Məhkəmə qərarları › İş №2(102)-4600/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4600/2022

06.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4600/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil hüquqlarının bərpa olunması, yaşayış sahəsindən istifadə hüququ, maneələrə son qoyulması, evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və pasport qeydiyyatında olduğu evə köçürülmələri tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1056/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X8 (bundan sonra-iddiaçı) X19 (bundan sonra-cavabdeh) ilə 20 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu ildə Nusi, xx.xx.2011ci ildə Kamil adlı uşaqları doğulmuşdur.

2. Nikahdan sonra qayınatası X5 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə ev sahibinin iradəsi və razılığı ilə gəlin köçərək orada yaşamağa başlamış, həmçinin həmin ünvana pasport qeydiyyatına alınmışdır.

3. İddiaçının əri xx.xx.2011-ci il tarixdə, qaynatası isə xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş üzrə qə bul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onunla azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 ünvan 2 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqlarının bərpa edilməsi, onunla azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 yaşadıqları ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, onunla azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 pasport qeydiyyatında olduqları ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki,əri öldükdən sonra iddiaçı öz uşaqları ilə birlikdə həmin ünvanda yaşamaqda davam etmiş, onun orada yaşamasına qaynatası Şöhrət Talıbov tərəfindən hər hansı etiraz olmamışdır. Şöhrət Talıbov xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bundan sonra Şöhrət Talıbovun bacısı, iş üzrə Cavabdeh iddiaçının həmin ünvanda yaşamasına mane olmağa başlamış və onu uşaqları ilə birlikdə həmin evdən qovmuşdur. Hal-hazırda da cavabdeh iddiaçını həmin evə buraxmır, orada yaşamasına mane olur.

6. Qusar Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(029)120/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Adil Vəliyev) iddia təmin edilmiş, İddiaçı ilə azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 ünvan 3 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqlarının bərpa edilməsi, İddiaçı ilə azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 yaşadıqları ünvan 3 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, İddiaçı ilə azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X21 və xx.xx.2011-ci il təvəllüdlü X12 pasport qeydiyyatında olduqları ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı X16 həyat yoldaşı X13 ilə birlikdə Hacıqabul şəhərinin, İ.Qayıbov küçəsində, Şirvan yolunun üstündə, gölün kənarında yerləşən torpaq sahəsində 1 mərtəbəli. 3 otaqlı fərdi yaşayış evi tikdirdiklərini iddia etsə də, həmin fərdi yaşayış evinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1, 228.1, 228.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1056/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova - sədrlik edən və məruzəçi, G.Tağızadə və T.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərə k iddia təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı mübahisəli evin sahibi Şöhrət Talıbovun gəlini olmuş, həmin evə gəlin köçərək yaşamışdır. Mübahisəli evin sahibi olmuş Şöhrət Talibovun 4 övladı vardır. Cavabdeh isə Şöhrət Talıbovun bacısıdır.

12. Hazırki iddia tələbindən görünür ki, iddiaçı ərizəsində mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və pasport qeydiyyatında olduğu evə köçürülmələrini xahiş etmişdirş

13. Lakin iddiaçı qeyd edilən fərdi yaşayış evinə köçməsinə cavabdeh tərəfindən maneə yaradılmasını qeyd etsə də, ümumiyyətlə hər hansı maneəni n mövcudluğu barədə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçını övladları ilə mübahisəli evdən qovmasını, iddiaçını həmin evə buraxmamasını, orada yaşamasına mane olmasını göstərsə də, qeyd edilən halların hansı sübutlarla təsdiq edilməsini qətnamədə əsaslandırmamışdır. Halbuki Mülki Prosesual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. Bundan əlavə iş materiallarında olan Qusar ray on Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X9 müraciəti daxil olmuşdur. X3 Şöhrət Məlikəhməd oğlunun vərəsələri sırasına daxildir.

16. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi də X2 qalmış miras əmlaklara daxildir və həmin əmlaklara dair vərəsəliyin qəbulu ilə əlaqədar notariat ofisinə müraciət edilmişdir.

17. Bununla da görünür ki, mübahisəli evə sahiblik hüququ X14 aiddir. Belə olan halda hazırki iddia tələbinə cavabdeh X6 iddiaya cavab verməli şəxs deyildir.

18. Hazırki işdə iddiaçı mübahisəli evə sahiblik hüququ olan şəxsi cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı ərizə təqdim etməmişdir.

19. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmini üçün sübutlar təqdim edilmədiyindən və cavabdehin hazırki tələbə cavab verməli şəxs olmadığından hazırki iddia tələbini təmin edərkən birinci instansiya məhkəməsi haqlı olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Bu Məcəllədə və digər qanunlarda nə zərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Və Mənzilhüquqlarının müdafiəsi həmçinin mənzil hüququnun tanınması, eləcə də mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləriaid edil ir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmə hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. xx.xx.2009-cu ilə kimi qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə görə də icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və həmin vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arbvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Yaşayış evimülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvləri onların köçm əsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə ixtiyarına malikdirlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mülki Məcəllənin 158-ci maddəsinə görə də mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı q üvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı və qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbuledilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyasıməhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbuledilmir və onlara baxılmır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmçinin məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Qeyd olunan miras evə sahiblik hüququnun X14 aid olması barədə deyilənlərin də heç bir hüquqiəsası yoxdur və Şurik Talıbov da hazırda RF-nin Moskva şəhərində yaşamaqla uzun müddətdir ki, Qusar rayonuna gəlməmiş, bu səbəbdən də onun tərəfindən qeyd olunan evə sahiblik etməsi sadəcə mümkün deyildir. Göründüyü kimi apellyasiya məhkəməsi öz nəticəsinin əsası kimi istinad etdiyi sübutları tam, obyektiv və hərtərəfli araşdırmayaraq qiymətləndirməmiş, birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər üzrə işə baxmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməmiş və qətnamə mübahisəli hüquq mün asibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamış, ona görə də qətnamə, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı hesab oluna bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mənzil Məcəlləsi

28. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (maddə 30.1)

29. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüquq u məhkəmənin qərarı əsasında saxlanıla bilər. (maddə 30.4)

30. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. (maddə 30.5) Mülki Prosessual Məcəllə

31. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq normas ı olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır

36. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin ba xılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Madə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 417.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

39. Maddə 418.1 maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vah idliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmi n məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.

43. Belə ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçının fərdi yaşayış evinə köçməsinə cavabdeh tərəfindən maneə yaradılmasını qeyd etsə də, ümumiyyətlə hər hansı maneənin mövcudluğu barədə heç bir sübut təqdim etməmişdir. Mübahisəli evə sahiblik hüququ X14 aiddir. Belə olan halda hazırki iddia tələbinə cavabdeh X6 iddiaya cavab verməli şəxs deyildir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi nəticəyə gələrkən səhv olaraq cavabdeh X1 iddiaya cavab verməli şəxs olmayan hesab etmişdir. Belə ki, iddiaçı ona qarşı mübahisə yaradan cavabdeh hal-hazırda onun və övladlarının ünvan 2 ünvanda yerləşən yaşayış evindən istifadə edilməsinə məhz X6 tərəfindən maneələr yaradır.

45. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsi ndə təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib, edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

46. İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 1014 nömrəli arxiv çıxarışından görünür ki, Qusar şəhər X15 İcraiyyə Komitəsinin 27 sentyabr 1984-cü il tarixli 68 nömrəli qərarı ilə Qusar şəhəri Sabir küçəsi 3 nömrəli evdə yaşayan X5 1,5 mərtəbəli, 3 otaqlı 60 kv.metr yaşayış sahəsi və 35 kv.metr qeyri-yaşayış sahəsi olan fərdi yaşayış evinin tikintisindən ötrü 4 (dörd) sot torpaq sahəsi ayrılmışdır (çayın sağ sahilində).

47. Həmin torpaq sahəsində də həqiqətən fərdi yaşayış evi tikilməklə xx.xx.1986cı il tarixli 71 №-li Qeydiyyat Vəsiqəsi əsasında mərhum X4 adına qeydiyyata alınaraq onun özü, oğlu Talıbov Kamil, gəlini – hazırkı iş üzrə İddiaçı və onların azyaşlı uşaqları qeyd edilən ünvanda pasport qeydiyyatında olmaqla yaşamış, iddiaçı və uşaqları hazırda da həmin ünvanda pasport qeydiyyatındadırlar, həmçinin iddiaçıya məxsus cehiz və digər əmlakları da həmin evdədir.

48. Qusar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X9 müraciəti daxil olmuşdur. X3 Şöhrət Məlikəhməd oğlunun vərəsələri sırasına daxildir. Mübahisəli fərdi yaşayış evi də X2 qalmış miras əmlaklara daxildir və həmin əmlaklara dair vərəsəliyin qəbulu ilə əlaqədar notariat ofisinə müraciət edilmişdir.

49. Belə ki, hazırkı iş üzrə İddiaçı və uşaqları da mərhum X7 çatası pay üzrə, mərhumun birinci növbə vərəsələridirlər və İddiaçı da, hazırkı iş üzrə məhkəmədə iddia qaldırılmazdan qabaq bu məqsədlə notariat kontoruna müraciət etmiş, lakin notariat kontoru tərəfindən ona izah olunmuşdur ki, Şöhrət Talıbovun onlardan başqa digər birinci növbə vərəsələri mövcuddur və həmin varislər öz paylarına dair münasibət bildirmədiklərini üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir və ona görə də bu mübahisənin həlli üçün məhkəməyə müraciət olunmalıdır. Həmin vaxt evin sənədləri tam qaydada olmadığına görə də bu barədə məhkəmədə iddia qaldırılması mümkün olmamış dır.

50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

51. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, şərh edilən halları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(105)-1056/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar