Məhkəmə qərarları › İş №2(102)-4601/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4601/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4601/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı X1 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1781/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkə məsinin 24 sentyabr 2019-cu il tarixli, 2(011)5463/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.B.Mehrəliyev) iddia qismən təmin edilərək, Cavabdeh maddi ziyanın əvəzi kimi 23.042 manatın və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi olmaqla, cəmi 23.057 (iyirmi üç min əlli yeddi) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyərinin 60 (altmış) manat hissəsinin Cavabdeh, 60 (altmış) manat hissəsinin İddiaçı Mikaeldən dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1781/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəh əri Xətai Rayon Məhkəməsinin 2(011)-5463/2019 saylı iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsinin mənəvi ziyanın tutulması tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, mənəvi zərərə görə 1.000 (min) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, cavabdehin apelyasiya şikayətinin təmin olunmaması və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı X3 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus “Kia Mohave” markalı, 12E320-10 qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyana görə 30.105 manat, çəkdiyi əlavə xərclərə görə 7.290 manat, mənəvi zərərə görə 5.000 manat olmaqla, cəmi 42. 395 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İran İslam Respublikasının vətəndaşıdır və 22.12.2016-cı il tarixdə özünə məxsus “Kia Mohave” markalı, 12E320-10 qeydiyyat nişanlı avtomaşınla Azərbaycanda yaşayan qardaşıgilə qonaq gəlmişdir. Avtomaşında xırda nasazlıq olduğu üçün onu ünvan 1 ünvanında yerləşən avtoservisə qoymuşdur. 31.12.2016-cı il tarixdə qohumu p ona zəng vuraraq 24 saylı marşrut üzrə işləyən “Daewoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun gecə saat 12:00 radələrində maşınını saxladığı avtoservisin hasarına çırpılması nəticəsində hasarın uçaraq maşının üzərinə töküldüyünü və maşının yarasız hala düşdüy ünü bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə verilmiş məlumat əsasında Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Eldar Abdullayev tərəfindən araşdırılma aparılmış və araşdırma nəticəsində marşrut avtobusunun mülkiyyətçisinin Cavabdeh, hadisəni törədən şəxsin isə onun işçisi X4 olduğu müəyyən edilmişdir. Müstəntiqin 10.01.2016-cı il tarixli qərarı ilə avtobusun sürücüsü X4 əməlində cinayət tərkibinin olmaması motivi ilə cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Binəqədi RPİ-nin DYPŞ-nin 07.02.2017ci il tarixli inzibati xəta haqqında protokolu ilə X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilm işdir. Həmin protokolda törədilmiş xəta nəticəsində ona maddi zərər vurulması faktı da öz əksini tapmışdır. Avtomaşınına vurulmuş zərərin aradan qaldırılması və ya əvəzinin odənilməsi ilə bağlı aparılan söhbətlər zamanı Cavabdehın hadisəni törətmiş işçisi X7 və cavabdehə məxsus 24 saylı marşrut xəttinin Sərvər adlı əməkdaşı məsələni tezliklə həll edəcəklərinə onu dəfələrlə əmin etsələr də, heç bir tədbir görməmişlər. Odur ki, məcbur olub Cavabdeh 08.09.2017-ci il tarixdə xəbərnaməli müraciət ünvanlayaraq maşının pis gündə ortalıqda qaldığını, əcnəbi olduğuna görə məsələ ilə bağlı xeyli vaxtdır ki, yollarda qalaraq əzabəziyyət içində olduğunu, maşının Azərbaycanda cəmi 1 ay qala biləcəyi halda 9 ay qaldığını, buna görə də Astara gömrük postu işçilərinin onu böyük məbləğdə cərimələyəcəkləri hədəsi ilə daim incitdiklərini və s. barədə məlumat verərək ondan kömək diləmiş, cavabdeh məktubu 11.09.2017-ci il tarixdə şəxsən alsa da, heç bir tədbir görməmişdir. Nəticə də, min-bir əzab-əziyyətə qatlaşaraq maşınını təmir etdirib 2018-ci ilin fevral ayında (gəldiyindən 14 ay sonra) Azərbaycandan çıxarmışdır. Maşının bərpası üçün usta xərcləri ilə birlikdə 30.105 manat xərc çəkmişdir. Habelə, hadisədən əvvəl maşınının bazar qiyməti 120.000 manat olduğu halda, təmirdən sonra 30.000 manata düşmüşdür. Bundan əlavə, maşının təmiri ucbatından 02.01.2017-ci il tarixdən 13.02.2018-ci il tarixədək olan dövrdə dəfələrlə Azərbaycana gəlib-getmək məcburiyyətində qalmış və ümumilikdə 43 gün Azərbaycanda olmuş və bu müddət ərzində ən azı 7.290 manat, o cümlədən 1.000 AZN viza üçün, 800 AZN gömrük ha qqı, 480 AZN gömrük sığortası, 2.150 AZN otel xərcləri (1 günlük nömrənin qiyməti 50 AZN x 43 gün=2150 AZN), yemək xərci 860 AZN (gündəlik yemək xərci 20 AZN x 43 gün=860 AZN), maşınla gəldiyi vaxtlarda yanacaq üçün 1500 AZN, maşınsız gəldiyi vaxtlarda taksi xidmətləri üçün 500 AZN pul xərcləmişdir. Digər tərəfdən, hadisə ilə bağlı cavabdehin bir insan kimi ona və başına gələnlərə yuxarıda göstərilən etinasız və biganə münasibəti nəticəsində ona mənəvi zərər də vurulmuşdur. Belə ki, onun yuxarıda göstərilən hərəkətləri nəticəində davamlı olaraq, yəni 14 ay ərzində əsəb hissləri, sarsıntı və psixoloji gərginlik keçirmişdir ki, həmin hallara görə dəymiş mənəvi ziyanın əvəzini ən azı 5.000 manat məbləğində qiymətləndirir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelly asiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Cəfərov Ceyhun Bəykişi oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehdən tələb edilən məbləğin iddiaçıya məxsus avtomobilin real bazar dəyərinə yaxın olmasını nəzərə almamış, təkrar ekspertiza təyin etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hall arına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, zərərvuran şəxs Cavabdeh olmadığından iddianın ona qarşı təmin edilməsi qanunsuz və əsassızdır. Bu baxımdan vurulmuş zərər X7 tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı Mikael, üçüncü şəxs X7, Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün h esab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 16.08.2017-ci il tarixli qüsur aktında iddiaçıya məxsus avtomobilə ehtiyat hissələrinin dəyəri 25.955 manat, təmir işlərinin dəyəri 4.150 manat olmaqla, ümumilikdə 30.105 manat ziyan dəydiyi qeyd edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27.08.2019-cu il tarixli, 19255 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan məlumatlara əsasə n, 2011-ci il buraxılışlı, “Kia Mohave” markalı, 12E320-10 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 27.142,00 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ərizə təqdim edərək, cavabdehin mülki məsuliyyətinin sığortaçısı tərəfindən iddiaçıya 4.100 manat sığorta ödənişi edildiyini bildirmiş və qətnamə çıxarılan zaman həmin halın nəzərə alınmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına 1097.1 və 1099.1-ci maddələrini tətbiq etməklə, həmçinin iş üzrə verilmiş ekspert rəyini nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə 23.042 manat pulun tutulması hissəsində qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, yo l-nəqliyyat hadisənin törədilməsində təqsirli olan şəxs həmin hadisəni cavabdehin mülkiyyətində olan avtomobili sonuncunun işçisi kimi yol vərəqəsi ilə sürücü qismində idarə edərkən törətmişdir. Bu baxımdan Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən üçüncü şəxsin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti cavabdeh daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Eyni zamanda avtomobilə dəymiş zərərin məbləği ekspert rəyi ilə müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, rəy kifayət qədər əsaslandırıldığından və rəy verilərkən ehtiyat hissələrinin köhnəlmə əmsalı nəzərə alındığından rəyin məlumatlarını şübhə altına almaq üçün əsas yoxdur. İş materiallarından görünür ki, cavabdeh hadisə nəticəsində iddiaçıya daha az zərərin dəydiyi barədə heç bir sübut təqdim etməmiş, səbəbi barədə məlumat vermədən apelyasiya baxışı iclasında iştirak etməmişdir. