Məhkəmə qərarları › İş №2(102)-4601/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4601/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4601/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil2 Cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-424/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Tərəflər arasında borc münasibətləri olmuşdur. İddiaçı cavabdeh barədə Bakı Şəhəri, Suraxanı Rayon Prokurorluğuna müraciət etmiş və Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyul 2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla borc mübahisəsini həll etmək mümkün olmadığı üçün iddiaçı hazırkı mübahisəni başlatmışdır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı qız Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14.200 manat pul vəsaitinin və mənəvi zərərə görə 5000 manat, cəmi 19200 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin iyun ayında cavabdeh iddiaçının evinə gəlib gəlininin qızıl-zinət əşyalarını lombarda girov qoyaraq batırdığı üçün oğlu və gəlinin onu evdən qovduğunu, artıq özünə qəsd edəcəyini deyərək iddiaçıdan kömək istəmişdir. İddiaçı cavabdehə qızıllarının olduğunu, maddi vəziyyəti ilə əlaqədar satmaq istədiyini demişdir. Cavabdeh iddiaçıya yalvarıb qızılları ona verməyi və düşdüyü vəziyyətdən çıxıb iddiaçının da pullarını qaytaracağını bildirmişdir. Beləliklə, onlar razılaşmışlar və iddiaçı 19.000 manat dəyərində olan qızıllarını cavabdehə vermişdir. Bundan sonra, cavabdeh bir müddət iddiaçıya borcunu hissə-hissə pul ödəməyə başlamış, lakin artıq xeyli müddətdir ki, ödəniş etmir və müxtəlif bəhanələrlə boyun qaçırır. Hazırda cavabdehin iddiaçıya 14.200 mana t qaytarmadığı pul borcu vardır. İddiaçı cavabdehdən pul vəsaitlərinin geri qaytarılmasını tələb etsə də cavabdeh bundan boyun qaçırmağa başlamışdır. Cavabdehin hərəkətləri barədə şikayət ərizəsi ilə Bakı Şəhəri, Suraxanı Rayon Prokurorluğuna müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyul 2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, toplanmış sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan qızılları götürmüş, lakin həmin qızılların pulunu ödəməmişdir. Eyni zamanda, araşdırma zamanı həqiqətən cavabdehin iddiaçıya 14.000 manat pul borcunun olması tam təsdiq edilmişdir. Cavabdehin iddiaçının qarşısında öhdəliyi yaranmış və cavabdeh bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddiaçıdan aldığı borcu qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan aldığı borcu qaytarmalı olmasına dair üzərinə öhdəlik götürmüşdür.

4. Ucar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(063)-121/2020 nömrəli (hakim H.Xəlilov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh borca görə 14000 (on dörd min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 14030 (on dörd min otuz) manat məbləğində pul tutularaq İddiaçı veriməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələblərini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayə ti vermişdir.

2. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Şəki Apelyasiya Məhkəməsi MK-nın 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.Mahmudoov (sərlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Ucar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(063)-121/2020 nömrəli qətnaməsi ləğv edilmiş; İş üzrə yeni qətnamə qəbul edilmiş; Cavabdeh 5100 (beş min yüz) manat və 30 manat ödənilmiş dövlət rüsmu alınaraq İddiaçı verilmiş; İddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 385, 442, 445.1, 567, 601.1, 601.2-ci maddələri ilə əsaslandırmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı və Cav abdeh kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Apelyasiya Məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm cavabdeh kassasiya şikayəti vermişlər.

11. İddiaçı kassasiya şikayəti verərək, qətnaməni dəyişdirərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının kassasiya şikayətinin dəlilləri:

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

14. Əlavə qeyd edilmişdir ki, Sabunçu RPİ-nin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 mart 2020-ci il tarixli qərardan və tərəflər arasında danışıqlara dair CD disklərindən də iddia tələbində olan borc məbləğinin tam olaraq qaytarılmaması təsiq olunur. Ona görə iddia tələbi tam təmin edilməli idi. Cavabdehin kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

16. Həmçinin qeyd edilmişdir ki, iddiaçı faizlə pul vermiş, bundan əlavə onun razılığı olmadan s əsini CD diskə yazmışdır. O, aldığı əşyaların dəyərini tam olaraq ödəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının vəkili Vəkil2 özlərinin verdiyi kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdehin vəkili Vəkil1 özlərinin verdiyi kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Maddə. 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Maddə.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Maddə. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər m ühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

25. Maddə. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq h üquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə hər iki tərəfin kassasiya şikayətləri təmin edilməməlidir.

25. Əvvəla, işin faktiki hallarının ətraflı araşdırılmaması, şahidlər və.s barədə dəlillər əsaslı hesab oluna bilməz. Ona görə ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad oluna bilməz (MPM-nin 407.2. maddəsi). Qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.

26. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh polis orqanında izahat verərkən ümumilikdə 4150 manat məbləğində qızıl-zinət əşyasının götürdüyünü bildirsə də, apellyasiya icraatı zamanı fərqli, yəni cəmi 5100 manat dəyərində qızıl-zinət əşyasının götürdüyünü etiraf etmiş və həmin məbləği qaytarmasının sübuta yetirə bilmədiyi üçün Apelyasia Məhkəməsi haqlı olaraq həmin məbləğin tutulmasını qət etmişdir.

27. İddiaçının daha çox alacağı olması barədə dəlili heç bir sübutla təsdiq olunmur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 mart 2020 -ci il tarixli qərarında cavabdehin iddiaçıya 14.000 manat borcu olmasının təsdiq olunması barədə qeydləri formal qeydlərdən başqa bir şey deyil. Çünki həmin qərarda müstəntiq həmin məbləğin hansı sübutlarla təsdiq olunmasına dair heç bir dəyərləndirmə aparmamış, heç bir sübuta istinad etməmişdir. Əslində müstəntiq qərarda həmin məlumatı yazmaqla özünün səlahşiyyət həddindən kənara çıxmışdır. Çünki cinayət təqibini həyata keçirən orqan gəldiyi nəticə ilə bağlı hallara dair sübutları sadalamalı və gəldiyi qənaətin hansı sübutlarla təsdiq olunmasına qiymət verməlidir. Lakin iddiaçının istinad etdiyi qərarda müstəntiq bununla bağlı heç bir dəyərləndirmə aparmadan qərarın əsaslandırıcı hissəsində borcun məbləği ilə bağlı mövqe bildirmişdir. Belə əsaslandırılmamış qərar mülki işə baxan məhkəmə üçün mötəbər sübut hesab oluna bilməz.

28. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında mövcud olmuş münasibətlər kifayət qədər ziddiyətli olmuş, heç bir tərəf aralarında yaranmış münasibətlərin əsl səbəbini kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş, kimin kimə nə qədər pul və yaxud qiymətli əşya verməsini, nə qədər qaytarmasını sübuta yetirə bilməmişlər. Ona görə məhkəmə müəyyən edilmiş faktiki hallara istinad edərək yekun qənaətə gəlmişdir.

29. Nəticə etibarı ilə iddiaçı daha çox vəsit borc verməsini, cavabdeh isə almasını etiraf etdiyi vəsaiti qaytarmasını sübuta yetirə bilmədiyi üçün Apelyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.

30. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəmə si mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-424/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar