Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4602/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiаçı “xxxx” X2 ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2490/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nizami Rаyоn Məhkəməsinin (M.Q.Sadıqov) 31 oktyabr 2018-ci il tarixli, 2(007)-162/2018 nömrəli qətnаməsi ilə iddiaçı “xxxx” İKB ASC cavabdeh X3 qarş ı “borcun tutulması və müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilməsi, “xxxx” İKB ASC ilə X5 arasında bağlanmış 23 sentyabr 2015ci il tarixli 11-Y-1-0-521-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 23 sentyabr 2015-ci il tarixli 11-Y-10-521-15 nömrəli kredit müqaviləsi üzrə 817,62 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 867,62 ABŞ dolları borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X1 “xxxx” İKB ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının keçirilməsinə sərf edilmiş cəmi 100 manat X1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova v ə E.M.Həsənov) 2(103)-2490/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiаçı “xxxx” X2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rаyоn Məhkəməsinin 2(007)-162/2018 saylı 31 oktyabr 2018-ci il tarixli qətnаməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” İKB ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbini dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 23 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” İKB ASC-dən iilik 28 faizlə 36 ay müddətinə 4000 ABŞ dolları kredit götürmüşdür. 24 yanvar 2018-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin banka olan əsas borcu 2569,65 ABŞ dolları əsas borc, 1 736,1 ABŞ dolları faiz borcu, 1586,98 ABŞ dolları cərimə olmaqla, cəmi 5892,73 ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən, cavabdeh X5 23 sentyabr 2015-ci il tarixli 11-Y-1-0-521-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 2569,65 ABŞ dolları əsas borc, 1736,1 ABŞ dolları faiz borcu, 1586,98 ABŞ dolları cərimə olmaqla, cəmi 5892,73 ABŞ dolları borcun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiаçı “xxxx” X2 ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)2490/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsinin iddianın r ədd edildiyi hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətin in dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)2490/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2015-ci ıl tarixli 11-Y-1-0-521- 15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verilmiş, X7 36 ay ərzində kreditin əsas məb ləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərlərinə duşən öhdəliklərə əməl etməmişdir. İş materiallarında olan “xxxx” İKB ASC-nin 12 iyul 2018-cı il tarixli, 11-196805-1 nömrəli hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh 23 sentyabr 2015-ci ıl tarixli müqavilə üzrə 23 sentyabr 2015-ci il tarixdən 12 iyul 2018-ci ıl tarixədək cəmi 8539,92 ABŞ dollar ödəniş etmişdir “xxxx” İKB ASC-nın 12 iyul 2018-ci il tarixli, 0248/18 nömrəli məktubundan görünür ki, X4 23 sentyabr 2015-ci ıl tarixli müqavilə üzrə 0 ABŞ dolları əsas borcu, 1904,06 ABŞ dolları faiz borcu 1926,28 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan Az ərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 24 sentyabr 2018-cı il tarixli 8639 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 23 sentyabr 2015-ci il tarixli 11-Y-1- 0-521-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 24 yanvar 2018-ci il tarixinə “xxxx” İKB ASC-nə olan borcu 5144,24 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 3795,03 ABŞ dolları, faiz borcu üzrə 817,62 ABŞ dolları, cərimə borcu üzrə 531,59 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8639 nömrəli 24.09. 2018-ci il tarixli ekspert rəyində “xxxx” İKB ASC ilə cavabdeh X7 arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli 11 -Y-1 -0-521-15 saylı kredit müqaviləsi üzrə cavabdehin Banka yaranmış borcu hesablanmış, faiz borcunun məbləği iddiaçının tələb etdiyi məbləğdən əhəmiyyətlə dərəcədə az olması ilə fərqlənmişdir. Belə olan halda, ekspert rəyini mötəbər sübut kimi qəbul edilərək cavabdehin banka olan faiz borcu ekspert rəyi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəl lənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qə tnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2490/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiаçı “xxxx” X2 ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2490/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4602/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4602/2019
05.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver