsas kredit borcu və 4808,71 ABŞ dolları faiz borcu olmaqla cəmi 17538,16 ABŞ dolları borcun məhkəmə əmrinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" ASC- nin xeyri nə verilməsi qərara alınmışdır. Həmin məhkəmə əmrində qeyd olunan əsas borcdan görünür ki, X6 kredit sazişi bağlanıldığı gündən-2015-ci ilin iyul ayının 23-dən 2017-ci ilin mart ayının 3-dək öldüyü günədəkeləcədə ondan sonrakı dövrlərdə 3 ildən artıq müddətdə kredit borcu üzrə öhdəliyi ümumiyyətlə yerinə yetirməmiş, kreditor tərəfindən bu müddət ərzində məhkəmədə iddia qaldırılmamışdır. Borclunun vəfat etməsinə baxmayaraq "xxxx" ASC tərəfindən bu vaxtadək heç bir hərəkət edilməmiş, girov predmeti ilə maraqlanmamış, vərəsələrlə işləməmiş, eləcə də X6 vərəsələrindən borc məbləği tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə - üç il iddia müddəti nəzərdə tutulmuşdur ki, X iddia üçün bu müddəti keçirmişdir. X6 2015-ci ilin iyul ayının 23-dən 2017-ci ilin mart ayının 3-dək, yəni öldüyü günədək nə özü və ondan sonra da vərəsələri vaxtaşırı icra edilməli öhdəlikləri yerinə yetirməmişlər ki, bununla əlaqədar qeyd olunan 3 il müddət 2015-ci ilin iyul ayının 23-dən hesablasaq 4 il 11 ay 15 gün bitmişdir ki, icra qeydinin aparılması, eləcədə iddia tələbi üzrə müddət keçirilmişdir. İcra qeydinin aparılması üçün iddia tələbinin müddəti keçdikdən xeyli müddət sonra 06.07.2020-ci il tarixdə notarius tərəfindən icra qeydləri açılmışdır. Göründüyü kimi X8 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən “Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq əsassız olaraq icra qeydi açılmış və ai diyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarın deyil, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Lakin İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, X8 Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu X5 borcun ödənilməsi barədə zamin kimi ona və digər zaminə yazılı bildiriş göndərməmiş, borclu hesab edilən zaminlərin hüquqlarını pozmaqla yalnız tələbkarın mövqeyindən çıxış etmiş, borcun mübahisəsiz olubolmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin Kredit sazişi üzrə yoxlama aparmadan Şəki Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli 2(075)-2664/2017 nömrəli məhkəmə əmri olduğu halda eyni kredit sazişi üzrə əsassız icra qeydi aparmışdır.
7. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 30 oktyabr 2020-ci il tarixli, 2(075)- 1209/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X təsdiq edilmiş 06 iyul 2020-ci il tarixli, 8İ-7469 reyestr nömrəli icra qeydi ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbindən də göründüyü kimi icra qeydlərinin aparılmasının vacib şərtlərindən biri də təqdim olunan sənədlərim borcun mübahisəsiz olduğunu təsdiq etməsidir. Lakin məhkəmənin X ünvanladığı sorğuya cavab olaraq həmin notariat ofisinin məhkəməyə təqdim etdiyi cavab məktubuna əlavə edilmiş sənədlərdən göründüyü kimi X tərəfindən müvafiq icra qeydi tələbin mübahisəsizliyini təsdiq edən digər təsdiqedici sənədlərə istinad edilməklə deyil, yalnız "xxxx" ASC-nin notariat icra qeydi haqqında ərizəsi əsasında aparılmışdır. Lakin müvafiq normativ hüquqi aktların tələbinə görə notariat orqanı əsasında borcun alındığı sənədin əslini, müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun şəxsi hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarışı icra qeydini verməmişdən əvvəl "xxxx" ASC-dən tələb etməli olmuşdur. Belə ki, həmin sənədlər təqdim edildikdə notariat orqanı kifayət qədər yüksək olan borcun əsas borcludan deyil, məhz zaminlərdən tələb edilməsinin səbəbləri ni dəqiqləşdirmək, beləliklə də borclunun vərəsələri diqqətə alınmadan borcun zaminlərdən tələb edilməsinin mübahisəli bir hal olmasını aşkara çıxarmaq imkanına malik olacaqdı.
9. X4 X notariusu tərəfindən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun, Təlimatın tələbləri pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Notariat ofisi isə ərizə istisna olmaqla ümumiyyətlə heç bir sənəd təqdim edilmədən icra qeydini aparmışdır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğ u halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır.
10. Məhkəmə öz mövqeyini Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-ci, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161, 162, 170-1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-766/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) "xxxx" A SC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(075)-1209/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Notariat ofisi isə ərizə istisna olmaqla ümumiyyətlə heç bir sənəd təqdim edilmədən icra qeydini aparmışdır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tap malıdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar, tələbin qanuni əsasının dizpozisiya şərtləri ilə uzlaşmır.
15. İkincisi, apellyasiya şikayətində göstərilən dəlillər borcun mübahisəsiz qaydada alınması anlamına gəlmək üçün əsaslı deyil. Çünki əsas borclu öldükdən sonra onun vərəsələrinin müəyyən edilməsi, vərəsələr tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsi aydınlaşdırıldıqdan sonra həmin vərəsələrin də işə cəlb olunması əsas şərtlərdəndir.
16. Üçüncüsü, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zam anda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə və müvafiq iddia müddətləri keçməmişdirsə aparılır. Notariat ofisi isə ərizə istisna olmaqla ümumiyyətlə heç bir sənəd təqdim edilmədən icra qeydini aparmışdır. Belə olan halda, yəni tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır.
17. Dördüncüsü, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir, əsaslnadırılmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh "xxxx" ASC kassasiy a şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına g əlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Notariat Haqqında Azərbaycan Respublikası Qanunu
26. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi b arədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsası nda mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (maddə 76) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı
27. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müdd ətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndə rməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiy i gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. (161-ci bənd)
28. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri (162-ci bənd)
29. Notarius icra qeydi apararkən borcun tutulmasını əsaslandırmaq üçün borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilmiş sənədlərin təqdim olunmasını tələb edir. (163-cü bənd)
30. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notariu s icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. (170-1-ci bənd) Mülki Prossesual Məcəllə
31. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməs i tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı dır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-766/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.