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı təkrar ekspertiza keçirilməsi barədə vəsatət verdiyini bildirsə də, iş materialları ilə rəy verildikdən sonra cavabdehin ümumiyyətlə məhkəmə iclasında iştirak etmədiyi müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 7.290 manat əlavə xərc tələbinin təmin olunmaması hissəsində də iddianı təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iddiaçı həmin xərclərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, mənəvi zərərdən fərqli olaraq maddi zərərlə bağlı iddia tələbi yalnız bunu təsdiq edən mötəbər sübutlar əsasında müəyyən edilə bilər və məhkəmə bu zaman ağlabatan məbləğə istinad edə bilməz. İş materiallarından görünür ki, iddiaçının həqiqətən də iddia ərizəsində bildirdiyi kimi 02.01.2017- 13.02.2018-ci il tarixlərində ümumilikdə 43 gün Azərbaycan Respublikasında olduğu, bunun üçün viza, gömrük, qalmaq, qidalanmaq və nəqliyyat xərcləri çəkdiyi müəyyən olunsa belə, iddiaçı bütün səfərlərin məhz yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqəsinin olduğunu əsaslandıra bilməmişdir. İddiaçının nümayəndəsi də apelyasiya baxışı zamanı verdiyi izahatında iddiaçının Azərbaycanda qardaşının yaşadığını bildirmişdir. Bu baxımdan hər hansı mötəbər sübutlar olmadan iddiaçının Azərbaycana istənilən səfəri üzrə bütün xərclərin cavabdehdən tutulması üçün qanuni əsaslar yoxdur. Apelyasiya instansiyası məh kəməsi belə qənəatə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin təmin olunmaması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin həmin hissədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə həmin hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər ma ddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Baxılan iş üzrə yol-nəqliyyat hadisəsi 31.12.2016-cı il tarixdə baş vermiş, əcnəbi olan və həmin dövrdə Azərbaycan Respublikasına turist kimi gəlmiş iddiaçının avtomobili yararsız vəziyyətə düşmüşdür. İddiaçı zərərlə bağlı ona yardım edilməsi üçün 08.09.2017ci ildə cavabdehə yazılı müraciət etmiş, cavabdeh məktubu 11.09.2017-ci il tarixdə almış, lakin hadisənin üzərindən 3 ildən artıq müddətin keçməsinə baxmayaraq bu günədək zərərin ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı əcnəbi olduğundan yolnəqliyyat hadisəsinin nəticələrini aradan qaldırmaq üçün onun daha artıq səy göstərdiyi və çoxsaylı inzibati prosedurlara məruz qaldığı hamıya bəlli olan və sübuta ehtiyacı olmayan hallardır. Hadisə nəticəsində iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur. Heç şübhəsiz ki, bütün bunların nəticəsində iddiaçı ciddi mənəvi sarsıntı və iztirablar keçirmişdir. Apelyasiya instansiyası məhkəməsi işin sadalanan hallarını, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 1.000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir. Kassasi ya kollegiyası kassatorun iddianın ona qarşı təmin edilməsinin qanunsuz olması və bu baxımdan vurulmuş zərərin X7 tərəfindən ödənilməli olması dəlilinə münasibətdə qeyd edir ki, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansi yası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmi n olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1781/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar